E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə5/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   2   3   4   5   6   7   8   9   ...   121

 
13
mədənlərin abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və neft avadanlıqlarına ehtiyat 
hissələri istehsal edilir. 
Neft maşınqayırma sənayesi iki mühüm amilə görə Azərbaycan iqtisadiyyatında  əsas rol 
oynayır.  Əvvəla, neft-mədən və kimya avadanlıqlarını dünya bazarına çıxarmaqla, ölkəyə 
valyuta axınını  təmin etmək olar. Digər tərəfdən də bu sahə Azərbaycanın neft-kimya 
avadanlığına olan tələbatını tam ödəməyə  və ölkəyə xarijdən maşın və avadanlıqlar idxal 
edilməsinin qarşısını ala bilər. Odur ki, «Azneftkimyamaş» ASC öz qarşısına beynəlxalq 
standartlara cavab verən rəqabət qabiliyyətli məhsullar istehsal edilməsi, buraxılan məhsulların 
keyfiyyətinin yüksəldilməsi, yeni satış bazarlarının mənimsənilməsi, istehsalın həcminin 
artırılması və sair qoymuşdur. Azərbaycanda maşınqayırma məhsullarının ən mühüm növlərinin 
istehsalına dair məlumatlar aşağıdakı cədvəldə əksini tapmışdır. 
Cədvəl 3 
Azərbaycanda maşinqayirma məhsullarinin ən mühüm  növlərinin istehsali 
 
Məhsullarin adlari 
Ölçü 
vahidi 
1998 
1999 
2000 
Mancanaq dəzgahı 
min ədəd 0,04  0,05  0,05 
Dərinlik nasosları 
min ədəd 15,0  11,0  14,0 
Dəyişən cərəyanlı elektrik mühərrikləri 
kvt 222  -  - 
Güc transformatorları 
min ədəd 80  85  87 
Fontan armaturu 
min dəst 0,2  0,4  0,6 
Qazma boruları üçün elevator 
min ədəd 0,5  0,6  0,8 
Tullantılara qarşı avadanlıqlar 
dəst 5  6 10 
Yuyucu aqreqatları 
ədəd 47  43  48 
Quyuları tədqiq edən  aqreqatlar 
ədəd 18  21  33 
Quyuların təmiri və mənim-sənilməsi üçün 
aqreqatlar və qaldırıcılar 
ədəd 43  51  56 
Kalon başlıqları 
min ədəd 0,2  0,2  0,2 
 
Elektroenergetika sənayesi - küllü miqdarda elektrik enerjisinin alınması, uzaq 
məsafələrə ötürülməsi və istehlakçılar arasında paylaşdırılması problemləri ilə  məşğul olur. 
Elektroenergetika sənaye, nəqliyyat, kənd təsərrüfatı, rabitə, mənzil-kommunal təsərrüfatı 
energetikasının  əsasıdır. Elektroenergetikanın  əsas ehtiyatları yanacaq kömür, xam neft, təbii 
qaz, yanar şist, su və nüvə enerjisidir. Az miqdarda külək enerjisi, günəş enerjisi, geotermal və 
Yerin daxili istiliyindən də istifadə edilir. Azərbaycanda elektrik enerjisinin əsas hissəsi böyük 
energetika sistemlərinə daxil olan güclü elektrik stansiyalarında hasil edilir. Azərbaycanda 
istehsal edilən ümumi enerjinin təqribən 80%-i elektrik stansiyalarının payına düşür. 
2002-ci ildə 18,6 milyard kvt.saat və ya 1998-ci illə müqayisədə 3,4% çox elektrik enerjisi 
istehsal olunaraq əhalinin elektrik enerjisi ilə təminatı yaxşılaşmışdır. Bir nəfərə düşən elektrik 
enerjisinin miqdarına görə  /2300 kvt.saat/ Azərbaycan Respublikası MDB ölkələri arasında ilk 
yerlərdən birini tutur. Elektrik enerjisinin ehtiyatları və istehlakı haqqında məlumatlar aşağıdakı 
cədvəldə verilmişdir. 
Cədvəl 4 
Azərbaycan respublikasinda elektrik enercisinin ehtiyatlari və istehlaki 
/mln.kvt.saat/ 
Göstərijilər 
1990 
1995 
1998 
1999 
2000 
2001 
Ehtiyatlar cəmi 
24904 17856 19148 19842 19571 20812 
Daxili istehlak 
18439 14914 15235 18926 19193 19646 
O cümlədən: 
 
 
 
 
 
 
sənaye 
8905 4749 3977 2844 2671 3881 
tikinti 
872 29 72 60 36 75 


 
14
Kənd təsərrüfatı 
2142 2445 1681 1800  803  827 
nəqliyyat 
807 434 710 632 537 551 
Kommunal təsərrüfatı 
3140 369  641  725 2378 2414 
Əhali 
1065 4076 7268 9147 9902 10172 
sair 
1508 651 1086 931  996 1580 
İxraj 
3109 2443 2911 2787 2770  966 
İtkilər 
3559 499 1002 886  378 2560 
 
Metallurgiya sənayesi - filiz, yaxud digər materiallardan metal alınması proseslərini, 
habelə metal ərintilərinin kimyəvi tərkib və quruluşunu dəyişdirməklə, onlara müvafiq xassələr 
verilməsi ilə  əlaqədar prosesləri  əhatə edən sənaye sahəsidir. Metallurgiya Yer təkindən 
çıxarılmış filizlərin ilkin emalı, metal və  ərintilər alınması  və saflaşdırılması, onlara müəyyən 
forma və xassələr verilməsi prosesləri aiddir. Arxeoloci tapıntılar metallurgiya sənayesinin hələ 
çox qədim zamanlardan məlum olduğunu göstərir. Azərbaycan  ərazisində metalın istehsalı  və 
sadə emal üsulları  qədimdən məlum idi. Müasir texnikada metallurgiya qara və  əlvan 
metallurgiyaya ayrılır; qara metallugiyaya dəmir əsaslı ərintilər - çuqun, polad, ferroərinti, əlvan 
metallurgiyaya isə  nəcib metalların istehsalı aiddir. Azərbaycanda Sovet hakimiyyəti illərində 
metallurgiya sənayesi sürətlə inkişaf etdirilmişdir. Lakin son illərdə bu sahənin inkişaf sürəti 
azalmışdır. 
Meşə  sənayesi – meşə materiallarının emalı ilə  məşğul olan sənaye sahələrinin 
məcmusudur. Azərbaycan Respublikasının meşələrində təbii halda palıd, fıstıq, vələs, dəmirağaj, 
fındıq, əzgil, zoğal və sair bitir. Azərbaycan ərazisinin 10,8%-i meşəlikdir. 
Mədən sənayesi - faydalı qazıntı yataqlarını kəşf edən, faydalı qazıntıları çıxaran və ilkin 
emal edən istehsal sahələrini özündə  cəmləşdirir. Azərbaycan Respublikasında mədən sənayesi 
sahələrindən  ən çox neft, qaz, dəmir filizi, mərmər, tikinti daşı, mineral su və s. çıxarılması 
inkişaf etdirilmişdir. 
Neft-kimya sənayesi - başlıca olaraq neft və  təbii yanar qaz emalı  məhsulları  əsasında 
sintetik material və  məmulatlar istehsal edir. Adətən, neft-kimya sənayesi müəssisələrində 
sintetik kauçuk, əsas üzvi sintez məhsulları - etilen, propilen, polietilen, səthi aktiv maddələr, 
yuyucu maddələr, bəzi mineral kübrə növləri, duda, rezin məmulatları, avtomobil şinləri, texniki-
asbest hazırlanır. Azərbaycanda neft-kimya sənayesi 1920-ci ildən sonra yaranmış  və sovet 
hakimiyyəti illərində sürətlə inkişaf etdirilmişdir. 1952-ci ildə keçmiş SSRİ-də ilk dəfə 
Azərbaycanın Sumqayıt  şəhərində sintetik etil spirti istehsal edən zavod istifadəyə verilmişdir. 
1959-cu ildə Bakı  şin zavodu işə salınmışdır. Bütün bunlar neft-kimya sənayesinin ümumi 
həcmini 2,63 dəfə, o cümlədən texniki rezin məmulatı istehsalını 8,3 dəfə artırmağa imkan 
vermişdir. 
Tikinti materialları  sənayesi - mülki mənzil tikintisi üçün, sənaye, kənd təsərrüfatı  və 
digər növ tikinti üçün tikinti materialları istehsal edən sahələri birləşdirən sənaye sahəsidir. 
Tikinti materialları  sənayesi tikintinin maddi-texniki bazasının mühüm hissəsidir, tikinti-
quraşdırma işləri həcminin və tikintidə texniki tərəqqinin fasiləsiz yüksəlişini təmin edir. Tikinti 
materialları  sənayesinin Sovet hakimiyyəti illərində sürətlə inkişaf etməsinə baxmayaraq, son 
illərdə bəzi obyektiv və subyektiv səbəblər üzündən bu sahədə də geriləmə müşahidə olunur. 
 
 
1.2.Karbohidrogenlərin və eneregetik resurslarin təsnifatı 
 
Karbohidrogen  dedikdə, adətən, neft və qaz nəzərdə tutulur. Bu onunla izah edilir ki, 
neftin tərkibində ümumi götürüldükdə orta göstəricidə 82,5 - 87% karbon, 11,5 - 14,5% 
hidrogen, 0,05 - 0,7% oksigen, 0,001 - 5,3% kükürd və 0,001 - 1,8% azot vardır. Karbon və 
hidrogen atomları bir-birilə kimyəvi surətdə birləşərək neftin tərkibində müxtəlif maddələr əmələ 
gətirir. Bu birləşmələrə karbohidrogenlər deyilir. 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə