E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə121/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   113   114   115   116   117   118   119   120   121

 
250
Transsaksiyon rəhbərlər: - işçilərə tapşırıqları izah etmək, mükafatlandırma, sosial tələbləri 
ödəmək qayğısı transsaksiyon rəhbərə xas olan xüsusiyyətlərdəndir. Əməksevərlik, təmkinlilik, 
açıqdüşüncəli səmərəli fəaliyyətlə iftixaretmə, qaydalara, normativlərə nöqsansız riayət, təşkilat 
qarşısında borcu fədakarlıqla yerinə yetirmək transsaksiyon rəhbərin xarakter arsenalını  təşkil 
edən elementlərdəndir. 
 
Transformasiya olunan liderlər - menecerlər və təşkilat rəhbərləri istehsal funksiyalarını yerinə 
yetirməklə  məşğul olsalar da, bəzən bu iki işin bir əldə  cəmlənməsinə  zərurətlər yaradır. Bu 
tələbləri transformasiya olunan liderlər yerinə yetirirlər. Bir növ xraizmatik liderləri xatırlasalar 
da əsasən strateji dəyişikliklər zamanı rəhbərliyə cəlb edilirlər. 
 
Transfert - pulun bir maliyyə idarəsindən başqasına və ya ölkədən ölkəyə köçürülməsi 
deməkdir. 
 
Transmilli Korporasiyalar /TMK/ -/latınca trans dolayı, sərhəddən kənar,  natio - irq, millət, 
corporatio  - birlik/ konqlamerant, çoxmilli, multnasional, transnasional qlobal korporativ, 
xüsuslu nəhəng beynəlxalq qurumlar. Təsiredici nüfuzları, çoxmilyardlıq investisiyon qüdrətləri 
ilə qloballaşma prosesini stimullaşdırırlar. Hərtərəfli mühafizə sistemləri, yüksək maddi-texniki 
baza ilə təhciz edilmiş elmi-tədqiqat institutları, laboratoriyaları, konstruktor büroları TMK-nın 
artan potensialını, rəqabət qüdrətini təmin edir. Belə strateji istiqamət milli kapitalın fəaliyyətinin 
beynəlmiləlləşdirilməsi, transmilli kapitalın  maraqlarının qloballaşması ilə  və  əvəzlənməsini 
gerçəkləşdirir. Hazırda dünya təsərrüfatının mühüm mexanizmi kimi onlar ÜDM-in 20-25%-nə 
malik olmaqla beynəlmilləşmənin əsas hərəkətverici qüvvəsinin özəyində dayanırlar. 
 
Trassant - köçürmə vekseli-traktını verən şəxs. 
 
Trassat - köçürmə vekseli-tratta üzrə ödəməyə borclu olan şəxs. 
 
Tratta - köçürmə vekselidir. 
 
Tranzit - /latınca transitus - keçmə/ sərnişin, yük və əmtəələrin bir məntəqədən digərinə üçüncü 
məntəqə vasitəsi ilə daşınması.  
 
Triplikat - sənədin üçüncü nüsxəsi.  
 
Tsiklik işsizlik - istehsal durğunluğu zamanı özünü büruzə verir. Əmtəələrə və xidmətlərə olan 
məcmu tələb azaldıqda məşğulluq ixtisara salınır, işsizlik isə artır. Bəzən bu növ işsizliyi tələb 
defisitliyi işsizliyi də adlandırılır.  
 
Uçot - təşkilatın təsərrüfat həyatında bütün sisteminin ümumi görünüşünü səciyyələndirən vasitə 
kimi, çıxış edir. Uçot işi cəmiyyətin hesablaşma apardığı erkən zamanlardan, təxminən 6 min il 
öncə mövcud olsa da, ikili yazılış sistemi üzərində qurulan mühasibat uçotunun ilk siptomları 
XIII  əsrdə  İtalyan riyaziyyatçısı Luka Poçollinin /1445-1517/ «Hesabın, həndəsənin məbləği, 
nisbətlər və münasibətlər»  əsərində görünmüşdür. Uçotun təşkilində hazırda dördpilləli: birinci 
pillə qanunlar, ikinci standartlar, üçüncü metodik göstərişlər, dördüncü işləmə sənədlərini əhatə 
edən  normativ sənədlər  məcmuyu mövcudur. Bazar iqtisadiyyatı sistemində uçotun əsas beş 
növü və foması maliyyə. idarəetmə, statistik, operativ və mühasibat uçotu.  
 
Üçüncü tərəf - elə fiziki və ya hüquqi şəxs deməkdir ki, o, tərəf və ya hər hansı tərəfin ortaq 
şirkəti deyil. 
 


 
251
Ultimo - bank təcrübəsində ayın, rübün və ya ilin axırıncı gününü bildirən termindir. 
 
Unifikasiya - müxtəlif növ məhsulların, hissələrin, qovşaqların və digər konstruksiya 
elemetlərinin, tətbiq edilən materialların, texnoloji proseslərin səmərəli  şəkildə eyni hala 
salınmasının təmin edilməsidir. Unifikasiya istehsalın seriyalılığının yüksəldilməsinə, yüksək 
məhsuldar və avtomatlaşdırılmış vasitələr və onları hazırlayan mütərəqqi texnologiyalar tətbiq 
edilməsinə, istehsalın ixtisaslaşdırılması və kooperativləşdirilməsinin dərinləşməsinə səbəb olur. 
Unifikasiya nəticəsində  əmək və maddi ehtiyatlara qənaət edilir, yeni məhsul növlərinin 
işlənilməsi və  mənimsənilməsi vaxtının və onun hazırlanmasının istehsal tsiklinin müddəti 
qısaldılır, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti və istehsalın səmərəliliyi yüksəldilir. 
 
Ümumi gəlir - maddi istehsal xərcləri ilə  mədaxil arasındakı  fərqdir.  Əmək haqqını  və  təmiz 
gəliri özündə birləşdirir. 
 
Ümumi daxili məhsul /ÜDM/ - ümumi milli məhsul kimi, istehsal və xidmət sferasının 
nəticəsini əks etdirir. O, il ərzində iqtisadiyyatda son məhsul və xidmətlərin həcminin dəyərini 
göstərir.  
 
Ümumi daxili məhsulun deflyator indeksi - ABŞ-ın ümumi məhsulu üçün qiymətlər 
deflyasiyasının indeksi deməkdir və o ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosu tərəfindən 
«Müasir təsərrüfat fəaliyyətinin ijmalı» adlı kvartallıq nəşrdə elan edilir.  
 
Ümumi milli məhsul /ÜMM/ - mövcud ölkədə və onun xaricində öz daxili resursları hesabına il 
ərzində istehsal olunan bütün son hazır əmtəələrin və xidmətlərin dəyərinin məcmusudur. 
 
Urbanizasiya - şəhərlə bağlı olan cəmiyyətin inkişafında şəhərlərin rolunun artmasını göstərən 
tarixi proses olub, əhalinin sosial-peşə, demoqrafik strukturunu, həyat tərzini, mədəniyyətini, 
məhsuldar qüvvələrin yerləşdirilməsini, məskunlaşması məsələlərini özündə birləşdirir. 
 
Utlitar yanaşma - faydalılıq nöqteyi nəzərindən yanaşma. 
 
Valyuta - hər hansı dövlətin pul nişanəsidir. Məsələn, Azərbaycanda - manat, Türkiyədə –lirə, 
ABŞ-da - dollar, Rusiyada - rubl valyutadır. Xarici dövlətlərin pul nişanı, həmçinin xarici pul 
vahidləri ilə ifadə olunan beynəlxalq hesablaşmalarda tədavül və ödəmənin kredit vasitəsi xarici 
valyutadır. Valyuta münasibətləri nisbi müstəqilliyə malik olub, tədiyə balansı, valyuta kursu, 
kredit və  əməliyyatlar üzrə hesablaşmalar vasitəsi ilə  həyata keçir. Valyuta münasibətləri ayrı-
ayrı ölkələrin iqtisadi inkişaf səviyyələrinin və onlar arasındakı beynəlxalq iqtisadi 
münasibətlərin təkmilləşdirilməsində  əsas rol oynayır. Valyutalar işlənmə qaydasından asılı 
olaraq tam çevrilən, qismən çevrilən və çevrilməz valyutalara ayrılır. Yevro, ABŞ dolları 
supervalyuta hesab olunur. 
 
Valyuta və qiymətli kağızlar /maliyyə/ bazarı.  Buraya valyutaların, səhmlərin, istiqrazların, 
çeklərin, akkreditivlərin, veksellərin və digər pul öhdəliklərini yerinə yetirən bilən qiymətli 
kağızların sərbəst alqı-satqısı daxildir. 
 
Valyuta bircası - valyuta kursu əsasında iki bir-birindən fərqli pul vahidlərinin mübadiləsini 
həyata keçirir. Valyuta bircasında həm azad, həm də  rəsmi valyuta kursu fəaliyyət göstərir. 
Rəsmi valyuta kursu əsasında dövlətin bütün valyuta əməliyyatları aparılır. Bu kurs həm də 
valyuta bircalarının iş saatından kənar vaxt ərzində  də  həyata keçirilən bütün valyuta 
əməliyyatları üçün əsas meyar hesab edilir.  
 


 
252
Veksel - qanunauyğun formada tətbiq olunmuş  və onun sahibinə müəyyən müddət keçdikdən 
sonra üzərində göstərilən məbləği ödəməyi öhdəsinə götürən şəxsdən şəksiz tələb etmək hüququ 
verən xüsusi yazılı borc öhdəliyidir.  
 
Veksel krediti - banklar tərəfindən veksel sahiblərinə və təchizatçılar tərəfindən alıcılara verilən 
kredit növüdür. Bu növ kredit fəaliyyətdə olan sahibkarların  əmtəələrin reallaşdırılması 
prosesində bir-birinə verdikləri kommersiya kreditinin inkişafı  nəticəsində meydana gəlmişdir. 
Onlar hesablaşmalar üçün nağd pul əvəzinə borc öhdəliklərindən, yəni veksellərdən istifadə 
edirlər. Veksellər sadə və köçürmə veksellərə ayrılır. 
 
Vertlyuq – qazma kolonu və ya borusunun fırlanan birləşməsi. 
 
Verifikasiya  prinsipini - biliyi təcrübə, müşahidə  və eksperimentin verdiyi məlumatlarla 
tutuşdurmaq yolu ilə yoxlamaq.   
 
Vəhşi pişik» - Amerikan neftçilərinin 19-cu əsrdə dövriyyə buraxdığı carqon ehtimalla qazılmış 
quyu adlanırdı. 


 
253
РЕЗЮМЕ 
 
Начало  освоения  крупных  перспективных  углеводородных  ресурсов  Каспия 
заложило  основу  новой  эры  в  возрождении  национальной  экономики  и  привело  к 
разработке  нефтяной  стратегии  республики.  На  фоне  новой  геополитической  ситуации 
начатые реформы в нефтяном секторе, потерпев значительные усовершенствования, ныне 
вступают  в  более  активную  стадию.  В  этой  связи  возрастает  актуальность  усиления 
разработки  научных  базовых  основ  в  экономической  модернизации  нефтяном  хозяйстве 
республики.  Исходя  из  сложившейся  реальности  авторы  монографии  «Модернизация 
экономической  структуры  нефтяного  хозяйства»  Э.М.Гаджизаде  и  З.С.Абдуллаев 
провели  соответсвующие  исследования  и  анализ  дальнейшего  реформирования 
нефтегазового  комплекса  страны  и  модификаций  её  экономической  системы.  Для  более 
рациональной  организации  призводства  в  исследовательской  работе  разработаны 
приоритеты  концепции  управления  и  государственного  урегулирования  отрасли, 
рекемендованы альтернативные рыночные механизмы в усовершенстованияипроведенных 
экономических реформ. 
В  достижении  намеренных  целей  авторы  в  системном  и  ситуационном  подходе,  в 
принципах  верификации  провели  собственные  расчеты  в  контексте  сравнительного  и 
корреляционного  анализа.  Исследованы  проявления  и  перспективные  особенности 
углеводородной эпохи, значения нефти и газа, геоэкономические аспекты и размещение в 
мире  углеводородных  ресурсов.  Проведён  ретросепктивный  обзор  нефтегазовой 
промышленности  Азербайджана,  роль  национальной  нефтяной  стратегии  в  обеспечение 
улучшения  и  усиления  рентабельности  комплекса.  В  работе  показаны  пути  выхода  на 
дальнейшее  устойчивые  развития,  обеспечивающие  экономический  рост,  разработку 
новых 
принципов 
хозяйствования, 
расширение 
инстутициональных 
реформ, 
формирование  энергетической  доктрины,  индустриальной  политики  и  концепции 
эффективного  использования  растущего  газового  потенциала.  Указано  и  обосновано 
значение  в  реформировании  национальной  нефтяной  промышленности,  создания  более 
эффективного 
инвеситиционного 
климата, 
привличения 
национальных 
предпринимателей,  рационального  использования  средств  нефтяного  фонда.  В 
обеспечение 
дальнейшего 
роста 
эффективности 
отрасли, 
соостветствующим 
национальным  и  государственным  интересам,  также  проанализированы  и  обоснованы 
необходимость  проведения  новых  структурных  изменений  в  ГНКАР,  превращение  её  в 
реальном  корпоротивном  фудаменте  в  полную  вертикально-интегрированную 
организацию,  даны  конкретные  научно-практические  рекомендации  усоверщенствования 
фискальной  политики,  применение  иннавационных  достижений  и  других  прогрессивных 
экономичечких технологий. 
Монография  состоит  из 4-х  частей  и 12-и  глав.  Для  болего  разяснения  отраслевых 
технико-экономичечких понятий в книге представлена эксклюзивный общирный словарь 
спецефических терминов. 
Полученные результаты в работе могут быть использованы не только в дальнейшей 
модернизации нефтегазового комплекса как ведущей, частичной, алтернативной основе, а 
также  в  проведении  более  широких  исследований  в  этой  области,  подготовке  нефте-
экономической литературы и учебных пособий. 


 
254
«Modernization of economical structure of the oil industry» 
E.M.HacizadehZ.A.Abdullayev  
 
SUMMARY 
 
The beginning exploration of great perspective hydrocarbon resources in the Caspian Sea 
have laid the base of the new age of reviving of the National Economy and creating the oil-
strategy in the republic. On a background of a new geopolitic situation the started reforms in oil 
sector, having sufferred significant improvements, nowadays enter more active stage. 
In this connection the demand of actual increase of the elaboration on the scientific bases in 
grounds in economical modernization in the oil-field economy of the republic. The authors of the 
monography carried out the corresponding researches and analyses for the further reforming of 
oil and gas complex of the country and modified its economical system. Alternative market 
mechanizm in improvement are proposed for this economical reforms for the further rational 
management of the economy in research works in elaboration in the field regulated .For more 
rational management of economy in this work the priority conception of management and state 
field regulation of the field the alternative marketing mechanism in the system of modifying of 
the stated economic reforms have been recomended. 
To achieve the intended goals carried out their own calculations in the context of 
comparative and correlation analyses. The fields of show and perspective peculiarities of 
hydrocarbon age, the significance of oil and gas, geoeconomical aspects of their distribution in 
the world have been studied. The retrospective survey oil and gas industry of Azerbaican, the 
role of the national Azerbaican, strategy in strengthening and improvement of the profitability  of 
the complex have done. The paper also sows the ways for future of sustaynable development that 
guarantees the economic rise, elaboration of the new principles of economy, the institutional 
reforms, formining of the energy doctrine, industrial policy and conception of an efficient 
utilization of increasing gas potential. 
The pecularities of efficiency in the national reforming of the oil industry, creation of more 
efficient investment climate, involwement of national rational utilization of the owner, rational 
utilization of petrol fund in supplying of the efficiency rate of the field as well as existing 
national and state interest as well as it is based on the necessity of change in SOCAR changing it 
real corporative fundament in full vertical-integrating base organization. The exact scientific-
practical suggestions of the fiscal policy, applying innovational achievements and other 
progressive economical technologies has been also stated. 
Monography consist of 4 parts and 12 chapters. For more explanation of the field technical 
volumable vocabulary specific term is presented. 
The obtained results can be used not only further modification of the oil and gaz complex 
but also as in carring out wider researches in this field, preparation of oil and gaz literature and 
trainig appliances. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
255
 
Texniki redaktoru  
 
Sevda Mikayılqızı 
 
Kompütür təttibatçısı 
 
Allahverdiyev N.A. 
 
Korrektor 
   Mehdizadə S.A. 
 
 
 
 
 
 
 
 
 
Elşən Mahmud oğlu Hacızadə 
 
Zahid Süleyman oğlu Abdullayev 
 
 
NEFT TƏSƏRRÜFATININ  
İQTİSADİ STRUKTURUNUN MODERNİZASİYASI 
(monoqrafiya) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yığılmağa verilmişdir: 09.08.2003. Çapa imzalanmışdır: 21.08.2003. 
Formatı 60 x 84 
1
/
16
. Həcmi 32 ç.v. Sayı 300. Qiyməti müqavilə yolu ilə 
 
 
«Ziya-Nurlan» mətbəəsində çap edilmişdir 

Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə