Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə15/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
tidai  icma  cəmiyyəti  insanm a  məxsus  fantastik  təsəvvür  (bir 
qayda olaraq şifahi nağıllar -   əsatirlər form asında verilirdi) və 
miflərin  mənşəyini  və  onlarda  gerçəkliyin  inikasım  öyrənən 
elm.  İbtidai  icma  dövründə  insan  özünə  yaxın  və  doğma  olan 
icma-tayfa münasibətlərini, on u  əhatə edən bütün əşya və hadi­
sələr üzərində keçirirdi. T orpaq, səma, bitki və heyvanlar aləmi 
universal  tayfa  icması  şəklində  təsəvvür  olunur  və  bu icmada 
bütün əşyalar təkcə canlılar kimi yox,  həm də şüurlu və mütləq 
bir-birilə qohum  məxluqlar kimi anlaşılırdı.  Bu təsəvvürlər mi­
fologiyada ümumiləşirdi.  Buna görə allah-sənətkar, allah-əkin- 
çi,  allah-maldar,  allah-döyüşçü  və s.  mifoloji  obrazlar yaranır­
dı.  Mifologiyanın  ilkin  form aları  fetişizm,  totemizm,  inkişafı­
nın daha yüksək pilləsi isə animizm  idi.
Mifoloji  təfəkkür  müxtəlif  tarixi  ümumiləşdirmələrə  çox 
erkən  gəlib  çıxmışdı.  İnsanların  oturaq  həyat  tərzinə  keçməsi 
ilə  əlaqədar,  onlarda  tayfa  və  nəsil  birliyi  haqqında  təsəvvür 
möhkəmləndi,  əcdadlara  sitayiş  və  buna  uyğun  əsatirlər  ya­
randı. İbtidai icma quruluşunda mifologiya özünəməxsus sadə­
lövh inam  olub, idologiyanm yeganə forması idi.
Erkən sinifli cəmiyyətdə  mifologiya müxtəlif cür  dini,  sosi­
al-siyasi,  əxlaqi  və  fəlsəfi  ideyaların  alleqorik  ifadə  forması 
olub,  ədəbiyyat və incəsənətdə  geniş istifadə  edilirdi.  Mifolog­
iyanın  öyrənilməsinə  elmi  münasibət  Renessans  -   İntibah 
dövründə  təsadüf edir.  Bir  çox  filosof və  alimlər  mifologiyanı 
ümumxalq  müdrikliyinin  ifadəsi  hesab  edirdilər.  Romantizm 
mifologiyaya  m arağı  daha  d a  gücləndirdi.  Bir  çox  ölkələrdə 
xalq  rəvayətlərinin,  əfsanə,  nağıl  və  əsatirlərin  toplanmasına 
başlandı, beləliklə də, mifoloji məktəb yarandı.
Azərbaycan  mifologiyası  qədim  tarixə  malikdir.  Xeyir  və 
Şəri, İşıq və Zülməti təmsil edən iki allahın -  Hürmüzd və Əhri- 
mənin,  bu  iki başlanğıcın mübarizəsi haqqındakı  təsəvvür  Y a­
xın Şərqin bir sıra ölkələrində, o cümlədən Azərbaycanda uzun 
zaman  sadəlövh  etiqad  forması  olmuşdur.  Azərbaycanda  xal­
qın  arzu  və  ideallarının  təcəssümü  olan  müsbət  şəxsiyyətlərin 
divlər,  təpəgözlər,  əjdahalar  və  müxtəlif əcaib  varlıqlar  üzərin-
58
İntellektual ekologiya
do  qələbəsini əks  etdirən  m if və əfsanələr  geniş  yayılmışdı.  Bu 
qəbildən  olan  rəvayətlərin  çoxu xalq  dastanları  və  nağıllarda, 
digər folklor nümunələrində öz əksini tapmışdır.
Azərbaycan  mifologiyasının  elmi  əsaslarla  öyrənilməsinə 
X IX  əsrdən başlanmışdır. Azərbaycan şərqşünası, şərqşünaslıq 
elminin banilərindən olan M irzə K azım  bəy (1802-1870)  Şərq, 
o  cümlədən  Azərbaycan  mifologiyasının  təşəkkülünü  və  qay­
naqlarını ilk tədqiq edən alimlərdən biridir.
Antrpomorfizm  (yunanca anthropos -  insan, morphe -f o r­
m a sözündəndir)- cansız təbiətin əşya və hadisələrinə,  heyvan­
lara, bitkilərə,  göy cismlərinə,  mifoloji obrazlara insani sifətlər 
verilməsidir.  Dünyagörüşünün  ilkin  form alarından  olan  antr­
pomorfizm bir sıra  din üçün xarakterikdir.  Bu  dinlər  allahları 
insan obrazında təsəvvür edir.  Məsələn, ilahiyyatda inkar edil­
sə də, iudaizmdə Yəhva  (yəhudi dinində VII əsrə qədər baş al­
lah.  VII  əsrdən  sonra  Qüdsdə Yəhvanın məbədi  tikilmiş,  digər 
allahlara sitayiş qadağan edilmişdir), öz hərəkət və danışıqları­
n a  görə,  insan  kimi  təsvir  olunur.  Antrpomorfizm  xalq  yara­
dıcılığına da xasdır.  Nağıl və m ahnılarda heyvanlar,  bitkilər və 
əşyalar çox vaxt insan kimi danışır və hərəkət edir.
Tarixi  mənbələrdən  aydın  olur ki,  qəbilə  quruluşunun  son 
dövrlərində patriarxm  -  tayfa  başçısının,  həmçinin,  ölmüş baş­
çıların  ruhuna,  əcdada  sitayiş  başlamışdı.  İctimai  inkişafın  bu 
mərhələsində bir sıra xalqlar  arasında şamanizm də yayılmışdı. 
Şamanizm  zamanın  (coşqun,  ehtiraslı,  keyləşmiş  adam)  ruh­
larla ünsiyyətinə  arxalanır.  Bəzi  xalqlarda  şamanizm qalıq  ha­
lında  qalmaqdadır.  Şamanizmin  qalıqları  sonrakı  bir  çox  dini 
sistemlərə də daxil olmuşdur.
Cəmiyyətin  siniflərə  bölünməsi  və  dövlətin  meydana  gəl­
məsi ilə Qədim Misirdə,  Babilistanda, Assuriyada, İranda, Y u­
nanıstanda,  Rom ada  və  s.  ölkələrdə  politeizm  (çoxallahlılıq) 
yarandı.
Politeizm (yunanca poly -  çox,  theos -   Allah sözündəndir) -  
çoxallahlılıq,  çoxlu  allaha  sitayiş  .  Politeizm  erkən  sinfi  cə­
miyyətdə  yaranmışdır. 
İbtidai  icma  quruluşunun  dağılması
59


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
mərhələsində  totemizmdən,  fetişizmdən,  animizmdən  meydana 
gəlmişdir.  Politeizmin bir  çox  təsəw ür  və  ayini  bütün  təkalahlı 
dinlərdə saxlanm aqdadır
Politeizm başqa xalqların d a  allahlarım qəbul edirdi.  Poli­
teizmin bir çox təsəvvür və ayini  bütün təkallahlı dinlərdə sax­
lanm aqdadır.  Bəzi  xalqlar  içərisində  ayinlərin  əsaslı  şəkildə 
mərkəzləşməsi və kahinlər  təbəqəsinin formalaşması nəticəsin­
də politeizm,  monoteizm ilə əvəz olundu.  Bu dövrdən insanla­
rın şüurunda yerdəki mütləq hakimin mövqeyinə bəraət qazan­
dıran səma hakim i tək, hər şeyə qadir Allah haqqında baxışlar 
meydana gəlmişdir.
Monoteizm 
təkallahhhq,  bir  A llaha  sitayiş  edilməsi 
deməkdir.  M onoteizmin  mənşəyi  ibtidai  icma  quruluşunun 
dağılması,  quldarlığın yaranması,  daha da möhkəmləndirilməsi 
və  inkişafı  ilə  bağlı  olmuşdur.  Lakin  əsl  mənada  monoteizm 
e.ə.  I əsrin ortaları və ikinci yarısında  Yerusəlimdə  Yahve  m ə­
bədinin kahinləri dini hökmranlığı öz əllərində cəmləşdirdikləri 
dövrdə m eydana gəlmişdir.
Xristianlıq, İudaizm  və İslam monoteist din hesab olunur. 
Dinşünas alimlər dinlərin təsnifatını vermişlər:
1. Qəbilə,  tayfa dinləri.
2. 
Mİ11İ 
dinlər 
(Konfutsiçilik, 
Sintoizm, 
Hinduizm, 
İudaizm).
3.  D ünya dinləri (Xristianlıq, İslam və Buddizm).
Qəbilə,  tayfa  dinləri  haqqında  əvvəllər  bir  qədər  məlumat 
vermişik.  Qeyd  etm ək  lazımdır  ki,  dünya  dinləri  çox  xalqlar 
arasında  yayılmış,  yeni  dini  münasibətlərin  meydana  çıxması­
na səbəb olmuşdu.  Belə münasibətlərdən kilsə, məscid, ruhani­
lər, məzhəb və təriqətləri göstərmək olar.  Araşdırmalar göstərir 
ki,  dünya  dinləri,  əsasən,  Xristianlıq,  missionerlik  vasitəsilə 
təbliğ edilir.
Missionerlik  (fransızca  missionnaire,  latınca  missio  -   gön­
dərmə,  tapşırıq  sözündəndir)  -   dini  təşkilatlar  olub,  kilsənin 
fəaliyyət  form alarından  biridir.  Missionerlərin  məqsədi  başqa 
dinlərə etiqad edənləri öz dinlərini gətirmək və kilsədən üz dön­
60
İntellektual ekologiya
dərənləri  kilsəyə  qaytarm aqdır.  Əslində  isə  missionerlik 
müəyyən  sosial  qrupların,  hökumətlərin  siyasi  məqsədlərinin 
həyata  keçirilməsinə  köməklik  edir.  Buddizmdə  bu  vəzifəni 
çox zam an zəvvar  rahiblər (e.ə.  III  əsrdən) həyata keçirmişlər. 
Xristianlıqda  missionerlik  eramızın  IV   əsrində  meydana  gəl­
mişdir.
Müsəlman  missionerlərinin  vəzifələrini  çox  zaman  müsəl­
m an  tacirləri,  sufilik  inkişaf etdikdən  sonra sufi-müridlər yeri­
nə yetirmişlər.
Yaxın  Şərqdə missionerlik fəaliyyəti  ilə məşğul olmuş ingi­
lis  yazıçısı  V.A.Rays  XX  əsrin  əvvəllərində  nəşr  olunan  və 
müsəlmanlar  arasında  missionerlik  fəaliyyətindən  bəhs  edən 
əsərinə  çox  m araqlı  bir  ad  seçmişdi:  «İyirminci  əsr  səlibçiləri, 
yaxud  xristian  missionerliyi  və  müsəlmanlar.»  Missionerlik  və 
xaçlı  (səlibçi)  düşüncəsi  ilə  bağlı  təcrübəli  missioner  V.A.Ray- 
sm qeyd etdiyi məsələlər əksər müsəlman müəllifləri və ziyalıla­
rı  tərəfindən  də ifadə  edilir,  xristian  dünyasının  tarixdə missio­
nerliyi  səlib  yürüşləri  vasitəsilə  həyata  keçirməyə  çalışdığı,  la­
kin  məqsədlərinə  çata  bilmədikləri,  hazırda  isə  bunu  müxtəlif 
vasitələrlə reallaşdırm ağa səy göstərdikləri vurğulanır.
Professor  Şinasi  Gündüzün  qeyd  etdiyi  kimi,  müasir  döv­
rdə xristian missionerliyi müsəlmanlara qarşı planlarını həyata 
keçirmək  baxımından  tarixdə görünməmiş fürsət qazanmışdır. 
İslam dünyasının  iqtisadi  və  texnoloji  baxımdan  Qərbdən asılı 
olması,  İslam ölkələrindəki  təhsil, mədəniyyət və elmi siyasətin 
əsas  istiqamətlərinin  Qərbə  yönəlməsi,  qloballaşm a  düzəninin 
Qərbin  güclü  xristian  xalqlarının  lehinə  m eydana  gətirdiyi  şə­
rait  və  son  dövrlər  yaşanan  bəzi  hadisələr  və  buna  paralel  İs­
lam əleyhinə dünyada  müşahidə olunan təbliğatlar -  islamafo- 
biya missionerlər üçün əlverişli şərait yaradan əhəmiyyətli fak­
torlardır.
Tarixdən  məlum  olduğu  kimi,  ilk  Xristian  -   İslam  qarşı­
durm asında  qalib  tərəf islam  olmuş,  uzun  dövr  ərzində xristi­
anlığın  İslamı və  müsəlmanları əzmək  səyləri uğursuzluqla nə­
ticələnmişdir.  H azırda  İslam   dünyadakı  aktivliyini  qoruyub
61


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə