Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə129/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   126   127   128   129   130   131   132   133   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
kitablardakı  H əzrət  İsa  (ə.)  ilə  bağlı  məlumatlar  bir  kənara 
qoyulsa,  onun yaşadığı  dövr haqqında  tarixi dəyəri olan mən­
bə, demək olar ki, yoxdur.
Professor  Şinasi  Gündüzün  «Missionerlik»  (Azərbaycan 
dilinə çevirəni Elşad Miri,  Bakı,  2006) kitabından bəzi maraqlı 
məqamları oxuculara təqdim etm ək istərdik:
«Həzrət  İsa  (ə.)  həyatı  ilə  bağlı  tarixi  mənbələrdə  heç  bir 
məlumat olm ayan çox nadir tarixi şəxsiyyətlərdən biridir.  Həz­
rət İsanın  (ə.)  əksər  tədqiqatçılarının  da  vurğuladığı  kimi,  xri­
stianlığın müqəddəs əsərlərində iki fərqli İsa tipologiyası mövc­
uddur.
Bunlardan  biri  «tarixi  İsa»  kimi  adlandırıla  biləcək,  bizim 
eranın I əsrinin əvvəllərində yaşayan musəvi (yəhudi) bir müəl­
lim,  peyğəmbərdir.  O,  insanları  Həzrət  M usanın  (ə.)  təlimləri­
nə dəvət edən, Tanrıya iman gətirməyi, yaxınlaşan haqq-hesab 
gününə  hazırlaşmağı,  halal  və  haram ları  nizamlayan  ilahi 
hökmlərə riayət etməyi,  dindən  sui-istifadə etməməyi,  dinin is­
tism ardan  uzaqlaşmağı  və  əxlaq  qaydalarına  bağlı  qalmağı 
vurğulayan bir şəxsdir.
ikinci İsa tipologiyası isə xristian ənənəsində imamn Məsih 
İsası ilə əlaqədardır.
İsa  M əsih  ilahi  qurtuluş  planına  uyğun  olaraq  gələcəkdə 
təkrar (ikinci dəfə) gələcək, ölən insanları dirildərək mühakimə 
edəcək, pisliyi aradan qaldıracaq və yer üzündə qızıl dövrü baş­
ladacaq.  İsanın  ikinci  gəlişində  ona  inananların  hamısı 
ölümsüz xüsusiyyətə malik olacaq və sonra dünyamn məhv ol­
ması ilə birlikdə ilahi aləmə yüksələcəklər».
Q urani-K ərim də 
M əryəm 
oğlu 
İsa  (ə.) 
haqqında 
buyurulanlara bir d ah a nəzər salaq:  «O nlar həm də küfr etdik­
ləri (İsanı  inkar etdikləri) və  M əryəmə  qarşı böyük bir böhtan 
dedikləri üçün (lənətə düçar oldular).  (Onların lənətə düçar ol­
m alarının  b ir  səbəbi  də):  «Biz  A llahın  elçisi  Məryəm oğlu  İsa 
əl-Məsihi  öldürdük»,  -   demələridir.  H albuki  onlar  İsam  nə 
öldürdülər,  nə də  çarmıxa çəkdilər.  O nlarda yalnız belə bir tə­
səvvür  yarandı.  Bu  haqda  ixtilafda  olanlar  onun  şəxsən
552
İntellektual ekologiya
öldürülməsi barəsində,  əlbəttə,  şəkk-şübhə içərisindədirlər.  O n­
ların  buna  dair  heç  bir  məlumatı  yoxdur.  O nlar  ancaq  zənnə 
qapılırlar.  Həqiqətdə  onu  (İsanı)  öldürməmişlər.  Xeyr,  Allah 
onu  Öz  dərgahına  qaldırmışdır...»  (ən-Nisa  surəsi,  ayə  156- 
158). -(B u  surələrdə «onlar» yəhudilərə aiddir -  Ə.M.,  Z .H .)
Q uranın  əl-İxlas  surəsində  buyurulur:  «(Ya  Peyğəmbər! 
Allahın  zatı  və  sifətləri  haqqında  səndən  soruşan  müşriklərə) 
dc:  «(M ənim  Rəbim   olan)  O  Allah  birdir  (heç  bir  şəriki  yox­
dur).  A llah  (heç  kəsə,  heç  nəyə)  möhtac  deyildir!  (Hamı  O na 
m öhtacdır,  O,  əzəlidir,  əbədidir!)  O,  nə  doğmuş,  nə  də  doğul­
muşdur!  (Allah Özünə heç bir övlad götürməmişdir). Onun heç 
bir tayı-bərabəri (bənzəri) də yoxdur!»
əl-İxlas  surəsinin  bütün  ayələri  xəbər  verir  ki,  İsa  Allahın 
bir  peyğəmbəri  olub  (Allahın  oğlu  ola  bilməz!)  və  O,  Allaha 
çox yaxın idi.
Isaq 
(ə.) -  İbrahim  peyğəmbərin (ə.) Saradan olan oğlu.
İslam  
(ərəbcə  «silm»  kökündəndir  və  mənası  «itaətetmə», 
«barış»  deməkdir)  -   dünyada  geniş  yayılmış  monoteist 
dinlərdən 
biridir. 
Buddizm 
və 
X ristianlıqdan 
sonra 
yaranmışdır.  Banisi  qüreyşilərin  Haşimi  tayfasından  olan 
M əhəm m əd  peyğəmbərdir.  İslam VII  əsrdə  Ərəbistanda  mey­
dana  gəlmişdir,  islam ,  iman,  elm  və  əməli  tam   ahəng  içində 
bütünləşdirən ilahi bir qanundur.İslam ın əsasını üsuli-din təşkil 
edir.  Üsuli-din  5  m addədən  ibarətdir:  T övhid-  təkliyi  bildirir. 
Allahın tək, misli-bərabəri olmayan bir qüvvə olduğuna inamı 
bildirir; 
Ə dl-Allahın  ədalətli  olduğunu  nəzərdə  tutur; 
N übuvvət  -   nəbilik, 
peyğəmbərlik 
deməkdir,  Allahın 
peyğəmbərlərinə  inamı  tələb  edir;  M ə a d -  axirətə,  qiyamət 
gününə  inamı  bildirir;  İmamət  -   (şiələrdə)  və  Xilafətə 
(sünilərdə)  inam dan  ibarətdir.  İslam  5  təməl  üzərində  qərar 
tutm uşdur: kəlmeyi-şəhadət; nam az, zəkat və xüms; oruc; həcc 
-  M əkkədə  Kəbəni  ziyarət  etmək.  M üsəlm anların  müqəddəs 
kitabı  Qurani-Kərim dir.  İslam  ehkam larına  görə,  Allah 
Cəbrayıl  vasitəsilə  Peyğəmbərə  müqəddəs  vəhyləri,  ayinləri 
göndərmişdir.  Bu  müqəddəs  kəlamlar  23  il  (610-632)  ərzində
553


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
verilmişdir 
və 
Q uranda 
cəmlənmişdir. 
Dünyada 
müsəlmanların  sayı  1  m ilyarddan  artıqdır.  Yer  kürəsinin  120- 
dən  artıq  ölkəsində  müsəlman  icmaları  var.  İslam  28  ölkədə 
dövlət  dinidir.  D ünya  müsəlmanlarının  90%-dən  çoxu  sünni­
dir.  Şiələrin um um i sayı təqr.  100 milyon nəfərə çatır.
İsm ail,  İdris,  Z ü lk ifli 
-   Q urani  Kərimdə  buyurulur:  «(Ya 
Rəsulum!)  İsmaili,  İdrisi və  Zülkifli  də  (yad  et)!  O nlardan  hər 
biri  səbir  edən  kimsələrdən  idi.  Biz  onları  mərhəmətimizə  qo­
vuşdurduq  (peyğəmbər  etdik).  Onlar,  doğrudan  da,  saleh 
bəndələrdən idilər!» (əl-Ənbiya surəsi, ayə 85-86).
İsm aililər 
-   şiə  İslam ının  ən  böyük  təriqətlərindən  birinin 
davamçılarıdır.  Bu  təriqətin  m eydana  gəlməsi  VIII  əsrin  orta­
larında  sinfi  ziddiyyətlərin  nəticəsində  şiələrin  parçalanması  ilə 
bağlı olm uşdur.  O nların əksəriyyəti M usa əl-Kazımı (Cəfər əs- 
Sadığm oğlu)  7-ci im am  kimi tanım ırdı və sonralar  onu imam 
adlandırm ağa başladılar.  Lakin  şiələrin bir hissəsi  imam Cəfər 
Sadığın  böyük  oğlu  İsmaili  imamlığm  varisi  adma  layiq  bildi 
və  onu  7-ci  im am   kimi  tanıdılar  (7-ci  imam  adı  d a  buradan 
götürülmüşdür).
İsm ayıl  (ə .) 
-   İbrahim   peyğəmbərin  (ə.)  Həcərdən  olan 
oğlu.
İstibdad,  despotizm  
-   despotes  yunanca  hökmdar,  qeyri- 
m əhdud  hakimiyyətə  malik,  özbaşınalığı  rəhbər  tutan  hök­
m dar və ya başqalarını  özünün  iradəsinə  tabe  olmağa  məcbur 
edən,  hərəkətlərində  heç  kəslə  hesablaşm ayan  müstəbid  adam 
deməkdir.  D espotizm   (istibdad)  bir  sıra  Qədim  Şərq  dövlətlə­
rində qeyri-m əhdud m onarxiya formasıdır.
İşraqilik 
(ərəbcə «şəfəq»,  «parıltı» deməkdir) -  Orta əsrlərdə 
Yaxm və O rta Şərqdə yayılmış fəlsəfi cərəyan.  İşraqiliyin ideya 
mənbələri  Şərq  xalqlarının  islam dan  əvvəlki  dini  təfəkkürünə 
əsaslamr.  Əvvəlki  bölmələrdə  işraqilik  haqqında  geniş  məlu­
m at verilib.
İudaizm , 
yəhudi 
dini 
-   e.ə.I  minillikdə  Fələstində 
yaranmışdır.  Əsasən,  yəhudilər  arasında  yayılmışdır.  İsrailin 
dövlət dinidir.
554
İntellektual ekologiya
K abbalastika,  K abbala 
(qədim yəhudi  dilində-  rəvayət)  -  
iudaizmdə  mistik  cərəyan.  K abbalastikanın  təməl  daşı  «En- 
sof»  (sonsuzluq)  haqqında  təlimdir.  K abbalastikaya  görə, 
«linsof»  dünyanın  fəal  və  passiv  başlanğıcı,  substansiyası,  im­
m anent  səbəbidir.  O,  hər  şeydir  və  ayrı-ayrı  predmetlər  onun 
vahid varlığının yalmz iradəsidir.  K abbalastika b u  inama əsas­
lanır  ki,  xüsusi  ritual  və  duaların  köməyi  ilə  insan  ilahi-  kos­
mik  prosesə  müdaxilə  edə  bilər.  K abbalastika xristianlıqda  və 
islamda d a vardır.
K əlam  
(ərəbcə  «söz»,  «ifadə»,  «nitq»  m ənasındadır)-  dini 
təlimi  əsaslandırmaq  üçün  məntiqi  dəlillərə  arxalanan  müsəl­
m an  nəzəri  ilahiyyatıdır.  D aha  doğrusu,  «kəlam»  yaşayan  bir 
həqiqətin  kəlmə  ilə  ifadəsidir.  V III  əsrin  əvvəllərində 
yaranm ışdır.  Dini-idealist  fəlsəfi  sistem  olan  kəlamın  nü­
mayəndələri  mütəkəllim  adlanmışlar.  K əlam a  görə,  Allah 
birdir,  kamildir,  qüsursuzdur.  Kəlam  O rta  əsrlərdə  islam 
fəlsəfəsi  kimi  məşhur  olmuşdur.  H azırda  Şərqdə  müsəlman 
dini məktəblərində tədris edilir.
K onfutsi  və  konfutsiçilik 
-   Konfutsi,  Kun-tszı  (e.ə. 
təqr.551- e.ə. 479) -  qədim Çin mütəfəkkiri, konfutsiçiliyin  ba­
nisi.  Konfutsiliyin  əsas  prinsipi  adamların  cəmiyyət  və  ailə 
münasibətlərinin yüksək  qanunu,  «insanpərvərlik  anlayışı»dır. 
K onfutsi buyurmuşdur:  «Hökumət xalqa qarşı şəfqətli bir ata- 
ana  olmaqla,  yaxşı  hökumət  vəzifəsini  icra  edə  bilər».  «Müsa­
hibələr və mülahizələr» («Lun yuy») kitabı K onfutsinin öz şag­
irdləri  və  ardıcılları  ilə  müsahibələrinin  yazılı  qeydləridir. 
K onfutsinin  etik-siyasi  təlimində  ən  mühüm  anlayış  insanpər­
vərlikdir («jen»dir).
Konfutsiçilik  Qədim  Çində  meydana  gəlmişdir  və  Qədim 
Çinin  aparıcı  ideya  cərəyanlanndandır.  İki  min  ildən  artıq  dövr 
ərzində  Çinin  mənəvi  mədəniyyəti,  siyasi  həyatı və  ictimai  qu­
ruluşuna  böyük  təsir  göstərmiş  bu  təlimi  sonralar  onun  da­
vamçıları inkişaf etdirmişlər.
K onseptualizm  
(latınca «fikir»,  «anlayış»  deməkdir)  -   sxo­
lastik  fəlsəfədə  cərəyan.  Konseptualistlər  realizmi,  ümuminin
555


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə