Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə14/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   ...   11   12   13   14   15   16   17   18   19

məlumat  verənlərdən  biri  məhşur  coğrafiyaşünas- 

səyyah İbn-Xordabehdir.

“Cavahimameyi-Lənkəran”ın 

müəllifi 

Səidəli 

Kazımbəy 

oğlu 

Boradigahi 



problem 

ətrafında 

düşünərək  maraqlı  mülahizələrini  söyləmişdir.  0,1869- 

cu  ildə  yazmış  olduğu 

adıçəkilən  əsərində  “talış” 

sözünün  qədim  İran  dillərində  “Təyalis”  sözündən 

yarandığını  ehtimal  edir.  Müəllifin  “Təyalis”in  (Talış) 

mənası 


haqqında 

üç 


ehtimalı 

var. 


Səidəli 

Kazımbəyoğlunun bir ehtimalı aşağıdakı kimidir:



“Birincisi  -  Təyaiisan  sahibləri.  Təyalisan  başa  və  çiyinə 

salınan  geyim  adıdır.  Bu  yerdə  çox  vaxt  yağış  yağdığı  üçün, 

yağışdan  qorunmaq  məqsədi  ilə  adi  kisədən  düzəldilmiş 

geyimdən  istifadə  olunurmuş.  Bu  adətə  indi  də  rast  gəlmək 

olur.”65

Apardığımız  etnoqrafik müşahidələrdən bəlli  olur ki, 

adi  kisənin  bir küncünü  digər  küncünün  içərisinə  daxil 

etməklə  ucu  şiş  olan  yağışdan  qoruyucu  baş  və  çiyin 

geyimi əldə etmək olur.

Bir  məlumatı  da  qeyd  edək  ki,  buna  oxşar  ifadə 

saklara  da  aiddir  və  məlumdur  ki,  e.ə  VII  əsrdə 

“şişpapaq saklar” Manna ərazisinə gəlmişlər.  Ola bilsin 

ki,  bu  ad  əvvəllər  köçəri  “şişpapaq  saklaf’m  talışların 

yaşadıqları  bugünkü  torpaqların  ucqar  şimalında



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

65 Səidəli Kazımbəy oğlu. Cəvahimameyi-Lənlcəran, Lənkəran,  1988, 

(Makina çapı ilə Lənkəranlı MirSalam Babayev tərəfindən 

hazırlanmişdır.) s. 6.

- 5 4 -

Cəlilabad  -  Biləsuvar  ərazisində  məskunlaşması  ilə 



onlara  aid  edilmiş,  sonralar  isə  qonşular  Kadusiya 

ölkəsində yaşayan  bütün əhaliyə bu adı  şamil  etmişlər. 

“Sakala” sözünün talış dilində açması elə “başı papaqlı” 

deməkdir.

Bizim  əsərin  “X  əsr müəllifləri  Talış  haqqında”  olan 

bəhsində  qeyd  etdiyimiz  kimi,  Cəlilabad  rayonunun  ən 

qədim  adlarından  biri  Həməşora  olmuşdur.  Bəzi 

tədqiqatçılara görə bu ad əslində “Haoma şirə” şəklində 

olmuşdur.  Məlumdur  ki,  yunan  tarixçisi  Herodot  öz 

“Tarix”  əsərində  saklardan  bəhs  edərək  onları  dörd 

qrupa  ayırmış  və  onlardan  bir  qrupunu  “haoma  şirəsi 

hazırlayan  sakalar”  adlandırmışdır.  Diqqət çəkən  digər 

bir 

məqam  həm  kadusilərin,  һәш  də 



sakalarm 

Herodotun 

“Tarix” 

əsərində 

XI 

Satraplıqda 



yaşandıqlarının göstərilməsidir.

Digər  bir  antik  yunan  müəllifi  Strabonun  sakalar 

haqqında 

məlumatını 

təhlil 

edərkən 


Qiyasəddin 

Qeybullayev  belə yazır :



“Strabon  (I  əsr)  Atropatena  ərazisində  Sakasena  adlı 

əyalətin  adını  qeyd  edir  (Strabon  XI,7,2).  Bu  ad  saka 

etnonimindən  və  mənsubiyyət  bildirən  “sin”  şəkilçisindən 

ibarətdir.  Həmin  Sakasena  (əslində 

Sakaşin)  Astara 

rayonunun  ərazisində  Sakaşon  və  Sakşon  toponimlərində

indiyədək  qalmışdır.  Buradan  belə  nəticəyə  gəlmək  olar  ki,

/

t



e

/

Ə r ə b   m ü ə l l i f   l ə r i   T a l ı ş   h a q q ı n d a

- 5 5 -



Sakaşin  talışların 

əcdadları  olan  kadusların  ərazisində 

yerləşirdi.”66

Bu  ehtimalı  qəbul  etsək  onda  sakaların talış  xalqının 

etnogenezində  müəyyən  rolunun  olduğunu  qəbul 

etməliyik. Lakin onu da qeyd etmək olar ki, əgər sakları 

türkdilli  tayfalar  kimi  qəbul  etsək  onların  buraya 

gəlişini  türkdillilərin  talış  torpaqlarına  ilk  axınlarından 

biri  kimi  dəyərləndirilməlidir.  Y ox,  əksinə  əksər 

müəlliflərin  qəbul  etdiyi  kimi  sakları  İrandilli  kimi 

qəbul  etsək  belə  bu  halda  onların  Talış  torpaqlarında 

məskunlaşması  başa  düşüləndir.  Çünki,  tarixşünaslıqda 

artıq  qəbul  edildiyi  kimi,  müəyyən  səbəblər  üzündən 

yerlərini  dəyişən  tayfalar  əksərən  özlərinə  yaxın  (dil 

cəhətdən) 

və 


qohum  olan  tayfalarla  yanaşı 

məskunlaşmağa üstünlük vermişlər.

Yenidən,  əsas  mövzuya  qayıdıb  demək  istərdik  ki, 

Səidəli  Kazımbəy  oğlu  Boradigahinin  irəli  sürdüyü 

“təyalisan  sahibləri”  mülahizəsi  də  “talış”  sözünün 

formalaşmasında müəyyən rol oynaya bilərdi.

Daha sonra Səidəli Kazımbəy oğlu yazır:

“İkincisi:  “Məcməül  bəhreyn”  kitabında  talış  sözü  saf, təmiz 

və  hər  bir  nöqsandan  uzaq  kimi  qeyd  edilir.  Bu  da  ona 

görədir ki, bu yerin adamları doğru danışan, ürəyi təmiz, hər 

cür hiylə-piylədən uzaq adamlardır.”67

Ə r ə b   m ü ə l l i f  l ə  r i  T a  l ı ş   h a q  q ı  n d  a

66 Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən, B ., 

1994, s.  157

67 Səidəli Kazımbəy oğlu. Göstərilən əsər, s. 6.

- 5 6 -

Nəzərə  alsaq  ki,  “talis”  sözü  ərəb  dilində  yuxarıda 



göstərilən  mənanı  verir  və  talış  adının  ilk  forması 

“taylasan”  ilk  dəfə  ərəb  mənbələrində  çəkilir,  bu 

ehtimalın  da  müəyyən  əsası  vardır.  Lakin,  bu  ad 

görünür  nə  Əməvilərin,  nə  də  Abbasilərin  dövründə 

deyil,  onlardan  daha  əvvəl  verilmişdir. 

Çünki, 


Abbasilər XüiTəmi hərəkatının  sahibləri  olmuş bu xalqı 

və  öz  düşmənlərini  saf,  təmiz  adlandırmazdılar.  Böyük 

ehtimal ki, bu  ad talışlara şiələrin birinci imamı Həzrəti 

Əli  ibn  Əbu  Talibin  dövründə  verilmişdir.  Çünki, 

talışlar 

məhz 


Əlinin 

xilafəti 

dövründə 

islamı 


könüllülüklə qəbul etmişlər.

Bu  fikri  rus  müəlliflərindən  D.İlyin  də  qeyd  edərək 

yazırdı  ki,  talışlar  həqiqətən  də  təmiz  əxlaqa,  sakit 

həyat  tərzinə  malikdirlər.  Sonra  müəllif vurğulayır  ki, 

onlar qarət və oğurluğu sevməzlər.

“Cavahimameyi-Lənkəran”m 

müəllifi 

həqiqətə 

uyğun  hesab  etməsə  də  “talış”  sözüylə  bağlı  əsərində 

bir fikiri də verir:



“Bəzilərinin  fikrinə  görə  “talış”  sözü  “tülüş”  sözündən 

əmələ  gəlmişdir.  “Tül”  talış  dilində  “palçıq”  mənasını  verir. 

Tülüş, yəni palçıqlı yer deməkdir.

Bu  fikrə  istinad  edənlər sübut etməyə  çalışırlar ki,  Talışda 

ilin çox vaxtı yağış yağdığı üçün  palçıq çox olur. Ona görə  də 

bu#er Tülüş adlanır. Əlbəttə, bu şərh həqiqətdən uzaqdır.68

/

68  Yenə orada.



Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

Ö ■

- 5 7 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə