Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə131/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   126   127   128   129   130   131   132   133   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
lıb.  Y anq  tapılan  parçaların  N u h   peyğəmbərin  (ə.)  gəmisinə 
aid olmasına 99% əmindir. O  bildirir ki, qalıqlar gəminin içəri­
sində m üxtəlif növ heyvanları saxlam aq üçün bölmələr olduğu­
na  işarə  edir.  Çünki  mütəxəssis  bölgədə  qazıntı  apanlm ası  və 
qazıntı  işləri  zam am   ərazinin  mühafizə  edilməsi  üçün  Türkiyə 
hökumətinə, eləcə də adıçəkilən ərazinin Dünya mədəni irsi siy­
ahısına salınması üçün U N ESC O -ya müraciət etmişdir.
N uşirəvan 
-   hərfi  mənada  «ölməz  ruhlu»  (?  -   579).  Sasani 
sülaləsinin  ən   m əşhur  hökm darı  [531-579]  olmuşdur.  Yaxın 
Şərq,  eləcə  də  Azərbaycan  ədəbiyyatında  ədalətli  bir  hökmdar 
(Nuşirəvan  Adil) surəti kimi m ədh olunmuşdur.
N üsəyrilər 
-  ərəbcə «nüseyriyyə» sözündəndir -  ifrat şiələr, 
şiəlik.  O nun  banisi  M əhəm m əd  ibn  Nüsəyr  (təqr.  883-cü  ildə 
Bəsrədə vəfat etmişdir)  sayılır.  O n   birinci  şiə  imamı  Həsən  əl- 
Əsgərinin  (873-cü  ildə  vəfat  edib)  imamlığımn  tərəfdarı  olan 
M əhəmm əd  ibn  N üsəyr  bu   im am ın  ilahiliyi  haqqında  təlim 
təbliğ  etməyə  başlamışdı,  guya  özü  onun  peyğəmbəri  və  elçisi 
idi. Nüsəyrilər onu H əsən əl-Əsgərinin babı (qapısı) adlandırır­
dılar. Nüseyrilərin (ələvilərin) təlimi şiəlik məzhəbinin, xristian­
lığın,  həmçinin  m üsəlm anlıqdan  əvvəlki  astral  din və etiqadla­
rın qarışığından ibarətdir.  Nüseyrilərin  təliminə  görə, Allah üç 
ünsürün  (M ənanın,  Adın,  Q apının)  ayrılmaz vəhdətindən  iba­
rətdir.  Bu  ünsürlər  vaxtaşırı  peyğəmbərlərin  vücudunda 
təcəssüm edir.  Bu üçlüyün son  təcəssümü Əli ibn Əbu Talib və 
Salman əl-Farisidir.  İfrat şiələrin  əksəriyyəti kimi nüseyrilər də 
ruhun  bir  bədəndən  digərinə  keçməsinə  inanır,  İslamın  məra­
sim və əxlaqi qadağalarını rədd edirlər.  Onlar insanı ilahiləşdi- 
rir, xristian apostollarına, bəzi müqəddəslərə və cəfakeşlərə pə­
rəstiş edir, xristian bayram larım  (milad, pasxa) qeyd edirlər və 
s.  B undan  başq a  onların  təlim ində  astral  etiqadların  (günəşə, 
aya, ulduzlara sitayişin) ünsürləri qalmaqdadır.
H azırda Suriyada nüseyrilərin iri icmaları var.  Burada on­
lar bütün şiə əhalisinini üçdə iki hissəsindən çoxunu təşkil edir­
lər. Nüseyri icm aları Türkiyədə də vardır.
O n tologiya 
-  yunanca «varlıq» və «təlim», söz sözündəndir.
560
İntellektual ekologiya
f  əlsəfədə varlığın ümumi əsasları, prinsipləri,  strukturu və q a­
nunauyğunluğundan bəhs edən bölmədir. O, hər bir dövrün el­
mi idrak səviyyəsinə müvafiq gələn və müxtəlif fəlsəfi ənənələrə 
xas  olan  kateqoriyalar  sistemində  təsbit  olunm uş  dünya mən­
zərəsini  ifadə edir.  Bu m ənada hər bir fəlsəfi sistem onun sabit 
m əzm ununu  təşkil  edən  və  idrakın  inkişafı  ilə  dəyişikliyə  mə­
ruz qalan ontoloji təsəvvürlərə əsaslanır.
O rtodoksal 
-  yunanca «mömin»,  «sabit»,  «ardıcıl» sözləri­
ndəndir.  Müəyyən  bir  təlimə,  (doktrinaya,  baxışlar  sisteminə) 
dönmədən  riayət  edən,  bu  təlimdən  kənara  çıxmayan  şəxs.  II 
əsrdə meydana gəlmişdir.
Panteizm  
-   yunanca  «hər  şey»  və  «allah»  sözündəndir. 
Aləmi  Allahla  eyniləşdirən  fəlsəfi  təlim.  O rta  əsrlərdə  müsəl­
m an  Şərqində  yayılmış  sufilik,  habelə  hürufilik  özünəməxsus 
panteizm dünyagörüşünə əsaslanırdı.  Görkəmli  nümayəndələri 
Sənayi,  Rumi,  Sədi,  İbn  əl  Ərəbi,  Yunus  Əmrə,  Eynəlqüzat 
H əm ədani,  Şəms  Təbrizi,  M ahm ud  Şəbüstəri,  Nəimi,  Qasım 
Ə nvar və b.-dır.
Hazırda panteizm dünyanın Allahda mövcud olması haqqında 
dini-idealist nəzəriyyəyə çevrilmişdir.
Peyğəmbərlər -  farsca mənası «xəbər gətirən» deməkdir. İs­
lam  dini  ənənəsinə  görə,  Allahın  rəsulu,  digər  dini  təlimlərə 
görə  A llahın  buyruqlarım ,  göstərişlərini,  vəhylərini  dindarlara 
çatdıran  mömin şəxs,  vaiz.  Qədim yəhudi  dinində  nəvi  (ərəbcə 
nəbi)  adlanmışdır.  Dindəki  mənası  isə,  Allahın  insanlara 
doğru yolu göstərmək üçün vəzifə verdiyi seçilmiş bir insandır. 
Yəni peyğəmbərlər A llahla insanlar  arasında elçilik edir, Alla­
hın əmr və qadağalarını onlara çatdırır,  insanlara təbliğ etmək 
məqsədilə A llah tərəfindən peyğəmbərlərə  kitablar və  səhifələr 
göndərilmişdir.  Bir neçə səhifədən ibarət olanlara «sühuf», dig­
ərlərinə isə dörd böyük kitab deyilir.
Səhifələr:
10 səhifə -  Adəm əleyhissəlama
50 səhifə -  Şit əleyhissəlama
30 səhifə -  idris əleyhissəlama
561


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
10  səhifə  -   İbrahim   aleyhissəlama  nazil  olmuşdur. 
Dövrümüzə bu səhifələrin heç biri gəlib çatmamışdır.
Böyük kitablar:
T övrat -  M usa əleyhissəlama
Zəbur -  D avud əleyhissəlama
İncil -  İsa əleyhissəlama
Q urani-K ərim   M əhəm m əd əleyhissəlama nazil olmuşdur.
M usa  əleyhissəlama  göndərilmiş  olan  Tövratın  əsl  nüxsəsi 
mövcud  deyildir.  H azırda  əldə  mövcud  olan  Tövrat  sonradan 
müxtəlif insanlar tərəfindən yazılmış,  əlavələr və ixtisarlar edil­
mişdir.
Tövratın  üç  nüsxəsi  var:  ibranicə,  yunanca,  şami  dilində. 
Bu nüsxələr  bir-birinə uyğun  gəlmir.  Qurani-Kərim də  Tövra­
tın dəyişdirildiyini xəbər verir.
Y uxarıda qeyd etdiyimiz kimi,  peyğəmbərlərdən bəzilərinə 
kitab  göndərilmişdir ki,  onlara,  adətən,  «Rəsul»  deyilir.  K itab 
göndərilməyən  peyğəmbərlər,  özlərindən  əvvəlki  peyğəmbərlə­
rə göndərilən kitablarla fəaliyyət göstərmiş və bu kitabları təb­
liğ  etmişlər.  O nlara  da,  adətən,  «Nəbi»  deyilir.  Bu  sözün  cəm 
şəkli  Ənbiyadır.  K itab  göndərilmiş  olan  Rəsula Nəbi  də deyi­
lir.  A ncaq  başqa  bir  peyğəmbərə  göndərilən  kitabla  fəaliyyət 
göstərən və o kitabı təbliğ edən Nəbiyə Rəsul deyilməz.  Başqa 
sözlə,  hər  bir  Rəsul  eyni  bir  zam anda  bir  Nəbidir,  ancaq  hər 
bir N əbi Rəsul deyildir.
Peyğəmbərlik  möcüzələrlə  sübut  olunur.  Möcüzə  bir 
peyğəmbərin  peyğəmbərliyinin  şahidi  deməkdir.  Peyğəmbər­
lərdə  ən  zəruri  beş  xüsusiyyət  vardır:  sidq,  əmanət,  təbliğ,  fə- 
tanət, ismət.
Sidq -  doğruluq deməkdir.
Ə m anət -  etibarlı olmaqdır.
Təbliğ -  elan etmək deməkdir.
F ətan ət -  ağıllı və m üdrik olmaqdır.
İsm ət -  günahdan qorunm aq deməkdir.
Peyğəmbərlər üçün  caiz  olan  sifətlər isə  bütün digər insan­
lara da aid olan sifətlərdir.  Peyğəmbərlər də insan olduğu üçün
562
İntellektual ekologiya
bizim  kimi  yemək  yeyir,  yatır,  yorulur  və  təbii  ehtiyacları  ilə 
məşğul olurlar. Ömürləri başa çatanda isə ölürlər.
Qurani-Kərimin  İbrahim   surəsinin  4-cü  ayəsində  buyuru­
lur:  «Biz  hər  bir peyğəmbəri yalnız öz  millətinin  dilində  (danı- 
şan)_göndərdik ki, (Allahın əmrlərini) ona izah edə bilsin».
İlk  peyğəmbər  Adəm  aleyhissəlamla  son  peyğəmbər  Mə­
həmməd  əleyhissəlam  arasında  bir  çox  peyğəmbər  gəlib-get­
mişdir.  O nların  dəqiq  sayını  ancaq  Allah  özü  bilir.  Çünki  Qu­
randa bəzi peyğəmbərlərin adı bildirilmiş,  adı çəkilməyən daha 
bir  çox peyğəmbərin  olduğu ifadə edilmişdir.  Qurani-Kərimdə 
25  peyğəmbərin  adı  çəkilmişdir:t Adəm,  N uh,  idris,  Hud,  Sa­
leh,  Şueyb,  İbrahim,  Lut,  İsaq,  İsmayıl,  Y aqub,  Yusif,  Musa, 
Ila ru n ,  D avud,  Süleyman,  Əyyub,  Zulkifl,  İlyas,  Əlyəsa,  Zə­
kəriyyə, Yunis, Yəhya, İsa və Məhəmməd əleyhissəlam.
Bunlardan  başqa  Q uranda  Zülqərneyn,  Loğm an və Üzey- 
rin  də  adı  çəkilir.  Ancaq  onların  peyğəmbər  olub-olmadığı bi­
linmir.  O nlar,  bəzilərinə  görə,  peyğəmbər,  bəzilərinə  görə  isə 
övliyadır.  Onların  da  peyğəmbər  olduğu  qəbul edilsə,  Qurani- 
Kərim də adı çəkilən peyğəmbərlərin sayı 28-ə çatar.
Peripatetik 
-  yunanca  «gəzişirəm» sözündəndir.  O rta əsrlə­
rin ərəb müsəlman fəlsəfəsində prepatetiklərin baxışlarını məş- 
şailər davam  və inkişaf etdirmişlər ki, bu d a Şərq peripatetizmi 
(əl-Məşşaiyyə)  adlanır.  Qeyd  etməliyik  ki,  Şərq  peripatetizmi- 
nin  nümayəndələri  orijinal  məntiqi  sistem  yaratmış,  onu  elm, 
sənət və təfəkkür qanunu kimi səciyyələndirmişlər.
P eripatetik m əktəb 
-  Aristotelin Afinada təşkil etdiyi fəlsə­
fi  məktəb.  Aristotel  mühazirələrini  Ligey  xiyabanlarında gəzi­
şərək oxuyarmış -  məktəbin adı d a buradan götürülmüşdür.
Pifaqoreizm  
-   e.ə.  V I-IV   əsrlərdə  Qədim  Yunanıstanda 
ədəd  haqqındakı  təsəvvürü  bütün  mövcudatın  əsas  prinsipini 
hesab  edən  dini-fəlsəfi  təlim.  Bu  təlim əvvəllər  Pifaqor  məktə­
bində  sirr  kimi  bir-birinə  şifahi  ötürülürdü.  Əsasında,  ümu­
miyyətlə,  ədədlər  təlimi  duran  pifaqoreizm  allahları,  ruhları, 
kosmosu,  incəsənəti,  bütün  şeyləri ədədlərlə  təsvir edirdi.  Pifa-
563


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə