Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə10/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dövlətləri və  ictimai  təşkilatlar hələ də erməni  terroru  qarşısın­
da  «təmkin»  göstərir.  Bu  terror  növü  planetimizin  başqa  regi­
onlarında da törədilməkdədir.
Vaxtilə  akadem ik  M .C.Hüseynov  (1913-1974)  neft  və 
kimya  stimulyatorlarm m   yeni  növlərini,  o  cümlədən  «neft- 
boy» maddəsini kəşf etmişdi.  H əm in dövrdə kənd təsərrüfatın­
da  bu  yeni  m addədən  geniş  istifadə  edilməyə  başlanmışdı. 
VaxtiləŞəkidə  kənd-təsərrüfatı  m əhsulları  muzeyi  fəaliyyət  gö­
stərirdi.  H əm in muzeydə  çəkisi 80-100 kq  olan qarpız nümayiş 
etdirilirdi.  Bu  məhsul  inəklərə  verilir,  heyvan  kökəlir  və  südü 
dəfələrlə artırdı.  Başqa  məhsullar  da  o  sıradan.  Sonradan m ə­
lum  oldu  ki,  həm  «neft-boy»  maddəsi,  həm   də  onunla  becəri­
lən məhsullar kanserogendir, insanlarda cürbəcür xəstəliklərin, 
o  cümlədən  şişlərin  əmələ  gəlməsinə  səbəb  olur.  Bəs  müasir 
dövrümüzdə  vəziyyət  necədir?  Gəlin  müxtəlif  araşdırm alara 
müraciət edək.
«Təbii  bitkiləri  transgen  növlər  əvəzləyir,  qidalandığımız 
ərzaq 7 nəslə ötürülür» məqaləsindən bəzi məqamları  oxucula­
rın nəzərinə çatdırırıq:  «Son illər mərkəzi sinir sistemi xəstəlik­
ləri,  ürək  çatışmazlığı və  immun sisteminin  zəifliyindən  əziyyət 
çəkənlərin sayının kəskin artması müxtəlif amillərlə izah edilir. 
Səbəblər içərisində ekoloji və ya epidemioloji çirklənmədən da­
ha  çox  qidanın  keyfiyyəti  məsələsi  qabardılır.  Alimlərin  fik­
rincə,  xəstəliklərin  artm asında  genetikası  modifikasiya  olun­
muş ərzaq məhsullarının xüsusi rolu var.  D oğrudur,  indiyədək 
qeyri-ənənəvi  ərzaq  məhsullarının  orqanizmə  təsirilə  bağh 
mübahisəli  fikirlər söylənilib.  Lakin  aparılan  tədqiqatlar sübut 
edir ki,  belə m əhsullar hətta bir neçə nəsil sonra gendə dəyişik­
lik edə bilər.
Qida m əhsullarının yararlılıq müddətini uzatm aq və dadını 
artırm aq  məqsədilə  onların  genetikasının  dəyişdirilməsi  təcrü­
bəsi  ilk  dəfə  1984-cü  ildə  ABŞ-da  həyata  keçirilib.  Genetikası 
modifikasiya  olunm uş  (GM O)  məhsullar  iqtisadi  cəhətdən  sə­
mərəli olduğundan  tez bir zam anda  dünyaya yayılıb.  Araşdır­
m alara görə, hazırda dünya əhalisinin 65%-i genetik dəyişikliyə
38
İntellektual ekologiya
məruz qalan məhsullarla qidalanır.  Əsas məqam ondur ki,  gen 
dəyişiklikləri  zamanı  məhsullara  xəstəliklər  də  ötürülə  bilər. 
Təmiz və eyni biçimli kartoflar heyvan geni köçürməklə becəri­
lir.  Məlumdur ki,  K olorado böcəyi kartofun düşmənidir.  Hey­
van  geni  ilə  birləşdirilmiş  yeni  k arto f növləri  bu  böcəyə  qarşı 
davamlıdır.  H ətta böcək  k a rto f növünün  yarpaqları ilə qidala­
nanda  məhv  olur.  Geni  dəyişdirilmiş  inək  çoxlu  süd verir,  do ­
nuzun əti piyindən çox olur, toyuqlardan yağ damır.
Son  illər  G M O   ilə  bağh  500-dən  çox  araşdırm a  aparılıb. 
Qəribədir  ki,  belə  m əhsulların  orqanizmə  mənfi  təsirilə  bağh 
rəy  də  ABŞ  alimlərindən  gəlib.  O nlar  Ümumdünya  Səhiyyə 
Təşkilatının vasitəsilə həyəcan təbilinin çalınmasına nail olmaq 
istəyiblər.  Transgen  məhsullarla  daim a  qidalananlar  piylən- 
məyə  məruz  qalırlar.  A raşdırm alara  cəlb  edilən  qadınların 
96%-də  mədə-bağırsaq  xəstəlikləri,  həzm sisteminin pozulması 
müşahidə edilib.  M əlum  olub ki, qadınlar «M cDonalds»da qi­
dalanm ağı  çox  sevirlər.  «M cDonalds»m  menyusunun  bəzəyi 
olan ham burger,  hot-doq və digər ət yeməklərində istifadə edi­
lən  qidalar  transgen  məhsullardır.  Bundan  başqa,  restoranlar­
da  təklif edilən  toyuqlar horm onla böyüdülür,  bitki yağlan be­
lə məhsullarla hazırlanır.
«Cipsi»lərin  hazırlanm asında  yalnız  gen  dəyişikliyinə  mə­
ruz  qalmış  kartof növündən  istifadə  edilir.  Mütəxəssislər  yeni 
doğulanların  30%-nin  genetik  fəsadlara  məruz  qaldığını  bildi­
rirlər.  A rtıq  dünyanın  əkin  sahələrinin  30-50%-də  transgen 
məhsullar  becərilir.  K olbasa,  şokolad,  mayonez,  bitki yağlan, 
soya unu da transgen məhsullardan hazırlanır.  Geni dəyişdiril­
miş  məhsulların  istehsalı və istifadəsinə görə ABŞ  liderlik  edir. 
Beynəlxalq  Ərzaq  A raşdırm aları  İnstitutunun  hesabatında 
deyilir  ki,  son  illər  təbii  məhsul  əkini  sahələrinin  sayı  10  dəfə­
lərlə azaldılıb. Yaxın illərdə təbii bitkilərin əkin sahəsi tam am i­
lə  məhv  edilə  bilər...»  (Əntiqə,  «Olaylar»  qəzeti,  26  dekabr, 
2007)
Biz  bir  də  təkrar  etmək  məcburiyyətindəyik:  Allah-Təala 
öz bəndələrinə o qədər nemətlər əta etmişdir ki, onları saymaq­
39


Әтәг M ete Həmidov, Zərnurə Həmidova
la  qurtaran  deyil.  D ahi  M övlana  öz  «Məsnəvi»sində  deyir: 
«Hər  meyvənin  toxum u  öncə  yerə  girər,  ondan  sonra  yerdən 
göylərə doğru baş qaldırar və yüksələr...  Bütün nemətlərin əsl­
ləri  göydən  torpağa  yağdı,  torpağın  altına  girdi.  O ndan  sonra 
tərtəmiz cana qida oldu.»
Allah-Təala  buyurur ki,  bütün bu nemətlər insan üçün ya­
radılmışdır.  Sadəcə  olaraq,  dünya  nemətlərindən  istifadədə 
hədd gözləmək lazımdır.  Qurani-K ərim in  M aidə surəsinin  87, 
88-ci  ayələrində  buyurulur:  «...A llahın  sizə  halal  buyurduğu 
pak  nemətləri  (özünüzə)  haram   etməyin  və  həddi  aşmayın. 
D oğrudan  da,  Allah  həddi  aşanları  sevməz.  Allahın  sizə  ver­
diyi  ruzidən  halal  və  təmiz  olanını  yeyin...»  Lakin  insan  bu 
nemətlərə  laqeyd  yanaşdı,  qorum adı,  h ətta  onların  məhv  ol­
masına səbəb oldu,  daha doğrusu,  ekoloji qaydalara  riayət et­
mədi.
Yer üzərində ləyaqət, mərhəmət,  ədəb,  rəhm,  şəfqət,  xeyir­
xahlıq,  mehribanlıq,  iman,  təvazökarlıq,  əxlaq,  sülhsevərlik  və 
ədalətin  yox  dərəcəsinə  çatması,  alimlərin  təlim  və  təlimatının 
öz yolunu azması, elmə qiymət verilməməsi, insanların bir-biri­
nə  həsədlə  yanaşması,  boş  şeylərin,  uydurm aların  həqiqət 
sayılması,  qanun  və  qaydaların  silinib  getməsi,  insanların  iç­
məli suya,  təmiz qidaya,  havaya və yararlı torpağa həsrət qal­
ması, qlobal istiləşmə ilə əlaqədar  daşqınların, sunamilərin ço­
xalması,  terrorizm   və  nasizmin,  ekoloji  terrorizmlə  təbiəti 
məhv  etmək  vəhşiliyinin  baş  alıb  getməsi,  bununla  əlaqədar 
xəstəliklərin  epidemiya  halını  alması,  ümumiyyətlə,  mənfi  in­
tellektual ekoloji faktorların durm adan artması haqq olan qiy­
amətin  əsas  əlamətləridir.  Qurani-Kərim in  əl-Haqqə  surəsinin 
15-ci ayəsində buyurulur: «Məhz o gün (vaqe olacağına heç bir 
şübhə olmayan) qiyamət qopacaqdır!»
Beləliklə,  ekoloji fəlakət Y er kürəsində yaşayanların hamı­
sı üçün eyni dərəcədə qorxuludur.  Elə buna görə də xırdalanıb 
evlərə, ellərə,  vilayətlərə, dövlətlərə  ayrılmadan  hamıhqla  eko­
loji saflıq uğ ran d a çarpışmalıyıq. Yoxsa gözəl dünyamız və bə­
şəriyyət tamamilə məhv olar.  A kadem ik N.N.Moiseyev planet
40
İntellektual ekologiya
miqyasında  böhranın  -   «tarixin  sonunun»  yaxınlaşmasından 
bəhs  edərək  yazır:  «...fəlakət  sürətlə  yaxınlaşır,  bəşəriyyətin 
bundan  sonra  qarşısım  alm aq  imkanları,  praktik  olaraq, 
tükənmişdir.»
M əşhur  astrofizik  Stiven  X okinq  son  günlər  baş  verən 
müxtəlif təbii  fəlakətlərə  işarə  edərək  dünyanın  sonunun  gəl­
diyini bildirib: «Bu dünyadan qaçmasaq, axırımız yaxşı olmay­
acaq.  Sivilizasiya tarixinin ən təhlükəli dövrünə giririk. D ünya­
dan  yox  olmağımız  bir  an a  bağlıdır.  Belə  hadisələr  gələcəkdə 
daha  tez-tez baş verəcək,  çünki dünyamn bizə  bəxş etdiyi təbii 
sərvətləri  sürətlə  tükədirik.  Genetik  kodlarımız  daha  eqoist  və 
daha  aqressiv  olub.  V ar  olm aq  üçün  tək  şansımız  var.  O  da 
kainata yayılmaq.  Qeyd edək ki, alimlərin hesablamalarına gö­
rə, sivilizasiya hazırda sahib olduğu texnika, raket və yanacaq- 
la  ən  yaxın  ulduza  50000  ilə  ancaq  gedə  bilər.  Bundan  başqa 
insanın  belə bir səyahət  üçün  işıq sürətinə ehtiyacı var və səya­
hət müddətində kosm ik radiasiyalardan qorunm aq üçün xüsu­
si  texnika əldə etməlidir.» («Olaylar» qəzeti,  11  avqust, 2010)
Biz,  hər  şeydən  əvvəl,  bir  həqiqəti  unutmamalıyıq  ki,  Yer 
insan  cəmiyyətinin  üm um i  evidir,  onun  alternativi  yoxdur  və 
ola  da  bilməz.  Əgər  başqa  planetdə  yaşayış  varsa  da,  biz  ora 
qonaq  kimi  gedə  bilərik.  Gəlin,  doğma  evimizi,  gələcəyimizi 
qoruyaq.  Ekologiya  qanunlarına  hamımız  vicdanla  riayət 
edək.  Bəlkə  10,  bəlkə  100 milyon illər bundan əvvəl Yer plane­
tində  indikindən  də  böyük  inkişaf olub,  bəlkə  onda  da  insan 
ekologiyaya  məhəl  qoym ayıb,  hər  şey  dağıdılıb?  Həyat  bəlkə 
yenidən  əmələ  gəlib?  A ncaq  insan,  yenə  də  sabahını,  xalqım, 
millətini,  bəşəriyyəti  düşünməyən  insan  bu  müqəddəs  planeti 
elə bir hala gətirə bilər ki,  ondan dəfələrlə böyük  olan ulduzlar 
kimi sıxılmış  bir  qaz kütləsinə çevrilər.  Bəlkə də,  «Pioner-  10» 
və  «Pioner-11»  A m erika  kosm ik  aparatlarının  uçuş  trayekto- 
riyasım  təsdiq  edən reaktiv  hərəkətlər  laboratoriyasının əmək­
daşı Con A ndersonun  10-cu planetin mövcudluğu haqdakı fər­
ziyyəsi  düzgündür?  Ola  bilsin  ki,  vaxtilə  10-cu  planetlə  Yer 
arasında əlaqə olub, lakin ekoloji faciələr nəticəsində bu əlaqə­
41


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə