Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə7/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   2   3   4   5   6   7   8   9   10   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
loji təbliğat,  antimüsəlm an ideologiyası  avropalıların və başqa 
müsəlman  olm ayan millətlərin, yaddaşına  həkk  olunur:  müsəl­
m an pisdir, qəddardır. O na görə də xristianlar onların üstünə 8 
dəfə səlib yürüşü  (bax; Şərhlər) etmişlər.
Tarixi araşdırsaq, görərik ki, heç vaxt (!) müsəlmanlar bir­
ləşib,  bir  neçə  dövlətin  birgə, ordusu  ilə  xristianların  və  digər 
dinlərin  nümayəndələrinin,  üstünə  müharibəyə,  dini  mühari­
bəyə  (!)  getməyiblər.  Xristianlar,  avropalılar  isə məhz  belə,  bir 
neçə dövlət  birgə ordu yaradaraq  Şərqə-müsəlman  ölkələrinin 
üstünə yerimişlər. İndi ham ı bilir ki, həmin o səlibçilər üçün din 
bir pərdə kimi istifadə edilib,  xaç bəhanə imiş,  əsl məqsəd qəs- 
bkarlıq olub.
Rusiyanın  çoxmillətli  ordusunun  türk  xalqlarının  torpaq­
larım (Sibiri, Altayı, Krım ı, Qafqazı, O rta Asiyanı)  zəbt etmə­
sini  yada  salaq.  R usiyanın  Ə fqanıstana  yürüşü,  100  minlərlə 
dinc  əhalininin  qırılması,  sonradan  ABŞ-ın  bu  ölkəyə 
müdaxiləsi...
Rusiya  -   Erm ənistan  blokunun  Azərbaycana  hücumu, 
20% torpağımızın zəbt olunması,  minlərlə insanın  qətlə yetiril­
məsi,  1  m ilyondan  artıq  dinc  əhalinin  öz doğma  yurdlarmdan 
didərgin düşməsi, Çeçenistan müharibəsi və s.  hələ ki,  sonuncu 
təəssüratlardır.
X X I  əsrdə  ermənilər  özgə  torpaqlarına  yiyələnmək  üçün 
yeni  «ideologiya»  kəşf ediblər.  Azərbaycan  Milli  Elmlər A ka­
demiyasının  müxbir  üzvü,  əməkdar  elm  xadimi,  Tarix  institu­
tunun  direktoru  Y aqub  M ahm udovun  «Tarixin  ən  böyük  və 
ən təhlükəli yalam»  məqaləsinə diqqət yetirək:  «Erməni millət­
çiləri  tarixi  saxtalaşdırm aqda  da  yeni  mərhələyə  qədəm  qoy­
muş,  Azərbaycan  tarix  elminə  hücumlarını  daha  da  genişlən­
dirmişlər.  Təbriz  və  Ərdəbil  də  daxil  olmaqla,  tarixi  Azər­
baycanın 
cənub 
torpaqlarm ı 
uydurm a 
«Velikaya 
Armeniya»mn  tərkib  hissəsi  hesab  edən  ermənilər,  indi  daha 
d a  «dərinə»  getməyə  başlamışlar.  Erm əni  millətçiləri  hazırda 
A razdan  cənubda  -   qonşu  ira n   İslam   Respublikasının  ərazi­
sində öz ata-baba torpaqlarında yaşayan və özlərini bu gün  də
26
İntellektual ekologiya
«türk»  adlandıran  azərbaycanlı  qardaşlarımızı  Şimali  Azər­
baycanda yaşayan  azərbaycanlılardan  («gəlmə,  köçəri  türklər­
dən»)  tamamilə fərqli olan  bir xalq kimi qələmə verməyə  baş­
lamışlar.  Onlarm  iddiasına  görə,  C ənubda  yaşayan  azər­
baycanlılar,  guya  Şimalda  yaşayan  qardaşlarından  fərqli  ola­
raq,  vaxtilə İran  dillərindən  birində danışmış  olan azərilər  ad­
lanmış xalqın  nəsilləridir və sonradan, X V -X V I əsrlərdə onla­
rm  dilləri  kütləvi  surətdə  zorla  dəyişdirilib  və  bundan  sonra 
onlar Azərbaycan-türk dilində danışmağa başlamışlar. Sən de­
mə,  Cənubda yaşayan  soydaşlarımız -  Cənubi azərbaycanlılar 
«genetik»  baxımdan  da  bizə  deyil,  ermənilərə  daha  yaxın  bir 
«xalq»  imiş.  Yerevan  Dövlət  Universitetinin  iranistika  kafed­
rasının müdiri Q.Asatryanm  bununla əlaqədar verdiyi «açıqla­
maya» görə, ermənilərin bu istiqamətdə apardıqları tədqiqatla­
rın nəticələri artıq indidən sübut edir ki, onlarm  (yəni ermənilə­
rin)  Cənubi  azərbacanlılarla  antropoloji  parametrlərinin  çoxu 
eynidir;  azərilər  (Cənubi  Azərbaycan türkləri  nəzərdə tutulur-  
у. M.) 
genetik  baxımdan  özlərinin Azərbaycan Respublikasın­
dakı 
soydaşlarındansa 
ermənilərə 
daha 
yaxındırlar» 
(www.qolos.arm;  8 iyul, 2008).  Mətləb aydındır: erməni saxta­
karları  tarixi  Azərbaycanın  A razdan  cənubdakı  torpaqlarım 
öz saxta «tədqiqatlarında» «özününküləşdirdikdən» sonra, indi 
də  həmin  ərazidə  yaşayan  Azərbaycan  türklərinin  mənşəyini 
saxtalaşdırmağa  başlamışlar.  Guya  «Velikaya  Armeniya»mn 
tərkib  hissəsi  olmuş  Cənubi  Azərbaycan  torpaqlarının  əhalisi 
də bizimlə, yəni Şimali Azərbaycan türkləri ilə deyil, ermənilər­
lə bir kökdən imiş?!» («Azərbaycan» qəzeti, 25 yanvar, 2009) 
Bütün  bu  vəhşiliklər,  qırğınlar,  iyrənc  təbliğatlar  dünyada 
intellektual 
ekoloji 
faktorlar 
tarazlığının 
pozulmasına, 
düşmənçiliyə, nifrətə səbəb olan amillərdir.  Dinindən, irqindən 
asılı olm ayaraq, hər bir millətin doğma Y er planetində sərbəst 
yaşam aq,  inkişaf etmək  hüququ  var  və  onu  pozmağa  heç  ki­
min  haqqı  yoxdur.  Tanrının  bizə  bəxş  etdiyi  bu  hüquq  hege­
m on  xristian dövlətləri  tərəfindən  pozulur və b u  patoloji  p ro ­
ses davam  etməkdədir.
27


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
İkinci  dünya  müharibəsindən  sonra  siyasətçi  U.Çörçillin 
1946-cı il m artın 5-də ABŞ-ın  F u lto n  şəhərindəki davakar nit­
qindən  sonra  «soyuq  müharibə»  deyilən  bir  ideoloji  siyasətin 
əsası  qoyuldu.  Bu  müharibə cəbbəxanasm a  aşağıdakılar  daxil 
idi:  hərbi siyasi ittifaqlar sisteminin yaradılması və hərbi baza­
lar şəbəkəsinin genişləndirilməsi, nüvə və s.  kütləvi qırğın silah­
ları  da daxil  olmaqla,  sürətlə  silahlanma,  siyasətə təsir  vasitəsi 
kimi hərbi qüvvədən istifadə, iqtisadi  təzyiq  vasitələrinin tətbi­
qi, kəşfiyyat xidməti idarələrinin pozuculuq fəaliyyətinin geniş­
ləndirilməsi  və  fəallaşdırılması,  ən  əsası  isə  ideoloji  təxribatlar 
və s.  Deyilənlər  Qərbin  siyasi  doktrinasına  çevrildi  və  bu siya­
sət  indi  də  davam   edir,  xüsusilə  müsəlman  dövlətlərinə  qarşı. 
M üasir  dövrdə  Ermənistanın  Rusiya  tərəfindən  durm adan  si- 
lahlandırılması  Azərbaycan  və  Türkiyəyə  qarşı  on  böyük  və 
danılmaz təxribatdır.
1995-çi  ilin  yayında  Tiflis  şəhərində  qəribə  bir  beynəlxalq 
forum   oldu:  «Həmrəylik  dözülməzliyo  qarşı.  Mədəniyyətin 
dialoqu naminə.» («tzvestiya» qəzeti,  19 iyul,  1995)
Forum un  gözü  önündə  qaya  kimi  duran  problem   bu  idi: 
«Birinci  dünya  müharibəsi  Yer  əhalisinin  beş  faizinin  həlak 
olması  ilə nəticələndi.  İkincidə  statistika  həlak  olanların  üçqat 
olduğunu aşkar etdi.»
«Hazırda lokal və regional müharibələrdə hər il Yer kürəsi 
əhalisinin  beş  faizi  həlak  olur.  U N ESK O -nun  məlumatına 
əsasən,  «soyuq  müharibə»dən  sonra  baş  vermiş  250  yerli 
münaqişələrin  qurbanlarının  sayı  30  milyon  nəfər  olmuşdur.» 
(Saleh bəy, «Dünyanın taleyi», Bakı, Elm,  1998, s. 637)
Dünyanın müasir dövr siyasətinə bir qədər nəzər salaq.  Bu 
gün müşahidə etdiyimiz prosesləri cəmi  2-3  il  bundan əvvəl tə- 
, şəvvürə  gətirmək  çətin  olardı.  A ydındn  ki,  XX  əsrin  sonu 
f X X I əsrin əvvəlləri planetimizin m ilyardlarla sakininin yadda­
şında  geosiyasi  və  geoiqtisadi  xarakterli  mühüm  dəyişikliklər 
dövrü  kimi  qalacaqdır.  M əhz  belə  bir  şəraitdə  dünya  siyasəti­
nin  strukturu ənənəvi  qarşılıqlı  ünsiyyət -   anlaşma  metodları­
nın transformasiyasına məruz qalır və bu d a müsbət intellektu­
28
İntellektual ekologiya
al sferanın genişlənməsinə səbəb olur. Bu münasibətlərin dəyiş­
məsi,  qarşılıqlı  anlaşılmazlıqlar  isə  mənfi  intellektual  sferanın 
əmələ  gəlməsinə  təkan  verir.  Deməli,  beynəlxalq  münasibətlə­
rin forması dəyişdikcə, onun tərkib hissələri və nəticəsi də dəyi­
şir.
Azərbaycan Prezidenti  Administrasiyasının  Siyasi təhlil və 
informasiya  təminatı  şöbəsinin  müdiri  Elnur  Aslanov:  «Səmə­
rəli  inkişaf,  intensiv  iqtisadi  artım,  «möcüzə»  modelləri...  yal­
nız  intellekt  və  elmi  yanaşm a  sayəsində  mümkün  olmuşdur. 
Qədim Y unanıstandan başlamış Fransada Rişelye dövrünə qə­
dər  bəşəriyyətin  inkişafının  bütün  mərhələlərində  mütərəqqi 
dövlət xadimləri ölkənin inkişaf modellərinin reallaşdırılmasın- 
da  həmişə intellektual resurslardan istifadə etməyə çalışmışlar. 
Məsələn,  Abbasilər  sülaləsinin  xəlifələri  Bizansdan  töycü  kimi 
pul  deyil,  elmin  ауп-ауп  sahələrinə  aid  qiymətli  əlyazmalar 
alırdılar.  Bir neçə xəlifənin  hakimiyyəti  dövründə formalaşmış 
«M üdriklik  evi»  müasir  elmlər  akademiyasının  rolunu  yerinə 
yetirir,  orada  dövrün  ən  parlaq  zəkaları  çalışırdı.»  («Yeni 
Azərbaycan» qəzeti, 2 iyun, 2010)
E.Aslanovun m əlum atından aydın  olur ki, X X  əsrin  əvvə­
lindən etibarən dövlətin daxili və xarici strukturunun müəyyən 
edilməsində  təfəkkür  fabrikləri  öncül  rol  oynam ağa  başlamış­
dır.  Belə  fabriklərin  ilk  cücərtiləri  1916-1919-cu  illərdə  siyasi 
tövsiyələr və proqram lar üzərində işləyən akademiya və univer­
sitet  laboratoriyaları  şəklində  fəaliyyət  göstərirdi.  Bu  gün 
dünyanın  170  ölkəsində  6  minə  yaxm  «beyin  mərkəzi» vardır. 
İntellektual  element  hər  bir  cəmiyyətdə  fərdi  xarakter  daşıyır 
və  yalnız  ауп-ауп  vahidləri  keyfiyyətli  idarəetmə  sistemi  şək­
lində  qruplaşdırmağı  bacaran  dövlətlər  həmin  elementlərdən 
uğurla  istifadə  edirlər.  Bu  sistem  informasiya  mübarizəsində 
münasib tədbirlər təklif etməyə imkan verir, eləcə də intellektu­
al cəbhədə geniş hücum strategiyasım təmin edir.
E. Aslanovun  fikrincə,  yeni  intellektual m əkana  doğru  ad­
dımlarımızı  intensivəşdirmək,  ekspert  qruplarım   səfərbər  et­
mək  və  «beyin  mərkəzi  diplomatiyası»nı  həyata  keçirməyə
29


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə