Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə54/134
tarix26.08.2018
ölçüsü16,5 Mb.
#64323
1   ...   50   51   52   53   54   55   56   57   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Q iy m ə tli in c id ir h ik m ə tli k əlam
Hikmət bu dünyanm vücudunda qan, 
Hikmətdir dünyada əbədi qalan.
Şəhriyar.
Səmavi  kitablardan  və  elmin  son  araşdırmalarından  mə­
lum  olm uşdur  ki,  varlığın  təzahür  forması  səsdir.  Səslərin  ka­
mil  forması,  insan  təfəkkürünün,  onun  intellektinin  mıəhsulu 
olan kəlamlardır.  Qədim ərəb fəlsəfəsinin əsas  cərəyanlarından 
biri kəlam  və sufilik olmuşdur.  O  dövrdə kəlam rəsmi islam di­
nini  məntiqi  dəlillərlə  əsaslandırmağa  cəhd  edirdi.  Əsl  kəlamı 
Əbu-l-Həsən  Əşəri  və  M ətrubi  (?—944)  yaratmışlar.  Sonrakı 
kəlamın  ən  böyük  nümayəndələri  Qəzaü,  Qüseyri  Fəxrəddin 
ər-Razi  olmuşlar.  K əlam   tərəfdarlarının  məqsədi  Allahın  var­
lığını,  onun birliyini və əbədiliyini sübut etmək idi.  Fərabi, İbn 
Sina  Allah  ilə  dünyanı  iki  növ  varlığa  bənzətmiş  və  dünyanm 
əbədi mövcudluğu və m ateriyanın,  məkanın,  zamanın,  hərəkə­
tin isə daimi şərh olması ideyasına gəlib çıxmışlar.
Bir  daha  yada  salm aq  istərdim  ki,  Fərabi  «Elmlərin  siya­
hıya  alınması»  traktatında  dövrünün  bilik  sahələrini  5  böl­
məyə,  onları da müxtəlif qisimlərə  ayırmış,  5-ci bölməyə idarə­
etmə  haqqında  elmi,  hüquqşünaslıq  və  kəlamı  daxil  etmişdir. 
Bunları  xatırlam aqda  məqsəd,  bəşər  cəmiyyətinin  qədim  elmi 
sayılan fəlsəfənin həmişə kəlam larla inkişaf etdiyini və insanla­
rın mənəvi saflığına,  tərbiyəsinə təsirinin böyüklüyünü bir daha 
oxucuların  nəzərinə  çatdırm aqdır.  Bu  cəhətdən  Qurani-Kərim 
daha çox  diqqəti cəlb  edir.  Bu müqəddəs  kitabın  ayələrində el­
mi məsələlərə yalnız işarə edilmiş,  bəşəriyyətin bugünkü ekoloji 
fəlakət  qarşısında  olacağı  barədə  xəbər  verilmişdir.  Bax,  buna 
görə  də Qurani-Kərim in və dahilərin  kəlamlarının  III minilliy­
in  insanlarının  mənəvi  tərbiyəsində  rolu  böyükdür.  Bu  minil­
likdə  ekoloji  fəlakətdən  xilas  Yer  planetindəki  insanların  hik­
mətli  kəlam larla  düz  yola  dəvət  olunması  ilə  mümkün  olaca­
qdır.
218
İntellektual ekologiya
Artıq  insanın  kəlamlarla  müsbət  intellektual  ekoloji  qay­
dalara riayət etməyi öyrənməyinin,  öz şüursuzluğunu,  öz intel­
lektinin  məhsulu  olan kəlamlarla  müalicə etməyinin  vaxtı  çat­
mışdır.
İndi isə Qurani-Kərimdə, Ön və O rta Şərqdə yaşayıb-yara­
dan dahi insanların kəlamlara verdikləri qiymətə nəzər salaq.
Qurani-Kərimdə buyurulur:
.. .Allah sənə Quranı və hikməti nazil edərək bilmədiklərini 
öyrətdi. Allahın sənə lütfü böyükdür.
ən-Nisa surəsi,  ayə 113.
Xoş  bir  söz  və  günahları  bağışlamaq,  əziyyətlə  (minnətlə) 
verilən sədəqədən daha yaxşıdır.
əl-Bəqərə surəsi,  ayə 263.
Əgər  yer  üzündəki  bütün  ağaclar  qələm  olsaydı,  dəryaya 
da arxasından daha 7 dərya (mürəkkəb) qatılsaydı, yenə də Al­
lahın  sözləri, (yazılmaqla)  tükənməzdi.  Həqiqətən,  Allah yenil­
məz qüdrət sahibi, hikm ət sahibidir!
Loğman surəsi, ayə 27.
...Həqiqətən,  bu  (ayələr)  bir  öyüd-nəsihətdir.  Kim  istəsə, 
ondan öyüd alar.  (Bu Q uran Allah dərgahında) çox möhtərəm 
(mötəbər)  səhifələrdə  -   (şam)  uca  (qədir-qiyməti  yüksək),  pak 
səhifələrdədir (Şeytan onlara toxuna bilməz).
Əbəsə surəsi, ayə 11-14.
Məhəmməd peyğəmbər  (s.) buyurmuşdur:
Biri soruşdu:  «İslam  nədir?» Peyğəmbər  buyurdu:  «Kəlam 
paklığı və ehsan».
Hədiyyələrin ən qiymətlisi hikmətli kəlamlardır.
219


Ənvər M ete Həmidov, Zərnurə Həmidova
Böyüklərlə oturun, alimlərdən soruşun.
***
H ikm ət əhli ilə oturun-durun.
H ikm ət imamn itmiş dəvəsidir,  tapdığınız yerdə onun boy­
nundan yapışın.
İmam Əli (ə.) buyurmuşdur:
H ikm ət hər bir insanın, möminin yaşaması üçün vacibdir.
***
Çirkin şəhvətlə  (m al-pula bel  bağlam aqla) hikmət bir yer­
də olmaz.
Nizam i Gəncəvi:
Kimin ki, qəlbində vardır hikməti,
O nun da yaxşılıq olar neməti.
Sədi Şirazi:
Zarafatyana da deyilsə bir söz,
Ağıllı o sözdən götürər ibrət.
Əgər anlam aza yüz hikmət desən,
Oyuncaq görünər o n a bu hikmət.
Nəsirəddin Tusi:
Yalnız sözdə deyil, həm  də işdə hikmət sahibi ol!
* * *
U şağı  körpəlikdən  tərbiyə  etm ək  lazımdır.  Sonra  dərs  öy­
rətməyə,  təlimə  başlayırlar,  hikmətli  kəlamlar,  tərbiyəvi  şeylər 
əzbərlədirlər ki, öyrənmək istədikləri şeylər yadında qalsın, mə­
nasım unutm asm .
220
İntellektual ekologiya
İmadəddin Nəsimi
:
Hər bir zərrə yaranmışdır bircə nuru n  şöləsindən,
Bir dəryanın suları da yağış olar, dürrə dönər.
Hafiz Şirazi:
Quluyam öylə kəlamın ki, cana od  vursun! 
Nəyə lazım su tökə buz kimi söz gözlərinə?!
Qiymətli incidir hikmətli kəlam,
O nun qiymətini nə bilir avam.
Əmir Xosrov Dəhləvi:
O kəs sahib olar ağla, kamala, 
Hikmətdən, öyüddən yaxşı dərs ala. 
Duyğusuz ürəklə, duyğusuz qulaq,
Y a eşşək gəzdirər, ya d a  ki, ulaq.
Əvhədi Marağayi Rüknəddin:
Düz görən fikirdən yaranar hikmət,
Dini gözləməkdən güc alar hikm ət... 
K itabdan, qaydadan gen düşsə hikmət, 
O nda nə nur olar, nə də kəramət.
Abbasqulu Ağa Bakıxanov:
Get, bala, elm öyrən, qulaq ver hər hikmətə, 
Elmlə bu dünyada hər iş əqlə batandır.
221


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə