Ə n V ə r м е т е h ə m id o V z ə r n u r ə h ə m id o V a


Ənvər M ete Həmidov, Zərnurə Həmidova



Yüklə 16,5 Mb.
Pdf görüntüsü
səhifə8/134
tarix07.07.2018
ölçüsü16,5 Mb.
#53632
1   ...   4   5   6   7   8   9   10   11   ...   134

Ənvər M ete Həmidov, Zərnurə Həmidova
başlamaq a rtıq  zəruridir.  Beləliklə, yaxın perspektivdə müxtəlif 
ölkələrin  ekspert  birlikləri  müasir  təhlükəsizlik  arxitekturası, 
yeni  regional  qaydaların birgə  müzakirəsini  intensivləşdirəcək, 
yeni  komm unikasiya  dəhlizlərinin  və  etnik-siyasi  münaqişələ­
rin  həlli yollarının  gələcəyi  barədə  təsəvvürlərin,  həmçinin  a k ­
tual  geosiyasi  və  geoiqtisadi  layihələrin  ümumən  reallaşdırıl­
ması imkanlarını müəyyən edəcəklər.
X X I  əsrdə  insan  yeni  intellektual  m əkana  doğru  addım ­
layır. Məqsədlərə nail olmağın vasitələri təkmilləşdirilir, strate­
ji planlar daha m ürəkkəb xarakter kəsb edir.
Yer  planetinin  bəlalarından  biri  də  ümumi  ekologiyanın 
pozulmasıdır.  Ümum i  ekologiya  haqqında  əvvəllər  də  geniş 
m əlum at vermişdik:  Ə. Həmidov -  Ənvər  Mete,  Ekologiya  və 
sağlamlıq, Bakı,  1990; Ə.H əm idov -  Ənvər Mete, Torpağımız, 
məhsullarımız  və  sağlamlığımız,  Bakı,  1990;  Ənvər  Mete, 
Loğmanlar, Bakı, 2008.
Əziz oxucu,  biz bir daha bəzi m əqam lara toxunmağı vacib 
saydıq.
1400 il əvvəl,  hələ insanların ekoloji fəlakətin nə  olduğunu 
bilmədikləri  bir  zam anda,  Q urani-Kərim in  ər-Rum   sürəsinin 
41 -ci  ayəsində  insanların  ilahi  düzəlişə  xələl  gətirəcəyi  zaman, 
onları  gözləyən fəlakətlər  barədə m əlum at verilmişdir:  «İnsan­
ların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quru­
da və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, 
qıtlıq olar,  bəzilərində zərərli  yağışlar yağar,  zəlzələ baş  verər, 
dənizlərdə  gəmilər  batar)  ki,  Allah  (bununla)  onlara  etdikləri­
nin bir qismini  (etdikləri bəzi günahların cəzasını) daddırsın və 
bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar».
Əfsuslar  olsun  ki,  Hafiz  Mirzənin ifadəsi  ilə  desək:  «Eko­
logiyanı  fəlakət  həddinə  sürükləyən  insanlıq  hər  cür  təbii  fəla­
kətlərlə üzləşsə də, ona dərs olmur.»
Planetimizin  bir  çox  sakinləri  bugünkü  vəziyyətlə  barışıb, 
gələcəyi  düşünmür,  ekoloji  normativlərin  pozulmasının  hansı 
fəlakətləri  doğurm asına  məhəl  qoymurlar.  Yaponiyada  bunu 
beynəlxalq  xəstəlik  adlandırırlar.  Əgər  müharibə  konkret  bir
30
İntellektual ekologiya
ərazidə olan fəlakətdirsə,  ekologiyanın pozulması dünyanın və 
bəşəriyyətin fəlakətidir.
Bütün  bu  fəlakətlərin  arxasında  dayanan  kimdir?  İnsan! 
İnsan şüuru, insan şüursuzluğu, insan intellekti, nəfs, nadanlıq, 
tam ahkarlıq...
Əsrlərlə və min illərlə hər bir cəmiyyətdə insanları yeməklə, 
geyimlə,  evlə,  istehsal  vasitələrilə  və  h ətta  silahla  təmin  etmək 
üçün gərgin mübarizə gedib.  Cəmiyyətin  inkişafı,  daha doğru­
su,  sivilizasiyanın  yüksəlməsi  ilə  əlaqədar  insanların  qeyd  et­
diyimiz  amillərə  olan  tələbatı  durm adan  artmaqdadır.  Yer 
kürəsində  son  25-30  il  ərzində  sərf olunan  xammalın  miqdarı, 
təxminən  insan  cəmiyyətinin  bu  vaxtadək  istifadə  etdiyi  təbii 
sərvətlərə  bərabərdir.  Planetimizdə  insanların  sayı  durm adan 
artm aqdadır.  2008-ci  ilin  statistik  m əlum atına  görə,  planeti­
mizdə  yaşayan insanların  sayı  8  m ilyarddan çoxdur.  XX əsrin 
sonunda ümumdünya sənayesinin 2,5-3 dəfə artm ası labüdlüyü 
var idi.  Bu məsələ isə xam m al istehsalı ilə həll edilə bilərdi: bax, 
görürsüz,  Yer  kürəsində  insanın  yaşaması,  rifahı  və  sağlamlığı 
üçün nə qədər problemi  həll  etmək lazımdır.  Bu müqəddəs iş, 
şüurlu  insan cəmiyyətində məsələni obyektiv,  ağıllı və  hər  mil­
lətin,  xalqın,  regionun  m arağı  nəzərə  alınmaqla  həll  edilməli­
dir.  Yenə də insan şüuru,  millətlər və xalqlararası  ağıllı m üna­
sibət,  bir  sözlə,  müsbət  intellektual  ekoloji  sfera  birinci  yerdə 
durur.
İnsanın yaşadığı planetə vurduğu yaralara tam  qiymət ver­
mək üçün son dövrdə ozon təbəqəsində baş verən dəyişikliklər­
dən  m əlum at  verən  mənbələrə  müraciət  edək.  İngilis  alimləri­
nin  1985-ci  ildə  A ntarktida  üzərində  atmosferin  qoruyucu 
ozon  qatının  seyrəkləşməsi  haqqında  dəhşətli  məlumatların­
dan   bir  o  qədər də çox  m üddət keçməmiş və bu sahədə çox iş­
lər  görülmüşdür.  Təkcə  onu  demək  kifayətdir  ki,  1989-cu  ildə 
ozon  təbəqəsini  dağıdan  istehsalı  azaltm aq  və  tədricən dayan­
dırm aq 
üçün  M onreal  protokolu  qüvvəyə  minmişdir. 
Ü m um dünya  Meteorologiya  Təşkilatı  (ÜMT)  ozon  təbəqəsi 
tədqiqatı proqramının rəhbəri d oktor Rüm en Bojkovun (1989)
31


Ənvər Mete Həmidov, Zərnurə Həmidova
məlumatına  görə,  Y er  kürəsinin  şimal  hissəsində  ozonun  m i­
qdarı,  ümumiyyətlə,  3%  azalıb,  qış  aylarında  isə  bu  göstərici 
5%-ə qədər artır. İngilis tədqiqatçısı C .Farm an ilk dəfə, əldə et­
diyi məlumatlar əsasında, A ntarktida üzərində ozon təbəqəsin- 
dəki dəlikləri  təyin etmişdir.  Beləliklə,  görünür ki,  planetimizin 
A ntarktida hissəsində vəziyyət d ah a faciəlidir.  1989-cu ilin m ə­
lum atına  görə,  A ntarktida  üzərində  ozon  norm adan  50% 
aşağıdır,  «ozon  dəliyi»nin  sahəsi  isə  artm aqdadır.  Canlı  təbiə­
tin  təhlükə  qarşısında  olduğunu  göstərən  bu  dəhşətli  amil  in­
sanlardan  onu  əhatə  edən  mühitə  ehtiyat  və  vicdanla  yanaş­
mağı  tələb  edir.  Onu  d a  qeyd etm ək lazımdır  ki,  ozon  təbəqə- 
sindəki dəyişikliklərin 50%-i X X  əsrdə baş vermişdir.
ÜM T-nin  m əlum atına  görə  (1989),  Yer  kürəsində  hər  il  1 
mln.  300 min tona qədər ozonu məhv edən m addə istehsal olu­
nur  Ovə bu   istehsal  indi  də  durm adan  artm aqdadır.  Bəs  ozon 
təbəqəsinin məhvi hansı fəlakətlərin baş verməsinə səbəb olur?! 
1989-cu  il  m artın  əvvəllərində  L ondonda  keçirilən  beynəlxalq 
simpoziumun iştirakçıları  bildirdilər ki,  qəti  tədbirlər görülmə­
sə,  planetimizdə nəfəs  alm aq m ümkün  olmayacaq, içmək üçün 
yararlı  su tapılmayacaq.  D ünya  alimlərinin  verdikləri  statistik 
məlumatlarda diqqətə  çatdırılır ki,  Şimal  qütbündə və A ntark­
tidada ozon qatında əmələ gəlmiş dəyişikliklər nəticəsində G ü­
nəşdən  radioaktiv  şüalanma  çoxalmış  və  ildə  100  minlərlə 
adam   bu  səbəbli  xərçəngdən  tələf olur!  Beynəlxalq  ozon  qatı­
nın mühafizəsi təşkilatının devizi belədir:  «Səmanı qoru,  özünü 
qoru, ozon təbəqəsini qoru!»
İnkaredilməz bir faktdır ki,  hər  hansı bir orqanizmdə xər­
çəng  xəstəliyinin  baş  verməsi  ekoloji  amillərlə  sıx  əlaqədardır 
və belə xəstələrin sayı ildən-ilə 4-5 % artır.  Ümumdünya xərçə­
ng  xəstəliklərini  öyrənən  agentliyin  m əlumatına  görə,  xərçəng 
xəstəliyinin baş verməsində 20% virus və irsilik, 80% isə ekoloji 
amillərin rolu var.  H azırda ekspertlər tərəfindən müəyyən edil­
mişdir  ki,  istehsal  prosesində  əmələ  gələn  50-dən  çox  m addə 
insan orqanizm ində xərçəngin əmələ gəlməsinə səbəb olur.  El­
mə məlum olan  başqa faktorlar:  siqaret çəkmək, spirtli içkilə­
32
İntellektual ekologiya
rin  qəbulu,  atmosferdə  zəhərli  tüstülərin  miqdarının  artması, 
keyfiyyətsiz qida və s.  haqda m əlum at verməyə lüzum yoxdur. 
Filcrimizcə,  kütlə  arasm da səhiyyə maarifi işi  aparılmalı,  insan 
orqanizminə təsir edən və xərçəng xəstəliyinin əmələ gəlməsinə 
səbəb  olan faktorların  qarşısını  almaq üçün  təbabətin yeni  sa­
həsi -  «Ekologiya və  onkologiya» yaradılmalı və bu sahədə ix- 
tisaslamış  mütəxəssislər  hazırlanmalıdır.  H ər  bir  dövlətdə 
«Ekologiya və onkologiya» adlı elmi-kütləvi jurnal buraxılmalı 
və  onun  səhifələrində  həmin  regionun  ekoloji  amilləri  təhlil 
edilməli,  bu amillərin nəticəsində əmələ gələn xərçəng xəstəliyi­
nin tam  təhlili verilməli, profilaktika yolları göstərilməlidir. Be­
ləliklə, insan tərəfindən törədilən fəlakətlərin qarşısı insanın in­
tellekti ilə də dəf edilməlidir.
M əlum dur  ki,  insan  həyatı  ilə  bağlı  olan  üç  varlığı:  hava, 
torpaq  və  suyu  öz  əlləri  ilə  faciəli  bir  hala  salıb.  Qədim  yazılı 
abidələrdən olan «Avesta»da  Şərq ölkələrində suyun və suvar­
manın  əvəzedilməz  əhəmiyyətindən  bəhs  edilərək  deyilir:  «Su 
olm ayan yerdə nə həyat var, nə də məhsul ola bilər», BMT-nin 
son  hesabatına  (2009)  görə,  növbəti  20  il  ərzində  Yer  kürəsi 
əhalisinin  yarısı kəskin  su qıtlığı problemi  ilə üzləşəcək.  H esa­
batda xəbərdarlıq edilir ki,  dünya əhalisinin sayımn artması və 
iqlimin  dəyişməsi (tem peraturun yüksəlməsi) su çatışmazlığına 
səbəb  olacaq.  Statistik  m əlumatlara  görə,  dünya  əhalisinin  3 
milyarda  yaxım  hər  gün  içməli  su  qıtlığı  çəkir.  Araşdırm alar 
göstərir ki,  tükənmək üzrə olan su qaynaqları sənayeləşmə,  şə­
hərsalma  nəticəsində  çirkləndirilir  və  istifadəyə  yararsız  hala 
salınır.  Abşeronda başqa bir faktor da peyda olub:  neft quyu­
larına  vurulan  dəniz  suyu,  bütün  su  quyularına  təsir  edib,  su 
şoranlaşıb.  Abşeron kəndləri içməli suyu pulla alır. Yaxın keç­
mişə qədər Abşeron su quyuları içmək,  suvarm aq, isti aylarda 
isə ərzaqları saxlamaq üçün soyuducu rolu oynayıb.
2009-cu  il  m artın  ortalarında  İstanbulda  5-ci  Dünya  Su 
F orum u keçirilmişdir.  Rəsmiyə Rzalınm «Dünyam su qıtlığın­
dan xilas  etmək hər bir  dövlətin borcudur» məqaləsindən  bəzi 
məlumatlar:  «BMT-nin  Ə rzaq  və  K ənd  Təsərrüfatı  Təşldlatı-
33


Yüklə 16,5 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə