Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə17/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
şəxs qoşmalıdır.
:  H arad a  olursa-olsun,  «Risaleyi-Nur»  oxunmalı,  Əsmaül- 
H üsnadan  (Allahın  mübarək  adları)  sonra  gizli  şəkildə  Səid 
N u r sinin adı çəkilməlidir.
N urçuluğa  qarşı  çıxanlar  müsəlman  olmayıb,  İslamı  yıx­
mağa çalışan kafirlərdir.
Dövlət  «Risaleyi-Nur»la  idarə  olunarsa,  doğrudur,  idarə 
olunmazsa  yanlışdır.  Bütün  ali  tədris  ocaqları  «Mədrəseyi- 
N ur» adlandırılmalıdır.
«Risaleyi-Nur»u  oxumaq  və yazm aq  alim olmaq üçün ye­
tərlidir. Çünki orada hər şey yazılıb, əlavə bilgilərə ehtiyac yox­
dur.
Səid K ürdinin bəzi sözləri:
«Risaleyi-Nur»u Allah-Təalanın məhz özü imzalayıb.  Baş­
da  Həzrət  M əhəmməd  (s.)  olmaqla,  Həzrət  Əli  (ə.),  Ə bdülqa­
dir Gülani və bu silsilədən görkəmli şəxslər onu imzalayıblar.
«Risaleyi-Nur»  daxil  olduğu  əraziləri  öz  nuru  ilə  nurlan­
dırm aqdadır.
«Risaleyi-Nur»  Quranın  aynasıdır  və  bir  möcüzə  səviyyə­
sindədir.  Heç  bir  kitab  onunla  yarışa  bilməz,  ona  qarşı  çıxa 
bilməz. Çünki risalələr Allah tərəfindən bilavasitə Səidə verilib.
«Risaleyi-Nur»  M usa  peyğəmbərin  (ə.)  əsası  kimi  h ara 
dəyibsə, oradan su çıxarıbdır.
«Risalei-Nur»u  təkcə  quşlar  deyil,  göydə  və  yerdə  olan 
bütün varlıqlar alqışlamaqdadır.
«Risaleyi-Nur»a heç bir şəkildə etiraz edilməməli, hətta bu 
etiraz  «Kutbil-Əzəm»dən  (yəni  peyğəmbərlərdən  gəlsə  belə, 
ona qulaq asılmamalıdır.
Q urani-Kərim  və «Risaleyi-Nur» rəhm an və rəhim Allahın 
kəlamlarıdır.  «R isaleyi-N um ın  129  hissəsi  Q urandan  uzanan 
elektrik naqilinin ucuna taxılan  129 elektrik lampası kimidir.
Qurani-Kərim in  Səcdə  surəsinin  2-ci  və  3-cü  ayələri  məhz 
«Risaleyi-Nur»u  anlatm aqdadır.  Fussilət  surəsinin  33-cü  ayə­
sində bildirilənlər «N ur təriqəti»nin üzvləridir.
«Risaleyi-Nur»  ona  xidmət  edənləri  mütləq  cənnətə  apa­
İntellektual ekologiya
racaqdır.
Radio, dünyanın bir  tərəfində səslənən sözün kilometrlərlə 
uzaqda  yerləşən  bir  qutudan  eşidilməsi,  onun  içindəki  mələk­
lərlə əlaqəlidir.
(Bu  qədər  elmsiz  insam n  cəfəngiyatlarına  inananları  hələ 
də anlam aq mümkün deyildir) (dilqem@List.ru).
İndi isə S.Kürdinin dediklərinin altında yatan planları şərh 
edək:
1.  Qeyd olunur ki, yalnız risalələrə,  yəni  Səidin cəfəngiyat­
larına xidmət edənlər Cənnətə  gedəcək,  özü də mütləq  şəkildə. 
Halbuki,  İslam  tarixinə və hədislərə az-çox  bələd  olan hər kəs 
bilir ki, kainatın əfəndisi Həzrət M əhəmməd (s.) yalnız 10 nəfə­
ri  Cənnətlə  müjdələyib  (hətta  bu  hədisə  belə  iradlar  olunub). 
Bu  şəxs  və  hazırda  onun  varisliyini  həyata keçirən  şəxslər  Al­
lah  adm a  and  içərək  mütləq  şəkildə  nurçuların  Cənnətə  ge­
dəcəyini  bildirirlər.  Bu  isə  Allaha  deyil,  Cənnətdəki  huri-mə­
ləklərə  aşiq  olan  müsəlmanların  nurçuluğu  seçməsinə  səbəb 
olur.  Vaxtilə xristian  keşişləri də aldadıcı vədlərlə çıxış edərək, 
insanlara  Cənnətdən  köşklər  satırdılar.  İslama daxil olmaq  is­
təyən  bir  şəxs  heç  bir  tərəddüd etmədən bu   təriqəti  seçəcəkdir. 
Əgər  nurçu  olan  Cənnətə  düşəcəksə,  o  zam an  «Risaleyi- 
N ur»un  endirildiyi  şəxs  olan  Səid Nursi,  yəqin ki,  peyğəmbər­
lərdən də uca məqam a sahib olacaqdır.
2.  Bəşəriyyətin  sonuncu  kitabı  Qurani-K ərim   olduğu  hal­
da, bu şəxs öz cəfəngiyatım Q uranla bir səviyyədə tutaraq vəhy 
aldığını  iddia  edib.  H ətta  Q uran  əvəzinə  risalələrin  oxunması 
hallarına da rast gəlinir.
3.  Türk  soylarını  şeytanın  zürriyyəti  hesab  edən  Səid 
Kürdinin  türkçülüyə  düşmənçiliyi  burada  açıq  şəkildə  görün­
məkdədir.
4.  Qurani-Kərim dən  bəllidir  ki,  Allah-Təala  insanları  heç 
bir  təbəqəyə  ayırmayaraq,  onların  birini  digərindən  üstün  bil­
mir  (üstünlük  yalnız  təqva  əsasındadır).  Halbuki,  nurçular 
üçün Səid ən üstün insandır.
N urçuluğun prinsipləri:
67


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Türkiyə  Cümhuriyyətinin  şəriət  qaydaları  əsasında  idarə 
edilməsi,  keçmiş  xilafətin bərqərar  olunması,  Q uran  xaricində 
heç bir konstitusiyanm  qəbul edilməməsi.
Bütövlükdə dünya səadətini insanlara haram  bilməklə,  on ­
ları yalnız axirətə yönəltmək.  Bu isə insanların dünyəvi işlərdən 
əl çəkərək pessimistləşməsinə səbəb olur.
A tatürk  idarəçiliyi hədislərdə qeyd olunan dəhşətli axir-ət- 
zamanın  əlamətlərindəndir.  Cümhuriyyət  şəriət  qaydaları  ilə 
idarə  olunm adığından  dinsizliyin,  kafirliyin  yaranmasına  sə­
bəb olur.
Türkiyənin  hazırkı  siyasi  sistemi  N u r  səadətinin  məhvinə 
səbəb olur.  «Kamalçılar» səviyyəsiz, anarxist insanlardır.
M üsəlm anlara  Q uran xaricində heç  bir konstitusiya  gərək 
deyildir.  Milliyyətçilik  İslam   birliyinə  maneədir.  Yalnız  islam  
milliyyəti  m övcuddur  və  gələcək  dünya  İslam  dövləti  olaca­
qdır.  Böyük  İslam   dövləti  isə  yalnız  «Risaleyi-Nur»  sayəsində 
mümkün ola bilər.
Əvvəlki  şəriət  qaydaları  bərpa  edilməli.  Quran  faizi  q a­
dağan etdiyindən, banklar ləğv olunmalıdır.
Əgər bəşəriyyət ağlını başına yığıb İslami məhkəmələr əsa­
sında  idarə  edilməzsə,  m addi  və  mənəvi  qiyamətlər  qopacaq, 
yəcuc-məcuclar zühur edəcəkdir.
N ur cam aatı yalnız özləri ilə evlənməlidir.
Mərkəzi  M əkkə  olmaqla,  böyük  İslam  dövləti  qurulmalı 
və idarəçilikdə ərəblərə üstünlük verilməlidir.
Zülmə  mübtəla  olan  xristianlar  da  Cənnətə  girəcəklər  və 
onlar  şəhid  hesab  olunurlar.  H ətta  gələcəkdə  İsəvi  müsəlman­
lar adlanan insanlar olacaqlar ki, bunlar xristian həqiqətləri ilə 
islam  gerçəkliklərini  özlərində  birləşdirərək  Qərbə  hakim  
olacaqlar  (halbuki  açıq  şəkildə  Q uranda  qeyd  olunubdur  ki, 
«Allah üçdür deyənlər kafir oldular»).
N urçular iki  qismə  ayrılıb:  birinci  qrupa  daxil  olan insan­
lar  Q urana  küfr  yazıları  ilə  (yəni  ərəb  əlifbasından  qeyrisi  ilə) 
xidmət  etməyin  yolverilməzliyini  dəstəkləyirlər.  Yazıçı  nurçu- 
lara görə «Risaleyi-Nur» mütləq ərəbcə yazılmalı, özü də əl ya­
68
İntellektual ekologiya
zısı ilə olmalıdır.  Oxuyan  nurçular isə latın qrafikası ilə yazıb- 
oxumanın məqbulluğunu  müdafiə  etməkdədirlər.  Sonralar  bu 
qruplar  da  bir  sıra  kiçik  qruplara  (məsələn,  «fəthullahçılar», 
«suracılar»,  «qazetəçilər»,  «med  zehracılar»,  «kırkıncılar»  və 
s.) ayrılıblar.
Göründüyü kimi,  nurçuluğun ən əsas prinsipi,  onu dəstək­
ləyən Qərb dünyası üçün müsəlmanların pessimist olmalarıdır. 
Belə ki, tarixdən bəllidir ki, böyük dövlətlər İslam dinini birba­
şa yıxa bilmədiklərindən  on u  daxildən parçalam ağa səy göstə­
riblər.  Bu məqsədlə yaradılan vəhhabilik sonradan onların ba­
şına  bəla olduğundan  (çünki onlar vəhhabilərin  bu qədər radi­
kal  mövqe  tutacaqlarını  düşünməmişdilər),  həddindən  artıq 
pessimist, yalnız axirəti düşünən müsəlmanların  birliyini yarat­
mağa başlayıblar.
Təsadüfi  deyil  ki,  bu  təriqətin  ən  böyük  liderini  Fətullah 
Gürəni  amerikalılar  cidd-cəhdlə  (qeyd  edək  ki,  o,  Türkiyədən 
qovulub) qorum ağa çalışırlar.
Beləliklə,  bəşər  tarixində  müasir  dövrə  qədər  fəaliyyət  gö­
stərən  təriqətlərdən  yalnız  nurçuluq  haqqında  qısa  məlumat 
verdik.  Bu  cəhdimiz  heç  də  təsadüfi  deyil.  Çünki  Türkiyədə, 
İranda  və  Qafqazda  erməni  məsələsi  dünyada  ən  təhlükəli, 
kütləvi  qırğına,  terrorizmə,  işğalçılığa,  bir sözlə,  bəşərin rah at­
lığını  pozan  mənfi  intellektual  amillərin  gündən-günə artm ası­
na səbəb olan problemdir.
Sonda  qeyd  etmək  istərdik  ki,  dövlətlər  daxilində  hər  bir 
dinə,  onlara  etiqad  edənlərə  hörmətlə yanaşm aqla  yanaşı,  in­
san mənəviyyatını saflaşdıran, müsbət intellektual sferanın ya­
ranmasına xidmət edən inanca şərait yaradılmalıdır. Dinin mə­
nəviyyata  xidmət  edən  tələbləri,  dövlət  qanunu  ilə  birgə  fəa­
liyyət  göstərməlidir.  Dünyəvi  dinlərdən  İslam  bu  sahədə  daha 
inandırıcı  və  məqbuldur.  Gələcək  bölmələrdə  bu  barədə  geniş 
məlumat veriləcək.
Bu bir həqiqətdir ki,  H əzrət Adəmdən (ə.) Həzrət M əhəm­
mədə (s.) qədər bütün peyğəmbərlərə verilən ortaq nöqtə insam 
mükəmmələ  və  kamilliyə  sövq  etməkdir.  M əhz  buna  görə
69


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə