Ə. Q. Abbasov


Şəkil 3. “Ağızdan-ağıza” süni nəfəsvermə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/39
tarix24.10.2017
ölçüsü5,01 Kb.
#6518
1   ...   5   6   7   8   9   10   11   12   ...   39

35 
 
Şəkil 3. “Ağızdan-ağıza” süni nəfəsvermə 
 
cərəyanından ağır xəsarət almış adamı həyata qaytarmaq üçün 
daha  effektiv  üsuldan,  kontakt  üsulundan  (xilas  edənin 
ağzından  xəsarət  almış  adamın  ağzına  hava  üfürülür)  istifadə 
olunur.
 
Havanın  xəsarət  almış  şəxsin  ağzına  və  burnuna 
üfürülməsi qaydası (texnikası) aşağıdakı kimidir: 
 Elektrik  cərəyanın  təsirindən  zədə  almış  adam  arxası 
üstə  uzadılır,  kürəklərin  altına  onun  paltarlarından  mütəkkə 
qoyulur.  Başını  arxaya  əyib  (bunun  üçün  bir  əlini  boynunun 
altına,  digərini  isə  əmgəyə  qoyulur),  ağzını  açmaq  lazımdır. 
Bu cür vəziyyətdə dil, ağız boşluğunda arxa divardan aralanır 
və  nəfəs  yolları  bərpa  olunur.  Bundan  sonra  xəstənin  ağzına 


36 
 
hava  üfürülür.  Yardım  edən  adam  dərindən  nəfəs  alır,  ağzını 
xəstənin  ağzına  (cuna  və  yaylıq  vasitəsilə)  bərk  sıxaraq  və 
qüvvə ilə havanı üfürür. 
Əgər  xəsarət  olan  adamın  ağzını  tam  örtmək  olmursa, 
onda ağzını bağlayıb burnu ilə hava vermək lazımdır. Üfürmə 
hər 5-6 saniyədən bir təkrar edilməlidir. Hər üfürmədən sonra 
xəstənin  ağız  və  burnunu  açırlar  ki,  ciyərlərdən  hava  xaric 
olsun. 
Nəbzin vurulması bərpa olunmadıqda, süni nəfəs vermə 
prosesi  davam  etdirilir  və  bununla  yanaşı  ürək  nayihəsini 
xaricdən  masaj  edirlər.  Təcrübə  göstərir  ki,  bu  cür  masaj 
ürəyin sərbəst normal işini bərpa edə bilir. 
Yardım göstərən şəxs, xəsarət alan adamın döş qəfəsinin 
aşağı hissəsinə əllərini bir – birinin üstünə qoyub (ovucun içi 
aşağıda olmalıdır) təsir göstərməlidir. 
 
 
 
 
 
 
 
 
 
Şəkil 4. Döş qəfəsinin masajı 
 
Dəqiqədə  60  –  80  dəfə  ritmik  olaraq,  döş  hissəsinin 
aşağı  nayihəsindən  şaquli  istiqamətdə  aşağı  sıxılır.  Adamın 
klinik  ölümü  vaxtı  əzələlərin  tonusu  itirildiyindən  döş  qəfəsi 


37 
 
daha  kiçik  olur.  Ürək,  beləliklə  sıxılır  və  onun  divarlarından 
qan damarlara vurulur.  
Hər  sıxılmadan  sonra  əllər  döş  qəfəsindən  götürülür  və 
onun  düzəlməsinə  (ilkin  vəziyyəti)  imkan  verilir  ki,  nəticədə 
ürək təzədən qanla dolur. 
Elektrik  cərəyanın  təsirindən  xəsarət    almış  adamın 
həyatının  bərpası,  iki  nəfərin  köməyilə  yerinə  yetirmək  daha 
məqsədə  uyğundur.  Bu  halda  onlar  hər  5-10  dəqiqdən  bir-
birini  əvəz  etməklə  süni  nəfəs  verməni  və  ürəyin  masajını 
davam etdirə bilər. 
 
1.8 Elektrik cərəyanından adamın xəsarət alma 
təhlükəsinə görə elektrik şəbəkələrinin xüsusiyyətləri 
 
Elektrik  qurluşlarının  qaydalarına  (EQQ)  görə  elektrik 
qurğuları və şəbəkələri aşağıdakı növlərə ayrılırlar: 
1.Bilavasitə  torpaqlanmış  neytrala  (böyük  cərəyanlarla 
yerə  qapanma)  malik  1000V-dan  yuxarı  gərginlikli  elektrik 
qurğuları  və  elektrik  şəbəkələri,  məsələn,  baş  alçaldıcı 
yarımstansiyanı  qidalandıran  110  və  ya  220kV  gərginlikli 
elektrik şəbəkəsi. 
2.  İzoledilmiş  neytrala  (kiçik  cərəyanla  yerə  qapanma) 
malik  1000V-dan  yuxarı  gərginlikli  elektrik  qurğuları  və 
şəbəkələri. Bunlar adi qurğular və paylaşdırıcı şəbəkələr olub 
(elektrik  təchizatının  ikinci  pilləsi),  10  və  ya  6kV  gərginliklə 
sex  paylaşdırıcılarını  və  müəssisə  yarımstansiyalarını 
qidalanır. 
3.  Qida  mənbəyinin  bilavasitə  neytrala  malik  1000V-a 
qədər  gərginlikli  elektrik  qurğuları  və  elektrik  şəbəkələri. 


38 
 
Bunlar  adi  380/ 220V  gərginlikli  daxili  elektrik  qurğuları  və 
şəbəkələri  olub,  əsasən  kütləvi  formada  olan  elektrik 
qəbuledicilərini  (elektrik  mühərrikləri,  işıq  cihazları  və  s.) 
qidalandırır. 
4. İzoləedilmiş neytrala malik 1000V-a qədər gərginlikli 
elektrik  qurğuları  və  elektrik  şəbəkələri.  Bunlar,  380  və  ya 
220V  gərginlikli  adi  qurğular  və  şəbəkələr  olub,  əsasən 
təhlükəsizlik  şərtlərinə  görə  bilavasitə  torpaqlanmış  neytrala 
malik  şəbəkələrdən  istifadəyə  icazə  verilməyən  hallarda 
elektrik  qəbuledicilərini  (məsələn,  torfun  çıxarılmasında 
istifadə olunan qurğular) elektrik enerjisi ilə təmin edir. 
Daxili  şəbəkələr  və  qurğular  üçün,  həmçinin  elektrik 
təhlükəsizliyi tədbirləri nəzərindən, elektrik avadanlıqlarını və 
onlara  xidmət  edən  işçiləri  əhatə  edən  mühitin  xarakteri  də 
vacib  rol  oynayır.  Ona  görə  də  elektrotexniki  qurluşların 
qaydalarına  (EQQ)  əsasən  istehsalat  otaqları  təhlükəsizlik 
tədbirləri nöqteyi – nəzərdən aşağıdakı kateqoriyalara bölünür: 
1.  Daha  qorxulu  təhlükə  yaradabilən  və  aşağıda  verilən 
şərtlərdən birinə malik yüksək təhlükəli otaqlar: 
a) nəm və keçirici tozlu; 
b)  elektrik  cərəyanı  keçirən  döşəməli  (metal,  dəmir 
beton və s.); 
v) yüksək temperaturlu (30
0
Ъ-dən yuxarı); 
q)  adamın  eyni  vaxtda  bir  tərəfdən  torpaqlanmış  metal 
konstruksiyalarla,  texnoloji  aparatlarla,  mexanizmlərlə  və  o 
biri  tərəfdən  elektrik  qurğularının  gövdəsi  ilə  toxuna  biləcək 
imkanına malik; 
2. Xüsusi təhlükəni yaradan və aşağıda verilən şərtlərdən 
biri ilə xarakterizə olunan xüsusi təhlükəli otaqlar; 


39 
 
a) xüsusi nəm; 
b) kimyəvi aktiv mühitli
v)  eyni  vaxtda  iki  və  ya  daha  çox  artırılmış  təhlükəli 
şərtlərinə malik. 
3.  “Artırılmış  təhlükəli”  və  “xüsusi  təhlükəli”  şərtləri 
olmayan qorxusuz (artırılmış) təhlükəli otaqlar. 
Elektrik təhlükəsizliyi məsələlərinə  baxıldıqda, EQQ-də 
qəbul  edilmiş  xüsusi  terminlərdən  istifadə  olunur.  Çox 
zamanlar aşağıdakı anlayışlar işlədilir: 
Yerlə  qapanma  dedikdə,  gərginlik  altında  olan  elektrik 
qurğularının hissələrinin, elektrik avadanlıqlarının konstruktiv  
hissələri  və  ya  bilavasitə  yerlə  təsadüfən  elektrik  birləşməsi 
başa  düşülür.  Elektrik  maşınlarında,  aparatlarda,  xətlərdə, 
qurğuların  torpaqlanmış  konstruktiv  hissələrində  baş  verən 
qapanma, gövdəyə qapanma deyilir. 
Qapanma  yerindən  torpağa  axan  cərəyana,  yerə 
qapanma cərəyanı deyilir. 
Toxunma  gərginliyi  dedikdə,  yerə  qapanma  cərəyanın 
dövrəsində,  ona  adam  toxunduğu  anda  iki  nöqtə  arasında 
yaranan gərginlik başa düşülür. 
Addım  gərginliyi  dedikdə  isə,  adamın  eyni  vaxtda  ayaq 
basdığı  torpaq  və  döşəmə  nöqtələri  arasında  yerə  qapanma 
cərəyanının yaratdığı  gərginlik başa düşülür. 
Elektrik  qurğularının  istismarı  zamanı,  onlara  xidmət 
göstərən  işçinin  gərginlik  altında  qalma  ehtimalı  mövcuddur. 
Əksər hallarda cərəyan keçirən hissələrə toxunma, adam yerdə 
və ya keçirici oturacağın (təməlin) üstündə durduğu halda baş 
verir. Bu halda (iki qütblü) toxunma hissələrindən biri adamın 
bədəni,  digəri  yer  olmaqla  insanın  orqanizminndan  axan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə