Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə5/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   2   3   4   5   6   7   8   9   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
in t e l l e k t u a l
 
e k o l o g iy a
(AB-HAVA,  ABİ-HƏYAT)
VƏ  ONUN YARADICI AMİLİ -  SÖZ
llahrn necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir 
söz  (la  ilahə  illəllah,  Muhəmmədin  rəsulullah)  kökü 
yerdə möhkəm olub budaqlan  göyə ucalan gözəl bir 
ağac (xurma ağacı) kimidir.
Qurani-Kərim,__İbrahim_surəsi,_ayə_24.'>Qurani-Kərim, 
İbrahim surəsi,  ayə 24.
O  kəslər  ki,  sözü  (öyüd-nəsihəti)  dinləyib  onun  ən  gözəlinə 
(düzgününə)  uyarlar.  Onlar  Allahın  doğru  yola  yönəltdiyi  kimsələr­
dir. Ağıl sahibləri də elə onlardır.
Qurani-Kərim, 
əz-Zumər surəsi, ayə 18.
Əgər Şərqdə bir müsəlmana əziyyət edilirsə, Qərbdə olan müsəl­
man,  heç olmasa,  ona sözü ilə,  hissiyyatı  ilə və gücü çatan  hər hansı 
bir əməllə imdad əlini uzatmalıdır.
Məhəmməd peyğəmbər  (s.).
Əgər söz olmasaydı, mövcudatı tanımaq olmazdı.
Fəzbtllah Nəimi.
Zavalsız söz parlaq günəşdir,
Məğribi qulaqdır, məşriqi ağız.
Saib Təbrizi.
18
İntellektual ekologiya
Ekologiya  həm   şüuru,  iqtisadiyyatı,  inkişafı,  həm  də  gə­
ləcək  nəslin  taleyini  izah  edən  və  o na  bilavasitə  təsir  göstərən 
bir sahədir.  Ekologiya sözünün əsası «aykos» yunan sözü olub, 
ev, mənzil, məskən, yurd, vətən, «logiya» isə elm deməkdir.  İn ­
tellekt -   ağıl,  idrak,  zehni  inkişaf səviyyəsi,  intellektual -  əqli, 
zehni,  fikri  mənasında  işlənir.  Ekologiya  yunan  sözü  olsa  da, 
onu  ilk  dəfə  alm an  bioloqu  Ernest  Hekgel  işlətmişdir  (1869). 
O na  görə:  «Ekologiya yaşayış yeri  haqqında,  canlılar  ilə  ətraf 
m ühit  arasında  qarşılıqlı  əlaqə  elmidir.»  Ekologiya,  əsasən, 
ümumi  ekologiya  və  xüsusi  ekologiya  bölmələrinə  ayrılır. 
Ümumi ekologiya orqanizm  səviyyəsindən yuxarıdakı müxtəlif 
sistemlərin quruluş və fəaliyyətini,  xüsusi  ekologiya isə müxtə­
lif orqanizmlərin ətraf mühitlə münasibətlərini  tədqiq edir.  XX 
əsrin  sonlarından  alimlər ekoloji tarazlığın  məhz insanlar  tərə­
findən  pozulmasını  müşahidə etdilər.  Sonralar  tam  aydın oldu 
ki, ekologiyanın ən mühüm sahəsi insan ekologiyasıdır.  Sənay­
enin  inkişafı  ilə əlaqədar sosial ekologiya m eydana gəldi.  Sosi­
al  ekologiya  ətraf mühiti  sistemli öyrənməklə  bərabər,  həm  də 
insan cəmiyyəti ilə ə tra f mühitin qarşılıqlı əlaqəsinin sosial m e­
xanizmlərini araşdırdı.  Məqsəd ekologiyanın qarşısına çıxacaq 
və m ane ola biləcək bütün səbəbləri aradan qaldırmaq idi.
Son  tədqiqatlarımız  göstərir  ki,  istər  ümumi  və  istərsə  də 
xüsusi  ekologiya  sistemində  tarazlığın  qorunm ası  və  pozul­
ması insan  intellektindən  tam  asılıdır.  Ədəbiyyatda  ilk dəfə  o, 
«İntellektual  ekologiya»  adlandırılmışdır.  (Ənvər  Mete, 
Loğm anlar, Bakı, 2008)
İntellekt  (latınca  «intellektus»  sözündən  götürülmüşdür, 
idrak, düşüncə, anlayış deməkdir) -  cism və hadisələr arasında­
kı  əlaqə  və  münasibətləri  dərk  edərək,  insanın  öz  davranışını 
şəraitin  tələbinə  uyğun  surətdə  dəyişdirmək  qabiliyyətidir.  İn ­
tellekt  fəal  və  mürəkkəb  idrak  əməliyyatı  sistemi  olub,  yalnız 
həll  edilən  məsələlərin  mürəkkəbliyi  ilə  deyil,  insan  fəaliyyəti­
nin  istiqaməti,  təhrik  və  motivlərin  xarakteri  ilə  müəyyən  olu­
nur.  İntellekt başqa  psixi  proseslərdən  (məsələn,  hiss,  iradə və 
s.) fərqli olaraq təfəkkürün səmərəli idrak qabiliyyətidir. İnsan­
19


Ənvər Mete Həmidov, Zəmurə Həmidova
da  davranış  form aları təkamülünün yüksək  mərhələsi  olan  in­
tellektin  form alaşm asında əmək  fəaliyyəti və  nitq  həlledici  rol 
oynamışdır.  İntellektin  inkişaf  səviyyəsini  müəyyənləşdirmək 
üçün  müxtəlif  kəmiyyət  m etodları  -   testlər  geniş  yayılmışdır. 
Lakin hələlik intellektin səviyyəsini dəqiq  təyin edən m etodika 
yoxdur.  İntellektin  inkişafına  səmərəli  təşkil  edilmiş  təlim-tər­
biyə1  (bax:  Şərhlər)  prosesi müsbət  təsir  göstərir.  Psixi inkişa­
fın  fılogenezində  üç  əsas  mərhələ  -   sensor  psixika,  proseptiv 
psixika və  intellekt  mərhələsi fərqləndirilir.  İntellekt mərhələsi 
şüurun inkişafının  əsasını təşkil edir.  İntellektual inkişaf m əh­
d ud mənada təfəkkürün inkişafım ifadə edir.  Hər yaş mərhələ­
sində  təfəkkür  özünün  müəyyən  inkişaf səviyyəsi  ilə  səciyyələ­
nir.  İntellektual  inkişafda  analiz,  sintez  və  müqayisənin  tə­
şəkkülü əsas rol oynayır, onların köməyi ilə insan cism və hadi­
sələrin mahiyyətinə nüfuz edir,  öz rəftar və davranışını  şəraitin 
tələbinə uyğun qura bilir.
«...İntellektual  hisslər insanın idrak fəaliyyəti ilə  bağlı hiss­
lərdir.  İntellektual hisslər insanın  intellektual fəaliyyət prosesi­
nə,  onun  nəticələrinə,  fikir  və  mülahizələrə münasibətini  ifadə 
edir.  Gözlənilməz,  anlaşılmayan,  yeni cism və hadisələrin  təsiri 
ilə törənən (təəccüb),  irəli sürülən fikir,  müddəa və ya  hipoteza 
zidd faktlarla qarşılaşdıqda doğan (şübhə), düşüncə prosesində 
müəyyənləşdirilən əlaqə və münasibətlərin, əldə edilən nəticələ­
rin  düzgünlüyü  sübut  olunduqda  əmələ gələn  (inam)  müəyyən 
məsələnin  müvəffəqiyyətli  həlli,  elmi  kəşf zamam  yaranan  (se­
vinc),  həmçinin cism və hadisələr arasında axtarılan  əlaqələrin 
xarakteri  barəsində  ilkin  mülahizələrin  yaranm ası  ilə  bağlı 
(fəhm) hisslər intellektial hisslərdir.» (ASE, 4-cü c., Bakı,  1980, 
s.471)
Əgər  ekologiya  caniı  orqanizmlə,  onu  əhatə  edən  mühit 
arasındakı  münasibətlərdirsə,  on d a  intellektə  malik  olan  ali 
canlı  -   insanlar,  ayrı-ayrı  fərdlər,  bəzən  millətlər  arasındakı 
münasibətlər  və  bu  münasibətlər  nəticəsində  baş  verən  ab-
1 Bundan sonra gələn izahlar «Şərhlər» bölməsində verilmişdir.
20
intellektual ekologiya
hava,  abi-həyat,  daha  doğrusu,  insan  intellektinə,  onun 
sağlamlığına və s.  təsir1 bdən,  hətta müharibəyə,  toqquşm alara, 
tcrrorrizmə, millətlərarası ədavətə,  irqçiliyə,  separatizmə,  bun­
ların  əksi kimi  dostluğa,  əmin-amanlığa,  sülhə,  inkişafa səbəb 
olan amillər intellektual ekologiyadır.
Hikmətli  kəlamlar,  mərhəmət,  şəfqət,  sevgi,  təvazökarlıq, 
ədəb-ərkan,  sadəlik,  sülhscvərlik,  gözəl  xasiyyət,  mənəviyyat, 
elm,  xoş  niyyət  və  s.  müsbət  intellektual  mühiti  yaradan  fak­
torlardır.  Bütün  dediklərimizə  əsasən,  intellektual  ekologiyam 
«müsbət  intellektual ekologiya» və «mənfi intellektual  ekolog­
iya» kimi iki hissəyə ayırm aq olar.
Ziddiyyət, zülm, zorakılıq, lovğalıq, təkəbbür,  paxıllıq, n a­
mərdlik,  qəzəb, xudpəsəndlik, biganəlik, laqeydlik,  hiyləgərlik, 
yalançılıq,  boşboğazlıq, kin,  nifrət, haram ,  qeybət, əxlaqsızlıq, 
cahillik və  s.  mənfi  intellektual ekologiyanı yaradan faktorlar­
dır.  Bütün  müsbət  və mənfi  faktorlar sözlərlə ifadə olunur.  İn ­
san şüuruna və onun əməllərinə təsir edir.
Abi-həyat kimi sözün həyat verər insanlara,
A rif olan feyz aparar, nadan isə dodaq büzər.
Məsləksizə hikmət dərsi, nadanlara öyüd neylər,
Ulağın da qabağına gövhər töksən, m at-m at baxar.
Nəsimi.
Demək, söz intellektual ekologiyanın (istər müsbət və istər­
sə  də  mənfi)  yaradıcı  amilidir.  Bu  barədə  kitabın  gələcək 
bölmələrində geniş m əlum at veriləcək, indi isə söz haqqında.
Allah  hər  şeydən  əvvəl  sözü,  «Ol»  kəlməsindən  sonra  isə 
kainatı  yaratmışdı.  M üasir  elm  də  sübut  edir  ki,  Yer  kürəsi 
partlayış  nəticəsində  əmələ  gəlmişdir.  Deməli,  İlahidən  «Ol» 
kəlməsindən  sonra  səs  göndərilmişdir.  D aha  sonra Yer  plane­
tində  canlılar,  o  cümlədən  insan  övladı  yaranmışdır.  İnsan 
dünyaya  səslə  gəlir-ağlayır.  Bu,  Tanrının  möcüzəsidir.  U şaq 
böyüyür,  sonrakı  inkişafı  ilə  əlaqədar  müxtəlif  səslər 
çıxarmaqla,  danışıq,  nitq  əmələ  gəlir,  yəni  insan  müxtəlif söz-
21


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə