Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zəmurə Həmidova



Yüklə 168 Kb.

səhifə9/134
tarix26.08.2018
ölçüsü168 Kb.
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

Ənvər M ete Həmidov, Zəmurə Həmidova
m n  dəstəyi  ilə  dünyanın  400-dən  çox  hidroloq  və  aqronom u­
nun  apardığı  tədqiqatlar  zamanı  gəldikləri  nəticəyə  görə  su 
probleminin  həlli,  ərzaq  problem inin  həlli  qədər  asan  olm ay­
acaq...  Dünya Su Şurasının rəhbəri Loik Fauçon narahatlıqla 
bildirib  ki,  su  bolluğu  dövrü  geridə  qalıb.  O dur  ki,  suyu  israf 
etməmək lazımdır.  O,  suyu çatışm ayan ölkələrə digər ölkələrin 
yardım  etməli  olduğunu  bildirib:  «Dünya  ölkələri  bir-birilə  su 
kanalları  vasitəsilə  bağlanmalıdır».  BM T-nin  baş  katibinin 
müavini Şa Y ukonq isə dünyanın bütün bölgələrinə bərabər şə­
raitdə  su  çatdırılması  üçün  təcili  tədbirlərin  görülməsini  vacib 
sayıb...  H azırda  dünyanın  ən  çox  susuzluqdan  əziyyət  çəkən 
ölkələri sırasında birinci yeri A frika tutur.  Əslində bu qitə bey­
nəlxalq su hövzələrinin üçdə  birinə malikdir,  lakin  bu qədər su 
mənbələrinin  6%-dən  istifadə  edə  bilir.  Bu  gün  A frikada  300 
milyona yaxın insan təmiz sudan,  313  m ilyona yaxın  insan isə 
kanalizasiyadan  məhrum dur.  Beynəlxalq  araşdırm alara  görə, 
qarşıdakı 20-30 il ərzində Afrika ölkələrində  iqlim dəyişkənliyi 
və əhalinin artm ası ilə əlaqədar su qıtlığı yaşanacaq...  H azırda 
Çinin  təxminən  400  şəhəri  su  çatışmazlığı  ilə üz-üzədir.  H indi­
standa  isə  2025-ci  ilə  qədər  təmiz  suya  ikiqat,  sənayenin  suya 
tələbatının  isə  üçqat  artacağı  gözlənilir.  Banqladeşdə  28-35 
milyona  yaxm  insan  tərkibində  arsenin  miqdarı  yüksək  olan 
sudan istifadə edir.  Latın Amerikasında  75  milyon insan  təhlü­
kəsiz  su  mənbələrindən  məhrum dur.  116  milyon  insanın  isə 
kanalizasiya sistemi yoxdur.  Proqnozlara görə Mexiko,  Boqo- 
'ta,  San-Paulo  və  Buenos-Ayres  kimi  şəhərlərə hüquqi  və  m a­
liyyə  dəstəyi  artm asa,  20  ildən  sonra  təhlükə  son  həddə  ça­
tacaq.  Şimali A m erikada isə su axınlarının yarısı çirklənmişdir. 
Cənubi Q afqazdakı vəziyyətə gəlincə,  burada ümumi su  ehtiy­
atının 62%-i Gürcüstanın, 28%-i Ermənistanın,  10%-i isə Azər­
baycanın payına düşür.  Azərbaycanın ərazisinin dörddə üç his­
səsi Kür çayı hövzəsindədir və bu  çay ölkə  əhalisi üçün əsas  iç­
məli su mənbəyidir. Azərbaycana K ür çayı vasitəsilə daxil olan 
suyun  çox  hissəsi  Gürcüstan  və  Erm ənistan  ərazisindən  keçir. 
Yeri gəlmişkən qeyd edək ki,  Erm ənistan və Gürcüstan hələ də
34
İntellektual ekologiya
Ə traf Mühitin  Mühafizəsi  üzrə  Beynəlxalq  Konvensiyaya  qo ­
şulmayıb.  Azərbaycan  isə  bu  sahədə  17  müxtəlif  beynəlxalq 
konvensiyanın,  o  cümlədən  Transsərhəd  Suların  Mühafizəsi 
üzrə konvensiyanın  iştirakçısıdır.  Azərbaycanın  şirin  su  ehtiy­
atlarının  kiçik  bir  qismi  də  Araz  çayı  hesabına  formalaşır  ki, 
bu da İran  və Erm ənistan tərəfindən çirkləndirilir.  Şimaldan -  
Rusiyanın Dağıstan ərazisindən gələn Sam ur çayı da norm ala­
ra uyğun deyil.» («Azərbaycan» qəzeti, 31  m art, 2009)
BMT-nin m əlum atına görə,  planetimizdə bir nömrəli qatil 
bir stəkan çirkli sudur.
«Torpaq» və  «su» m əfhum u insanların  güzəranı üçün eyni 
m əna daşıyaraq,  ayrılmaz bir vəhdət  təşkil edir.  Dədə Q orqud 
vaxtilə demişdir:  «Torpağa vətən demək üçün iki şərt gərəkdir. 
Biri  onu  əkib-becərmək,  ikincisi  onu  qorum aq.  Torpağı  əkib- 
becərmirsənsə,  qorum ağına  dəyməz,  qorum ursansa,  əkib- 
becərməyinə  dəyməz». 
Torpağı  iki 
bəladan 
qorum aq 
labüddür:  düşməndən  və  ekoloji  faktorlardan.  Torpağı 
düşməndən qorum aq  hər  bir dövlətin  daxili  işidir,  ekoloji  fak­
torlardan  qorum aq  isə  bütün  dövlətlərin,  elmin,  etiqadın,  hər 
bir insam n müqəddəs vəzifəsidir.
4  iyun  2008-ci  il  Ü m um düna Ə traf M ühiti  Müdafiə  Günü 
münasibətilə dərc olunan məlumatlara  görə, hazırda atmosfer­
də  əsas  istilik  saxlayan  karbon  qazının  (CO
2
)  miqdarı  150  il 
bundan əvvələ nisbətən  33% çoxdur və bu göstərici daha sürət­
lə artm aqdadır.  Ekosistemin  bu sürətli dəyişiklikləri dağlardan 
tutmuş  okeanlara,  qütblərdən  tutmuş  tropiklərə  qədər  sürətli 
dəyişikliklərə məruz qalır.  Nəticədə dəniz  səviyyəsindən  aşağı­
da yerləşən  şəhərlər suyun altında qala bilər, m ünbit torpaqlar 
səhralara  çevrilər  və  hava  şəraiti  daha  da  dözülməz  olar. 
N .P .D ubinin  yazır:  «Biz  elə  bir  məqam da  yaşayırıq  ki,  insanı 
əhatə  edən  mühitin  çirklənməsi  təhlükəli  xarakter  almış­
dır...B iosferada  bundan  sonra  da  belə  pozuntular  davam  
edərsə,  insamn  özünün  mövcudluğu  üçün  təhlükə  yaranar.» 
(«Palitra» qəzeti, 4 iyun, 2008)
35


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Hesablam alara  görə,  atm osferdə  daim   mövcud  olan  qarı­
şıqların üm um i çəkisi  10-11  milyon to n a bərabərdir. Atm osfer­
də  bu  çirkləndiricilər  sürətlə  geniş  ərazilərə  yayılaraq  qlobal 
problemlərin,  o  cümlədən  qlobal  istiləşmənin  yaranm asına  tə­
kan  verir.  Buna  görə  də  bir  ölkədə  atmosferin  çirklənməsi 
təkcə  həmin  ölkənin  deyil,  həm   də  digər  ölkələrin  probleminə 
çevrilir.
H azırda  dünyada daxili  yanacaq mühərrikli  avtomobillər­
də il ərzində 3 milyard tona qədər neft yanacağı işlədilir. A vto­
mobil  mühərrikləri  ilə  şəhər  havasına  25%-dən  artıq  karbon 
qazi; 65% karbohidrogenlər və 30% azot oksidi atılır.
insandan  başqa  bütün  canlılar  təbiətlə üzvi  vəhdətdə  olub 
onun  tələblərinə uyğunlaşır.  Yalnız insan  təbiətin qanunlarını 
pozur, onu özünün tələblərinə uyğun dəyişdirməyə çalışır.  Bu o 
dərəcəyə  gəlib  çatıb  ki,  nüvə  silahına  nisbətən  daha  çox  təhlü­
kəli olan ekoloji partlayış gözlənilir.  Ekoloji partlayışın planet­
də  yarada  biləcəyi  mənbələr  qlobal  istiləşmə  ilə  əlaqələndilir. 
Tədqiqatçıların  fikrincə,  qlobal  istiləşmənin  indiki  şəraitində 
stabilləşmə və təbii sərvətlərdən səmərəli istifadə təmin edilərsə, 
ekoloji-iqtisadi  tarazlığın  mühafizəsi  mümkün  olar.  Bu  isə  in­
san intellektindən,  dövlətlər arasında müsbət intellektual sfera­
nın bərqərar olmasından asılıdır.
Şüurlu insan bilməlidir ki,  torpağı istehsal etmək, onu Yer 
kürəsində  olduğundan  əlavə çoxaltm aq  qeyri-mümkündür,  ol­
duğunu vicdanla qorum aq isə  onun müqəddəs borcudur.  T o r­
pağın üst qatında çox kiçik bir hissə onun qum osu adlanır.  Bu 
isə yalnız ağaclı, otlu, bitkili ərazilərə aiddir. «Bir santim etr hu- 
m usun yaradılm asına 6-8 əsr zam an tələb olunur.  Lakin  onun 
məhv edilməsi üçün 6-8 dəqiqə yetərlidir.  Belə ki, torpağın üzə­
rində partlayan bom balar və böyük yanğın hadisələri onun qu- 
m osunu məhv ed ir...  Qədim Çində insan sağlamlığı  onun ciy­
ərlərinin  sağlamlığı  ilə  ölçülürdü.  B undan  ötrü  ən  yaxşı  vasitə 
təbiətin öz təbiiliyini saxlaması və ekoloji  tarazlığın qorunm ası 
hesab edilir.  Lakin insanlar bu n a əməl  edirmi?» (Hafiz Mirzə, 
«Olaylar» qəzeti,  18 avqust, 2009)
36
İntellektual ekologiya
Yenə də Hafiz M irzənin dediyi kimi, ekoloji tarazlığın qo ­
runması dolayısı yolla həm  də İlahi N urun qorunması və artı­
rılması anlamında qəbul edilməlidir.  Beləliklə də, insanın intel­
lekti, onun mənəvi kamilliyi ekoloji tarazlığın qorunm asına rə­
vac verir. Bu isə insanın təbiəti qorum ası, dolayısı yolla həm də 
özünü qoruması deməkdir.  Ekoloji mədəniyyət insanın dünya­
nı qoruması  anlam ındadır.  Beləliklə,  ekologiyanın hansı  sahə­
sinə müraciət edilsə,  mütləq  insan və  onun intellekti birinci  sı­
raya çıxar.
Meşəyə  dünyanın  ağ ciyəri, qapısız xəzinəsi deyiblər.  M a­
terikin  29%-i  meşədir.  Meşələr  gecə-gündüz,  qəddarcasına, 
plansız qırılır.  Meşələri  ləğv  edib zavodlar  tikir,  şəhərlər  salır­
lar.  Qlobal istiləşmənin qarşısını  almağın  ən sadə üsullarından 
biri yaşıllıqların  qorunm asına,  inkişaf etdirilməsinə  nail  olm a­
qdır.  Alm an tədqiqatçıları sübut etmişlər ki, bir fısdıq ağacı bir 
saatda 2 kiloqrama qədər, bir gündə isə 70 nəfər adamın istifa­
də  etdiyi  oksigen ixrac edir,  bir saatda 2,5 kiloqram  zəhərli  tə­
sirə  malik  qazları  udur,  bununla  havam  ekoloji  təmizləyir. 
Texniki-iqtisadi  və  bioloji  keyfiyyətlərlə  zəngin  olan  tut  ağacı 
ağır  hava  şəraitində  mühiti  zərərli  və  zəhərli  qarışıqlardan  tə­
mizləyir.  Belə misallar çox çəkmək olar.
Beləliklə,  qlobal  istiləşmənin yaratdığı  mühitdən  nisbi qo ­
runm aqda və onun  təsirini sabitləşdirməkdə əsas mühafizə  şə­
hər ətrafında salınmış yaşıllıqlar ola bilər.
XX  əsrdə meşələri  bilərəkdən yandırmaqla,  yeni bir terror 
növü  peyda  oldu:  «Ekoloji  terror».  Son  dövrlər  erməni  işğalı 
təkcə Azərbaycan xalqına yox, onun təbiətinə qarşı da soyqırı­
mı ilə  müşayiət olunur.  M ənfur ermənilərin işğal  etdikləri to r­
paqlarımızda  törətdikləri  genişmiqyaslı  yanğınlar,  meşələrin 
vəhşicəsinə  qırılması,  konyak  istehsalında  istifadə  edilən  çəl­
ləklər üçün material olan qırmızı palıdın qəddarcasına kəsilmə­
si, yeraltı sərvətlərin gecə-gündüz daşınması, Ermənistan AES- 
in radioaktiv tullantılarının Azərbaycanın işğal olunmuş ərazi­
lərində  basdırılması,  A raz  çaym a  axıdılan  zəhərli  sular  və  s. 
Azərbaycana qarşı ekoloji  terrordur.  Əfsuslar  olsun  ki,  dünya
37




Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə