Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə14/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

II FƏSİL
Ş ərq in  h ik m ə tlə r 
sim fo n iy ası
O,  göylərin,  Yerin  və  onların  arasında  olanların 
(bütün məxluqatın) Rəbbidir.  Məşriqlərin (şərqin və qər­
bin  -   Günəşin,  Ayın  və  ulduzların  doğub  batdığı  yerlə­
rin) də Rəbbi Odur.
Qurani-Kərim,__əs-Saffat_surəsi,_ayə_5.'>Qurani-Kərim, 
əs-Saffat surəsi, ayə 5.
İki məşriqin və iki məğribin  Rəbbi  (Günəşin  və  Ayın 
yazda və qışda çıxıb batdığı yerlərin sahibi) Odur.
Qurani-Kərim, 
ər-Rəhman surəsi, ayə 17.
Məşriqlərin və məğriblərin Rəbbinə and olsun ki, Biz, 
həqiqətən, qadirik.
Qurani-Kərim, 
əI-Məaric surəsi, ayə 40.
Allah istədiyi  şəxsə  hikmət  (elm,  mərifət,  müdriklik) 
bəxş  edər.  Kimə  hikmət  bəxş  edilmişsə,  ona  çoxlu  xeyir 
(əbədi  səadət)  verilmişdir.  Bunu  ancaq  ağıl  sahibləri 
düşünüb dərk edərlər.
Qurani-Kərim, 
əl-Bəqərə surəsi, ayə 269.
İntellektual ekologiya
DİNLƏRİN VƏ ELMLƏRİN 
BEŞİYİ ŞƏRQ
Biz, istər Şimal, istərsə də Qərb adamlan ərəb 
poeziyasının  gözəlliyini  heç  vaxt  qiymətləndirə 
bilməyəcəyik.
Aleksandr Düma.
Şərqi  öyrənmək  lazımdır,  bilmək  faydalıdır, 
dərk etmək  səadətdir.
Banu-Lahutti,
şair-publisist.
♦  ♦ 
n və O rta  Şərq  tarixən dinlərin,  fəlsəfənin və bir
O
  çox elmlərin beşiyi olub.  124 min peyğəmbərdən 
adları  Qurani-Kərim də  çəkilən  Adəm   (ə.),  İdris 
(ə.),  N uh  (ə.),  H ud  (ə.),  Salih  (ə.),  Şuayib  (ə.)  , 
ibrahim   (ə.),  L ut  (ə.),  İsaak  (ə.),  ismayıl  (ə.), 
Y aqub  (ə.),  Yusif  (ə.),  M usa  (ə.),  H arun  (ə.),  Davud  (ə.), 
Süleyman  (ə.),  Əyyub  (ə.),  Zulkifl  (ə.),  İlyas  (ə.),  Elyesa  (ə.), 
Zəkəriyyə  (ə.),  Yunis  (ə.),  Yəhya  (ə.)  ,  İsa  (ə.)  və  Məhəmməd 
(s.)  (25  nəfər)  Ön  və  O rta  Şərqdə  dünyaya  göz  açıb  fəaliyyət 
göstərmişlər.
İnsanın  yarandığı  gündən  ruhi  aləmini  qidalandırmaq 
üçün  həmişə  inanclara  ehtiyacı  olmuşdur.  Tarixən  dinlər  də, 
bəşərin  inkişafı  ilə  bərabər,  müxtəlif  mərhələlərdən  keçərək 
günümüzə qədər gəlib çıxmışdır.
İbtidai  dinlərin  ən  qədim   form alarından  biri  totemizm, 
digəri  sehr  -   magiyadır.  O rta  əsrlərdə  «Allah  qüvvələrinin»  -  
mələklərin,  müqəddəslərin  köməyi  ilə «möcüzələr»  yaradan  ağ 
magiyanı  və  «natəmiz  qüvvələrin»  -   şeytanın  (qəzəbli  ru h la­
rın) köməyinə müraciət edən q ara m agiyadan fərqləndirirdilər.
55


Ənvər M ete Həmidov, Zəmurə Həmidova
Yürüşlərin,  əkinin, məhsul yığımının  başlanması zamam, yağı­
şın yağması,  ovda, müharibədə və s. müvəffəqiyyət qazanılma­
sı  arzusu ilə keçirilən magik mərasimlər geniş yayılmışdı.  Dini 
görüşlərin form alaşm asında fetişizm də xüsusi rol  oynamışdır, 
ibtidai  dinlərdən  biri də  animizmdır.  Təcəssümləşdirmənin  in­
kişaf etmiş  forması  mifologiyanın,  mifologiyanın  inkişafı  an- 
tropoitrfizmin m eydana gəlməsinə səbəb olmuşdur.
Hörmətli oxucu, ibtidai dinlərin bu form aları haqqında qı­
sa məlumat verməyi lazım bildik (m əlum atlar ASE-dəndir).
Totemizm  (Şimali  Amerika  hindilərinin  dilində  ocibve  ot- 
tem,  hərfi mənası -  onun nəsli,  tayfası,  qəbiləsi deməkdir).  İbti­
dai  icma  cəmiyyətinin  ən  erkən  din  form alarından  olan  tote­
mizm  etiqad  və  adətlər  kompleksidir.  Müəyyən  insan  qrupu 
(tayfa, qəbilə) ilə heyvan və bitkilərin (totem) qohum luq əlaqə­
sinə inamla əlaqədar yaranmışdır.  H ər tayfa (qəbilə) öz totemi­
nin  adını  daşımışdır.  Totemi  öldürmək  və  ya  yemək  olmazdı. 
Totemizm dünya xalqları arasında geniş yayılmışdır.  Totemiz- 
min qalıqları bütün dinlərdə saxlanılmışdır.
Sehr (ərəbcə cadu,  əfsun  deməkdir),  sehrbazlıq -  qədim  di­
ni  ayin  form alarından  biri  olub,  hələ  qədimdən,  insanların  tə­
biət  hadisələrinin  sirlərini  dərk  edə  bilmədikləri  dövrdən  mə­
lumdur.
Magiya  (latınca  magia,  yunanca  mageia  sözündəndir)  -  
sehrbazlıq,  cadugərlik,  ovsunçuluq  olub,  ibtidai  insanlara 
məxsus təsəvvür qalığıdır. İbtidai din form alarındandır. Tədqi­
qatçıların  fikrincə,  «magiya»  sözü  M idiya  tayfası  maqlarm 
adındandır.  Bəzi  alimlərin  göstərdiyi  kimi,  Midiya  tayfasının 
adı  olan  «maq»  A vropanın  bir  çox  xalqlarında  kahin, 
münəccim,  sehrbaz sözlərinin sinoniminə çevrilmişdir.  A tropa­
tenanın  yerli  tayfaları  ilə  qaynayıb-qarışmış  midiyalıların  bir 
qismi  qədim azərbaycanlıların etnogenezində müəyyən  rol  oy­
namışdır.
Mistika,  mistisizm  (yunanca  mystikos,  mystika  -  əsrarəng­
izlik  sözündəndir)  -gerçəkliyə  dini-idealist  baxış;  insanın  «föv­
qəltəbii qüvvələr» və  qismən  də Allahla ünsiyyəti və qovuşma-
56
İntellektual ekologiya
smm  mümkünlüyü  haqqında  dini  təlimdir.  Qədimdə  yaranmış, 
sonralar  Qədim  Şərq  və  Qərbin  dini  cəmiyyətlərinin  gizli 
mərasimlərinin  (misteriyalann)  mühüm  ünsürü  kimi  çıxış 
etmişdir.  Mistikanın  əsasında insamn Allahı dərk etməsi üçün 
«im kan yaradan», güya onları qovuşduran fövqəlidraki və föv- 
qəlhissi  sirli  Allah  -   insan  əlaqələri  durur.  G uya  bu  prosesdə 
A llahla  ünsiyyət,  nurlanm a,  vəcd,  vəhy,  qeybdən  səda  almaq 
vasitəsilə «fövqəltəbii  qüvvələrlə»  baş  verir,  insan Allahla,  axi­
rətlə qovuşur və onun sirlərini dərk edə bilir.
Fetişizm  (fransızca fetishism e  -   cadugərlik  sözündəndir  -  
m addi əşyalara -  fetişlərə dini sitayiş deməkdir).  Fetişizm ibti­
dai dinin -  sehrbazlığın  bir  forması idi.  Fetişlər cürbəcür  olur: 
daş,  ağac parçası,  heyvan  bədəninin  bir  hissəsi,  təsvirlər (idol- 
lar).  Fetişizmin ünsürləri  m üasir dinlərdə saxlanılmışdır.  Q uru 
cəsədlərə, ikonaya (xristianlıqda), müqəddəs yerə və «Qara da­
şa» (islamda) pərəstiş şəklində fetişizm qalm aqdadır.
Animizm (latınca anima -  ruh sözündəndir) -  ruhlara sitay­
iş,  etiqad.  Guya  ru h lar  insanların,  heyvanların  həyatına  təsir 
göstərir.  Animizmə  görə,  insanları,  heyvanları,  maddi  aləmin 
digər cism və  hadisələrini ruh  idarə edir.  Bədən  bu və ya digər 
hadisə  ilə  bağlıdırsa,  ruh  müstəqildir,  qeyri-məhduddur.  Ani- 
mizmin  meydana  gəlməsi  və  inkişafı  ibtidai  insanların  təbiət 
qüvvələrinə qarşı mübarizədə acizliyi ilə əlaqədardır.  İbtidai in­
san  doğum,  ölüm,  bayılma,  yuxu,  xəstəlik  və  s.  hadisələri  bə­
dəndəki ruhun  fəaliyyəti  hesab  edirdi.  Axirət dünyasına,  əcda­
da,  təbiətə pərəstiş  aninizmin  əsas ideyasıdır.  İlk dövrlərdə ruh 
konkret  varlıq  şəklində  anlaşılırdı.  İnsanın  gözdə  əks  olunan 
surəti  də  ruh hesab  edilirdi.  Animistik  təsəvvürlər  sonrakı dini 
etiqadların əsasını təşkil etmişdir.Animizm hər cür dinə xasdır.
Azərbaycan  ərazisində  ilk  animistik  təsəvvürlər  e.ə.  V -IV  
minilliklərdə  yaranmışdı.  Qədim  Azərbaycan  adətinə  görə, 
pərvanəni öldürmək günah idi.  Çünki pərvanə evə gəlmiş dədə- 
b ab a ruhu sayılırdı.
Mifologiya  (yunanca  mythologia,  mythos -  əfsanə,  rəvayət 
və  logos -  söz, təlim sözündəndir), əsatir -  dünya haqqında ib­
57


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə