E. M. Hacızadə Z. S. Abdullayev



Yüklə 5,11 Kb.
Pdf görüntüsü
səhifə8/121
tarix29.09.2017
ölçüsü5,11 Kb.
#2401
1   ...   4   5   6   7   8   9   10   11   ...   121

 
19
1932 
12181 
1957 
15957 
1982 
11664 
1933 
15327 
1958 
16475 
1983 
11545 
1934 
19183 
1959 
17055 
1984 
11572 
1935 
19340 
1960 
17850 
1985 
12677 
1936 
20557 
1961 
18702 
1986 
12659 
1937 
21361 
1962 
19700 
1987 
12203 
1938 
22105 
1963 
20500 
1988 
11200 
1939 
21548 
1964 
21251 
1989 
10723 
1940 
22176 
1965 
21500 
1990 
9927 
1941 
23540 
1966 
21729 


1942 
15700 
1967 
21605 


1943 
12700 
1968 
21138 


1944 
11700 
1969 
20420 


1945 
11070 
1970 
20187 


 
Üçüncü mərhələ 1991-ci ildən sonrakı dövrü əhatə edir. Məlum olduğu kimi Azərbaycan 
xalqı 1991-ci ildən müstəqillik  əldə etmiş  və buna görə  də hazırda öz təbii sərvətlərindən özü 
istədiyi kimi istifadə etmək imkanı  əldə etmişdir. Beləliklə, Azərbaycan Respublikasının 
həyatında, xüsusilə  də neft sənaye sahəsində yeni dövr başlanmışdır. Ötən dövrlərdə  nə  qədər 
neftin çıxarılmasına baxmayaraq vurğulanmalıdır ki, Azərbaycan Respublikasının müstəqilliyi 
əldə olunan dövrədək xalq öz təbii sərvətlərinin tam sahibi olmamışdır. Məhz dövlət müstəqilliyi 
bərpa olunduqdan sonra neft-qaz sərvətlərinin də xalqa tam məxsusluğu təmin edilmişdir. 
2002-ci ildə Azərbaycan Respublikasında 15,3 milyon ton neft və 5835 milyon m
3
 təbii qaz 
hasil edilmişdir. Hazırda neft hasilatının təqribən 75%-dən çoxu dəniz neft yataqlarının payına 
düşür. Ona görə də neft hasilatını dəniz neft yataqlarının hesabına artırılması ön plana çəkilir. Bu 
baxımdan xarici ölkələrin aparıcı neft şirkətlərinin ARDNŞ ilə müştərək fəaliyyətlərini müsbət 
və tarixi bir hadisə kimi qiymətləndirmək olar. Proqnozlara görə Azərbaycan Respublikası 2005-
ci ildə 10-11 milyon ton neft, 2010-cu ildə isə 50 miliyon ton neft çıxaracaqdır. Qaz hasilatı üzrə 
də yüksək artım müşahidə olunacaqdır. /Azərbaycan Respublikasında 1991-2002-ci illərdə neft 
hasilatının dinamikası əlavə №1-də verilmişdir./ 
 
 
1.4. Hasilatin artirilmasi üsullari və istehsalin iqtisadi səmərəliliyi 
 
Müasir dövrdə neft hasilatı daha dərin laylardan çıxarılır və ona görə də neftçıxarmaya yeni 
tələblər irəli sürülür. Belə ki, indi neft yataqlarının istismarı zamanı elə texniki və texnoloji 
tədbirlər həyata keçirmək lazımdır ki, ən az məsrəflə layın maksimum neftverməsi mümkün 
olsun. Layın neftverməsi dedikdə, mövcud üsullarla üzə  çıxarıla bilən neftin miqdarı  nəzərdə 
tutulur. Təcrübə göstərir ki, hazırda neft yataqlarının neftvermə əmsalı 0,3-0,7 arasında dəyişir. 
Bu o deməkdir ki, ən yaxşı halda belə, laydakı neftin orta hesabla yarısını, yəni 50%-ni çıxarmaq 
mümkündür, qalan hissəsi isə «qalıq neft» halında layda qalır. Akademik A.X.Mirzəcanzadənin 
hesablamalarına görə mövcud neftvermə  əmsalının yalnız 1% artırılması çox böyük neft 
ehtiyatına malik olan yatağın açılmasına bərabərdir. Hazırda bütün yataqları üç əsas üsulla 
istismar olunur: 
1.
 
fontan; 
2.
 
kompressor; 
3.
 
dərinlik nasosu. 
Neft quyularının istismar edilməsinin ilk dövrlərində, adətən, onlar fontan üsulu ilə istismar 
olunur. Bu dövrdə lay qüvvələri nefti quyunun dibinə itələyib, onu quyudan atmaq üçün xeyli 
qüvvə  və  təzyiqə malik olur. Lay həyatının bu dövrü quyuların yüksək məhsuldarlığı  və 
enerjisinin  ən çox sərf edilməsi ilə xarakterizə edilir. Adətən, layın fontan həyatı çox uzun 
sürmür. O, bir neçə aydan 2-3 ilə qədər davam edir. Fontan üsulu digər neftçıxarma üsullarına 


 
20
nisbətən asan və iqtisadi cəhətdən əlverişlidir. Çünki bu halda əlavə vəsaitdən istifadə edilmədən 
neft, layın təbii gücü vasitəsilə Yer səthinə güclü axınla qaldırılır, işçi qüvvəsinə xeyli qənaət 
edilir, neftçıxarma avadanlıqlarının və qurğularının quraşdırılmasına və onlara qulluq edilməsinə 
ehtiyac olmur. Aktiv dövrlərdə fontan quyuları sutkada 300-400 ton və daha çox neft verə 
bilirlər. 
Lay enerjisi zəifləyərək mayeni quyudibindən Yer səthinə qaldıra bilməyəndə, qaldırıcı 
boruların aşağı ucuna sıxılmış hava və ya qaz verməklə xarijdən ona əlavə enerji verilir. Quyuya 
sıxılmış hava verən quyuya hava qaldırıcısı erlift, sıxılmış qaz verən quyuya isə qaz qaldırıcısı 
qazlift deyilir. Neft çıxarmaq üçün sıxılmış hava kompressor stansiyalarında quraşdırılmış 
xüsusi maşınlar-kompressorlar vasitəsilə hazırlanır və quyuya vurulur. Hər bir kompressor 
stansiyası 100 ədəd və daha çox quyuya qulluq edə bilər. Bu üsul hazırda bütün dünyada, o 
cümlədən də Azərbaycanda  ən geniş yayılmış üsullardan biridir. Lakin, kompressor üsulu ilə 
neftin çıxarılmasının tətbiqi sahəsi məhduddur. Belə ki, bu üsulun bir sıra üstün cəhətlərinə /öz 
konstruksiyasına görə yeraltı və yerüstü avadanlıqlar mürəkkəb olmur, onlar təmir və müşahidə 
üçün olduqca asandır və s./ baxmayaraq onu bütün quyularda tətbiq etmək olmaz. Təcrübə 
göstərir ki, 2500 metr dərinlikdə olan və hasilatı sutkada 25 tondan az olmayan quyularda, 
mayenin mexaniki qatışıq faizi çox /adətən, 5%-dən artıq/ və qaz amili yüksək /100 metr-tondan 
çox/ olub dərinlik nasosu ilə istismarı  çətin olan quyularda kompressor üsulunun tətbiqi daha 
əlverişlidir. 
Aydındır ki, quyunun kompressor üsulu ilə istismarı dövrü də müəyyən müddət davam edə 
bilər. Quyu işlədikcə neft layının təzyiqi azalır, quyudibində neftin səviyyəsi aşağı düşür və 
nəticədə qaldırıcı boruları xeyli uzatmaq lazım gəlir. Nəhayət, quyudibində neftin səviyyəsi o 
qədər aşağı düşür ki, daha kompressor üsulu həm texniki, həm də iqtisadi cəhətdən  əlverişli 
olmur, çünki az miqdarda nefti çıxarmaq üçün çoxlu sayda  baha başa gələn sıxılmış hava və ya 
qaz sərf edilir. Belə olan halda quyunun istismarını davam etdirmək üçün dərinlik nasosu ilə 
istismara keçirilir. Aşağıda 1995-2002-ci illərdə Azərbaycanda istismar üsullarına görə neft 
hasilatının dinamikasını səciyyələndirən cədvəl verilmişdir. 
Cədvəl 8 
 
Azərbaycanda 1995-2002-ci illərdə istismar üsullarina görə neft hasilatı 
/faizlə
İllər 
Cəmi 
Nasosla 
Kompressorla 
Fontanla 
1995 
100 17,0 69,7 13,3 
1996 
100 16,8 70,9 12,3 
1997 
100 86,3  6,0  7,7 
1998 
100 87,0  6,0  7,0 
1999 
100 88,7  5,0  6,3 
2000 
100 91,6  4,6  3,8 
2001 
100 91,0  3,8  5,2 
2002 
100 88,3  4,7  7,0 
 
Qeyd etmək lazımdır ki, neft quyusu dərinlik nasosu ilə  də daim istismar edilə bilməz. 
Buna səbəb lay təzyiqinin vaxt keçdikcə azalmasıdır. Elə bir vaxt gəlib çatır ki, laydan 
quyudibinə çox az miqdarda neft daxil olur və ya heç gəlmir. Bu hadisənin  əsas səbəbi nefti 
məsaməli mühitdə quyudibinə itələyən qaz və  ya  su  təzyiqinin kifayət qədər olmamasıdır. 
Adətən, bütün dünyada, o cümlədən də Azərbaycanda neft yataqlarında lay təzyiqinin aşağı 
düşməsinin və bunun nəticəsi olaraq istismar quyularında neft hasilatının azalmasının qarşısını 
almaq üçün müxtəlif üsullardan istifadə olunur. Bunlara aiddir: 
1
 
Birinci - neft layı konturunun arxasından və ya kontur daxilindən laya su 
vurulması üsulu. Layda mayenin hərəkətinə sərf edilən enerji ehtiyatını tezliklə bərpa 
etmək və neftin layda qazlaşdırılmasının qarşısını almaq üçün tətbiq edilir. Bu üsul cari 
hasilatı  və layın yekun neftvermə  əmsalını artırmaq üçün ən yaxşı vasitədir. Bu üsulu 


Yüklə 5,11 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə