Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə132/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   126   127   128   129   130   131   132   133   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
qoreizmdə  hər  ədədə  müəyyən  həyati  məna  verən  son  dərəcə 
orijinal hesab yaranmışdı.
P lu tarx  -  P lutarchos 
(46-  127) -  yunan  filosofu,  yazıçı  və 
tarixçi.  Plutarx  200-dən  çox  əsər  yazmışdır,  onların  bir  çoxu 
dövrümüzədək  çatm amışdır.  Plutarxm   əldə  olan  bədii-fəlsəfi 
əsərləri  «Etik  əsərlər»də  («M oralia»)  toplanmışdır.  Plutarxm  
işləyib hazırladığı ellin humanizmi və vətəndaşlığı idealı Renes­
sans  və  M aarifçilik  dövründə  geniş  əxz  edilmişdir.  Tarixi ja n ­
rda yazılmış «Paralel  tərcümeyi-hallar»  əsərində  o,  Q afqaz A l­
baniyası  (albanlarm   Pompeyə  qarşı  apardığı  mübarizə,  alban 
piyada və  atlı qoşunları,  onların  silahlan),  bir  sıra  toponim lər 
(Kür,  A raz  çayları  və  s.)),  A tropatena  (Antoninin  hücumu  və 
s.)  haqqında  m əlum atlar  var.  Plutarxm  əsərləri  qədim  yunan, 
Rom a,  Şərq,  o cümlədən Azərbaycan  tarixinin  öyrənilməsində 
mühüm mənbədir.
R enessans 
-   fransızca 
«dirçəliş»,  «dirçəlmək»  sö­
zlərindəndir),  İntibah  -   Qərbi  və  Mərkəzi  Avropa  ölkələrinin 
mədəniyyət  tarixində  orta  əsr  mədəniyyətindən  yeni  dövr  mə­
dəniyyətinə  keçid  dövrü.  Renessansm  təxmini  xronoloji  sər­
hədləri: İtaliyada  14-16-cı əsrlər, digər ölkələrdə XV əsrin sonu 
-   XVI  əsr.  Renessans  mədəniyyətinin  mühüm  xüsusiyyətləri 
onun  dünyəvi  xarakter  daşım asında,  humanist  dünyagörüşü, 
antik mədəni irsə müraciəti və  onun sanki «dirçəlməsindədir». 
Renessans adı da məhz buradandır.
Riba 
-  ərəbcədir, sələmçilik, müamilə,  borc faizi deməkdir. 
M üsəlmanlar üçün  riba  ciddi  qadağan  edilmişdir.  Qurani-Kə­
rimdə bu  h aq d a dəfələrlə xəbər verilir.
R om antizm  
-  X V III  əsrin  sonu -  X IX   əsrin  1-ci yarısında 
A vropa və A m erika mədəniyyətində ideya-bədii cərəyan.
R övzə 
-   rəvayətə  görə,  heç  biri  öz  əcəli  ilə  ölməmiş  şiə 
imamlarının  və  ilk  növbədə,  İm am   Əlinin  və  İmam  Hüseynin 
rəşadətli 
həyatı 
və 
möminliyi, 
onların 
əzab-əziyyətlə 
öldürülməsi haqqında təhkiyədir. Rövzəxanlıq (rövzənin cama­
a t  üçün  avazla  oxunması)  X V I  əsrdən,  yəni  şiə  ilahiyyatçısı 
Hatifmin  «Rövzət  əş-Şühəda»  («D in  yolunda  şəhid  olanların
564
İntellektual ekologiya
bağçası») əsəri ərsəyə çıxdıqdan sonra başlamışdır.  Əsərdə  şiə­
liyin  dini  başçılarının  həyatından  bəhs  edilir.  Bayram larda  və 
müxtəlif dini  mərasimlər  yerinə  yetiriləndə,  o  cümlədən  aşura 
zam anı xüsusi din xadimləri -  rövzəxanlar oxuyurlar.
S əlib səfərləri, S əlib  yürüşləri, X aç yürüşləri 
-  1096-1270-ci 
illərdə  Fələstindəki  müqəddəs  yerləri  müsəlmanların  haki­
miyyətindən  azad  etmək  şüarı  altında  katolik  kilsənin  tə­
şəbbüsü ilə Qərbi A vropa feodallarının Şərqdə işğalçılıq müha­
ribələridir.  Səlib yürüşləri iştirakçıları öz paltarlarına xaç nişanı 
tikirdilər -  Xaç yürüşü adı buradandır.
K atolik  kilsəsi  öz nüfuzunu gücləndirmək və  gəlirlərini  ar­
tırm aq  məqsədilə,  güya  «Həzrət  İsanın  (ə.)  qəbrini»  azad  et­
mək  və  Şərq  xristianlarına  kömək  bəhanəsilə  səlib  səfərləri 
ideyalarının geniş təbliğinə başlamışlar.  Təqribən 200 il ərzində 
Şərqdə  8  böyük  və  çoxlu xırda  işğalçı yürüşlər  təşkil  olunmuş­
dur.  Səlib yürüşləri milyonlarla insanın mənasız qırğınına, Av­
ro p a  və  xüsusən  Şərq  üçün  ağır  itkilərə  səbəb  oldu.  Sonralar 
səlib  yürüşlərinin  ideyalarmdan  alm an  təcavüzkarlarının 
Baltikyam  və slavyan  xalqlarına  qarşı işğalçı yürüşlərində  isti­
fadə edildi.
Sintoizm  
-   hərfi  mənası  «allahların  yolu»,  «təlimi» 
deməkdir.  Yaponiyada  təşəkkül  tapmış  və  burada  buddizmlə 
yanaşı geniş yayılmış din. Sintoizmə görə, insanın mənşəyi son­
suz sayda ruhlardan, nüfuzlu allahlardan başlayır.
S toisizm  
-  yunanca «sütunlu eyvan» deməkdir.  Ellinizmin 
və  R om a  fəlsəfəsinin  mühüm  cərəyanlarından  biridir.  M əktə­
bin adı Afinadakı «Səfalı stoya» (bina) eyvanı ilə əlaqədardır.
Süleym an 
(ə.) -  D avud peyğəmbərin (ə.) oğlu və İsrail-Yə- 
hudi  padşahlarından  biridir  (e.ə.  965-928).  Rəvayətə  görə, 
qeyri-adi  müdrikliyi ilə  şöhrət qazanmışdı.  Dini rəvayətə  görə, 
heyvanların  və  quşların  dilini  bilirmiş.  Süleyman  obrazına 
klassik  Şərq,  o  cümlədən  Azərbaycan  ədəbiyyatında  müraciət 
edilmişdir.
Sünnə 
-   ərəbcə  «yol»,  «nümunə»  deməkdir.  Məhəmməd 
peyğəmbərin (s.) gördüyü işlər və söylədiyi fikirlər, ictimai həy­
565


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
at  qaydalarının  və  Qurani-Kərimin,  dini  ayinlərin  və  hüquq 
təfsirinin  mənbələrindən  biridir.  Sünnə  hədislərlə  təsbit  olun­
muşdur.  Hədislər isə Həzrət Peyğəmbərin (s.) müasirlərinin adı 
ilə  bağlanan,  isnadla  əsaslandırılan  rəvayətlərdir,  daha  doğru­
su, M əhəmm ədin (s.) dedikləri,  dinin və icmanın həyat qurulu­
şunun  müxtəlif  məsələləri,  onun  çıxardığı  qərarlar  haqqında 
rəvayətlərdir.
Sünnilik -  ən böyük İslam  cərəyanıdır.  Bu cərəyanın tərəf­
darları özlərini əhl əs-sünnə (sünnə adamları) adlandırır və belə 
hesab edirlər ki, Peyğəmbərin (s.) ənənələrinə məhz onlar əməl 
edirlər.  İlk  dörd  xəlifəni  qanuni  sayanlar,  hədislərin  qanuni 
məcmuələrinin  düzgün  olduğunu  təsdiqləyənlər  və  dörd  məz­
həbdən  birinə  uyğun  olaraq  mərasimlərə,  məişət  qaydalarına 
və  sosial  qaydalara  riayət  edənlər  sünni  sayılırlar.  Məzhəblər 
bunlardır:  şafil, hənəfi,  maliki və hənbəli.  VIII əsrdə sünnilərdə 
sufilik,  X V III-X IX   əsrlərdə  isə  vəhhabilik  cərəyanları  meyda­
na gəldi.  D ünya müsəlmanlarının əksər hissəsini sünnilər təşkil 
edir (ASE, 9-cuc., s.  106).
Sührəvərd -  Cənubi Azərbaycanda orta əsr yaşayış məntə­
qəsi,  şəhər.  Zəncan  yaxınlığında,  H əm ədana  gedən yolun  üzə­
rində  yerləşirdi.  Həm dullah  Qəzvininin  məlumatına  görə,  14- 
cü əsrdə xarabalığa çevrilmişdir.  Ehtimal ki, monqol hücumla­
rı zam am  dağıdılmışdır.
Şafiilər 
-  Ə bu Abdulla Şafinin (767-795) dini-hüquqi mək­
təbinin,  bütün  müsəlman  dünyasında  indi  də  tanınan  dörd 
məzhəbdən birinin adıdır.
Şamanizm 
-   ibtidai  icma  quruluşunda  bəzi  xalqlarda  ya­
ranm ış erkən din.
Şərq  peripatetizm i 
(əl-Məşsaiyyə)  -   Orta  əsrlərdə  müsəl­
m an  Şərqi  ölkələrində  Aristotelin  və  davamçılarının,  qismən 
də  P lato n u n   əsərləri  əsasında  yaranmış  elmi-fəlsəfi  təlimdir. 
O nun nümayəndələri Aristoteli özlərinin «ikinci müəllimi»i (əl- 
müəllim əl-əw əl) adlandırmışlar.
Şərq  peripatetizmi  iki  yerə  bölünürdü:  1.Metafizika,  tə- 
biyyat, riyaziyyət;  2.Etika, məişət məsələləri və siyasət.  Metafi­
566
İntellektual ekologiya
zikaya  mütləq  varlıq  və  onunla  əlaqədar  şeylər  haqqında  elm 
kimi  baxılırdı.  Şərq  peripatetizminin  nümayəndələri  (Fərabi, 
İbn Sina,  Bəhmənyar, C.Urməvi, N.Tusi və s.) orijinal məntiqi 
sistem  yaratmış,  onu  elm,  sənət  və  təfəkkür  qanunu  kimi 
səciyyələndirmişlər.
Şərq peripatetizmində idrakın hissi və əqli mərhələləri fərq­
ləndirilir,  şeylərin  zahiri cəhətlərinin duyğular vasitəsilə qavra- 
mldığı,  onların  mahiyyətinin  isə  əqlin  sayəsində,  məntiqin  kö­
məyi ilə dərk edildiyi göstərilirdi.
Şəriət  -   ərəbcə  məqsədə  doğru  aparan  «düzgün  yol»  de­
məkdir. 
Müsəlman 
davranışının, 
dini 
həyatının 
və 
hərəkətlərinin  hüquqi  normaları,  prinsip  və  qaydaları  kom ­
pleksidir.
Şiəlik  -   şiə  təliminin  adıdır,  ərəbcə  şiə  -   «tərəfdarlar», 
«ardıcıllar»  sözündəndir.  İslamda  sünnilik  ilə  yanaşı  böyük 
cərəyan,  təriqətdir.  Əli ibn Ə bu Talib (ə.)  və  onun  Fatimədən 
(r.a.)  olan  uşaqlarının  (Həsən  (ə.) və  Hüseyn  (ə.))  xəlifəlik  hü­
ququnu  müdafiə  edən,  M əhəmməd  peyğəmbərin  (s.)  yeganə 
qanuni varisləri hesab edilən müxtəlif cərəyanların və təriqətlə­
rin  ümumi  adıdır.  Şiələr  öz  dini  rəhbərlərini  imam  ad ­
landırırdılar.  Onlar Əlinin  (ə.) nəsimi  təmsil edən  12 imamdan 
ibarət  imamlıq  yaratmışdılar.  1-ci  İmam  Əli  (ə.),  qalanları 
onun  oğlanları  Həsən  (ə.),  Hüseyn  (ə.)  və  başqalarıdır.  12-ci 
imam,  şiələrə görə,  971-978-ci  illər arasında  «qeybə» çəkilmiş, 
qiyamət  günündə  gəlib  yer  üzündə  «ədaləti»  bərpa  edəcək 
M əhəm m əd  ibn  əl-Həsən  əl-Əsgəri  (M ehdi  Sahib-əz-Zaman) 
hesab olunur.
Şüeyb  -   Qurani-Kərimdə  buyurulur:  «Biz  etdikləri  pozğ­
unluğa  (günahlara)  görə  bu məmləkət əhlinin  başı üstünə  göy­
dən bir əzab endirəcəyik!  Həqiqətən,  Biz dərindən düşünən bir 
qövm üçün  (baxıb  ibrət  alsınlar  deyə)  o  məmləkətdən  açıq-ay­
dın  bir  nişanə  (xarabahq)  qoyduq.  M ədyənə  də  qardaşları 
Şüeybi  (peyğəmbər  göndərdik).  O  dedi:  «Ey  qövmüm!  Allaha 
ibadət  edin!  Qiyamət  gününə  inanın!..  Y er  üzündə  fitnə-fəsad 
törətməyin!» (əl-Ənkəbut surəsi, ayə 34-36)
567


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə