Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə2/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   2   3   4   5   6   7   8   9   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
rixi  şəxsiyyətlərə  məxsus  hikmətli  kəlamlar,  sözlər  heç  vaxt 
unudulm ur,  nəsildən-nəslə  keçərək  təkrarlanır  və  həmişə  yad 
edilir.  Sözün  qüvvəsini  qiymətləndirən,  dünyamn  məşhur  döv­
lət xadimi və sərkərdə Əmir Teym urun saray əyanlarına dediyi 
sözlər  tarixə  düşmüşdür:  «M ən  nə  vaxta  qədər  baş  kəsməklə, 
qan  tökməklə  qalib  gələcəyəm.  Bəs  hanı  sizin  kəlamlarınızın 
qüdrəti?!»
XX əsrin dahisi, böyük türk oğlu Qazi M ustafa Kam al P a­
şa A tatürkün müharibənin ən çıxılmaz bir vəziyyətində öz əsg­
ərlərinə:  «M ən  sizə  hücum etməyi  yox,  ölməyi əmr  edirəm!»  -  
deyərək döyüşə səsləməsi və qalib  gəlməsi sözün  insan  intellek­
tinə təsir qüvvəsinə ən tutarlı sübutdur.
Yenə  də  tarixə  nəzər  salsaq,  görərik  ki,  superfaşizmin  ən 
səciyyəvi  xüsusiyyətlərinin  insanlara,  millətlərə,  dinlərə  nifrət 
ideologiyası  və  əməlinin  nə  dem ək  olduğunu  bir  çox  xalqlar 
Ermənistanın  Q arabağda  apardığı  milli  nifrət  müharibəsində 
müşahidə etdi.  N ifrət müharibəsi dünyaya yayıldıqca başqaları 
d a  görür,  on u n   yeni  bir  təzahür  olduğunu,  mənfi  intellektual 
faktorların yüksələn xətlə inkişafını dərk etməyə başlayır.
Müəlliflərin  araşdırm aları  göstərir  ki,  iyrənc  təbliğatlar, 
qırğınlar,  vəhşiliklər  dünyada  intellektual  ekoloji  faktorlar  ta ­
razlığının  pozulmasına,  düşmənçiliyə,  nifrətə  səbəb  olan  amil­
lərdir.  Dinindən,  dilindən,  irqindən  asılı  olm ayaraq  hər  bir 
millətin doğm a Yer planetində sərbəst yaşamaq,  inkişaf etmək 
hüququ  var  və  onu  pozmağa  heç  kimin  haqqı  yoxdur.  Tanrı­
nın  bizə  bəxş  etdiyi  bu  hüquq  bəzi  hegemon  dövlətlər  tərəfin­
dən pozulur və bu patoloji proses davam  etməkdədir,
K itabda haqlı olaraq göstərilir ki, hər bir cəmiyyətin öz d a­
xilində, ölkədə, təşkilatda, hətta ailədə də mənfi intellektual a t­
mosfer yaradan ünsürlər  az deyil.  Həmin ünsürlər, ələlxüsus ix­
tiyar  sahibləri,  insanları  sözlə  yavaş-yavaş  məhv  edir,  mənəvi 
və  tədricən  cismani  ölümə  sürükləyir.  Müəlliflər  belə  insan  q a­
tillərini məsuliyyətə cəlb  edən bir  qanun məcəlləsinin  olm am a­
sına təəssüflənir və  hesab edirlər ki, vaxt gələcək hər bir dövlə­
tin daxilində mənfi intellektual ekologiyanın sağlamlaşdırılma-
6
İntellektual ekologiya
sı  həyatın  ən  vacib  məsələsi  olacaq  və  bu,  dövlət  qanunu  ilə 
tənzimlənəcəkdir.
İnsanın  yarandığı  ilk  gündən  ruhi  aləmini  qidalandırmaq 
üçün həmişə inanclara ehtiyacı olmuşdur.  Bu inanclar isə bəşə­
rin  bəzən özünün müqəddəsləşdirdiyi  hər hansı bir təbiət  hadi­
səsində,  səmavi  görünən  qalaktikada,  bütlərdə,  hətta müəyyən 
canlılarda, nəhayət, fövqəlbəşər olduğuna inandığı şəxslərdə və 
sonda gözəgörünməz varlıqda duymağa başlamışdır.
Müəlliflər  göstərirlər  ki,  əsrlər  boyu  dünya  teoloq  və  filo­
sofları  Tanrının  varlığını  və  ya  yoxluğunu sübut etməyə çalış­
mış və  çoxları belə qənaətə gəlmişlər ki,  İslam  sülh  və barış di­
nidir,  insanlara  həmişə yaxşılıq etməyi,  pisliklərdən  çəkinməyi 
təbliğ edir.
«Allah  (bəndələrini)  əmin-amanlıq  yurduna  (Cənnətə) 
çağırır və istədiyini doğru yola salır!» (Yunus surəsi, ayə 25)
Apardıqları tədqiqatlar əsasında müəlliflər dövlətdə,  təbiət 
hadisələri  qarşısında  insanın  davramş,  ümid  və  qorxularının 
dindən çox elmlə əlaqədar olduğu qənaətinə gəlir və haqlı  ola­
raq  göstərir  ki,  istər  elmi  və  istərsə  də  dini xəbərdarlıqlar eyni 
vəzifəni ifadə edir. Biri bunu elmi araşdırm alarla, başqa biri isə 
Rəbbin  vəhyi  ilə  əlaqələndirir.  Ancaq  məqsəd  eynidir:  T a m ı­
nın sənə bəxş etdiyi  təbiəti və şüurun məhsulu olan intellektual 
ekologiyanı pozma, mənfiliklərə meyil göstərmə.
A raşdırm alardan  sonra,  müəlliflər  belə  qərara  gəlirlər  ki, 
dini,  elmi  və  əxlaqi  amillərə  dayanan  vətəndaşlıq  fikri  uca 
olduğu  qədər  də  faydalıdır  və  təklif  edirlər:  Planetimizdə 
Ümumdünya  Ekologiya  Təşkilatı -  Ü D ET yaradılmalıdır.  E l­
min yeni sahəsi olan «İntellektual ekologiya» bölməsinin əsası­
nı  isə  mənəviyyat,  kəlam   və  onların  qüdrəti  təşkil  etməlidir. 
Müəlliflərin fikrincə, Ü D E T  III minilliyin sərhədlərdən sərbəst 
keçən,  bütün  xalqlara  fayda  gətirən  yeni  təşkilatı  olmalıdır. 
İnsanlığa,  əmin-amanlığa,  insanlığa  zidd  təriqətlərin  fəaliyyəti 
hər  bir  dövlətdə  qanunla  neytrallaşdırılmalıdır.  Dinin  mənə­
viyyata  xidmət  edən  tələbləri  dövlət  qanunları  ilə  birgə  fəa­
liyyət  göstərməlidir.  Dünyəvi  dinlərdən  İslam   bu  sahədə  daha
7


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
inandırıcı  və  məqbuldur.  Ön və  O rta  Şərq  nəinki  əksər  dinlə­
rin,  o  cümlədən  elmin,  sivilizasiya  və  fəlsəfənin  beşiyi  olm uş­
dur. Tarixi dəlillər göstərir ki, fəlsəfi fikir ilk dəfə burada -  M i­
sirdə, Suriyada, əski Şum er-A kkad dövlətində, Babil torpağın­
da intişar tapıb. Babilistan-Assuriya mədəniyyəti nəinki Ön və 
O rta  Şərqin,  o  cümlədən  dünya  elm  və  mədəniyyətinin  baş­
lanğıcı  hesab  edilə  bilər.  Beləliklə,  müəlliflər  göstərirlər  ki, 
dünyada  ilk  mədəniyyət  Şərqdə  yatanm ışdır  və  hələlik  dünya 
mədəniyyətinin  ilk  beşiyi  Şumer  sayılır.  Qərb  mədəniyyəti 
bütövlükdə  Şərq  mədəniyyətinin  bazası  əsasında  təşəkkül  tap ­
mışdır.
Müəlliflər oxuculara təqdim etdikləri araşdırm aların yeku­
nunda  belə  qərara  gəlirlər:  «İnsan  doğulduğu  andan  təbiətin, 
ictimai  mühitin  və  irsi  faktorların  təsiri  altında  formalaşır. 
Xoşbəxtliyin  qazanılması  insan  davranışından,  onların  bir-bi­
rinə münasibətindən,  bir sözlə, istər insanlar arasında və istərsə 
də  cəmiyyətdə  müsbət  intellektual  sferanın  bərqərar  olmasın­
dan asılıdır.  İnsan varlığı m əfhum anlayışından daha çox, bati­
ni  mənaları  əhatə  edir  və  cəmiyyət  form asında  bu  ali  varlığın 
yaradış qayəsi, sadəcə, yaşam aq və öz m addi istək və arzularını 
həyata  keçirərək,  onları  təmin  etmək  olmayıb.  Y aratm aq, 
yüksək əxlaqi-mənəvi ideyaların təbliğatçısı  olaraq yaşadığı cə­
miyyətləri,  mədəniyyətləri,  sivilizasiyaları  və  s.  doğru  bildiyi 
fəlsəfi təfəkkür  tərzlərinə söykənərək sağlam beyinlərin ənənəvi 
təxəyyül  obyektinə  çevrilmiş  ideal  dövlət,  saf ekoloji  cəmiyyət 
ideyasını  həyata  keçirməkdir.  İnsan  övladı  yarandığı  gündən 
xoşbəxtliyi,  əmin-amanlığı,  səadəti  sevmiş,  arzulamış  və  daim 
buna  nail  olm aq  üçün'çalışmış,  mübarizə  aparmışdır.  Nəfsin 
saflaşdırılib  tərbiyələndirilməsi,  rəzil  əxlaqi  sifətləri  uzaqlaşdı­
rıb,  bəyənilmiş keyfiyyətləri özündə yaratm aq gözəl xüsusiyyət­
dir.  Allah-Təalamn  ‘göndərdiyi  peyğəmbərlər,  insanları  sevən 
müdriklər,  alimlər,  mütəfəkkirlər,  filosoflar  və  s.  bu  yolla  get­
miş, haqsevənləri bu yola dəvət etmişlər.»
Məhz  bu   səbəbdən,  müəlliflər  kitabda  Ön  və  O rta  Şərqin 
dünyada tanınm ış bir sıra müqəddəs şəxsləri, mütəfəkkirləri, fi­
8
İntellektual ekologiya
losofları,  alimləri,  dövlət  xadimləri  haqda  qısa  məlumat  ver­
miş,  onların  qiymətli  kəlam larını yada  salmışlar.  İnsan  mənə­
viyyatının  tərbiyə  olunm asm da  «İntellektual  ekologiya  və 
onun yaradıcı  amili -  söz»  bölməsində  tez-tez Qurani-Kərimə, 
M əhəmməd  peyğəmbərin  (s.)  kəlam larına  müraciət  edilir. 
Iləzrət Məhəmməd (s.) haqqında m əlum at verən müəlliflər gö­
stərirlər ki, sevimli Peyğəmbərimizin  (s.) məqsədi insanlara xə­
bərdarlıq olub. Çünki insanın sonu iki ünvandır: cənnət və cə­
hənnəm, səadət və bədbəxtlik.  İnsana əvvəl doğru yol göstəril­
məlidir. Əgər şəxs bu göstərişdən sonra əyri yola qədəm qoyar­
sa  və  ilahi qəzəblə üzləşərsə,  günahı  özündə  görməlidir.  M üəl­
liflər haqlı olaraq göstərirlər ki, Həzrət M əhəm m əd peyğəmbər 
(s.),  onun  kəlamlarını,  ona  xas  olan  gözəl  xüsusiyyətləri  yada 
salm aq insanları mənən saflaşdırır, bir d a h a  A llaha yaxınlaşdı­
rır. Saflıq bəşəri müsbət intellektual sferamn ihkişafına, m ərhə­
mətə, əmin-amanlığa, şəfqətə, ilahi və insani məhəbbətə qovuş­
durur.
K itabın növbəti  bölməsində zərdüştilikdən  başlamış,  m üa­
sir  dövrə  qədər  Ön  və  O rta  Şərqdə  yayılmış  dinlərdən  söhbət 
açılır, onların bəşər tarixindəki tolundan danışılır.
Müəlliflər qədim  peyğəmbərlərdən Zərdüşt,  M usa (ə.),  İsa 
(ə.),  Məhəmməd  (s.)  və  ilk  xəlifələr  haqda  qısa  məlumät  ver­
dikdən sonra, Ön və O rta Şərqin dünya elm, mədəniyyət, fəlsə­
fə  xəzinəsinə  öz  töhfələrini  bəxş  etmiş  dahi  insanları,  onların 
bəşər  tarixindəki  rolunu,  fəlsəfi  baxışlarını  yada  salır  və  belə 
qənaətə gəlirlər:  «D ünya sivilizasiyası qədim  Şumer, Misir mə­
dəniyyətindən bəhrələnir.  Ön və O rta Şərq dünyanın erkən mə­
dəniyyət mərkəzidir.»
Deyilənlərdən  aydın  olur  ki,  İslam   insan  mənəviyyatının 
inkişafında,  Yer  planetində  ekoloji  tarazlığın və  müsbət  intel­
lektual  sferanın  bərqərar  olm asında  elmlə  birlikdə  əsas  daya­
qdır.
Növbəti  bölmədə  Ön  və  O rta  Şərqin  m üdrik  alim və  filo­
sofları,  dövlət  xadimlərinin  sosial-etik,  dini-fəlsəfi  baxışları 
haqqında  qısa  m əlum at  verilir.  Müəlliflər  haqlı  olaraq  göstə­
9


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə