Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər Mete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə11/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   7   8   9   10   11   12   13   14   ...   134

Ənvər Mete Həmidov, Zərnurə Həmidova
lər kəsilib.
Vaxtilə  Türkmənistan  Elmlər  Akademiyasının  m üxbir 
üzvü O.Odekov y aard ı:  « .. .indi  başqa  planetdən  paleogəlişlər 
barədəki  daha  mübahisəli  məsələyə  müraciət  edək.  M ən  belə 
hesab  edirəm  ki,  onların  mövcudluğu  tamamilə  mümkündür. 
Axı,  bizdə heroqlif işarələrində, əfsanələrdə,  Bibliya miflərində 
qeyri-adi atmosfer təzahürləri barədə m araqlı yazılar m övcud­
dur.  Bu cür  yazılardan  biri  hələ  3500 il  bundan əvvəl yaram b. 
Qədim misirlilər göydə uçan  «odlu dairələr»,  «yanar nöqtələr» 
barədə  qeydlər  etmişlər.  Elə  3500  il  əvvəl  Hindistanın  M o- 
henco-Daro  şəhəri 40  min  sakini  ilə birikdə yer üzündən  silin­
mişdir.  «M ahabhapata»da deyilir  ki,  faciənin  səbəbi  «tüstüsüz 
alov» və göy işartısından sonra baş verən partlayış olm uşdur.»
Hind  arxeoloqu P.Benerci  1922-ci ildə  M ohenco-D aronun 
xarabalıqlarını  aşkara  çıxarmış  və  faciə  haqda  deyilənləri  təs­
diq etmişdir.  «Buradakı küllük X irosim a və N aqasakinin ato m  
partlayışından  sonrakı  vəziyyəti  xatırladır,  ancaq  burada  ra ­
dioaktiv m ühit yoxdur.» («Trud» qəzeti, 23  fevral,  1989)
Hər  şey  mümkündür.  H ansı  əfsanəni,  fərziyyəni,  tarixi 
araşdırsaq, görərik ki,  hər şeyin səbəbi yalnız bir amildir:  canlı, 
şüurlu insan.  O  insan  ki,  öz şüuru,  öz əlləri  ilə  özünə  qəbir q a ­
zır,  yediyi  çörəyi,  içdiyi  suyu,  ciyərlərinə  çəkdiyi  havanı  zəhər­
ləyir, yaşadığı m əkanı dağıdır.
Ey  insanlar!  Bir-birini  tam am layan  iki  insani  ləyaqəti 
unutmayın:  insaf və vicdan.  M əhz bu iki insani  ləyaqət müsbət 
intellektual ekologiyanın bünövrəsidir.
İnsan  Allah-Təala  tərəfindən  azad  yaradıldı,  səadət  və  ya 
bədbəxtlik  yolunu  seçmək  onun  öz  ixtiyarına  verildi.  Demək, 
istər  kamala çatan,  istərsə də  süquta  uğrayan insan  bunları  öz 
iradəsi ilə edir.  Qurani-Kərim in əl-İnsan  surəsinin  3-cü ayəsin­
də  buyurulur:  «Biz  ona  haqq  yolu  göstərdik.  İstər  (nemətləri­
mizə) minnətdar olsun, istər nankor (bu onun öz işidir).»
İnsan  tək  özü  üçün  yox,  ailəsi,  qohum-əqrəbası,  dostları, 
vətəni və milləti üçün yaşamalıdır.  D ahi  şəxslər  insanlıq və bə­
şəriyyət üçün  yaşayırlar.  İnsan  bu xüsusiyyətlərinə  görə Allah-
42
İntellektual ekologiya
Təalanm  yaratdığı  bütün  canlılardan  fərqlənir.  Yalnız  yemək 
üçün  yaşayanlar,  başqa  canlılardan  danışa  bilmələri ilə  fərqlə­
nirlər.  Məhəmməd  peyğəmbər  (s.)  buyurur:  «Bəşəriyyət  Alla­
hın ailəsidir. Allah dərgahında insanların ən sevimlisi onun ai­
ləsinə fayda verib sevindirəndir.»
İnsan  qədər ucalmaq  mümkün  olmadığı kimi,  insan qədər 
alçalmaq da mümkün deyil.  Belə ki, bütün fəsadların, azğınlıq­
ların  əsası  insanın  qəflətidir.  Qəflət  xəstəliyinə  yoluxmamaq 
üçün  insan  özünə  diqqət  yetirmək  və  nəzarət etmək məqsədilə 
özünü  sorğu-suala  tutmalıdır:  «Sən  kimsən?  Haradasan?  Nə 
axtarırsan? İnsanlığa layiq və əksinə, hansı hərəkətləri etmisən? 
Özünün,  ailənin,  mənsub  olduğun  cəmiyyətin...  və  nəhayət, 
yaşadığın planetin aqibəti necə olacaq?» Bu proqram la hərəkət 
edən insan hökmən irəliyə doğru addım atır. Belələri çox halda 
cəmiyyətdə  şəxsiyyət  kimi  yetişir.  Vücudunda  özünü  dərketmə 
hissi  az  olan insan  isə  insaniyyətdən  uzaqlaşır,  onda  özünə  və 
ətrafına  qarşı  biganəlik  baş  verir.  Hədislərdən  birində  deyilir: 
«Özünü tanıyan Allahını tanımışdır.»
Bütün  millətlərin müdrikləri gənc və gələcək nəslə məsləhət 
vermişlər:  «İnsafla  yaşa,  vicdanla  ömür  sür».  Abbasqulu  ağa 
Bakıxanov  deyib  ki,  insaf ləyaqətin  zinətidir.  Məncə,  insafsız 
adam da heç vaxt vicdan da ola bilməz.
Saleh  bəy  Yer  planetində  ekoloji  tarazlığı  qorum aq  üçün 
təklif  edir:  «Beynəlxalq  ekoloji  fond  yaradılmalı,  hər  dövlət 
təyin  olunan  məbləğdə  oraya  vəsait  köçürməlidir.  Və  eyni  za­
m anda  fondun təyinatı və nəzarəti ilə müəyyən ölkələrə vəsait­
lər  ayrılmalıdır...  Planetin  ekzotik  təbiətə  malik  olan  yerləri­
nin,  məsələn,  Afrikanın,  Hindistanın  qorunub saxlanması,  tək 
A frikaya  aid  iş deyil,  onlar,  ümumiyyətlə,  bütün  Yerin,  bütün 
xalqların sərvətidir. O dur ki, ham ı dövlətlər öz «ciblərinə görə» 
xərc  qoyanda  məhz  belə  də  düşünməlidirlər:  «Mən  xərc  qoy­
m asam ,  mənim  nəvələrim  o  filləri,  şirləri,  zürafələri  görə  bil­
məyəcək».  Yer  bizim  hamımızın  və  hər  birimizin  ümumi, 
doğm a,  əziz və əvəzsiz evimizdir,  onu  hamımız  birgə  qoruyub 
saxlamalıyıq!  Və  yalnız  birgə  saxlaya  bilərik!  («Dünyamn  ta ­
43


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
leyi», Bakı,  1998)
Qoy,  əsrin  ekoloqunun  gələn  əsrə  proqnozu  bizə  qəm  gə­
tirmək əvəzinə, hamımızı oyatsın, öz gözəl planetimizi qoruyub 
saxlamağa bizi ruhlandırsın! Jak-İv K usto hesab edir ki, «Yem 
və həyat üçün yer  çatışmazlığı üzündən planetdən ilk yox olub 
gedən zürafə və fil  olacaqdır.  H əddən  artıq  çox  insan  eyni  bir 
həyat  məkam  uğrunda  rəqabət  aparacaqdır.»  («Литератур­
ная газета»,  18 dekabr,  1996)
U nutm aq  olmaz ki,  bəşər mənəviyyatında hər  şey tərbiyə­
dən, saf intellektdən başlayır və bu amil hər şeyə qadirdir. Tər­
biyə insam saflaşdırar, əks halda insan vəhşiləşər, caniyə çevri­
lər.
Beləliklə,  insaniyyət,  tərbiyə  cəmiyyətin  həyat  və  inkişafı 
üçün birinci dərəcəli amildir və on u  bu səviyyəyə rəsmən və q a ­
nun üzrə qaldırm aq lazımdır. Tərbiyənin, insan ünsiyyətlərinin 
məzmun və forması dövlətin ən vacib işi hesab edilməlidir.
Saleh bəy  təklif edir:  «İnsaniyyət -  ədalət, vicdan,  insana, 
onun hüquq və ləyaqətinə hörmət, ən azı tolerantlıq -  qarşılıqlı 
dözüm arzu edilən xüsusiyyətlər səviyyəsindən ümumbəşəri q a­
nunlar  səviyyəsinə  qaldırılmalıdır.  Bunun  üçün  yeni,  insani 
hüquq  normaları,  yeni  elm  -   insaniyyətşünaslıq  sahələri  yara­
dılmalıdır...».  Keçmişin  «güc  hüququ»  daha  işləməyəcək,  da­
ha  doğrusu,  təkcə güc  (və xüsusən  əlavə  olaraq hiylə) üstünlük 
yox,  təhlükə  gətirəcəkdir.  Lakin  gücsüz  də  iş  keçməyəcək,  heç 
olmasa,  «keçid»  dövründə  ədalət  və  güc  tələb  olunacaq. 
Beynəlxalq  əməliyyatlar,  qərarlar  tam   (!)  ədalət  əsasında  və 
ədalətsizliyə  qarşı güc  işlətmək  yolu  ilə icra  ediləcəkdir -  «Güc 
ədalətdir»  prinsipi üzrə.  Əfsuslar  olsun  ki,  müasir  dövrdə istər 
dövlətlərarası  münasibətlərdə  və  istərsə  də  dövlət  daxilində 
hüququn gücü yox, gücün hüququ hörmranlıq edir.
Bəzi  müsəlman  dövlətlərində  yolunu  azanları,  əyyaşları, 
narkotik qəbul edənləri şallaqla cəzalandırırlar.  Qərb dövlətləri 
buna  quldarlığın  qalığı  kimi  baxırlar.  Belə  çıxır  ki,  bir  atom 
bom bası ilə  bütöv  bir  şəhəri  əhalisi  ilə birlikdə məhv  etmək si­
vil,  başqasımn nam usuna toxunana,  oğruya,  əyriyə şallaq vur­
44
İntellektual ekologiya
maq isə vəhşilikdir.  Bəzən tərbiyələndirmək üçün  şallaq vacib­
dir.  Atalar deyiblər:  «Döyülməyən düyüdən aş olmaz!» Beləcə, 
insan  intellekti,  şüuru  onu  pilə-pillə  mərifətə  çatdırır,  onu  öz 
insani  vəzifələrindən  xəbərdar  edir.  İnsan  düşünməli,  fəlakət­
dən qurtarm aq üçün haqq-ədalət yolunu tutmalıdır.
Müəlliflərdən  biri,  olaraq  qeyd  etməliyəm  ki,  mən  vaxtilə 
«Lkologiya  və  sağlamlıq»  (Ə.Həmidov  -   Ənvər  Mete,  Bakı, 
1990) kitabımda da Yer planetində  ekoloji problemləri həll et­
mək üçün dünya xalqlarını, elm xadimlərini və dövlət başçıları­
nı birliyə, düzlüyə, ehtiyatlı olmağa, gələcəyə qayğıkeşliyə çağı­
rışla öz arzularımı bildirmişdim, indi isə fikirlərimi (bunlar mə­
nim  arzularım  və  qəlbimin  harayıdır)  həmmüəllifimlə  birlikdə 
daha geniş şəkildə oxuculara çatdırmaq istəyirəm.
Əziz oxucu, bütün bu deyilənləri,  bəlkə də,  bir utopiya ki­
mi qəbul  edəcəksən.  U n u tm a ki, utopiya çox dərin tarixi kök­
lərə söykənir.  U topiya bəzən tarixi zərurətdən həqiqətə çevrilir. 
Nağıllarda xalça üstündə uçm aq, yerin  altı ilə başqa bir məm­
ləkətə getmək,  div -  təpəgözün içməli suyun qabağım kəsməsi, 
insanları  susuz qoyması  və  s.  əfsanə,  utopiya hesab  olunurdu. 
Lakin  insanın  kosm osa  və  başqa  planetə  uçması,  yeraltı  met­
rolar və s. artıq həqiqətdir.
Qədim  yunan  şairi  H esiodun  (e.ə.  V III-V II  əsrlər)  «qızıl 
əsr»  haqdakı  təsəvvüründən  başlayaraq  ictimai  fikir  tarixində 
daim  utopik  anlayış  olmuşdur.  U topik  ideyalara  Platonun 
(«Dövlət»),  Avqustinin  («Allah  şəhəri  haqqında»),  X II  əsr 
italyan  mütəfəkkiri  İoahim   Florlunun  («Əhli-cədidə  «şərh») 
əsərlərində  və  s.  rast  gəlinir.  Nizami  Gəncəvinin  «İsgəndərna- 
mə»  poemasında ideal cəmiyyətin mövcud olduğu utopik  ölkə 
təsvir  edilmişdi.  U topiya  çərçivəsində  mövcud  quruluş  bilava­
sitə  və ya  dolayı  tənqid  edilir,  başqa  sosial-siyasi  idealı  həyata 
keçirmək yolu ilə bu qüsurları aradan qaldırm ağa cəhd göstəri­
lir.  Bəs  müasir  dövrdə  təbii  və  intellektual  faciələrin  qarşısı 
nccə alınmalıdır?
İnsanın ruhi aləmini qidalandırm aq üçün həmişə inanclara 
ehtiyacı olmuşdur.  Bu inancları isə bəşər bəzən özünün müqəd-
45


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə