Ə. Q. Abbasov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   2   3   4   5   6   7   8   9   ...   39

23 
 
İş  otaqlarında  radioaktiv  maddələr  xüsusi  seyflərdə  və 
ya konteynerlərdə  saxlanılır (hansıların ki, radiasiya təhlükəsi 
işarəsi ilə, şəkil 1. , təchiz edilir). 
İnsanları  xarici  şüalanmadan  mühafizə  etmək  üçün 
ekranlardan  istifadə  edilir  və  ya  istehsal  işləri  şüalanma 
mənbəyindən  uzaqda  aparılmalıdır.  Ekranlar  qurğuşun  və  ya 
çuqun  bloklardan  hazırlanır.  Daxili  şüalanmadan  qorunmaq 
üçün  radioaktiv  mənbələri  hermetikləşdirmək  və  xüsusi 
geyimlərdən  (xüsusi  xalat,  mühafizə  eynəyi  və.  s)  istifadə 
etmək  lazımdır.  Əlləri  mühafizə  etmək  üçün  rezin  və  ya 
xlorlaşdırılmış  əlcəklərdən,  ciyərləri  qorumaq  üçün  parçadan 
hazırlanmış  dəyişkən  süzgəclərə  malik  respiratordan  istifadə 
olunur.  İşçilər  üçün  siqaret  çəkdikdə,  paltarları  saxladıqda, 
qida qəbul etdikdə şəxsi gigiyenaya nəzarət etmək vacibdir. 
 
1.5 Səs-küy (gurultu) və vibrasiyalardan mühafizə 
 
Müxtəlif  güclü  və  tezlikli  səslərin  nizamsız  (xaotik) 
birləşməsindən səs-küy (gurultu) əmələ gəlir.  
İstehsal  qurğularında  müxtəlif  maşın  və  aparatların  işi 
havanı  rəqsə  gətirir  və  bunlarda  insan  orqanizmi  tərəfindən 
gurultu  kimi  qəbul  edilir.  Müəssisələrin  sexlərində  (ələlxüsus 
elektrik  maşınları  quraşdırılmış)  elektrik  maşınlarının, 
ventilyatorların,  müxtəlif  dəzgahların,  qaynaq  aparatlarının, 
güc  transformatorlarının  və  elektrikləşdirilmiş  alətlərin 
işləməsi zamanı gurultulu səslər yaranır. 
Havanın  və  ya  başqa  elastiki  mühitin  rəqsi  hərəkətləri, 
hansılar  ki,  müxtəlif  cisimlər  tərəfindən  (polad  maqnit 
nüvələrinin  paketlərinin  artıq  maqnitləşməsi,  mexaniki 


24 
 
ötürmələrdə dişli çarxların hərəkəti, ventilyatorların pərlərinin 
hərəkəti və. s) yaranır, səs adlanır. 
Maddələrin  rəqs  edən  hissələri  (məsələn,  havanın) 
periodik  olaraq  kinetik  və  potensial  enerjiyə  (səs  enerjisi) 
malik olur. 
Səs  enerjisi  mənbədən  dalğavari  formada  ətraf  fəzaya 
verilir, tədricən səpələnir və sönür. Məlumdur ki, havada səsin 
yayılma sürəti 330m

s-dir. 
Adamların eşitmə aparatı, rəqslərin tezliyi 16Hs-20kHs-
ə  qədər  olan  səsləri  qəbul  edir.  Tezliyi  16Hs-dən  aşağı  olan 
səslər  infra  səslər,  20kHs-dən  yuxarı  səslər  isə  ultrasəslər 
adlanır.  20kHs-dən  yuxarı  tezlikli  səslər  də  orqanizmə  təsir 
edir,  ancaq  eşitmə  aparatı  tərəfindən  qəbul  olunmur. 
Akustikada  əsas  fiziki  kəmiyyətlər  səs  təzyiqi  və  səsin 
qüvvəsidir.    
Havadan  və  ya  mayelərdən  səs  dalğası  keçdikdə, 
onlarda yaranan  əlavə təzyiq,  səs  təzyiqi adlanır.  Səs təzyiqi 
periodik olaraq səs dalğalarının tezliyinə uyğun dəyişir. 
Səs təzyiqi N

m
2
 ölçülür.  
1m
2
 sahədən 1 saniyədə keçən səs rəqslərinin enerjisinə 
səs qüvvəsi (və ya gücü) deyilir. 
Səsin qüvvəsi Vt

m
2
 ölçülür. Qulağın fizioloji qəbuletmə 
qabiliyyətinə görə səsin qüvvəsi, səsin ucalığı və ya gurultusu 
kimi  qiymətləndirilir.  Adamların  eşitmə  aparatı  səsin 
qüvvəsinə yox, onun təzyiqinə həssasdır. 
Eşitmə,  səs  təzyiqinə  və  səs  dalğalarının  tezliyinə  görə 
təyin  olunur  və  adamların  fərdi  qabiliyyətindən  asılıdır.  Səs 
qüvvəsinin  minimal  və  maksimal  hədd  qiymətlərini 
fərqləndirmək  vacibdir.  Minimal  qiymətdə  səs  qüvvəsi 


25 
 
qulaqlarda  zəif  eşidilən  qavrama  yaradır.  1000-4000  Hs 
tezliklərdə  eşitmə  üzvləri  daha  həssas  olur.  Maksimal 
qiymətdə  qulaqlarda  daha  güclü  qavrama,  eşitmə  yaradır. 
Etalon  səs  tezliyi  kimi  1000Hs  qəbul  edilmişdir.  Bu  tezlikdə 
eşidilmə həddində səs qüvvəsi 10
-12
Vt

m
2
, ağrı həddində isə 10 
Vt

m
2
 olur. Səs qüvvəsinin səviyyəsi 
 
0
I
I
L
lg

- düsturdan hesablanır. 
 
Burada I - eşidilən səsin qüvvəsi, Vt

m
2
I
0
 - eşidilmənin 
həddi;  səs  qüvvəsinin  səviyyəsinin  vahidi  beldir  (B).  Səs 
təzyiqinin səviyyəsinin bellərlə (B) qiymətini  
0
2
P
P
L
lg

- düsturdan hesablanır. 
Burada  P  -  səs  qüvvəsinin  verilmiş  qiymətində  səs 
təzyiqidir,  N

m
2
;  P
0
-ədədi  qiymətcə  2

10
-5
  N

m
2
  bərabər  olan 
səs təzyiqinin şərti sıfır həddidir. Praktikada tez-tez səs təzyiqi 
səviyyəsinin  vahidi  kimi  desibellərdən  (dB)  istifadə  olunur. 
Səs qüvvəsinin və təzyiqinin səviyyələrini desibellərlə 
0
10
I
I
L
lg

        və  ya        
0
lg
20
P
P
L

 
hesablanır.  
Səs  təzyiqinin  daha  böyük  buraxılan  səviyyəsi  13B 
(130dB). 
Səsin  ucalığı  (gurultusu),  insan  orqanizmi  tərəfindən 


26 
 
onun fiziki olaraq qəbuluna imkan verir.  
Səs  ucalığı  (fon),  loqarifmik  kəmiyyət  olub,  1000Hs 
tezlikdə  verilmiş  səs  təzyiqinin  sıfır  həddinə  uyğun  təzyiqə 
olan nisbətlə təyin edilir, yəni: 
0
lg
20
P
P
L
N

 
burada  P-1kHs  səs  tonuna  uyğun  səs  təzyiqinin  ölçülmüş 
effektiv  qiymətidir.  P
0
  -  1kHs  səs  tonunda  eşitmə  həddində 
effektiv  təzyiqdir.  Səsin  fizioloji  təsirindən  səs  aparatı 
zədələnir  (bu  halda  işçinin  eşitmə  qabiliyyəti  tədricən 
zəifləyir),  əsəb  sistemi  gərginləşir,  ürək-damar  sisteminin 
normal  fəaliyyəti  pozulur.  Güclü  səs-küydən  (gurultu) 
adamlarda  diqqətsizlik  yaranır.  Ona  görə  bu  cür  şəraitdə 
işləyən  adamlar  istehsalat  zədələri  (travmalar)  alırlar.  Daimi 
səs-küyün təsirindən işçinin əmək məhsuldarlığı aşağı düşür.  
Səslərin uzaqlığının səviyyəsi 80 fondan çox olmadıqda, 
bu  cür  təsirlər  insan  orqanizmi  üçün  zərərli  sayılır.  1  fon  səs 
ucalığının  səviyyəsinə,  tezliyi  1000Hs  olan  eşidilmə  həddinə 
bərabər  olan  səs  təzyiqi  uyğundur.  Lakin  bəzi  istehsal 
mexanizmləri,  səsin  ucalığının  səviyyəsi  80  fondan  çox  olan  
gurultunun  mənbəinə  çevrilir.  Məsələn,  metal  emal  edən 
dəzgahların  yaratdığı  gurultunun  səviyyəsi  (80

95)  fon, 
pnevmatik alətlərin işlənməsindən yaranan səsin səviyyəsi 100 
fona qədər və s. olur ki, bu da insan orqanizmi üçün təhlükəli 
(eşitmə  qabiliyyətinin  qismən  itirilməsi,  qan  təzyiqinin 
artması, baş ağrıları və s.) sayılmır. 
Müxtəlif  cisimlərin  vibrasiyası  (titrəyişi),  həmçinin 
insan  orqanizminə  zərərli  təsir  göstərir.  Cisimlərin  16  Hs-dən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə