E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə4/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   ...   121

 
11
texnika ilə  təhciz olunmasına, istehsalın effektivliyini, neft məhsullarının keyfiyyətini xeyli 
yüksəltməyə, xammal və material ehtiyatlarından daha səmərəli istifadə etməyə imkan verdi. 
Lakin iqtisadi əlaqələrin qırılması, istehsal və hasilat zəifliyi ilə əlaqədar XX əsrin 90-cı illərində 
neftayırma zavodları tam gücləri ilə işləmək tempindən geri düşdülər. Bu səbəblərlə də ölkədə 
neft məhsullarının istehsalı müəyyən qədər azalmışdır. Azərbaycanda 2001-ci ildə neft 
məhsullarının ehtiyatı və istehlakı üzrə məlumatlar aşağıdakı cədvəldə verilmişdir. 
Cədvəl 1 
Azərbaycanda 2001-ci ildə neft məhsullarinin ehtiyati və istehlaki 
/min ton/ 
Məhsullarin adlari 
Ehtiyat 
İstehlak 
İxrac 
Avtomobil benzini 
613 395 185 
Yanacaq mazutu 
2790 1961  493 
Dizel yanacağı 
1705 532 1089 
Ağ neft 
668 296 342 
Məişət-soba yanacağı 
31 22  7 
 
Qazayırma - qaz qarışığını öz tərkib hissələrinə  və ya müxtəlif fraksiyalara ayrılması 
prosesini həyata keçirir. Bakıda 1953-cü ildə qazayırma /Qazolin/ zavodu tikilib işə salınmışdır. 
Buna səbəb Azərbaycanda qaz hasilatının sürətlə artması olmuşdur. 1980-1990-cı illərdə 
respublikada qaz hasilatında enmə prosesləri baş vermişdir. Aşağıdakı  cədvəldə Azərbaycanda 
1995-2002-ci illərdə qaz hasilatını əks etdirən göstəricilər verilmişdir. 
Cədvəl 2 
Azərbaycanda 1995-2002-ci illərdə qaz hasilati 
/min ton/ 
İllər 
Cəmi 
Dənizdə 
Quruda 
1995 
6644 6407  237 
1996 
6305 6066  299 
1997 
5964 5712  255 
1998 
5590 5338  252 
1999 
5997 5754  243 
2000 
6286 6054  232 
2001 
5535 5293  242 
2002 
5837 5582  245 
 
2002-ci ildə Azərbaycanda hasil edilən ümumi qazın 95,8%-i dəniz qaz mədənlərının 
payına düşür. 
Yanacaq sənayesi - müxtəlif yanacaq növlərinin çıxarılması  və emalı ilə  məşğul olan 
sənaye sahələrinin məcmusudur. Yanacaq sənayesinə neftçıxarma, neftayırma, qazçıxarma, qaz 
ayırma, torf və şist sənayesi daxildir. Yanacaq sənayesi ağır sənayenin ən mühüm sahələrindən 
biridir. Azərbaycan Respublikası keçmiş SSRİ-də yanacaq sənayesi inkişaf etmiş 
respublikalardan biri olmuşdur. Burada neft və qaz sənayesi xeyli inkişaf etmişdir. 2002-ci ildə 
Azərbaycan Respublikasının yanacaq sənayesi 1940-cı ildəkinə nisbətən təqribən iki dəfə 
artmışdır. Yanacaq sənayesinin tərkibinə daxil olan bölmələrin xüsusiyyətlərini nəzərə alınaraq 
onların inkişaf sürətləri də müxtəlif olmuşdur. Belə ki, Azərbaycanda neftqazçıxarma digər 
yanacaq sahələrinə nisbətdə daha üstün inkişaf etdirilmişdir. 
Kimya sənayesi - ağır sənaye sahələrindən biri, xalq təsərrüfatının kimyalaşdırılmasının 
maddi-texniki bazasıdır. Kimya sənayesində müxtəlif növ məhsullar - mədən kimya xammalı, 
əsas kimya məhsulları - ammonyak, qeyri-üzvi turşular, qələvilər, mineral kübrələr, soda, xlor və 
xlor məhsulları, maye qaz, sintetik rənglər, qətran, plastik kütlə, kimyəvi lif və sap, foto-kimyəvi 
materiallar, məişət kimyası malları və sair istehsal olunur. İlk kimya sənayesi müəssisələri Böyük 
Britaniyada /1740/, Fransada /1766/, Rusiyada /1805/, Almaniyada /1810/ yaradılmışdır. 


 
12
Azərbaycanda bu sənayenin  əsaslı özəkləri 1879-cü ildə  təşəkkül tapmışdır.  1920-ci ilədək 
Azərbaycanda kimya sənayesi zəif inkişaf etmişdir və xeyli dərəcədə xarici kapitaldan asılı 
olmuşdur. 1920-ci ildən başlayaraq Azərbaycanda kimya sənayesi daha sürətlə inkişaf etdirilmiş 
və bir sıra mobil kimya sənaye müəssisələri yaradılmışdır. Bu müəssisələrdə oksigen, azot 
turşusu, kükürd turşusu, duz turşusu və sair məhsullar istehsal olunurdu. 
Azərbaycanda kimya sənayesi xammal bazası - neft və qaz, kükürd kolçedanı, alunit, neft-
mədən suları, daş duz və sair xammallar əsasında inkişaf edir. Azərbaycan Respublikasında 
kimya sənayesinin  əsas müəssisələri Bakı, Sumqayıt, Gəncə, Neftçala şəhərlərində yerləşir. 
Hazırda kimya sənaye müəssisələrində etil spirti, sintetik kauçuk, soda, duda, yuyucu vasitələr, 
yod, brom, kimyəvi maddələr,  əjzaçılıq preparatları  və sair istehsal olunur. Azərbaycan 
Respublikasında kimya sənayesi və neft-kimyası  sənayesinin ümumi məhsulu 1940-1980-cı 
illərdə 280 dəfədən çox artmışdır. Lakin, son illərdə  bəzi məlum obyektiv səbəblər üzündən 
kimya sənayesinin inkişaf sürəti xeyli zəifləmişdir. Bununla belə, 2002-ci ildən başlayaraq 
«Azərkimya» Dövlət  Şirkəti inkişaf etməyə başlamış  və burada həmən ildə 283,2 milyard 
manatlıq məhsul istehsal olunmuşdur ki, bu da 2001-ci ildəkindən 62,7 milyard manat çoxdur. 
Məhsul istehsalı «Üzvi sintez» zavodunda 9,7%, «Sintez-kauçuk» zavodunda 25,8%, «Etilen-
polietilen» zavodunda 49,0% artmışdır.  Şirkət üzrə 2002-ci ildə 1 manatlıq  əmtəəlik məhsula 
çəkilən xərc 94,7 qəpik olmuş, 2001-ci ilə nisbətən 20,6 qəpik azalmışdır. 2002-ci ildə 2001-ci 
illə müqayisədə 4303 ton dixloretan, 148 ton propilen oksidi, 14237 ton propilen, 8560 ton 
izopropil spirti çox istehsal olunmuşdur. 
Maşınqayırma  - xalq təsərrüfatı üçün əmək alətləri, eləcə  də istehlak predmetləri və 
müdafiə  məhsulları istehsal edir. Maşınqayırma bütün xalq təsərrüfatının texniki cəhətdən 
silahlandırılmasının maddi əsasıdır.  İjtimai  əmək məhsuldarlığı, texniki tərəqqi, xalqın maddi 
rifahı və ölkənin müdafiə qüdrəti xeyli dərəcədə maşınqayırmanın inkişaf səviyyəsindən asılıdır. 
Maşınqayırmanın ümdə  vəzifəsi xalq təsərrüfatının bütün sahələrini yüksək effektivli maşın və 
avadanlıqlarla təmin etməkdir. Maşınqayırma geniş  təkrar istehsalda aparıcı rol oynadığından 
respublikamızın iqtisadiyyatında xüsusi yer tutur. Azərbaycanda ilk metal emalı müəssisəsi 
1858-ci ildə Bakıda yaradılmış mexaniki-təmir emalatxanası olmuşdur. Sonrakı illərdə neft, 
kimya və gəmiçiliyin inkişafı ilə əlaqədar bu sahələrə xidmət edən maşınqayırma və metal emalı 
müəssisələrinin sayı artmışdır. 1911-1913-cü illərdə Bakıda 12 maşınqayırma zavodu, 1940-cı 
illərin axırında isə 127 mexaniki, metal emalı müəssisələri fəaliyyət göstərirdi və  həmin 
müəssisələrdə 8066 nəfər çalışırdı. Daha sonralar maşınqayırmanın perspektiv və mütərəqqi 
sahələri - elektrotexnika, cihazqayırma yaradılmış və sürətlə inkişaf etdirilmişdir. Digər tərəfdən
maşınqayırma müəssisələrinin joğrafi yerləşməsi də xeyli genişləndirilmişdir. Bakı ilə yanaşı 
Mingəçevir, Gəncə, Sumqayıt, Səlyan, Quba, Naxçıvan, Xankəndi  şəhərlərdə maşınqayırma 
müəssisələri yaradılmışdır. Belə müəssisələr içərisində  Səttərxan adına Bakı maşınqayırma 
zavodunu, Keşlə maşınqayırma zavodunu, Bakı mayesiz transformatorlar zavodunu, Bakı məişət 
kondisionerləri zavodları fərqlənirlər. 
Keçmiş SSRİ-də istehsal olunan neft maşınqayırma məhsulunun 35%-i Azərbaycan 
Respublikasının payına düşürdü. Azərbaycan neft maşınqayırma müəssisələri Sovet hakimiyyəti 
illərində 500 növdən artıq avadanlıq istehsal edirdi. Bu məhsullar keçmiş SSRİ-nin bütün neft 
rayonlarına, habelə 30-dan çox xarici ölkəyə ixrac olunurdu. SSRİ-nin neftçıxarma rayonlarında 
işlədilən dərinlik nasosları, quyuların yeraltı və əsaslı təmiri üçün qaldırıcılar və aqreqatlar, nasos 
ştanqları, mancanaq dəzgahları, bir neçə neft layını bir quyu vasitəsi ilə birgə  və ayrılıqda 
istismar etmək üçün avadanlıq və sair Azərbaycanda hazırlanırdı. Bu gün Azərbaycanın neft 
maşınqayırması sənayesi özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Əvvəllər dövlət şirkəti 
kimi fəaliyyət göstərən sahə ölkədə keçirilən özəlləşdirmə proqramına uyğun olaraq Azərbaycan 
Respublikasının prezidenti Heydər  Əliyevin fərmanı ilə açıq tipli səhmdar cəmiyyətə 
çevrilmişdir. 2001-ci ilin martında bu statusu alan ASC bu gün 14 sənaye müəssisəsini, 4 elmi-
tədqiqat və layihə-konstruktor təşkilatını öz ətrafında birləşdirir. Cəmiyyətin müəssisələrində 90 
çeşidə, 600-dən artıq tip-ölçüdə geoloji, kəşfiyyat, qazma, neftçıxarma, quyuların təmiri, 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə