Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə22/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   18   19   20   21   22   23   24   25   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
bər  (s.)  müsəlmanların  bütün  işlərinə  rəhbər  olduğu zaman ən 
zahid  bir  insan  olmuşdur.  O nun  zöhdü  (zahidliyi)  hamı üçün, 
xüsusilə  müsəlm an  rəhbərlər  üçün  bir  örnəkdir.  Peyğəmbərin 
(s.)  zahidanə  həyatı  bəşər  üçün  nümunəvi  ölçüdür.  Bu  ölçü 
Peyğəmbərdə (s.) elə bir şəraitdə zühur edir ki, bütün imkanlar 
onun  ixtiyarındadır.  Rəhbərlik  şəraitində  öz  zahidanə  həyatı 
ilə zəif insanlar arasında yaşayır.  Bu, onun xalq arasında sevil­
məsinin rəmzidir.
M əhəmməd  peyğəmbər  (s.)  təvazökarlıq  və  sadəlik  nümu­
nəsidir.  Çünki  o,  ilahi  kamilliklərin  ifadəsidir  və  bütün  insani 
dəyərlər  onun şəxsiyyətində təcəssüm olunmuşdur.  «Sənə  tabe 
olan möminləri qanadın altm a al! (O nlarla yumşaq davran, nə­
zakətlə rəftar et, köməklərinə çat!)» (əş-Şuəra surəsi, ayə 215) 
Həbibullah Əhm ədinin m əlum atından: «O, özünü başqala­
rından yuxarı bilmirdi, hansı ki, ən üstün insan idi.  Bütün təbə­
qələrdən  olan  A llah  bəndələri  ilə  təvazö  ilə  keçinərdi.  Allah 
qarşısında  da  sadəliyi Allahın  razılığı üçün  idi.  Yoldan  keçən­
lərə, hətta uşaqlara  salam vermək adəti idi.  Q uru yerdə qullar­
la yemək yemək,  əli ilə qoyun sağm aq,  bərk pam bıq parçadan 
libas geymək onun qaydası idi.»
Bu nümunəvi xarakter fərdi və ictimai bəlaların əlacıdır. 
Həzrət  Peyğəmbərin  (s.)  böyük  müvəffəqiyyətlərindən  biri 
də xalqla səmimi əlaqədir. Tarixən peyğəmbərlər öz sadəlikləri­
nə  görə  nümunəvi  rəhbərlər  olmuşlar.  Qurani-Kərimdə də  Al­
lah peyğəmbərlərin  bu xüsusiyyətlərini  tərif edir.  «Peyğəmbər­
lərə salam olsun!» (əs-Saffat surəsi, ayə  181)
M əhəmməd  peyğəmbər  (s.)  xalq  arasından  çıxmış,  xalqla 
birgə  dayanan  dini,  ictimai,  siyasi  bir  rəhbərdir.  Həzrət 
Peyğəmbərin  (s.)  başqalarının  məsləhətinə ehtiyacı  olmasa  da, 
onların rəyini qiymətləndirir, onlarla məşvərət aparırdı.
Həzrət Peyğəmbərin (s.)  həyatında nəzərə çarpan  digər  bir 
xüsusiyyət  onun  məsuliyyəti  qəbul  etməsidir.  O,  məsuliyyəti 
qəbul etməklə başqalarına xidmətə çalışır.  Cəmiyyətə rəhbərlik 
M əhəmməd peyğəmbərin (s.) öhdəyə götürdüyü çox böyük mə­
suliyyətdir.  Bu  məsuliyyət  çətinliklərə  dözməklə,  böhtanlarla
86
İntellektual ekologiya
üzləşməklə,  müxtəlif  müxalifətlərlə  rastlaşm aqla  həyata  keç­
mişdir.  Bunun üçün isə insana çox böyük dözüm lazımdır. İlahi 
peyğəmbərlər  böyük  dözüm  sahibi  olduqlarından  cəmiyyətə 
rəhbərlik məsuliyyətini  daşıya  bilmişlər.  Qurani-Kərimdə buy­
urulur:  «(Ey  ümmətim!)  Sizə  özünüzdən  bir  peyğəmbər  gəldi 
ki,  sizin  əziyyətə  (məşəqqətə)  düşməyiniz  ona  ağır  gəlir,  o  siz­
dən  (sizin iman  gətirməyinizdən) ötrü  təşnədir,  möminlərə şəf­
qətli, mərhəmətlidir!» (ət-Tovbə surəsi, ayə  128)
Böyük  ilahi  məqsədlərə  çatm aq  üçün  çətinliklərə  dözmək 
lazım  gəlir.  Quran  düşmənlə  qarşılaşmaq  üçün  möhkəm 
dözümlü  olmağı  tapşırır.  Dözümlük  olmasa,  ilahi  hədəflər  hə­
qiqətə çevrilməz.  Q urani-Kərim də buyurulur:  «(Ya  Rəsulum!) 
Peyğəmbərlərdən  əzm  (və  səbat,  şəriət)  sahibi  olanların  səbir 
etdiyi  kimi,  sən  də  (Allah  yolunda  çətinliklərə,  əziyyətlərə) 
səbir et,  onlardan  (müşriklərə əzabm  tez gəlməsindən) ötrü  tə­
ləsmə.  O nlar  vəd  olunduqlarını  (əzabı)  görəcəkləri  gün 
gündüzün  ancaq  bir  saatı  qədər  (dünyada)  qaldıqlarını  sa­
nacaqlar. . .» (əl-Əhqaf surəsi, ayə 35)
Həzrət  Peyğəmbərin  (s.)  həyatı  və  mübarizəsi  hamı  üçün 
haqq yolda mübarizə dərsidir.
Böyük  məqsədlər  yolunda  böyük  də  təhlükələr  olur.  Hə­
dəflər  böyüdükcə təhlükələr də  böyüyür.  Tarixən peyğəmbərlər 
cəmiyyətdə  ən  böyük  etiqadi  və  ictimai-siyasi  dəyişikliklər  ya­
ratmışlar.  Bəşəri,  etiqadi,  siyasi-iqtisadi  yeniliklər  həyata  keçi­
rən  Məhəmməd  peyğəmbər  (s.)  bu  yolda  böyük  təhlükələrlə 
qarşılaşdı:  «(Ya  Rəsulum!)  A llah  yolunda  vuruş  -   cihad  et.» 
(ən-Nisa surəsi, ayə 84)
Həzrət  Peyğəmbərin  (s.)  həyatında  aydın  görünən  ictimai 
əsaslardan  biri  insanların  hüquqlarına  riayət  və  ədalətin  ger- 
çəklənməsidir. O, çox səy göstərirdi ki, ilahi quruluş çərçivəsin­
də,  ictimai  münasibətlərdə  kimsənin  ən  kiçik  hüququ  belə  po­
zulmasın.  Haqların qorunm ası  ilə ədalət möhkəmlənsin. Çünki 
ədalətin əsl mənası insan hüquqlarının qorunmasıdır.
Araşdırmalar göstərir ki,  Rəsulullahın (s.) həyatının bir am 
d a   səmərəsiz  keçməmişdir.  Bəşəriyyətin  son  peyğəmbəri  Həz­
87


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
rət  M əhəmmədin  (s.)  həyatının tədqiqi  ilə  bütün  dünya məşğul 
olur.  Həzrəti  (s.)  günü-gündən  artan   hörmət  və  sevgi  ilə  daha 
yaxından tanım ağa başlayırlar.
U ca Tanrı,  müqəddəs  işlər,  əmin-amanlıq,  azadlıq,  insan­
pərvərlik, m ərhəm ət və şəfqətlik, m üsbət intellektual ekologiya 
uğranda çalışan bəşər övladlarına yar olsun, ya Rəbb!
Əziz  oxucu,  M əhəm m əd  peyğəmbər  (s.)  haqqında  saysız- 
hesabsız kitablar, elmi əsərlər yazılıb.  O nun qoyduğu haqq yo­
lu  araşdırılır,  həqiqətlər  aşkar  edilir.  Statistik  məlumatlar  da 
göstərir  ki,  İslamın  haqq  olduğunu  dərk  edən  bəşər  övladları 
islamı kütləvi qəbul edirlər.
D ahi  şairimiz  Nizam i  Gəncəvinin  «İsgəndərnamə»sində 
M əhəmməd peyğəmbərə (s.) həsr etdiyi bir neçə beyti nəzərini­
zə çatdırm aq istərdik:
D avuddan yadigar tək bir zireh var, 
M əhəm m əd yüz zireh qoyub yadigar.
İsam n beşiyi göyə qovuşdu,
M əhəmmədsə özü göylərə uçdu.
T u r dağı M usaya oldusa eyvan, 
M əhəm m ədin qəsri yarandı nurdan.
Hörmətli  oxucu!  Biz  Allahın  sonuncu  Peyğəmbəri  (s.),  İs­
lam dininin və dünyada ilk İslam  dövlətinin banisi, təkrarolun­
m az  ilahi  şəxsiyyət  M əhəm m əd  peyğəmbər  (s.)  haqqında  im­
kanımız  daxilində,  qısa  da  olsa, 
məlumat  verdik.  Həzrət 
Peyğəmbərimizi  (s.),  onun  kəlamlarını,  ona  xas  olan  gözəl 
xüsusiyyətləri  yada  salmaq  bizi  mənəvi  cəhətdən  daha  da  saf­
laşdırır,  bir  daha A llaha  yaxınlaşdırır.  Osm an  N uri  Topbaşm 
sözləri  ilə  fikirlərimizi  yekunlaşdırm aq  istərdik:  «Həzrət 
Peyğəmbər (s.) nu ru  etibarilə H əzrət Adəmdən (ə.) öncə, vücud 
etibarilə  isə  bütün  peyğəmbərlərdən  sonra  zühur  etməklə 
nü b u w ət  təqvimin  ilk  və  son  yarpağı  olmuşdur.  Başqa  sözlə,
88
İntellektual ekologiya
Həzrət  Peyğəmbər  (s.)  yaradılış  etibarilə  ilk,  zam an  etibarilə 
son  peyğəmbərdir.  Bütün  varlıqların  səbəbi  nuri-Məhəmməd 
(s.)  olduğundan  Allah-Təala  Həzrət  Peyğəmbəri  (s.)  «Həbi­
bim!»  kitabına  layiq  olacaq  bir  ləyaqətlə  yaşatmışdır.  O nu in­
san  cəmiyyəti  içində  acizlik  baxım ından  ən  aşağı  təbəqədən 
olan  «yetim uşaqdan»  başlayaraq,  həyatın  bütün  dolanbacla- 
rından keçirib, qüdrət və səlahiyyət baxım ından ən üstün nöq­
təyə,  yəni dövlət rəisliyi və  peyğəmbərliyə qədər yüksəltmişdir. 
Ta  ki,  bəşəriyyət  qədəmlərinin  hər  hansı  bir  yerində  olan  hər 
kos  O ndan  özü  üçün  ən  mükəmməl  feili  davranışları  örnək 
olub,  O na  öz  iqtidar  və  istedadlı  nisbətində  gerçəkləşdirməyə 
meyil  edə  bilsin.»  (Məsnəvi  dəryasından  Abi-Həyat  qətrələri, 
Bakı, 2007, s. 90)
Beləliklə,  Həzrət Peyğəmbər (s.) saflığı bəşəri müsbət intel­
lektual  sferanın  inkişafına,  mərhəmətə,  əmin-amanlığa,  şəfqə­
tə, ilahi və insani məhəbbətə qovuşdurur.
Bütün  bunları  nəzərə  alaraq,  sevimli  Peyğəmbərimizin  (s.) 
vəfatından sonra ilk  İslam dövlətinin və dininin rəhbərləri olan 
ilk xəlifələr haqda d a  qısa m əlum at vermək qərarına gəldik.
Əbu  Bəkr  Abdullah  ibn  Osman  (ə.).  (572  və  ya  573-634), 
ilk xəlifə [632-634].  Dövlət başçısı statusunda olan xəlifə  seçki 
ilə idi.  Xəlifənin xalq qarşısında birinci borcu ədalətli olmaqdı. 
Qurani-Kərimin  Sad  surəsinin  26-cı  ayəsində  buyurulur:  «Ya 
Davud!  Biz səni yer üzündə xəlifə (və ya əvvəlki peyğəmbərlərə 
xələf)  etdik.  Buna  görə  də  insanlar  arasında  ədalətlə hökm  et, 
nəfsdən gələn istəklərə uyma, yoxsa onlar səni Allah yolundan 
sapdırar.  Şübhəsiz  ki,  Allah  yolundan  sapanları  haqq-hesab 
gününü unutduqları üçün şiddətli bir əzab gözləyir.»
Xəlifə  insanlar  arasında  ədaləti  yaydıqca,  H aqqın  əmrini 
yerinə yetirir və daim a məsuldur. M əhz bu n a görə də hər xəlifə 
özünü  cavabdeh  hiss  edərdi.  Xəlifələri  əməvilərdən  Yezid  za­
m anm a  qədər  seçmə  üsulu  mövcud  olmuşdur.  Yezidin 
dövründən  etibarən  səltənət  cümhur  şəklindən  səltənət,  hök­
m darlıq şəklinə düşdü.
89


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə