Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə128/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   124   125   126   127   128   129   130   131   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
insan  sifətinin  əsas  hissələrinə,  Fatihə  surəsinin  ayələrinə  və 
inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.
Hürufiliyin  A zərbaycanda  təşkilatlanması  XIV  əsrin  son­
larında başladı.  O nların fəlsəfi dini qaynaqları Ön və O rta Şər­
qin  fəlsəfəsindən  bəhrələnmişdir.  Hürufiliyin  Azərbaycan 
ərazisində 
Nəimi, 
Nəsimi, 
Sururi, 
Əli-ül 
Əla 
kimi 
nümayəndələri  var idi.  Hürufilik təriqəti geniş bir ərazini (İran, 
Azərbaycan,  Suriya,  Osmanlı)  əhatə  edirdi.  Əsas  nümayəndə­
ləri kəndlilər və şəhər ziyalıları idi.
Hürufilər  ideyalarını  yaym aq  üçün  öz  əraziləri  ilə  kifayət­
lənmir,  islam   Şərqinin  müxtəlif ölkələrinə  səyahətlər edir,  tələ­
bələrinin sayını artırırdılar.
İki  yüz  il  m onqolların  işğalı  altında  qalan  Şərqdə 
hürufiliyin  tarixi cəhətdən yaranm asına  ehtiyac var idi.  Bu za­
m an  m eydana  çıxan  həyəcan  və  çıxışlar  həm  ölkədə  ağalıq 
edən feodallara,  həm  də  ortodoksal islam ideyasına qarşı  çev­
rilmişdi.
Bu dövrdə  şiəlik  Kiçik  Asiyanın  şərqində  geniş  yayılmışdı. 
Vergilərdən  bezən  xalq  mövcud  rejimin  əksinə  olaraq  şiəliyə 
meyil  edirdi.  1239-cu  ildə  Şeyx  B aba  İshaqın  başçılığı  altında 
üsyan başladı.  Şeyx B aba İshaq üsyanın gedişində özünü Allah 
elan  etmiş  və  bun u   şüara  çevirərək,  kəndliləri  və  sənətkarları 
sünni olan Səlcuq sultanına qarşı üsyana çağırmışdı.
Beləliklə,  görünür,  XIV  əsrdə  Mərkəzi  Asiyada,  İranda, 
A zərbaycanda və digər yerlərdə  baş  qaldıran inqilabi  ideyala­
rın  böyük  əksəriyyəti  ortodoksal  sünni  ruhanilərə qarşı  çevril­
mişdi.
Hürufilik təlimi, əsasən, feodallara, xarici işğalçılara və on­
ları müdafiə edən islama qarşı yönəlmişdi.
Hürufilər bütün dini hökmləri öz düşüncələri istiqamətində 
izah  edirlər.  Kəlmeyi-şəhadət,  nam az,  oruc,  həcc,  zəkat  kimi 
bütün  dini  hökmlərin  hamısı  28  və  32  hərfə  görə  izah  edilir. 
Nəticə  əskik və ya  artıq  olarsa,  hesabı  düz gətirmək üçün  hərf 
elminin üsullarına müraciət edilərək nəticə əldə edilir.
Bu cərəyanın məqsədi insana ən yüksək mərtəbəni vermək­
548
İntellektual ekologiya
dir.  M övcud  olan  hər  bir  varlıq  mütləq  varlığın  təzahürüdür, 
əksidir.  Bu  təzahür  qüvvət  aləmindən  təbiət  və  ünsürlərə  gəl­
mişdir.  Səma ilə ünsürlərin birləşməsindən də cansız aləm,  bit­
kilər və insanlar yaranmışdır.
Hürufiliyin  ilkin  qaynaqları,  eləcə  də  müasir  araşdırmalar 
əsasında  bu   cərəyamn  fəlsəfi  məzmun və  məqsədini  aşağıdakı 
kimi xülasə etmək olar:
İlahi nitqin səsi kainatın yaradılmasının yeganə vasitəsidir. 
Bu,  m addi  aləmin  yaranm ası  ilə  bağlı  olaraq,  Q uranda  yer 
alan «Kun!» («Ol!») əmri ilə əlaqəli yaranmış mülahizə kimi də 
yozula bilər.
Xəlifə  (ərəbcə  «varis»,  «müavin»,  «xələf»  deməkdir)  -   er­
kən  islamiyyətdə  müsəlman  icmasının  başçısı  xəlifə  adlanırdı. 
Bəzi  vəzifələri  yerinə  yetirməkdə  Həzrət  Məhəmmədin  (s.) 
canişini  (müavini)  hesab  edilir,  onu əvəz  etmiş  adam a  deyilirdi. 
Xəlifələr hər biri özündən əvvəlkini «əvəz edən» xəlifələr icma­
sının həyatını  şəriət əsasında tənzimləmək, Allahın buyurduğu 
«ilahi  göstərişlər»i  icmamn  yerinə  yetirməsinə  göz  qoymaq 
üçün  icma  tərəfimdən  seçilmiş  mömin  adam lar  olmalı  idilər. 
Nəzəri cəhətdən xəlifə vəzifəsi dünyəvi hakimiyyətlə ruhani h a­
kimiyyətin  ayrılmazlığı  ideyalarının  təcəssümü  idi.  Prinsipcə, 
xəlifə dünyanın bütün müsəlmanlarının başçısı idi.
X ilafət 
-  İslam  dininin  sünni  məzhəbi  üçün  səciyyəvi  olan 
hakimiyyət  təsisatıdır,  icma üzərində dünyəvi  və  mənəvi haki­
miyyətin  xəlifənin  əlində  birləşdiyini  göstərir.  VII  əsrin 
əvvəllərində  Məhəmmədin  təşkil  etdiyi  müsəlman  icması  xi­
lafətin  özəyi  olmuşdur.  X III  əsrdə  m onqol  istilasmadək 
mövcud  olmuş  müsəlman  dövlətini  xilafət  və  ya  ərəb  xilafəti 
adlandırırdılar.
X ristianlıq 
(yunanca  hərfi  mənası  «padşah»  deməkdir)  -  
dünya  dinlərindən  yaranm a  tarixinə  görə  ikincidir.  İslamla 
yanaşı, dünyada ən çox yayılmış dindir.  Xristianlığın yaranması 
ilahiyyatçı  nöqteyi-nəzərlə  bağlıdır  və  b u   fikrə  görə,  xris­
tianlığın  əsası  eramızın  I  əsrində  allah-insan  İsus  Xristos  (İsa 
Məsih)  tərəfindən  qoyulmuşdur.  İsa  Məsihin  (ə.)  Əhdi-Cədid
549


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
dini  kitabında  əksini  tapmış  həyatının  təsvirinə  və  baxışlarına 
söykənən  m onoteistik  dünya  dini,  üç  əsas  dünya  dinlərindən 
(buddizm   və  islamla  yanaşı)  biri,  İbrani  dini kimi  də sayılır.  I 
əsrdə  R o m a   imperiyasının  şərq  əyalətlərində  m eydana 
gəlmişdir.
X ristianlar inanırlar  ki,  İsa  (ə.)  «taxta çıxarılmış  ilahi var- 
hq»dır, İlahınin oğludur, insana çevrilmş ilahidir və bəşəriyyəti 
xilas  edəcək  varlıqdır.  D ünyada  tərəfdarlarına  görə  (2,1 
milyard,  2007)  birinci  dindir.  A vropada,  Amerikada,  Cənubi 
A frikada və O keaniyada üstün inancdır.
X ü lya 
-  reallıqdan  uzaq,  müəyyən  sistemi  olmayan  xəyali 
surətlərin insan təxəyyülündə canlanması.  Xülya zamanı surət­
lər  insan  beynində  sistemsiz h ald a  bir-birini  əvəz edir,  onların 
belə  hərəkəti  (cərəyanı)  təfəkkür  tərəfindən  tənzim  edilmir. 
Xülya zam anı insanın xəyalında xoş təsəvvürlər canlanır, lakin 
həm in  surətlərin  həyatdan,  konkret  gerçəklikdən  uzaq  olması 
insanın fəallığını zəiflədir.
X üşu 
-   A llaha  qarşı  qorxu  və  sevgi  ilə  boyun  əymək,  bu 
duyğu ilə m eydana gələn hal.
IbKs 
-  «şeytan», «iftiraçı» deməkdir, bir sıra dini təlimlərdə 
(xristianlıq,  islam  və s.)  bədxah ruh,  şər qüvvələrin  başçısı,  Al­
laha qarşı duran,  insam  günaha  sövq etdirən, Cəhənnəmin sa­
hibi.  G uya  əvəllər  mələk  olm uş,  Allahın  əmrindən  çıxdığı 
üçün 
Cəhənnəm ə  göndərilmişdir.  O na  görə  də  həmişə  in­
sanlardan qisas alm ağa çalışır.
İbrahim   (ə .) 
-   Q urana  görə,  İbrahim   (ə.)  yəhudilərin  və 
m üsəlm anların əfsanəvi əcdadı, M əhəmmədin (s.) sələflərindən 
biri  saydır.  D ini rəvayətə görə,  İbrahimxəlil peyğəmbər  (ə.)  öz 
atasının  dinini,  yəni  bütpərəstliyi  atmış,  bütləri  qırmışdır.  Bu­
ra d a   xəlil-  d o st  mənasım  verir.  İbrahimxəlil  peyğəmbər  (ə.) 
oğlu  İsmayılı  (ə.)  A llaha  q u rb an   vermək  istəmiş,  lakin  Allah 
o n u  bağışlayaraq, əvəzinə qoyun göndərmişdi. Bu da insandan 
qurbanverm ə adətinin aradan çıxmağa başladığını göstərir.
İbrani 
-  b u  söz «ibri» və «hibri» sözündən törənmişdir.  Bi­
zim  eradan  əvvəl  X IV   əsrdə  K ənanda  (Fələstində)  yaşayan
550
İntellektual ekologiya
«ibri»  və  «hibri»  adlı  qəbilənin  adından  götürülmüşdür.  Mixi 
yazılı mətnlərdə «hapin»  adlanır.  Onlar ə w əl İsrail oğulları ilə 
razılaşm alar əldə etmiş və sonra da «Eber» adlı bir qəbilə baş­
çısına  bağlanaraq  onlarla  qarışmışlar. 
Bundan  başqa, 
yəhudilərin  özləri  də  başqaları  tərəfindən  «İordaniya  çayımn 
kənar tərəfində oturanlar» mənasında «İbrim» (Eber) adlandı­
rılmışlar.  Tövratın  dilinə  verilən  ad da ibranicə  bu kökdən  tö­
rənmişdir.
İmam (ərəbcə  «əmmə» sözündəndir,  öndə getmək,  başçılıq 
etmək  deməkdir)  -   müsəlmanlarda  dini  rəhbər.  Məsciddə  na­
m aza rəhbərlik edən ruhanini  imam adlandırırlar.
Şiələr  üçün  imamlıq  adamların  iradəsindən  asılı  deyil, 
çünki  o,  «İlahi  qanunla  qoyulmuşdur».  Şiə  ehkamına  görə, 
imamlıq Əlinin nəslindən olan adamların alın yazısıdır. Öz ha­
kimiyyətinin  ilahi təbiətinə görə imam şiələrdə dinin sirli cəhət­
lərini  bilir,  o,  «İlahi  göstərişlərin»  icraçısıdır,  dini  məsələlərin 
təfsirində  qəti  söz  onundur.  Şiələrə  görə,  imam  heç  bir  vaxt 
səhv etmir və deməli,  o na itaət etmək şiəliyin ehkamıdır.  Şiələ­
rin  böyük  əksəriyyətinin  fikrincə, Əli  nəslindən olub «İlahi h a­
kimiyyətə»  malik  olan  imam  hazırda  dünyada  yoxdur.  Onun 
səlahiyyətli nümayəndələri şiə ruhaniləridir.
İmamilər -  şiə  məzhəbinin  əsas cərəyanlarından  birini  təş­
kil edən, Əli ibn Ə bu Talibin (ə.) nəslindən  12 imam olduğuna 
inanan  mötədil  şiələrdir.  11 -ci  imam  Əl-Həsən  Əl-Əsgərinin 
vəfatından  (873-cü  il)  sonra  imami  şiələri sonuncu imamın ki- 
çikyaşlı oğlu Məhəmmədi özlərinin  12-ci imamı kimi tanıtmış­
lar.  Lakin  az  sonra  M əhəmməd  «yoxa  çıxmış»  və  ya  «qeybə 
çəkilmişdir».  İmamilər onu «gizli imam», M ehdi elan  etmişlər. 
O,  zühur  edəcək  və  dünyada  ədaləti  bərpa  edəcəkdir.  «Gizli 
imama»  etiqad  imamilərin  əsas  ehkamlarından  birinə  çevril­
mişdir. O nların təliminə görə, imamın «qeybə çəkilməsi» dövrü 
indiyədək davam  edir və bu dövr «sahib əz-zamanm» zühur et­
məsi, yəni gözlənilən M ehdinin üzə çıxması ilə başa çatmalıdır.
İsa, 
Iisus  Xristos 
-   Xristianlığın 
əfsanəvi 
banisi. 
Xristianlığın müqəddəs yazılarında, Q uran və başqa müqəddəs
551


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə