Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə4/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   2   3   4   5   6   7   8   9   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
nin anası Suməyyə (r.a.) (bu qadın Ə bu Cəhlin fiziki təzyiqləri­
nə baxmayaraq, dini inkar etməmiş, nəticədə kəskin mübahisə­
lərdən sonra Ə bu Cəhl nizəsi ilə onu qətlə yetirmişdir. Bununla 
da  İslamın  ilk  şəhidi  qadın  olm uşdur),  Ümm  Vəraqa  (r.a.) 
(Quranı  əzbərdən  bildiyinə  görə,  Rəsulullah  (s.)  onu  yaşadığı 
yerə nam az qıldırm aq üçün im am  təyin etmişdi),  Həzrət Əlinin 
(ə.)  həyat yoldaşı  Fatimeyi  Zəhra  (r.a.)  və  b.  haqda  məlumat 
verirlər.  Q azan  X anın qadını  Burla  xatun,  Banuçiçək,  Selçan 
xatun, Süməyya xatun, Səidə xatun, Səlcuq sultanı Məlik şahm 
xanımı  T ürkan  xatun,  Şəmsəddin  Eldənizin  zövcəsi  Mömünə 
xatun,  M əhəmm əd  C ahan  Pəhlivamn  və  Qızıl Arslanın  anası, 
tarixdə ilk səfir qadm   Sara xatun,  Rüstəmə və b.  qadınlardan 
bəhs edərək  belə qərara gəlirlər ki, bəşər tarixində qadın lider­
liyinin  beşiyi  Qədim  Şərqdir.  Q oca  Şərqin  bir  hissəsi  olan 
müsəlman  dünyasında  qadm   nüfuzu,  qadın  zəkası,  qadm  
müdrikliyi yüksək qiymətləndirilib.  O nların cəmiyyətin  inkişa­
fında,  elmin  çiçəklənməsində,  əmin-amanlığm  bərqərar  olma­
sında  iştirakı  danılmazdır.  Q adm   zəkası  müsbət  intellektual 
amillərin  yaradıcısıdır.  Şərqin  müsəlman  qadınları  ağbirçək 
analarm  müqəddəs  yolu  ilə  gedərək  neçə-neçə  nəsillər 
böyütmüş,  dünyaya  dahilər  bəxş  etmişlər:  Məhsəti  Gəncəvi, 
Heyran  xamm,  X urşidbanu  N atəvan,  Şəfiqə Əfəndizadə,  H ə­
midə  M əmmədquluzadə-Cavanşir,  Hənifə  xanım  Məlikova, 
Sona Vəlixan  və b. belə qadınlardandır.
K itabda  kainatın  ən  qiymətli  əsəri  olan  insanın  istedadı, 
ləyaqəti və im kanlarından söhbət açılır, Qurani-Kərimdə insan 
haqda  olan  ayələr,  dahilərin  hikmətli  kəlamları  oxuculara  tə­
qdim  edilir.  N əhayət,  müəlliflər  belə  nəticəyə  gəlirlər  ki,  insan 
yalmz fiziki və bioloji funksiyalardan ibarət bir varlıq deyil,  o, 
özünəməxsus istedad, ləyaqət və im kanlara sahibdir.  Yaşadığı­
mız Yer planetində istər müsbət,  istərsə də mənfi ekoloji mühi­
tin yaranması insan və onun intellektinin məhsuludur.
Növbəti  bölmədə,  insanın  kamilliyə,  inkişafa  meylindən 
bəhs edilir.  Qurani-Kərimdə buyurulur:  «Rəbbin hər  şeyi elm­
lə (öz əzəli  elmi  ilə)  ehtiva  etmişdir»  (əl-Ənam  surəsi,  ayə  80).
14
İntellektual ekologiya
Müəlliflər  haqh  olaraq,  araşdırm alarından belə qərara  gəlirlər 
ki, bu gün elmin hansı sahəsinə, əldə etdiyi hansı nəticəyə, h an ­
sı  kəşfə  baxsaq,  onun  1400  il  bundan  əvvəl  Q uranda  bəyan 
edildiyi  məlum  olur.  İnsan  tərbiyəsi  haqda  məlumat  verən 
müəllif göstərir ki, yaxşı tərbiyə nəinki ailənin, o cümlədən mil­
lətin,  dövlətin,  bəşəriyyətin  xoşbəxtliyi,  pis  tərbiyə  isə  fəlakəti­
dir. 
Müəlliflərin  fikrincə, 
ailə  tərbiyəsi  ictimai-iqtisadi 
quruluşla,  mədəniyyətin  inkişaf səviyyəsi  və  ər-arvadın  qarşı­
lıqlı  münasibəti  ilə  sıx  əlaqədardır.  Bütün  bunlarla  bərabər 
inancın,  ailədə  müsbət  intellektual  ekoloji  faktorlar  tarazlığı­
nın sabitliyi də əsas amillərdən biridir.
Sonrakı bölmələrdə insan ağlı,  təvazökarlığı, əxlaqı və mə­
nəviyyatı, müdrikliyi haqda  araşdırma aparılır və göstərilir ki, 
insam n  ən  xeyirli  xüsusiyyəti  onun  ağlıdır.  Ağlın  xüsusiyyəti 
doğru seçim, adil davranışdır.  Müəlliflər,  həmçinin şəxsiyyətin 
insanlarla  münasibətlərində  mədəni  səviyyəni  müəyyən  edən 
oxlaqi  qaydalar haqqında d a  qısa məlumat verirlər.  Bu əxlaqi 
qaydalara  riayət  insanın  vicdanından  asılıdır.  Vicdanlı  insan, 
sözsüz ki, ədalətli olmalıdır. Ədalət, sözün geniş mənasında heç 
b ir ayrı-seçkilik olm adan ləyaqət sahiblərinə haqlarım vermək­
dən  ibarətdir.  Ə dalət  qanununa  görə,  hər  kəsin  cəzası  və  ya 
m ükafatı öz əməlinin bəhrəsidir.
Müdriklik  və  dostluqdan  danışan  müəlliflər  qeyd  edirlər 
ki,  bir  kimsəyə əbədi  səadətə gətirəcək həqiqi dostluq haqq ilə 
qu ru la  bilən  dostluqdur.  «Allah-Təalanın  nəzərində  ən  yaxşı 
d ost öz dostuna sirdaş  olan,  ən yaxşı qonşu isə öz qonşusu ilə 
yaxşı dolanandır.» (Həzrət M əhəmməd peyğəmbər)
Növbəti  bölmələrdə  əməyin  insamn  formalaşmasında, 
gənc  nəslin  tərbiyəsində,  bəşəri  əlaqə və münasibətlərin  yaran­
m asında  əsas  meyar  olmasından  bəhs  edilir  və  göstərilir  ki, 
əm ək  insanın  məqsədəuyğun  fəaliyyətidir.  Əm ək  hər  şeydən 
əvvəl, insanla təbiət arasında baş verən bir prosesdir. Əmək İn­
sanlarla birgə yaranmışdır.
Müəlliflər insan əzabının səbəbi olan həsəd, pislik, kin, nif­
rət  hərislikdən  də  söhbət  açır  və  göstərirlər  ki,  insan  hər  şeyə
15


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
ancaq  ibrət  üçün  baxmalıdır.  Əzabı  düşünmək  insanı  sıxırsa, 
əzabın  içinə  düşmək  daha dəhşətli  olur.  H albuki,  düşünmək 
içinə düşməkdən daha asan və sadədir.  Bunun üçün insan bio­
loji  varlıqdan  insanlıq  şəxsiyyətinə  ucalmalı  və  vicdanına 
müraciət  etməlidir.  Qəzəb,  m übahisə,  dalaşqanlıq  pisliklərin 
açarıdır.  Qəzəb  insana  xas  olan  ilkin  em osiyalardan  biridir. 
Tarixi hadisələr qəzəbin intiqam la nəticələnməsini sübut etmiş­
dir.  Vəhşi  ermənilərin Türkiyə və  A zərbaycana  qarşı  törətdik­
ləri  cinayətlər  buna  canlı  sübutdur.  Müəlliflərin  qərarı  belədir: 
«İnsanı  qəzəbləndirən  amillərdən,  həmçinin  qəzəb  hissinin  tə­
zahür form alarından  asılı  olaraq,  qəzəb ictimai  əhəmiyyətli  və 
ictimai zərərli, intellektual ekologiya kimi m üsbət və mənfi ola 
bilər.»
Bütün  bu  araşdırm alardan  sonra  müəlliflər  dünyanın  ta­
nınmış  şəxsiyyətlərin bir çoxunun İslam  dini  və Qurani-Kərim 
haqdakı  fikirlərini  oxuculara  təqdim   edir  və  belə  bir  qərara 
gəlirlər ki, dünyanın ağıl və nizam naməsi Qurani-Kərimdir.
Bəşəriyyətin  fəlakətdən  xilas  olmasının  yeganə  yolu 
İslamdır.  Vaxt  gələcək  Qərb  bunu sözsüz qəbul etmək məcbu­
riyyətində qalacaqdır. Biz buna əminik.
Elbrus Əlizadə, 
coğrafiya elmləri doktoru, 
АМЕА-пт Həsən Əliyev adına 
Coğrafiya İnstitutunun baş elmi işçisi
16
I FƏSİL
SÖZ TANRININ 
MÖCÜZƏSİDİR
Varlığın anası doğmamış, inan, 
Sözdən gözəl övlad, şahiddi cahan.
Nizami Gəncəvi
Mən aləm sədəfində insandan qiymətli bir gövhər görmədim,
İnsan gövhərində isə sözdən şərəfli cövhər tapmadım.
Məhəmməd Füzuli
Azərbaycan  Respublikası Prezidentinin 
işler İdarəsi
PREZİDENT 
KİTABXANASI


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə