Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər Mete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə16/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

Ənvər Mete Həmidov, Zəmurə Həmidova
saxlamaqdadır.  Professor  Şinasi  Gündüz:  «Missionerlik  fəa­
liyyətinin  hədəfi  olan  cəmiyyətlər,  xüsusilə  də  müsəlman  xalq­
ları  öz  dini  və milli  şəxsiyyətləri,  inancları və  mədəni  dəyərləri 
ilə  bir-birlərinə  olan  düşmən  mövqeyi  bir  kənara  qoyaraq,  b u  
gün yaşanan hadisələri keçmişdə qazanılan təcrübələr və dolğ­
un  məlumatlarla,  gələcəyə  planlaşdırılan  düşüncələrlə  zəngin­
ləşdirsələr,  təbii  ki,  missionerlik  fəaliyyətlərinin  məğlubiyyətə 
düçar  olacağı  şübhəsizdir.  Çünki  missionerlik  fəaliyyətləri  də 
daxil olmaqla,  hər cür zərərli cərəyana qarşı ən mühüm m üda­
fiə  öz  etiqad,  mədəniyyət  və  dəyərlərinizə  bağlı  qalmaq,  cə­
miyyətdəki  birlik  və  bərabərlik  içində  sosial,  siyasi  və  iqtisadi 
məsələlərin  öhdəsindən  gəlməyin  yollarını  axtarıb  tapm aq  və 
cəmiyyətdəki sülhü birgə təmin etməkdir.»
Yaşadığımız tarixi  dövrdə  missioner  fəaliyyətləri  ilə  əlaqə­
d ar İslam -  Xristian qarşıdurm asında hansı tərəfin qalib olm a­
sını zaman göstərəcək.
Sufilik,  sufizm (ərəbcə hərfi mənası -  yun  əbalı  deməkdir) 
-   İslam  dinində  mistik  cərəyan,  təlim  olub  VIII  əsrdə  İraq  və 
Suriyada  yaranmış,  sonralar  İran,  Azərbaycan,  O rta  Asiya, 
Hindistan və  s.  Şərq  ölkələrinə yayılmışdır.  Sufi  və  sufilik  kəl­
məsinin m eydana  gəlməsi və  onlara belə bir adın verilməsi  h a ­
qda  müxtəlif  nəzəriyyələr  irəli  sürülmüşdür.  Bəziləri  deyirlər: 
sufilik -  suffə əhlinə mənsub olan addır və bu söz oradan m ey­
dana gəlmişdir.
Bəziləri  «sufi»  kəlməsinin  «səfa»  sözündən  götürüldüyünü, 
digəriləri də  onu  olduqca mömin  və  zahidanə  həyat  tərzi  keçi­
rən  ərəb  qəbilələrindən  olan  Bəni-Sufəyə  verilən  ad  hesab  et­
mişlər.  Başqalarının fikrincə,  «sufi» sözü ilk dəfə ömrünü Alla­
ha  xidmət  üçün  vəqf edən  Ğövs  ibn  Mərrəyə  verilən  ləqəbdir. 
Bu səbəbdən də Allaha qovuşm aq istəyən zahidlər ona oxşadı- 
laraq belə  adlandırılmışlar.  Bəziləri isə  «sufi»nin  «sufanə»  kəl­
məsindən  götürüldüyünü  zənn  etmişlər.  Sufanə  nazik  və  kiçik 
bitki növüdür.  Sufilər bitkilərdən hazırlanmış yeməklərlə kifay­
ətləndikləri üçün  onlara belə  ad  verilmişdir.  Verilən  təriflərdən 
həqiqətə  daha yaxın  olanı  «sufi»  kəlməsinin  yun  mənasını  d a ­
62
İntellektual ekologiya
şıyan  «sovf»  sözündən  götürülməsidir.  Sufi  «yun  paltar  geyi-: 
nən»  mənasını  verir.  Çünki  o  zam anlar  yun  paltar  ən  ucuz  və 
ümumi  kütlənin  geydiyi  libas  olmuşdur.  Ə bu  Nəsr  Sirac 
özünün  «Əl-ləm fit-təsəw uf»  (sufi  məsləkinin  ən  qədim  kitabı 
sayılır)  adlı  kitabında  deyir:  «Yun  paltarlar  geyindikləri  üçün 
onları sufi adlandırırıq.»
«Sufi»  sözünün  leksik  mənası  haqda  aparılan  araşdırma­
lardan  belə bir qənaətə gələ bilərik ki,  bu söz m addi və dünyəvi 
həyatı tərk edib mənəvi saflığa nail olmaq istəyən, bu yolla Al­
laha  yaxınlaşmaq  üçün  özünü  müxtəlif çətinliklərə  vadar  edən 
şəxslərə deyilir.  O nlar olduqca az və -ucuz yemək və geyimlə ki­
fayətlənər,  dünyanın  bütün  maddi  ləzzətlərinə  göz yumardılar. 
Sufilik  ilk  vaxtlarda  olduqca  sadə  məna  daşımışdır.  Belə  ki, 
adətən,  bir  guşəyə  çəkilib  gününün  əksər  hissəsini  Allaha  iba­
dət  və  Onu  zikr  etməklə  keçirən  şəxslərə  deyilmişdir.  Lakin 
getdikcə  daha  da  genişlənməyə  və  şaxələnməyə  başlamış,  özü­
nəməxsus rəftar,  davranış və ibadət  mərhələlərindən ibarət ol­
muşdur.
Cüneyd  Bağdadi  sufilik  haqda  belə  deyir:  «Sufilik  heç  bir 
bağlılıq  olmadan  Allahla  olm aq  deməkdir».  «Sufilik  cəm hal­
da edilən zikr, dinləmə ilə bağlı olan şüur və davam  etdirilən iş­
dən  ibarətdir».  «Sufi  pak  və  napak olmayanların  üzərində  ad­
dım atdıqları yerə bənzəyir,  sufi hər şeyə kölgə salan bir bulud­
dur,  sufi  hər  şeyi  sirab  edən  bir  qətrədir».  Süfyan  Suri  deyir: 
«Sufi aram  və rahatlıq, yoxsulluqda bəxşiş deməkdir».
Səbli  devir:  «Sufilik  Allahla  qəm-qüssəsiz  ünsiyyət  y arat­
m aq  deməkdir.  Sufi  isə  m əxluqatdan  (xarici  aləmdən  ayrılıb) 
xaliqə (Allaha) birləşmiş bir şəxsdir».
Zunnun Misri devir:  «Sufilər Allahı hər şeydən üstün tutan 
kəslərdir. Allah da onları hər şeydən üstün tutmuşdur».
M əruf  Kərxi  devir:  «Sufilik  həqiqəti  tapm aq  və  yaradıl- 
mışların  əlindən  ümidsizliyi  almaq  deməkdir.»  Ruvəvm  İbni 
Ə hm əd  Baedadidən sufilik  haqda  soruşduqda deyərdi:  «Alla­
hın  iradəsi  ilə  nəfsin  öz  istəklərindən  ayrı  düşməsinə  deyilir».
I ləmçinin deyərdi:  «Sufilik üç xislətdən ibarətdir:  yoxsulluğa əl
63


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
atmaq, güzəşt və əliaçıqlığı büruzə vermək, riyakarlıqdan uzaq 
olmaq.»
Sufiliyin səciyyəvi cəhətləri bunlardır:  metafizikanın xüsusi 
tərki-dünya  praktikası  ilə  birləşdirilməsi,  müridin  mistik  m ə­
həbbət yolu ilə Allahı dərk etməyə və tədricən ona qovuşmağa 
yaxınlaşması təlimi, müridi A llaha qovuşanadək mistik yol (tə­
riqət) ilə aparan ustadın rolunun mühüm olması.  Sufilər xüsusi 
rəqslər və ya duaların sonsuz təkrarı ilə intuitiv idraka -  «nur- 
lanma»ya,  ekstaza  cəhd  etmişlər.  Cüneyd  Bağdadinin  y arat­
dığı fəna (sufini fÖvqəlvarlığa aparan, onu Allaha qovuşduran) 
təliminə görə  əbədilik mütləqdə mövcuddur.  Cüneydə görə  su­
finin sirli yolunda ilk pillə -  şəriət, ikincisi təriqət, üçüncüsü hə­
qiqətdir (həqiqəti A llahda tapmaq).
Həllac M ənsura görə sufinin ruhu Allah ilə real qovuşa bi­
lər.  O, «mənəm haqq!» deyə qışqırarmış.  O na görə də o, 922-ci 
ildə  bidətçilikdə təqsirləndirilib edam  edilmişdi
Oəzalinin  islahatçılıq  fəaliyyəti  sayəsində  sufiliyin  təqibi 
dayandırılmışdır.
Bir sıra İslam məzhəblərinə görə, hər yeniləşən əsrin əvvəl­
lərində  dinin  təkmilləşməsi  məqsədilə  Allah-Təala  tərəfindən 
seçilmiş bir  şəxs  göndərilir.  Elə məhz insanların bu inancından 
faydalanan  bəzi  saxtakarlar  müxtəlif dövrlərdə  özlərini  zam a­
nın  sahibi,  elçi,  peyğəmbər  və  s.  adlandırıblar.  Bu  cür  şəxslər­
dən  biri də  XX əsrin əvvəllərində Türkiyədə özünü  «Bədiüzza- 
man» adlandıran Səid Kürdi (Nursi) olub.
Həyatım  müstəqil  kürd  dövləti  qurm ağa  həsr  edən  Səid 
Kürdi  1912-ci  ildə  yazdığı  bir  kitabında  kürdləri  nəzərdə  tu ta ­
raq   «Oyan,  ey  Səlahəddin  Əyyubinin  nəvələri  -   kürdlər!» 
cümləsi  ilə  açıq-açığma  öz düşmənçiliyini  ifadə  edib.  Halbuki, 
təkcə  anası  kürd  olan  sultan  Səlahəddini  kürdləşdirərək 
kürdlərin  «şanlı  keçmişi»ni  geri  qaytarm ağa  çalışmışdır. 
«M əktubat» adlı risaləsində özünün türklərlə heç bir əlaqəsinin 
olmadığım,  Türkiyədə  kürdlərin  ayrı  bir  xalq  olduğunu  ifadə 
edərək:  «Müstəqil bir K ürdüstanın toxum unu cücərdirəm,  onu 
inkişaf  etdirib  böyüdün»,  -   deyirdi.  Dilqəm  Əhmədin  «Son
64
İntellektual ekologiya
ümid»  elektron  jurnalm dakı  (www.sonumid.com)  məlumatla­
rından bəzi məqamları oxucuların nəzərinə çatdırm aq qərarına 
gəldim.
Səid  Kürdi  (1876-1960)  kürdçülüyə  yönəlmiş  siyasi  fəa­
liyyətləri  uğursuz  alındığından  avam   insanların  dini  inancla­
rından  istifadə  etməklə  tədricən  öz  ideyalarım  həyata  keçir­
məyə başlayır. Oxumağı bacarm ayan və türkcə səlis danışa bil­
məyən  bu  insan  1950-ci  illərdən  etibarən  göydən  ona  vəhy 
gəldiyini  iddia edərək  bir  sıra əsərlər yazmağa başlayır.  Savad­
sız  kütlələri  öz  ardınca  çəkməyi  bacaran  N ursi  özünü  «Bədiü- 
zzaman»  («zamanın  möcüzəsi»)  adlandırır  və  «Risaleyi-Nur» 
adlanan Quran «təfsirləri» yazmağa başlayır.  Quranın bəzi ay­
ələrinin, xüsusilə N ur surəsinin məhz onun üçün endiyini bildi­
rən bu «möcüzəli» şəxs, yeni cümhuriyyətə qarşı müharibə elan 
edən  Şeyx  Səid  adlı  birini  dəstəklədiyindən  sürgünə göndərilir. 
«Kamalçılar»m  qatı  düşməni  olan  Şeyx  Səid  vaxtilə  «Bir  türk 
öldürmək,  70  kafiri  öldürməkdən  daha  üstündür»  -   demişdir. 
Sonralar bu şəxs edam  olunmuşdur.
Şeyx Səidi özünə ustad seçən N ursi vaxtilə Osmanlı sultanı 
II  Əbdülhəmiddən  K ürdüstan  adlandırdığı  ərazidə  kürd  gənc­
lərinin  təhsil  alması  üçün  3  mədrəsə  açılmasını  xahiş  edir.  Bu 
istəyin  altında  nələrin  yatdığım  bilən Əbdülhəmid  əvvəlcə onu 
sürgünə  göndərmək  istəsə  də,  sonra  ağlı  başında  olmadığını 
düşünüb, dəlixanaya saldırır.
Nurçuların  mütləq  əməl  etmələri və inanm aları vacib  olan 
vəzifələri bunlardır:
«Risaleyi-Nur»u  oxumaq,  oxumağı bilmirsə, mütləq dinlə­
mək.  Onların  evlərində  Q uran  olmasa  da,  mütləq  «Risalei- 
N ur» olmalıdır.
Hansı  şərtlər daxilində olursa-olsun,  Səid Nursini müdafiə 
etməli,  onun  məsumluğunu  təsdiqləməli,  başqalarım  buna 
inandırmalıdır.
İğtişaşlara  qoşulmamaq,  qadınlarla  əlaqələri  kəsərək,  on­
lara yaxın durmamaq.
Hər hansı bir nurçu getdiyi ərazilərdə «camaat»ına yeni bir
65


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə