Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 0,53 Mb.

səhifə1/19
tarix22.07.2018
ölçüsü0,53 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   19


Həşim Kəlbiyev 

Elnur Kəlbizadə



Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a

Ərəb müəllifləri 

Talış haqqında

Azərbaycanın  Talış  dağları,  bu  Talış  diyarı 

Azərbaycan  xalqının  böyük  insanlarını,  böyük 

şəxsiyyətlərini  yetişdirmişdir.  Siz  burada  -  

Lənkəranda,  bu  Talış  dağlarının  ətəyində 

Azərbaycan  elmini,  mədəniyyətini,  təhsilini 

inkişaf etdirən  dəyərli  insanlar yetişdirmisiniz. 

Biz  bunlarla  fəxr  edirik,  bütün  Azərbaycan 

xalqı da bu dəyərli insanlarla fəxr edir.

_____

— Q59G'

 

Heydər Əliyev

Azərbaycan Respublikası  Prezidentinin 

İşlər İdarəsi

PREZİDENT  KİTABXANASI

Bakı-2007




6 $ .  

i  ЭЛ

ic-eı


Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

Elmi redaktorlar: 

Qəzənfər Rəcəbli

Tarix elmləri  namizədi, dosent

Əliağa Baxşıyev 

Tarix elmləri namizədi, dosent

Rəyçilər: 

Emil Kərimov

Tarix elmləri  namizədi

Qəzənfər Rəcəbli

Tarix elmləri namizədi, dosent

Rakif İbadov

Tarix elmləri namizədi

  ,

Ərəb müəllifləri Talış haqqında. Kəlbiyev Həşim Adil oğlu, 

Kəlbizadə Elnur Həşim oğlu.  Bakı, «MBM» MMC nəşriyyatı, 

2007, 108 səh.

«Ərəb  müəllifləri  Talış  haqqında»  adlı  bu  kitab  «IX əsr 

müəlliflərinin  Talış  haqqında  qeydlərinin  təhlili»,  «X  əsr 

müəllifləri  Talış  haqqında»,  «Talış sözünün  mənşəyi yaranması 

və  mənası  haqqında»,  «Bəlləbur  Bəzzdir»  adı  altında  dörd 

bölmədən ibarətdir.

Əsər orta əsrlər Azərbaycan  tarixi,  etnologiya,  arxeologiya, 

diyarşünaslıq,  toponimika  və  eyni  zamanda  Talış  xalqının 

etnogenezi ilə maraqlananlar üçnü nəzərdə tutulmuşdur.

ISBN 978-9952-29-020-2

©Həşim Adil oğlu Kəlbiyev 

Elnur Həşim oğlu Kəlbizadə 2007

Haşım və Elnur Kəlbiyevlərin «Ərəb  müəllifləri 

Talış haqqında» adlı monoqrafiyasına

RƏY

Azərbaycanın  orta  əsrlər  tarixini  və  etnoqrafiyasını  öyrənmək  üçün  ərəb 

qaynaqlarının  əhəmiyyətini  qeyd  etməyə  ehtiyac  yoxdur.  Lakin  həmin 

qaynaqlarda  Azərbaycanın  ayrı-ayn  bölgələri  haqqında  o  cümlədən,  Lənkəran 

bölgəsi  haqqında  materiallar  tədqiqatçıların  diqqətindən  kənarda  qalmış,  xüsusi 

tədqiqat  obyektləri  olmamışdır.  Ona  görə  də  IX-X  əsrlərdə  ərəb  qaynaqlarında 

Talış mahalı haqqında olan məlumatın araşdırılması elmi baxımdan çox maraqlı və 

aktualdır.

Bu  baxımdan  gənc  tədqiqatçılar  Kəlbiyevlərin  Lənkəran  bölgəsinin  orta 

əsrlər  tarixini  və  bəzi  etnoqrafik  məsələləri  öyrənmək  üçün  ərəb  qaynaqlarını 

araşdırmaları  təqdirə  layiqdir.  Müəlliflər  IX-X  əsrlər  ərəb  müəlliflərinin 

əsərlərini  araşdıraraq  Lənkəran  bölgəsinə  aid məlumatı  aşkara  çıxarmış  və  təhlil 

etmişlər.

Kitabda Babəkin başçılığı  altında Azərbaycan xalqının  azadlıq müharibəsinə 

aid ərəb  qaynaqlarının Talış  bölgəsi  ilə bağlı  maraqlı  məlumatlardan bəhs  olunur 

və  təhlil  edilir.  Müəlliflərin  Bəz  (Bəzd)  qalası  haqqındakı  mülahizələri  daha  çox 

diqqəti cəlb edir və elmi araşdırmalar üçün maraqlıdır.

Kitabda  müəlliflərin  «talış»  sözünün  mənşəyi  və  etimologiyası  haqqında 

fikirləri də elmi baxımdan maraqlıdır və elmi diskussiyaya ehtiyacı vardır.

Kitaba əlavə edilmiş xəritələrin də elmi araşdırmalar üçün əhəmiyyəti vardır. 

Kitabın bəzi  fikirləri  mübahisəli  olsa  da,  onun  çap  olunmasının  elmi  əhəmiyyəti 

vardır. Ona görə də nəşr olunması məqsədəuyğundur.



Azərbaycan  MEA Arxeologiya 

və Etnoqrafiya İnstitutunun 

«Müasir dövr etnoqrafiyası»

şöbəsinin müdiri:

TƏSDİQ  fcl> I * * M

 

Azerbaycan



M'liı  l.lntl.:  Akademiyası 

А*че,'!<јфуа ve btnoqrafi 

>--,; !uw;nun  «İmi

кааг


tarix elmlər namizədi 

Emil Kərimov

- 3   -



Giriş

Orta  əsrlər  tarixi  rəngarəng  hadisələrlə  zəngin  olan 

uzun  bir  dövrdür.  Bu  dövrdə  bəşər  cəmiyyətinin 

həyatında maddi və mənəvi mədəniyyətin  xeyli inkişafı 

nəzərə  çarpır.  Ümumilikdə,  bu  dövr V  əsrdən başlamış 

XVII  əsrin  ortalarına  qədər  davam  etmişdir.  “Medi  um 

aveum”un  (orta  əsrlərin)  ən  maraqlı  dövrü  isə  erkən 

orta  əsrlərin  sonu,  inkişaf  etmiş  orta  əsrlər  dövrünün 

əvvəli — IX-XII əsrləri əhatə edir.  Bu dövrdə  vətənimiz 

Azərbaycanın  tarixi  də  çoxlu  hadisələrlə  zəngin 

olmuşdur. 

Belə  ki,  VII  yüzilliyin  əvvəllərində 

Vətənimiz  şimaldan  gələn  xəzərlərin  (türklərin),  həmin 

əsrin  ortalarına  yaxın  isə  cənubdan  gələn  ərəblərin 

hücumlarına  məruz  qalmışdır.  Azərbaycanın  taleyində 

həlledici  dəyişikliklərə  səbəb  olan  ərəb  və  xəzər 

hücumları 

nəticəsində 

Albaniyanın 

dövlət 


müstəqilliyinə, 

Adurbadaqanın 

isə 

hətta 


daxili 

müstəqilliyinə  də  son  qoyulmuşdur.  Albaniya  və 

Adurbadaqan 

torpaqları 

geniş 

ərazili 


Ərəb 

imperiyasının  tərkibinə  qatılmışdır.  IX  əsrdə  isə  Ərəb 

ağalığına  qarşı  vuruşan  Xürrəmilər  hərəkatı  bütün 

Azərbaycanı bürüdü və bir növ Azərbaycanın böyük bir 

hissəsində  “Xürrəmilər  hakimiyyəti”  yarandı.  X  əsrin 

əvvəlləri  Xilafətin ucqarlarmdakı hakim və  canişinlərin 

separatizminin güclənməsi, mərkəzi

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

* 4 *


hakimiyyətdən  yarımasılı  və  ya  müstəqil  dövlət 

qurumlarının  yaranması  ilə  əlamətdardır 

Bu  dövrdə 

Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan  Talış 

vilayətinin tarixi  də Vətənimizin tarixi  ilə  birbaşa bağlı 

olmuşdur.  Qeyd  edildiyi  kimi,  VII  əsrdə  Ərəbistan 

yarmadasında  Ərəb  Xilafəti  yarandıqdan  sonra  ərəblər 

geniş işğallar yoluna qədəm qoydular.  Bu zaman Şərqin 

bir  çox  digər  dövlətləri  kimi  Azərbaycan  və 

Azərbaycanın  digər  vilayətləri  kimi  Taylasan  (Talışan) 

da ərəblərin hücumlarına məruz qalmışdır. Tarixçi 

əl- 


Bəlazurinin verdiyi  məlumata  görə  Cənubi  Azərbaycan 

əhalisi  artıq  xəlifə  Əli  ibn  Əbu  Talibin  xəlifəliyi 

dövründə  (656-661)  islamı  qəbul  etmiş,  “Quran” 

oxuyurdu1

 2.  Qeyd  etmək  lazımdır  ki,  Əmirəlmöminin 

Əli ibn Əbu Talib Xilafətin  şimal torpaqlarında islamın 

yayılmasına  zahiri  xəlifəliyi  dövründə  xüsusi  diqqət 

yetirmişdir  .  Bunun  səbəbini  isə  müasir  dövrümüzün 

İranlı islamşünası Mehdi Pişvayi belə izah edir :

“Yeni  İslam  hökümətinin əsas  düşmənlərindən  biri Roma 

imperiyası  (Bizans  imperiyası  nəzərdə  tutulur  -   E.K.) 

olmuşdur  .  Roma  daima  İslamı  şimal  tərəfdən  hədələyirdi  . 

Peyğəmbər  (səllallahu  əleyhi  və  alih)  ömrünün  son 

anlarınadək 

Roma 

imperiyasının 

təhlükəsindən 

qafil 

olmamışdı .”3

Müasir  İranın  görkəmli  dinşünası  Seyyid  Rza 

Nüseyninəsəb 

“Şübhələrə 

cavablar” 

kitabında



Ə r ə b   m ü ə l l i f  l ə r i   T a l ı  ş  h a q q ı n  d a

1 Azərbaycan tarixi, 7 cilddə II cildi, B .,  1998 , s.  8.

2 Yenə orada : s.  187 .

3 M, Pişvayi; Məsum imamların həyatı, Tehran, 2005. s. 32.

-5  -





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə