E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə14/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   10   11   12   13   14   15   16   17   ...   121

 
31
Xam neftin keyfiyyət parametri onda təcəssüm olunan ziyanlı qarışıqlar, xüsusəndə kükürd 
və ağır metalların miqdarı ilə təyinat tapır. Qarışıqların təmizlənməsi prosesi müvafiq neftayırma 
zavodlarında gerçəkləşdirilir. Müasir neft emalı zavodu mürəkkəb quruluşlu istehsal 
kompleksidir. Emal prosesini həyata keçirən hər hansı bir zavod neftin keyfiyyət fərqini 
varmadan öncə hidro təmizlənməsini reallaşdırır. Burada qəbul edilən xam neft rektifikasiyon 
kolonlara göndərilərək 385 dərəcəyə qədər qızdırılır. Bu proses xüsusi katalizatorlar vasitəsi ilə 
istilik reaktorlarında aparılır və  nəticədə azot ammiyaka çevrilir, ağır metallar isə kataliz 
çöküntüləri ilə səthə hopurlar. Neft ilkin təmizlədikdən sonra rektivikasiya kolonuna qoyulur və 
krekinq prosesinə başlanılır.  İngilis mənşəli krekinq sözü tərcümədə /«cracking»/ ayrılma 
mənasını ifadə edir. Termik və katalik olaraq krekinq prosesi iki tiplidir. Termik krekinq 550 
dərəcə  və 4-6 atmosfer təzyiqlərdən aparılır. Katalik krekinqdə isə katalizatorlardan istifadə 
olunur və proses 500 dərəcə istilik altında həyata keçirilir. Emalın hansı tip üzrə aparılmasının 
səmərəliliyini mütəxəssislər müəyyən edirlər. Emal prosesində neft 300-360 dərəcə qızdırdıqda 
qaynayır,  ən aşağı qatda mazut, ən yüksəkdə benzin buxarı, növbəti pillədə qazoyl, 170-230 
dərəcədə isə kerosin və liqroin yığılır.  İlk emalda neftdən 5%-ə  qədər, emal keçdikdən sonra 
mazutdan yüksək təzyiq altında 50 atmosferdə, 450-500 dərəcə temperaturda benzin alınır. 
Çeşidli məhsul verimli təbii qazından emal xüsusiyyətləri spesifikdir. Sənayedə  və 
məişətdə istifadə çevrəsindən aslı olmayaraq bütün hallarda qaz ilkin olaraq emal mərhələsindən 
keçməyə məruzdur. Karbohidrogenli təbii qaz metan, kükürd qazı və çox da böyük olmayan ağır 
karbohidrogenlər helium, arqon və digər kimyəvi tərkiblərlə  yanaşı  həm də, su buxarının da 
daşıyıcısıdır.  Adları  çəkilən qarışıqlardan kükürd qazı  və su buxarı isə  təbii qazdan birbaşa 
istifadə olunmasında daha zərərli sayılır. 
Azərbaycanda qazın emalının mühüm hissəsini Bakı Qaz Emalı zavodu reallaşdırır. 
Ölkənin köhnə  dəniz yataqlarında çıxarılan qaz böyük hissəsi bu zavodda emal və təmizlənmə 
prosesindən keçir. Bakı Qaz Emalı zavodunun istehsal gücü ölkədə hasil olunan bütün qazın 
emalı  və  təmizlənməsinin reallaşdırılmasına müvafiq deyildir. Respublikada qaz hasilatının 
artacağı perspektivində zavodun istehsal gücünün artırılması  və ya müvafiq təyinatlı mini 
zavodların tikilməsinə ehtiyac artacaqdır. Belə zavodların inşaası  həm də  nəqliyyat sistemində 
baş verəcək texniki təbəllüdatlarla da bağlıdır. Hazırda avtomobil nəqliyyatında təbii qazdan 
istifadədə müəyyən keçici çətinliklər mövcuddur. Yaxın gələcəkdə ikili yanacaq növündə 
istismar edilən hibrid avtomobillərin istehsalı da bu sahədə istehlak artımını  təmin edəcəkdir. 
Texnoloji nailiyyətlər qaz hidratından istifadəni genişləndirəcək və qazın istifadəsi prosesi daha 
çox kəmərsiz, sıxılmış halda intişar tapacaqdır. Qeyd olunmalıdır ki, 1 m
3
 qaz hidratı  sıxılmış 
səviyyədə 200 m
3
 metana bərabərdir. Xalis təbii və  səmt qazı ilə yanaşı neftlə birlikdə hasil 
edilən kondensant da energetik və  sənaye istehsal təyinatlı effekti vardır. Vurğulanmalıdır ki, 
elektron rabitənin artım sürəti, ekoloji qayğının liberallaşması, perspektivdə təbii qazın energetik 
sistemdə tam liderliyini reallığa çevirəcəkdir. Neft və qazın emalı ilə bağlı geniş şərhlər kitabın 
5-ci fəslində əksini tapmışdır. 
Ölkələrarası müqayisəetmə  əhəmiyyətli kəmiyyət nəticələri verməsə  də qeyd olunmalıdır 
ki, Azərbaycan həm də ÜDM-də enerjitutumluluq faktoruna görə  ən çox yükə malik ölkələr 
sırasındadır. Bu hal əsaslı olaraq onun karbohidrogen resurslarının bolluğundan irəli gəlir. Belə 
uzunmüddətli konyukturu isə o qədər də əhəmiyyətli hesab etmək olmaz. Respublikamızın neft-
qaz resurslarından yalnız ixrac xammalı  şəklində istifadəsi perspektivi uzunmüddətli və 
dayanaqlı  səmərələr verməyəcəkdir. Bunun üçün isə ölkədə emal məhsulun həcmi və çeşidi 
genişləndirilməli xam neftin və  təbii qazın kimya sənayesində istifadə proporsiyaları 
artırılmalıdır. 
 
 
 
 
 
 


 
32
2.3. Eergetik sistem və dayanaqli inkişaf konsepsiyasi 
 
Planetin bütün ölkələri tərəqqi etmək, davamlı sosial rifaha müvəffəq olmaq əzmi və 
istəyindədirlər. Lakin sivilizasiyanın müasir tələbləri bu amalların dayanaqlı inkişaf vektorunda 
gerçəkləşməsini şərtləndirir. Bu isə o deməkdir ki, insanların həyat səviyyəsini tükənən resurslar 
hesabına yaxşılaşdırmaq məqbul deyildir. Müasir həyati yetərlilər sabah əlçatmaz olacaqdır. Yol 
verilməməlidir ki, kasıb ölkələrin yoxsullaşması  zəminində varlı  məmləkətlər daha da 
zənginləşsinlər. Dünyəvi inkişafı təmin etmək üçün bu fərq hökmən gödəlməlidi. 
Son yüz ildə  cəmiyyətin  əmtəə  və xidmətlər istehsalı  həcmcə  hər on beş ildə iki, enerji 
resursları istehlakı isə min dəfə artmışdır. Resursların intensiv istismarının rasional istehlak 
tələblərinə qeyri-adekvatlığı təbii tarazlığın pozulması ilə müşayiət edilir. Çağdaş zamanda yerin 
təkində ildə 80 milyard ton filiz və qeyri-filiz çıxarılır ki, bunun da yalnız 3-4%-dən səmərəli 
istifadə olunur. Qalan 96-97% isə təbiətə zəhərli maddələr qismində tullanılır. Dünya okeanına 
hər il 50 min ton pestisid, 10 milyon ton neft tökülür. Karbon tərkibli maddələrin atmosferə 
buraxılışı istixana effektində azon ekranının deformasiyaya uğradaraq ültrabənövşəyi  şualar 
təhlükəsi yaradır. Bunlar azmış kimi Yer planetin ətraf orbitində çoxsaylı kosmik texniki 
qırıntıların cəmləşmişi hadisəsi də növbəti təhlükədən xəbər verir. Hesab edilir ki, 200 ildən 
sonra atmosfer hüdudları və ondan kənarda özüçoxalmanın zəncirvari reaksiyası baş verəcək və 
nəticədə  fəzada xeyli tullantı buludları yaranaraq optik görünüşü pisləşdirəcək, kosmosdan 
istifadəni məhdudlaşmasına səbəb olacaqdır. Bununla belə qeyd olunmalıdır ki, təbii resursların 
intensiv istismarı ilə yanaşı kosmosun fəthi də davam edir. Belə perspektiv isə ətraf mühitin yenə 
də çirklənəcəyi və bəşəriyyətin daha dərin iqtisadi çətinliklər və ekoloji fəlakətlərlə üzləşməsində 
əks olunacaqdır. Bütün bu görüntüləri ifadə edərək 1992-ci ildə BMT-nin təşəbbüsü ilə 
Brazilyanın Rio-de-Canyera şəhərində  ətraf mühitə  zərər vermədən iqtisadiyyatın irəliləyişinə, 
kasıb və varlı ölkələr arasında fərqin azaldılması ilə bütün sferalarında partnyorluq 
münasibətlərinin genişlənməsinə nailolmanı hədəf seçən «Yer problemləri üzrə yüksək səviyyəli 
görüş» adlı beynəlxalq konfrans keçirilmişdir. Konfransda 172 dövlət başçısı BMT-nin dayanaqlı 
inkişafa aid komissiyasını yaradaraq planetin mühüm iqtisadi və ekoloji problemləri sahəsində 
beş əhəmiyyətli saziş imzalamış, sosial tərəqqinin ən ümdə prinsiplərində əks olunan «XXI əsrin 
gündəliyi» adlı qərardat qəbul etmişlər. Bunlar bəşəri firavanlığa köklənərək dayanaqlı inkişafın 
əsas qayğı fiqurantları olan insanların təbiətlə sağlam və harmonik təmaslar qurması, elmi qeyri-
müəyyənliklərin  ətraf mühitin deqradasiyasının qarşısınıalma tədbirlərinin təjrid etməməsi, hər 
bir dövlətin digərinin mənsub olduğu  ətraf mühitinə  zərər vurmadan faydalı qazıntıların 
istismarında suveren hüquqlara malikliyi kimi əsas prinsiplərdən ibarətdir. Dayanaqlı inkişafa 
keçidi təşviq edən həmən konfransdan düz 10 il ötdükdən sonra ötən ilin sentyabrında yerinə 
yetirilmiş  işlərin yekunu və  gənj nəslin qarşıdakı  mərhələdə müvafiq məsələlərin həllində 
vəzifələrinin təyinatı  məqsədli Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində 
«Rio+10» adlı eyni məzmunlu yeni ümumdünya sammiti keçirilmişdir. Tədbiri davamlılıq isə 
problemin aktuallığının bitməməsi,  əksinə onun qloballığının və  təsir dairəsinin bir qədər də 
genişlənməsini ifadə edir. 
İnsan təkamülü yeni inkişaf müstəvisinə qədəm qoymuşdur. Biz indi təbiətə fərqli yanaşma 
və onu əxzetmədə biosferin şüur sferası olan noosferaya keçid epoxasındayıq. XXI əsrin insanın 
«bizdən sonra tufan belə» düşüncəsi ilə yaşamamalıdır. O anlamalıdır ki, özünün istehlak 
tələblərinin idraklı  məhdudlaşdırılması sağlam irsi davamlılıqda  əks olunacaqdır. Məhz buna 
görə  də  tərəqqi strategiyasının  əsas meyarını  bəşəri istehlak tələbatının miqdarı müqabilində 
proporsional, uyğun kəmiyyətli istehsalın yaradılmasına nailolma ifadə etməlidir. Mövcud 
müasir industrial sivilizasiya bərpaolunmayan mineral-xammal resurslarının intensiv istifadəsinə 
əsaslanır. Belə tendensiyanın fövqündə isə alternativ olaraq bütün nəsillər və hamı üçün bərabər 
imkanlar prinsipli dayanaqlı inkişaf konsepsiyası dayanır. Dayanaqlı inkişaf məqsədlərində ayrı-
ayrı adamların, istehsal qurumlarının təbii resurslardan rasional, qənaətli və minimal tullantılı 
istifadə davranışlı münasibətləri əks etdirir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə