Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə133/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   126   127   128   129   130   131   132   133   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Şüubiyyə 
-   «başqa xalqlar»  hərəkatı 
V III 
əsrdə  Xilafətdə, 
qeyri-ərəb  xalqları,  o  cümlədən  azərbaycanlılar  arasında  ya­
ranmış  və  islam  ölkələrinin  mədəni  (bəzən  siyasi)  həyatında 
ərəblərin  hakim  ro lu   iddiasını  inkar  edən  mədəni-siyasi  hərə­
katdır.  Əsas  xadimləri  İbn  əl-M üqətta,  Həmzə  əl-İsfahani  və 
Biruni olm uşdur.
Talm ud 
-   qədim  yəhudi  dilində  «öyrənmə»  deməkdir.  İu- 
daizmin ehkamçı, dini-etik və hüquqi müddəalarının külliyyatı. 
Talm udda  insanın  A llahdan  asılılığı,  sosial  qanun-qaydanın 
dəyişməzliyi,  səbirlilik,  başqa dindən olanlara nifrət təlqin edi­
lir.
T eokratiya 
-  yunanca  hərfi  mənası  «Allahın  hakimiyyəti» 
deməkdir.  Siyasi  və  dini  hakimiyyətin  ruhanilərə  məxsus  ol­
duğu dövlət formasıdır.  H azırda V atikanda və bəzi  Şərq  ölkə­
lərində, tran d a, Küveytdə və s. yerlərdə mövcuddur.
T eologiya 
-   yunanca  «allah»  və  «söz»,  «təlim»  sö­
zlərindəndir.  Allah,  ilahiyyat deməkdir.  Müəyyən dini  təlimin 
sistemə salmmasıdər.
T ərbiyə 
-  şəxsiyyətin ictimai və mədəni həyatda, istehsalda 
fəal iştirakına nail olm aq üçün onun məqsədyönlü,  sistemli su­
rətdə form alaşdırılm ası prosesidir. Təlim-tərbiyənin güclü vasi­
təsidir.  Tərbiyə  cəmiyyətin  ən  zəruri  fnksiyalarmdan  biridir, 
obyektiv prosesdir, adam ların arzu və istəyindən asılı deyildir.
T əriqət 
-   ərəbcədir.  1-ci  sufilərin  dini-mənəvi  kamilləşmə 
yoludur.  Q urandan  götürülmüşdür.  Sufilərin  anlayışına  görə, 
b u  yol  Allahı  başa  düşməyə,  o na  yaxınlaşmağa  doğru  aparır. 
2-ci sufi qardaşlığıdır.
T ə sə w ü f 
-   İslam da  geniş  yayılmış  ezoterik  dini  və  fəlsəfi 
cərəyan.  T əsəw ü f  islam  dinindəki  mənəvi  həyatın  və  əxlaqi 
dəyərlərin adıdır.  Bu fəlsəfi-dini təlimdə insanın nəfsi ilə müca- 
dilə  edərək  onu  islah  və  tərbiyə  etməsi,  öz  varlığından  və 
dünyadan  keçərək,  Allaha  qovuşm ası  məqsədi  izlənilir.  Bəzi 
sufilərə görə, təsəw ü f sülhü olm ayan bir savaş, nəfsə qul olma­
maq,  şeytana alçalmamaq,  nəfsin nəsibini  tərk edərək Haqqın 
nəsibini  axtarm aq,  zahirdən  uzaqlaşıb  batinə  yaxınlaşmaq,
568
İntellektual ekologiya
əziyyətləri  gizləmək,  comərdlik,  zəriflik və  təmizlik  olaraq  qiy­
mətləndirilir.
İlk öncə sufi adını  alan Ə bu əs-Sufı (Suriyanın Rəml şəhə­
rində)  ilə  başlayan  təsəw ü f  hərəkatı  qısa  zam anda  bir  çox 
islam ölkələrinə yayıldı.
T əsəw üf  tarixinin  mənbələri  zöhd  (İslamın  ilk  yarandığı 
dövrlər) və təriqətlər dövrü olaraq müəyyənləşdirilmişdir.
T əziyə 
-  ərəbcə  «yas»  deməkdir.  680-ci  il  oktyabrın  10-da 
(hicrətin  6 1-ci  ilinin  M əhərrəm   ayımn  10-da)  Kərbəla  yaxın­
lığında şəhid olmuş 3-cü şiə imamı Həzrət Hüseynin (ə.) xatirə­
sini yad edən şiə müsəlmanlarının dini şəbih mərasimidir.
Tövhid 
-  ərəbcə  «birləşmə»,  «birləşdirmə»,  «təkallahlılıq», 
«monoteizm»  mənasındadır.  Allah  yeganəliyi  və  təkliyi  «la 
ilahə illəllah» kəlamında tapmışdır.  İslamın başlıca ehkamı va­
hid  Allaha  inam -  Tövhiddir.  İslam təriqətlərində göstərilir  ki, 
bəşəriyyətin ilk dini ilahidən (Allahdan) vəhy gələn haqq din -  
Tövhid  dinidir.  Tək  Allaha  -Tövhidə  təzim  edilməsinə 
əsaslanan  islamın  banisi  M əhəmməd  peyğəmbər  (s.)  ərəb 
ənənələrinə  üstünlük  verərək  və  hənəfilərdən  bəhrələnərək, 
M əkkədə politeizm (çoxallahlıq)  dini  əleyhinə çıxış  edirdi. O, 
inadkarlıqla tək Allaha -  Tövhidə təzim etməyə qərar verdi.
U topiya 
-   yunanca  «olmayan  yer»,  «xoşbəxt  yer»,  «xoş­
bəxt  ölkə»  deməkdir.  Elmi  cəhətdən  əsaslandırılmayan  ideal 
ictimai  quruluşu bildirir.  Sonralar bu anlayış uydurm a, həyata 
keçirilə  bilməyən ictimai qaydaları səciyyələndirmək üçün  işlə­
dilmişdir.
Ümmət -  ərəbcə «xalq»,  «millət» mənasındadır.  Müsəlman 
icmasmın,  bütün  müsəlmanların  birliyinə  deyilir.  Bu  söz  Q u­
ran d a işlədilir.
Zəkəriyya,  Yəhya  -   Qurani-Kərimdə  buyurulur:  «(Allah­
dan  belə  bir  nida  gəldi:  «Ey Zəkəriyya!  Sənə bir  oğulla  (oğlun 
olacağı  ilə)  müjdə veririk ki,  adı Yəhyadır.  Biz bu adı əw əllər 
heç kəsə verməmişik.» (M əryəm surəsi, ayə 7)
(Yəhya  dünyaya  gəldikdən  sonra  o na  dedik):  «Ey Yəhya! 
K itab d an  bərk yapış!  (Tövratı möhkəm tutub onun hökmləri-
569


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
nə  ciddi  əməl  et!)  Biz  uşaq  ikən  ona  hikm ət  (Allah kəlamının 
incəliklərini  anlam aq,  peyğəmbərlik)  verdik»  (Məryəm  surəsi, 
ayə  12).
«Biz İsrail  oğullarına  kitabda  (Tövratda):  «Siz  yer  üzündə 
(Zəkəriyyam,  sonra  d a  Yəhyanı  öldürməklə)  iki  dəfə  fitnə-fə­
sad  törədəcək  və  çox  dikbaşlıq  (yaxud  zülm)  edəcəksiniz»  -  
deyə bildirdik» (əl-İsra surəsi, ayə 4).
Yəqub (ə .) 
-  İsaq peyğəmbərin (ə.) oğlu.
«Bir  zam an  Y usif  atasına  demişdi:  «Atacan!  Mən 
(yuxuda)  on  bir  ulduz  və  Günəşlə  Ayı  gördüm.  Gördüm   ki, 
onlar  mənə  səcdə  (təzim)  edirlər».  (Atası  Yaqub)  dedi:  «Can 
oğul!  Y uxunu  qardaşlarına  danışm a,  yoxsa  sənə  bir  hiylə 
qurarlar... 
Y uxuda 
gördüyün 
kimi 
Rəbbin 
səni 
(başqalarından)  seçib  üstün  tutacaq,  sənə  yuxu  yozmağı 
öyrədəcək,  bundan  əvvəl  babaların  İbrahimə  və  İshaqa 
nemətini  tam am layıb  (peyğəmbərlik)  verdiyi  kimi,  sənə  və 
Y aqub  nəslinə  də  tam am layıb  verəcək...»»  (Qurani-Kərim, 
Yusif surəsi, ayə 4-6)
Yunus (Y unis) 
-  dini rəvayətə  görə,  uydurduğu möcüzə ya­
lan  çıxdığı  üçün  qaçıb  Dəclə  kənarına  gəlmiş,  gəmiyə  minmiş, 
günahkar  olduğundan  gəmi  onu  aparmamışdır,  Yunusu  suya 
atmışlar.  Bir  böyük  balıq  onu  udmuş,  o  da  balığın  qarnında 
tövbə və  dua  etmişdir.  Allah Yunusun duasını  qəbul  etmiş,  bir 
müddət sonra balıq onu kənara buraxmışdır.
Qurani-Kərim də  109  ayədən  ibarət  Yunus  surəsi  vardır. 
əl-Ənbiya surəsinin 87-88-ci ayələrində buyurulur:  «Zün-Nunu 
(balıq  sahibi  Yunisi)  da  xatırla!)  Bir  zam an  o  (küfr  etməkdə 
həddi aşmış  ümmətinə  qarşı)  qəzəblənərək  çıxıb  getmiş və  (Bizə 
xoş  gəlməyən  bu  səbirsizliyinə  görə)  onu  möhnətə  düçar 
etməyəcəyimizi (gücümüzün,  yaxud hökmümüzün ona yetməy- 
əcəyini)  güm an  etmişdi.  Am m a  sonra  qaranlıqlar  içində  (ba­
lığın  qarnında;  gecənin,  yaxud  dənizin  zülmətində):  «(Pərvər­
digara!)  Səndən  başqa  heç  bir  T anrı  yoxdur.  Sən  paksan, 
müqəddəssən!  M ən  isə,  həqiqətən,  zalımlardan  olmuşam (əm­
rinə qarşı çıxaraq özümə zülm eləmişəm)», -  deyib dua etmişdi.
570
İntellektual ekologiya
Biz onun (Yunisin) duasım qəbul buyurduq və (balığın qarnın­
dan  çıxartmaqla)  onu  qəm dən  qurtardıq.  Biz möminlərə  belə
nicat veririk».
Y usif (ə.) 
-  Y əqub peyğəmbərin (ə.) oğlu.  Qurani-Kərimdə 
buyurulur:  «(Yusif  (ə.)  atası  ilə  bir  müddət  gözəl  dövran 
sürdükdən sonra Yəqub (ə.) vəfat etdi.  Yusif (ə.) atasını aparıb 
öz  vətənində  dəfn  etdi  və  dünyanın  heç  bir  etibarı  olmadığım 
gördükdə  Allaha  dua  edərək  Ondan  ölüm  diləyib  dedi:)  Ey 
Rəbbim!  Sən  mənə  səltənətdən  (istədiyimdən  də  artıq)  bir  pay 
verdin.  Mənə yuxu yozmağı  öyrətdin.  Ey  göyləri və yeri  yara­
dan!  Sən  dünyada  da,  axirətdə  də  mənim  ixtiyar  sahibimsən. 
M ənim canımı müsəlman  olaraq  al və məni əməlisalehlərə qo­
vuşdur!» (Yusif surəsi, ayə  101).
Qurani-Kərimdən:  «Elçilərimiz  (mələklər)  İbrahimə  (İsa- 
qın,  sonra  da  Yəqubun  doğulacağı  barədə)  müjdə  gətirdikləri 
zaman:  «Biz  bu  məmləkət  əhlini  məhv  edəcəyik,  çünki  onlar 
zalımdırlar (Allaha  asi  olmaqla,  onun  peyğəmbərini  təkzib et­
məklə,  çirkin  işlər görməklə  özləri-özlərinə  zülm  edirlər),  dedi­
lər».  (İbrahim)  dedi:  «O rada  (onların  içində  Allahın  mömin 
bəndəsi)  Lut da  var!  Onlar:  Biz orada kimin  olduğunu (hamı­
dan)  yaxşı  bilirik.  Biz  onu  və  ailəsini  mütləq  xilas  edəcəyik. 
Yalnız övrətindən başqa. O (əzab içində) qalanlardan olacaq!» 
-  deyə cavab verdilər.» (əl-Ənkəbut surəsi, ayə 31-32)
Dini rəvayətə görə, qədim Fələstində Lut peyğəmbərin (ə.) 
arvadı  onun dinini qəbul etməyənlərə qoşulub ərindən üz dön­
dərmişdir.
Sədi Şirazi «Gülüstan»da bu barədə yazır:
Pislərə yar oldu Lutun arvadı,
Ayrıldı peyğəmbər xanədanından.
Vəhhabilik 
-  hənbəli məzhəbinin ideya və prinsiplərinin if­
rat şəkildə inkişafıdır. Hənbəliliyin əsasım Əhməd ibn Məhəm­
məd  ibn  Hənbəl  (780-955,  Bağdad)  qoymuşdur.  Hənbəülik 
İslamda  yeniləşmə,  dəyişmə  və  təkamülün  əleyhinə  olmuş, 
İslam  dinini  ilkin  şəklində  mənimsəməyi,  yalnız  Q uran  və  hə­
dislərə itaəti təbliğ etmişdir.
571


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə