Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 168 Kb.

səhifə6/134
tarix26.08.2018
ölçüsü168 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
lərlə  bir-birilə  ünsiyyət  yaratm ağa  başlayır.  D ahi  Nizami 
Gəncəvi çox  gözəl  demişdir:  «A llah  hər  şeydən  əvvəl  sözü ya­
ratm ışdır ...  Söz  tərəzisini  A llah  qurm uşdur  və  öz  xoşbəxt 
peyğəmbərlərini və elçilərini sözlə tərbiyələndirib bəsləmişdir.»
Qurani-Kərimin ayələrinə nəzər salaq:
(Nəhayət) A dəm  Rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənə­
rək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi.
əl-Bəqərə surəsi,  ayə 37.

(Onlar  yenə  dedilər:)  Ey  Rəbbimiz!  Onların  (nəslimizin) 
Jçşrışindän özlərinə elə bir peyğəmbər  göndər ki,  Sənin ayələri­
ni (hökmlərini) onlara oxusun, (Sən göndərən) Kitabı (Quranı) 
və  (oradakı)  hikməti  onlara  öyrətsin,  onları  (günahlardan)  tə­
mizləsin. Həqiqətən, Sən yenilməz qüvvət, hikmət sahibisən,
əl-Bəqərə surəsi,  ayə 129.
El  arasında  deyirlər:  «Bıçaq  yarası  sağalar,  söz  yarası 
sağalmaz».  Söz  var,  dağa  qaldırar,  söz  var,  dağdan  düşürər. 
Söz var, qəhrəmanlığa sövq edər, söz var, insanın qol-qanadmı 
sındırar.  Söz  var,  insanı  nəcibliyə,  ədalətə  şəfqətə,  məhəbbətə 
sövq edər, söz var, vəhşiləşdirər,  qatilə çevirər.  Söz var, xəstəyə 
şəfa verər,  söz var,  xəstəliyi daha d a dərinləşdirər. Əsl loğman, 
təbib sözlə xəstəni müalicə edər.  Beləliklə, ən ali varlıq olan in­
san  sözlə  ünsiyyət  edir,  elmlənir,  öz  sevgi  və  məhəbbətini,  qə­
zəb-kinini izhar edir.
İm am  Sadiq  (ə.) buyurm uşdur:  «Sözü  kiçik sayıb ucuz bir 
şey hesab edirsənsə,  onu bil  ki, Allah-təala öz peyğəmbərlərini 
xalqa  tanıtm aq istədikdə  onları qızıl,  gümüş ilə  tanıtdırmayıb. 
Bəlkə,  hikmətli söz və mənalı nitq vasitəsilə onları xalqa tanıt­
dırmışdır.»
«Varlığın anası doğmamış, inan,
Sözdən  gözəl  övlad,  şahiddir  cahan.»  -   bu kəlamları  dahi 
Nizam i Gəncəvi demişdir.
22
İntellektual ekologiya
Q ətran  Təbrizi demişdir:  «Sözün  öz  tərəzisi  və  öz qiyməti 
var. O nu yersiz işlətmək və ucuzlaşdırm aq olmaz.»
Sözü ölçüb-biçərək söylə, ucuzlaşmasın o,
Yolu düz seç ki, sənə vurm aya axırda ziyan.
Söz insanın daxili aləminin güzgüsüdür.
Əm ir Xosrov Dəhləvi demişdir.
Kimya kimidir mənası sözün,
Bir dünya qədərdir bahası sözün.
İnsanın zinəti söz ilə artar,
Hörməti, izzəti söz ilə artar.
Söz könül oxşayan bahar kimidir,
Yüz bəzək vurulan nigar kimidir.
Fərm anlar, xəbərlər sözlədir tamam,
İnsan övladma şərəfdir kəlam ...
Əbədi həyatdır söz bu dünyada,
İnsan sözlə çatır hər an murada.
Sözün  kəsərini  biliklə,  qılıncla müqayisə edən  böyük şairi­
miz Şəhriyar demişdir: 
.
Ölkəyə bilək də, göz də gərəkdir,
Qılıncla bərabər söz də gərəkdir.
Əziz oxucu, bir qədər tarixə nəzər salaq. 
. ,
Dahilik,  müdriklik  tarixi  şəxsiyyətlərə  məxsus  xüsusiyyət­
lərdir.  O nlardan  bəzilərinin  dedikləri  söz,  kəlam  unudulmur, 
nosildən-nəslə keçib  təkrarlanır və həmişə yad  edilir.  Belə şəx­
siyyətlərdən  biri,  dünyanın  etiraf etdiyi kimi,  XX  əsrin  dahisi, 
böyük türk oğlu M ustafa K am al Paşa A tatürk müharibənin ən 
çıxılmaz  vəziyyətində  öz  əsgərlərinə:  «M ən  sizə  hücum etməyi 
yox, ölməyi əmr edirəm!»- deyərək onları  hücum a səsləmiş  və 
qalib  gəlmişdir.  Bəlkə  də  dünya hərb tarixində əsgərləri hücu­
m a səsləyən  belə çağırış yə ya əm r olmayıb.  Bax,  budur sözün 
qüdrəti!  «Vətənin  üçün  qan,  dostunuz  üçün  göz  yaşı,  ailəniz
23


Әпузг M ete Həmidov, Zərnurə Həmidova
üçün  tər  tökün!»,  «Mənliyi  olm ayan  millət,  başqa  millətlərin 
ovudur»  kimi tarixi sözlər də məhz dahi A tatürkə məxsusdur.
Sözün  qüvvəsini  çox  qiymətləndirən,  dünyanın  tanınmış 
dövlət xadimi, sərkərdə Əmir Teym urun saray əyanlarına xita­
bən  dediyi sözlər  tarixə  düşmüşdür:  «M ən  nə vaxta  qədər  baş 
kəsməklə, qan tökməklə qalib gələcəyəm.  Bəs hanı sizin kəlam­
larınızın qüdrəti?!»
Təbabətə  müraciət  edək.  Bir  zam anlar  Rusiya  xəstə­
xanalarında  palatalar  iki  yerə  ayrılırdı:  yüngül  və  ağır  xəstələr 
üçün.  Bunun əleyhinə  olan  dünya  şöhrətli  Botkin bir  dəfə ağır 
xəstələr  palatasında  vəziyyəti  ağır  olan  qıza  yaxınlaşıb,  onu 
xoş  nəvazişlə,  gözəl  sözlərlə  müayinə  etdikdən  sonra  əmr  edir 
ki,  bu  xəstə  heç  də  ağ u   deyil,  onu  yüngül  xəstələr  palatasına 
köçürün. Və xəstə tezliklə sağalır.  Bu hadisədən sonra palatala­
rın  ağır  və  yüngüllər  üçün  bölünməsinə  son  qoyulur.  Budur 
sözün qüvvəsi, kəraməti.
Çox yüzilliklər bundan əw əl qədim  Elladanın görkəmli hə­
kimlərindən  olan  H ippokrat  tərəfindən  peşəkar  tibbi  etikanın 
əsasını təşkil edən bəzi davranış qaydaları və əxlaqi-mənəvi eh­
kam lar yazılmışdı.  Bu,  bəşəriyyətə «H ippokrat andı» kimi mə­
lumdur.  M üdrik  insan  olan H ippokratın həyat amili  ona məx­
sus  belə  ifadələrdən  ibarət  idi:  «H əyat  qısa,  elmin  yolu  uzun, 
əlverişli hallar keçici,  təcrübə aldadıcı, mühakimə yürütmək çə­
tindir.  Ona  görə  həkimlə  bərabər  xəstə  özü,  onun  ətrafındakı­
lar və bütün xarici amillərin hamısı həkimin fəaliyyətinə kömək 
etmək üçün səfərbər olunmalıdır.»
Yazıçı  M aqsud  İbrahim bəyov  deyir:  «Şəhər  avtobusuna 
əldəqayırma bom ba qoyan erməni  oğlandan soruşuram:  Bunu 
niyə  elədin,  axı  adam lar  qırıldı,  özü  də  müxtəlif millətlərdən, 
ahıl erməni qadını diri-diri yandı.  Niyə? Bəlkə kimsə sənin xət­
rinə dəyib? ;«Үох, xətrimə dəyən olmayıb?» Sən demə,  o,  Zori 
Balayanın «Ocaq» kitabını  oxuyub.  O rada isə yazılıb ki,  azər­
baycanlılar  köçəridirlər,  müsəlmandırlar,  türkdürlər,  deməli, 
onları öldürmək, lazımdır.» (М аксуд Ибрагимвеков,  «Завтра 
будет поздно», В сб.:  Конфликт в Н агорном  Карабахе,  Б.,
24
İntellektual ekologiya
1990, s. 269)
Erməni radiosu  1991-ci hin  11  dekabrında bəyan edir:  «Er­
mənistan  özünün  bütün  ərazilərində  milli  azlıqların  soyqırımı­
nın  yolverilməz  olduğu  barədə  BM T  paktına  qoşulmuşdur». 
Erməni həyasızlığının ən yüksək zirvələrindən biri.  1988-ci ildə 
bütün azərbaycanlıları (200 mindən çox) və müsəlman kürdləri 
(18  m in  nəfər)  qovandan,  bir  hissəsini  qətlə yetirəndən,  şikəst 
edəndən  sonra,  demək  olar  ki,  dünya  dövlətləri  arasında  mo- 
noetnik  (98%)  olan  Ermənistan  indi  «pakta  qoşulur».  G örə­
sən, ermənilər hansı «milli  azlıqların soyqm m ı»na yol verməy­
əcəklər?!  Bax,  budur  erməni  yalam,  erməni  faşist  təbliğatı,  er­
məni intellektinin m əhsulu...
« .. .Xocalıda evlərdən  birinin divarına  11  yaşlı türk qızının 
mismarlandığını  gördüm.  Türklərə  olan  nifrətimi  hələ  də  can 
verən  qızın  sinəsindən  dərinin  qopardılması  ilə  soyutmağa  ça­
lışdım. . . » (Zori Balayan)
İntellektual ekoloji  tarazlığı pozan,  abovyanlarm, sumbat- 
larm  törəmələri,  onların  ideyalarının  icraçısı  olmuş  Şaumyan, 
M ikoyan,  A ndranik,  Lalayan,  D ro,  Kaputikyan,  Balayan və 
qeyri  erməni  cəlladları  öz  əməllərilə qəddarlıqda  Hitlerdən  də 
irəli getdilər, erməni superfaşizminin ideoloqlarına çevrildilər.
Superfaşizmin ən səciyyəvi xüsusiyyətlərinin insanlara, mil­
lətlərə,  dinlərə  nifrət  ideologiyası  və  əməlinin  nə  demək  ol­
duğunu  biz azərbaycanlılar  Ermənistanın Q arabağda apardığı 
milli  nifrət  müharibəsində  gördük.  N ifrət müharibəsi  dünyaya 
yayıldıqca başqaları da görür, onun yeni bir təzahür olduğunu, 
mənfi  intellektual  faktorların yüksələn xətlə inkişafını  dərk  et­
məyə başlayır.
Y enə  tarixə  nəzər  salaq.  Ermənilər  tarix  boyu  inildəyir, 
ağlayır,  yazıq-cəfakeş  görkəm  alır  və  bütün  dünyaya  bəyan 
edirlər  ki,  onlar  xeyirxah,  sülhsevər və  köməksiz  «qədim»  xri­
stian  millətidirlər.  Lakin müsəlmanlar onları  qırır,  torpaqlarını 
zəbt edir, «erməni soyqırımı» təşkil edirlər. Tarixən müsəlman­
lara  və  xüsusilə  türklərə  qarşı  həmişə  antiinsani  ideoloji  təb­
liğat  aparılıb və aparılm aqda davam edir.  M əhz belə bir ideo­
25




Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə