Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə3/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   2   3   4   5   6   7   8   9   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
rirlər ki,  fəlsəfə ilk əqli əməyin  müstəqil fəaliyyət sahəsinə çev­
rildiyi  zam an  yaranm ış  və  insam n  ətraf  aləmə  münasibətini 
müəyyənləşdirməyə  yönəlmişdir.  İlk  fəlsəfi təlimlər zərdüştiliy­
in  müqəddəs  kitabı  «Avesta»da  əksini  tapmışdı.  Fəlsəfənin 
əsas  funksiyası  antik  dövrdən  hazırkı  dövrə  qədər,  mürəkkəb 
və ziddiyyətli təbiət və cəmiyyət aləmində insanın ləyaqətlə ya­
şaması üçün onun dünyagörüşünün oriyentasiyasıdır.
Təsadüfi  deyildir  ki,  hazırda  təbiət  və  insan  haqqında  bi­
liklərə  tələbat  daha  da  artır,  çünki  çoxlarına  həqiqətən  də  elə 
gəlir  ki,  onlarm   gözləri  qarşısında  insan  varlığının  adət  etdiyi 
dünya dağılır.  Bu isə  o dem əkdir ki,  hər  bir insan  bu gün yeni 
şəxsi  yönümlərə  ehtiyac  duyur.  Əvvəla,  insan,  sadəcə  olaraq, 
yaşamağa,  ikincisi,  insani  ləyaqətlə -   ağlı,  şərəfi  və  vicdanı  ilə 
yaşamağa,  həyat  fəaliyyətinin  yeni  gələcəyini  görmək  m üdrik­
liyi ilə yaşamağa ehtiyac hiss edir.
Bəs  fəlsəfə başqa elmlərdən  nə ilə fərqlənir? Fəlsəfədə  baş­
lıca problem  həqiqət axtarışında real yollan dərk etmək və o n ­
ları  müəyyənləşdirməkdir.  Müəlliflər  haqlı  olaraq  göstərirlər 
ki, həqiqət axtarışı fəlsəfə üçün sadə məsələ deyil, bu məsələnin 
həllinə,  buna cavab  axtarılmasına həm keçmişin və həm də  bu 
günün filosofları, mütəfəkkirləri səy göstərmiş və bu axtarış hə­
lə də davam  edir.
Məhz bu səbəbdən müəlliflər Ön və O rta Şərqin alim və fi­
losoflarının,  mütəfəkkirlərinin,  din  və  dövlət  xadimlərinin 
mülahizələrinə  müraciət  edir,  onların  fikirlərinin  insan  mənə­
viyyatında,  ümumi  və  intellektual  ekologiyanın  qorunm asın- 
dakı  rolunu  aşkar  etməyə  çalışırlar.  Müsəlman  Şərqində  A ri­
stoteldən sonra «İkinci müəllim»  (əl-müəllim əs-sani) fəxri adı­
nı almış Ə bu N əsr M əhəmməd ibn M əhəmməd-Fərabi, Həllac 
Hüseyn  İbn  M ənsur  haqda  m əlum atlar  verilir.  Sufi  mütəfək­
kir  Həllac  Hüseynin panteizmə güclü meyil  göstərib,  hüluliyyə 
təlimini qəbul etməsindən bəhs edilir.
Müəlliflərin  tədqiq  etdiyi  Biruni  yaradıcılığı  d ah a  m araqlı 
və elmi-fəlsəfi cəhətdən daha hərtərəflidir.
10
İntellektual ekologiya
Kitabda  Şərq  aristotelizminin  nümayəndəsi,  fəlsəfədə  Fə- 
rabinin davamçısı olan İb n  Sinamn Aristotel təliminə əsaslana­
raq  antik  fəlsəfi  fikrin  inkişafında  mühüm  rol  oynamasından 
bəhs edilir. İbn Sina zəkam m addilikdən  ayırmış,  «zəkalı canı» 
ölməz hesab etmişdir.  O,  fəlsəfə  ilə  dinin  müstəqil  mövcud  ol­
duğunu  göstərmiş,  fəlsəfəni  insan  zəkasına  əsaslanan  elm  ad­
landırmışdır.
Firdovsi yaradıcılığına müraciət edən müəlliflər  belə  qəra­
ra  gəlirlər  ki,  Xeyir  və  Şər,  İşıq  və  Zülmət  arasında  fəlsəfi  və 
sosial məna kəsb edən əzəli və əbədi mübarizə ideyası Firdovsi 
«Şahnaməsi»nin  başlıca  qayəsidir.  H um anist  şair  qədim  İran 
dini  əsatirindən  gələn  bu   ideyam  tarixi  və  bədii  konfliktlərlə 
əlaqələndirmiş,  Xeyir  və  İşıqla  bağlı  qüvvələrin  tərəfində  d u r­
muşdur.
Müəlliflər onlarca  mütəfəkkir,  şair və  filosofa müraciət et­
dikdən  sonra dahi  Nizami  fəlsəfəsinə,  şeirinə üz tuturlar.  Hələ 
XII-ci əsrdə Nizami Gəncəvi sufizmə rəğbətlə yanaşmış, sufilə­
ri  ürəkdən  xəbərdar  olan  adamlar  kimi  təqdim   etmişdir. 
Nizami  Yaxın  Şərq  ədəbiyyatında  ilk  dəfə  məhəbbəti  fəlsəfi 
m ənada şərh edərək,  nəcib məhəbbət konsepsiyasım yaratmış, 
onu  insan  azadlığı,  vicdan  azadlığı  və  mənəvi  təkamül  pro­
blemləri  ilə  bağlamış,  ilk  dəfə müsbət  qadın  obrazı yaratmış­
dır.  Şair  «İsgəndərnamə»  əsərində  xalqın  istək  və  arzularım, 
müdrik  fikirlərini  yüksək  sənət  dili  ilə ifadə etmişdir.  D ahi  sə­
nətkar  İsgəndərin  tim salm da  adil  padşah  obrazı  yaradaraq, 
xəyalında  bəslədiyi  gələcək  azad cəmiyyət haqqında öz utopik 
təsəvvürlərini  vermişdir.  Müəlliflərin  fikrincə,  məhz  bu  səbəb­
dən  Nizami  Gəncəvini  «utopik  sosializm»in  banilərindən  biri 
kimi qəbul etmək olar.
D ahi  sənətkar  irqi,  milli  və  dini  ayrı-seçkiliyi  qətiyyətlə 
rədd  etmiş,  insan zəkasının  qüdrətinə dərin  inam  bəsləmiş,  in­
sanın əxlaqi gözəlliyinə xüsusi qiymət vermişdir.
M əhz bəşərin belə övladları öz müdrik kəlamları, tövsiyələ­
ri ilə müsbət intellektual sferam n yaranm asına xidmət etmişlər.
11


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Müəlliflər sonrakı araşdırm alarında Nəsirəddin Tusi düha­
sına  müraciət  edirlər.  Elmin  hər  bir  sahəsində  şöhrət  tapmış 
N .Tusi Şərqdə filosof kimi də məşhur olmuşdur.  O nun «Əxlaqi- 
Nasiri»  əsəri  Ön və  O rta  Şərq  məktəblərində əxlaq  dərsliyi ki­
mi  şöhrət tapmış,  indi də bəzi o rta m əktəb  proqram larında bu 
məqsəd  üçün  istifadə  edilir.  O,  materiyanın  məhvedilməzliyi, 
dünyanın  dərkinin  mümkünlüyü  barədə  Fikirlər  söyləmiş  və 
K ainatın  sirlərinə  dair  bir  sıra  dialektik  tərifi  izah  etmişdir. 
N. Tusinin  ictimai-siyasi  və  hüquqi  görüşlərində  «dövlət»  an­
layışı mühüm  yer  tutur və onu n   Azərbaycanın  siyasi 'fikir tari­
xində ilk dövlət nəzəriyyəçisi olduğunu söyləməyə əsas verir.
K itabda  Sədi  Şirazidən,  Y unus  Əmrədən  söhbət  açılır, 
M övlana  Cəlaləddin  Rum inin  bəşər  təfəkkürü  ilə  çətin  qavra- 
mlan mövzuları ruhani ifadələr,  hikmətli hekayələr yolu ilə sa­
də insanların belə könüllərinə həkk etdiyindən bəhs olunur.
Ön  və  O rta  Şərqin  digər  mütəfəkkir  və  filosofları:  Əhvədi 
M arağayi,  İbn Yəmin,  Hafiz  Şirazi,  Əssar Təbrizi,  Qasım Ən- 
var,  İbn Xəldun,  İm am əddin  Nəsimi kimi  şəxsiyyətlərin fəlsəfi 
baxışları haqqında da m əlum at verilmişdir.
D ahi  Füzuli  hakimiyyət  uğrunda  gedən  mübarizə  və 
müharibələrin  şahidi  olmuş,  «odlara  yansın  büsati-səltənət» 
deyə saraya qarşı  kəskin1 nifrətini qələmə aldığı əsərlərində ifa­
də etmişdir.-Füzuli lirikası m əhəbbət,  eyni zam anda dərin  icti­
mai-fəlsəfi  məzm una  malikdir.  O nun  «ərəb  dilində  yazdığı 
«Mətlü ül-etiqad» əsərində fəlsəfi görüşləri öz əksini  tapmışdır. 
Xaqani, Nizami, Nəsimi, xüsusilə Füzuli fəlsəfi məktəbinin da­
vamçısı Saib Təbrizi olmuşdur.
Müəlliflər  ardıcıl  olaraq  Təbrizi  Rəcəbli,  M.Ş.Vazeh, 
A.Bakıxanov, 
M .F.A xundzadə, 
S.Ə.Şirvani, 
M.Ə.Sabir, 
C.M əmmədquluzadə,  Ü.Hacıbəyli,  H.Cavid,  S.M üm taz və  b.- 
m n fəlsəf fikirlərini, qısa da olsa, oxuculara təqdim  edirlər.
Müəlliflər müasir  dövr  yazarlarından  H.Cavidə,  S.  Vurğu­
na,  B.Vahabzadəyə  müraciət  edirlər.  Bu  belə  də  olmalı  idi. 
Müasir söz sənətinin ustadı  S. V urğun idisə,  onun fəlsəfi cərəy­
anının daşıyıcısı bayraqdan Bəxtiyar Vahabzadədir.
12
İntellektual ekologiya
Əsərdə  müəlliflər  Ön  və  O rta  Şərqin,  xüsusilə  müsəlman 
Şərqinin  dünyada  mühüm  nailiyyətlərə  malik  olmuş  və  insan 
cəmiyyətinin intellektual təkamülünə yetərincə təsir etmiş bəşə­
ri  şəxsiyyətləri  yada  salırlar.  Bu  şəxsiyyətlər  millətindən,  dini 
etiqadından,  ictimai-siyasi  mənsubiyyətindən  asılı olm ayaraq, 
həmişə  yad  edilmiş  və  onların  hum anist  ideyaları  bəşərin 
müsbət intellektual amillərinin inkişafına təkan vermişdir.
Sonra müəlliflər Ön və O rta Şərqin bir sıra dövlət başçıları 
və sərkərdələrinin həyat və fəaliyyətinə nəzər salmağı məqsədə­
uyğun bilmiş, qədim dövrdən başlamış, müasir dövrə qədər Ön 
və  O rta  Şərq  tarixinə,  onun  dövlətçiliyinə,  siyasi  və dövlət xa­
dimlərinin,  sərkərdələrin  fəaliyyətinə  qısa  bir  səyahət etmişlər. 
Müəlliflər qürur  və  fərəhlə  qeyd  edirlər ki,  danılmaz bir həqi­
qətdir  ki,  türklər  neçə-neçə  qüdrətli  dövlətlər  yaradıb  onu 
uğurla  idarə  etmişlər.  Bu  qüdrətli  dövlətlərin  sərhədləri  A vra­
siya,  M esopatamiyadan  Şimal  Buzlu  okeana,  D unaydan  əzə­
mətli  Çin  səddinə  qədər  uzanmızdır.  Türklər  yüzillərlə  İran, 
Hindistan,  Misir,  İraq,  Suriya  kimi  qeyri-türk  ölkələrini, 
axırıncı min ildə isə İran-Azərbaycandövlətini idarə etmişlər.
Tarixi faktlar  göstərir ki,  türk  oğlu  türk gündoğandan  gü­
nbatanadək bütün qarlı-qarsız zirvələrə, düzlərə, .çaylara, göllə­
rə, şəhərlərə, ölkələrə ad vermiş, dünyada xanlıq* xaqanlıq, sul­
tanlıq etmiş,  şahlar -  şahı  kimi, dahilər kimi  tarixlər yaratm ış­
lar. 
•  г 

K itabda  bəşəriyyətin  islamaqədərki  dövrdə  nçcə  bir  və­
ziyyətdə olduğunu aydınlaşdırmaq üçün,  insanlijğm .yarısı  olan 
qadınların  vəziyyətinə,  qismən  də  olsa,  nəzər  yetirilir.  M əlum  
olur ki,  bəşər tarixində ilk dəfə (1400 il əvvəl) islam cinslər a ra­
sındakı  fərqi  birdəfəlik  aradan götürmüş,  istər oğlan və  istərsə 
də qız uşağının dünyaya tər-təmiz gəldiyini elan etmişdin •
«A na  -   insaniyyətin  .məşəl  aparanı,  o n u n :  ayaqları 
altındadır Cənnət» bölməsində müəlliflər M əhəmməd peyğəm­
bərin  (s.) həyat yoldaşı Hə?r,ət Xədicə (r.a.),: Aişə  (na.),  Həzrət 
Xədicədən  (r.a.)  sonra  M əkkədə  İslamı  qəbul  edən  ilk  qadın­
lardan  biri  olan  Lubabə  bintul  H aris  (r.a.),- A m m ar  bin  Yasi­
13


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə