Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə33/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   29   30   31   32   33   34   35   36   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
bu  cür  düşünsəydi,  yaşam aq  nə  qədər  gözəl  və  nə  qədər  asan 
olardı...
N ə  qədər  ki,  yer  üzündə  xeyirxahlıq,  insanlıq,  həqiqət  və 
mərifət,  gözəllik və nəciblik var, Y unus Əmrə də var. N ə qədər 
ki, insanı ucaldan bu gözəl insani keyfiyyətləri başa düşüb dəy­
ərləndirmək var, Yunus Əmrə də var.
O,  həyatı  sevdi,  am m a  ölümdən  qorxmadı,  çünki  ölümdə 
həyatın  ölməzliyini  tapdı,  həyatın  yeniləşməsini  gördü.  Çünki 
həqiqəti  və  mərifəti  -  dinlər  dini,  şəriət  və  təriqəti isə  yalnız  o 
ulu dinə gedən yol hesab etdi.
Şəriət, təriqət yoldur -  gedənə,
Həqiqət, mərifət ondan içəri.
Budur, böyük türk ozanı,  dədələr dədəsi,  müdriklər müdri­
ki, ağsaçlı Y unus Əm rənin fəlsəfəsi, həyat qayəsi!
Həqiqəti  və  mərifəti  həyat  qayəsi  seçən  bu  dədə  şair  «Bir 
mən  vardır  məndə,  məndən  içəri»  dediyi  zam an  nəyi  nəzərdə 
tuturdu? «M ən»indən içəridə olan o «mən» nəymiş görəsən?
-  Həqiqət və mərifət!
Həqiqəti  və  mərifəti,  onu  əhatə  edən  ətraf mühitdə,  yəni 
cəmiyyətdə ta p a  bilməyənlər həmişə öz içlərinə qapılmış, axtar­
dığım könül dünyasında,  xəyal  aləmində  gəzməyə  başlamışlar. 
Özlərini  mühitə,  cəmiyyətə  uyğunlaşdırmağı  bacarmayan,  əs­
lində  istəməyən  fikir  adam ları  öz  içində  yaratdığı  xəyali  həqi­
qət dünyası ilə təskinlik tapırlar.
U lu  şair cənnət və cəhənnəmin, dörd müqəddəs din kitabı­
nın  mənasım  insanın  özündə  tapır,  insam  bunların  hamısının 
fovqündə görür.  Bu m ənadan və bu hikmətdən xəbərsizlər həy­
at qovşağında öz «mən»ini irəli çəkir,  başqasını düşünmür,  da­
h a çox malik olm ağa can atır. Lakin hardasa qəlbinin dərinliy­
ində bir səs ona haqsız olduğunu deyir. Bax, bu səs, Yunus dili 
ilə deyəcək olsaq,  «mən»dən içəridəki  «mən»in səsi, yəni həqi­
qət və mərifətin səsidir.
Y unus həmişə görünən «mən»inin dili ilə deyil, gözə görün­
130
İntellektual ekologiya
məyən içəridəki «mən»inin -  yəni həqiqətin və mərifətin dili ilə 
danışıb,  bizi  də  özü kimi  düşünüb,  özü kimi  hikmət  dili  ilə da­
nışmağa  çağırıb.  Buna  görə  də  biz  ona  «həqiqət  və  mərifət 
nəğməkarı» desək, onun ulular cərgəsindəki yerini daha sərrast 
təyin etmiş olarıq.
Mövlana  Cəlaləddin  Rumi,  Cəlaləddin  Məhəmməd  bin  Bə- 
haəddin  (1207-1273).  Xarəzm  türklərindəndir,  Bəlx  şəhərində 
anadan olmuş, uşaqlıq illərində atası Bəhaəddin Vələdlə birlik­
də  Kiçik  Asiyaya  köçərək  K onya  şəhərini  özlərinə  vətən  seç­
mişlər.  O,  Şərq  ədəbiyyatı  tarixində  üç  dildə  (türk,  fars,  ərəb) 
şeir yazmışdır.  Rumi  bir sıra fəlsəfi əsərlərin müəllifidir.  Lakin 
dünya ədəbiyyatı  tarixində Rumiyə ömrünün son illərində yaz­
dığı «Məsnəviye-mənəviye-Mouləvi» («Mövləvinin mənəviyyat 
məsnəviləri»,  sonralar  «Məsnəvi»  adı  ilə  məşhurlaşmışdır)  poe­
ması  böyük  şöhrət qazandırmışdır.  Bu əsərdə Rumi özünün  di­
ni-fəlsəfi görüşlərinin şərhini vermişdir.
Yazıçı  Məmməd Aslan,  M övlana Cəlaləddin Ruminin mə­
nəvi işığına nəzər salaraq yazır:  «Mövlana həm ürəkdir, həm o 
ürəyə  çırpmış  gətirən  qızıl  qan.  Ruhum uza  yavanlıq  gətirən, 
düşüncəmizin çevrəsini üfüqlərin öhdəsinə gərən sirdir, sehrdir! 
I lər şeydən əvvəl, özünün sənət möcüzələrini kəsərdən düşməyə 
qoym ayan əvəzsiz bir sərrafdır Həzrəti Mövlana!!! »
«Bir  neçə il  əvvəl  «Türk  ədəbiyyatı»  dərgisindən  bir ibrətli 
yazı  oxumuşdum:  adını unutduğum  fransız türkoloq  qadm  bir 
bəşər  övladı  kimi  mənəvi  yöndə  itirdiklərimizin  fərqinə 
üzülürcəsinə  vararaq  K onyaya-M övlana  dərgahına  gəlişində 
sonsuz kövrəklik içində təxminən belə deyirdi: «Biz avropalılar 
m addənin  arxasınca  getdik,  ölümü  tapdıq;  siz  mənanın  arxa­
sınca gedib iman  tapdınız!  Bu  imanı itirməyin ki,  biz avropalı­
lar bir gün naçarlıqdan əlləri bom boş qalıb qapınıza məna «di­
ləməyə»  gələndə  əlinizdə-ovçunuzda  bir  şey  qalmış  olsun  ki, 
bizi  də  naümid  şəkildə  geri  qaytarm ayasınız....  İnsam n  insan 
kimi yaşamasına bəşər övladı həmişə həsəd aparıb.  Yaşantımn 
o  ulu  mərtəbəsinin  ideal  iqlimidir  M övlananm  Loğm an  nəfə­
si!»  (Osman Nuri Topbaş, Abi-həyat qətrələri, Bakı,  2007, s.7-
131


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
8
)
H əzrət M övlana təkrarsız və bənzərsiz «Məsnəvi»sində in­
san  ruhunun  dərinliklərinə  zirvədən  böyük  ustalıqla  enməyi 
bacarmış, onun əsas mənasım duym uş və müşahidə etmiş, dər­
dini,  istəyini  açaraq  bir  könül  aramışdır.  Dahi  ustad  bəşər  tə­
fəkkürü ilə çətin qavranılan mövzuları ruhani ifadələr, hikmətli 
hekayələr yolu ilə sadə insanların belə könüllərinə  həkk  etmiş­
dir. M övlana həzrətləri 800 ildən çoxdur ki, yaşayır, dahi usta­
dın bundan sonra bəşəriyyətin ömrü qədər yaşamaq haqqı var­
dır.  O na görə ki,  o yalnız türk xalqının yox,  öz zəkası,  əm anət 
qoyduğu əsərləri ilə bəşəriyyətin oğlu oldu.
Əvhədi  Marağayi  Rüknəddin  (1274-1338).  Azərbaycan 
mütəfəkkiri,  şair-filosof.  İnsanları  mənəvi  əxlaqa,  təmizliyə 
çağırmış, əməyi, elmi tərənnüm  etmişdir. Ptolemeyin əsərləri ilə 
tamş  olmuş,  onun geosentrik sistemini qəbul etmiş və səmanın 
hərəkəti ilə yaranan zaman haqqında fikir söyləmişdir.
İbn  Yəmin,  Əmir  Fəxrəddin  Mahmud  ibn  Əmir,  Yəminəd- 
din Toğray Mustafa Fərumədi (1286-1368).  Fars-tacik şairi İbn 
Yəminin  ədəbi irsindən  15 min beytdən artıq  hikmətamiz,  fəl­
səfi, ictimai məzmunlu qəsidə, qəzəl, qitə, rübai və məsnəvi mə­
lumdur.
Əssar  Təbrizi,  Şəmsəddin  Hacı  Məhəmməd  (1325-1390). 
Azərbaycan şairi və alimi. O, Nizami Gəncəvi ədəbi məktəbinə 
mənsub  şairlər dəndir.  Yüksək  sənətkarlıqla  yazdığı  «Mehr  və 
Müştəri» poeması şairin ölümündən 70 il sonra türk dilinə tərc­
ümə edilmişdir.
Hafiz  Şəmsəddin Məhəmməd  Şirazi  (1325-1389).  Fars  şai­
ri,  Q uranı  əzbər  bildiyinə  görə  «Hafiz»  ləqəbi  götürmüşdür. 
Hafizin  ölümündən  sonra  toplanıb  tərtib  olunmuş  Divanının 
surəti  dəfələrlə  köçürülmüş,  İran d a  və  onun  sərhədlərindən 
uzaqlarda  yayılmışdır.  Hafizin  şeirlərində  mistik  görüşlər, 
dünyanın  faniliyi  və  dərkedilməzliyi  fikirləri  üstünlük  təşkil 
edir.  M əhəbbətin  timsalında  Hafiz  həyatı,  onun  sevinclərini, 
zövq  və  ləzzətini  tərənnüm  etmiş,  axirətdə  veriləcəyi  vəd  olu­
nan bütün nemətləri elə  bu dünyada əldə etməyin mümkün  ol­
132
İntellektual ekologiya
duğunu  göstərməyə,  m əhəbbəti  və  səadəti  göydən  yerə  endir­
məyə  çalışmışdır.  Hafizin  bir  çox  şeirlərinin  lirik  qəhrəmanı 
yersiz-yurdsuz, xarabalıqlarda ömür sürən səfil, lakin kefcil, ta­
leyindən  razı,  heç  kəsdən  təmənnası  olmadığına  görə  özünü 
dünyanın ən xoşbəxt və sərvətli adamı sayan insanlardır. H afi­
zin  yaratdığı  obrazlar  cəmiyyətin  eybəcərliklərinə  qarşı  duran 
məğrur, azadfikirli şəxsiyyətlərdir.
Qasım Ənvar, Şah Qasım Ənvar (1356-1434).  Azərbaycan 
şairi,  mütəfəkkir  və  filosofu.  «Ariflərin  dostu»  və  «Ariflərin 
məqamı»  adlı  məsnəviləri  var.  Qasım  Ənvarm  dünyag­
örüşündə  sufiliyin,  hürufiliyin  və  Şərq  peripatetizminin  təsiri 
vardır.  Q.Ənvar  insanı «böyük  aləm»in  təcəssümü olan «kiçik 
aləm»  hesab edirdi.  O,  etik  görüşlərində sufilik  pərdəsi altında 
humanist əxlaq prinsiplərini təbliğ etmişdir.
İbn  Xəldun Əbu  Zeyd-Əbdər- Rəhman ibn  Məhəmməd  ibn 
Xəldun  (1332-1406).  Ərəb  tarixçisi  və  filosofu.  İbn  Xəldunun 
cəmiyyətin  inkişafı  təliminə  görə,  insanların  həyat  tərzindəki 
fərqlər  coğrafi  mühitin  müxtəlifliyi  ilə  əlaqədardır.  Onun  fik­
rincə,  tarix  elmi  ictimai  həyatın  əsas  form a  və  qanunauyğun­
luqlarını  öyrənməlidir,  ictimai  həyat  insanların  maddi  ehtiy­
acından  doğan  birgə  istehsal  fəaliyyətidir.  O,  ilk  dəfə  olaraq 
cəmiyyəti birgə əməyə əsaslanan zəhmətkeş kollektiv hesab et­
miş,  hakimiyyət  anlayışını  cəmiyyətin  təbii  tələbatı  ilə  bağla­
mış,  ona  tarixi  kateqoriya  kimi  baxmışdır.  İbn  Xəlduna  görə, 
fəlsəfə  cəmiyyət  haqqında  təlimin  əsasıdır.  O,  real  gerçəkliyi, 
xarici aləmi idrak obyekti saymışdır.
İmadəddin  Nəsimi,  Seyid  Əli  İmadəddin  Nəsimi  (1369- 
1417).  Azərbaycan  şairi.  Hürufilik  təriqətinin  ən  məşhur 
nümayəndələrindən biridir.
Hörmətli  oxucu,  hürufilik  haqda  «Şərhlər»  bölməsində 
ətraflı məlumat verilib.
İmadəddən  Nəsimi  klassik  Şərq  və  qədim yunan  fəlsəfəsi­
ni,  habelə  ədəbiyyatını  dərindən  mənimsəmişdir.  O,  İslam və 
Xristian  dinlərinin  əsaslarına  yaxından  bələd  olmuş,  tibb,  as­
tronom iya və astrologiya,  riyaziyyat və məntiq  elmlərinə yiyə­
133


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə