Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə5/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   2   3   4   5   6   7   8   9   ...   19

(705  -715)  başlamış  və  Harun 

ər-Rəşidin  xəlifəliyi 

dövrünə  qədər  (786  -  809)  davam  etmişdir.  Bəs  tarixi 

Azərbaycan  torpaqlarının  mərkəzində  yerləşən  ət- 

Taylasanm  adının  azad  olan  torpaqlarla  bir  yerdə 

çəkilməsinin səbəbi nə idi?

Nailə  Vəlixanlıya  görə  İbn  Xordabeh  adı  çəkilən 

əsərini əl-Mötəsimin hakimiyyəti illərində (833-942) əl- 

Cibəl  vilayətində  poçt  rəisi  işlədiyi  illərdə  yazmışdı. 

833-837-ci  illər  isə  Xürrəmilər  hərəkatının  ən  qızğın 

dövrünə  təsadüf  edir.  Nəzərə  alsaq  ki,  Taylasan 

torpaqları  Babək  Xürrəminin  ən  əsas  istinadgahlarının 

yerləşdiyi  ərazi  olmuşdur,  o  zaman  nə  üçün  Taylasan 

(Talışan)  torpaqlarının  adının  müstəqil  yaxud  ərəblərə 

tabe  olmayan  ərazilər  sırasında  çəkildiyi  məlum  olar. 

Konkret deyilsə,  Taylasan torpaqları  bu zaman Xilafətə 

deyil  ,  Babəkə tabe  idi.  Hətta Babəkilərin  əsas  mərkəzi 

Bəzzin 


Lənkəran 

və 


Ərdəbil 

arasında 

уerləşdiyini15görkəmli  tarixçi  Z.İ  Yampolski  də  təsdiq 

edir.  H.Kəlbiyevin “Bəlləbür Bəzzdir” əsərində də bunu 

sübut  edən  əsaslı  faktlar  göstərilmişdir16.  Sonuncu 

fəsildə bu mövzuda təhlillər verildiyi üçün burada geniş 

təhlil  verməyə  lüzum  yoxdur.  Lakin  zaman  keçdikcə 

Taylsan  torpaqlarının  bir  hissəsi  Xürrəmilərin  əlindən 

çıxmağa başlamışdı.

“Taylasan” sözünün özünə gəldikdə isə bu söz yalnız 

və  yalnız  “talış”  sözünün  cəm  formasından  başqa  bir

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

|5З.И.Ямполский. Восстание Бабека, Б.  ,  1941, с.28.

H.Kəlbiyev. Bəlləbür Bəzzdir, Ekologiya, fəlsəfə, mədəniyyət elmi 

məqalələr məcmuəsi, 20-ci buraxılış, B .,  1999, s. 43.

-  1 8 -

şey  deyildir.  İlk  məxsusi  adı  “sataquş”  olan  və  hətta 

Bisutunda  da  həkk  olunan  bu  xalqın  adının  “talış” 

şəklinə 


düşməsindən 

danışarkən 

müasir 

İran 


tədqiqatçısı,  tatşünas  və  talışşünas,  Azərbaycan  Milli 

Elmlər Akademiyasının fəxri doktoru Əli Əbdoli yazır:



“ Talış xalqına məxsus adın ilk formasının sataquş olduğu, 

Haxəmənişi (Əhəməni) kitabələrində bu  adm yazıya düşdüyü 

və  sonra  onun  heç  bir  qaynaqda  qeyd  olunmadığı  nəzərə 

alınarsa,  onda  Haxamənişilərdən  sonrakı  dövrlərdə  sataquş 

adı  taquş  şəklinə  düşməlidir  və  belə  olan  surətdə  kadus  adı 

taquş  adının  qeyri-şərtsiz  yunan  variantı  olacaqdır.  Taluş  -  

talış  adı  isə  taquş  adının  daha  sonrakı  dövrlərdə  təşəkkül 

tapmış İran tələffüzüdür.”17.

Beləliklə,  “taquş”u  yunanlar  “kadus”  ifadə  etdiyi 

kimi,  ərəblər  də  “talış”  sözünü  “taylis”,  “taylas” 

şəklində ifadə etmişlər.  Sözün sonuna artırılan “-an”, 

on”  şəkilçisi  isə  bir  çox  İrandilli  xalqların  dillərində 

olduğu kimi talışca da cəm şəkilçisidir18.

İbn-Xordadbeh  “Azərbaycan  mahalının  şəhər  və 

rustaqlan”  haqqında  olan  hissədə  dolayısı  ilə  Taylasan 

torpaqlarının 

siyasi 


tarixinə 

də 


toxunmuşdur. 

Tədqiqatlar  göstərir  ki,  əsasən  Xürrəmilər  hərəkatı 

yatırıldıqdan  sonra  Taylasan  torpaqları  bölünərək  ayrı- 

ayrı  vilayət  rustaqlarma  tabe  edildi.  Bu  vilayət 

rustaqları  sırasında  Ərdəbil  və  Bərzənd  rustaqlan 

mühüm  yer  tuturdu.  Əsərində  Xordadbeh  Ərdəbil



Ə r  ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

17 Ə. Əbdoli. Kaduslann tarixi, Tehran, 2002, s. 23.

18 Məlumat üçün bax:  Ş. Ə.  Sadıxzodə. Talış dilinin qrammatikası, 

Sankt-Peterburq , 2002 (Azərbaycan dilində)

-  1 9 -



canişininin 

Məhəmməd 

ibn 

ər-Rəvvad 



əl-Əzdi 

olduğunu göstərir. O, yazır:



“əl-Marağa,  əl-Məyanic, 

Ərdəbil, 

Varsan,  Sisər,  Bərzə, 

Saburxast,  Təbriz  (canişini)  Məhəmməd  İbn  ər-Rəvvad  əl- 

Əzdidir.”

Taylasan  torpaqlarının  qərb  hissəsi,  təqribən,  indiki 

İran  İslam  Respublikasının  Ərdəbil  ostanmm  Ərşaq, 

Nəmin  nahiyyələri19  o  zamandan  başlayaraq  Ərdəbil 

rustaqına tabe edilmişdir.

Məhəmməd  ibn  ər-Rəvvad  əl-Əzdi  X  əsrdə 

Azərbaycanda  öz  dövlətlərini  yaratmış  Rəvvadilər 

sülaləsinə  (983-1060)  mənsub  bir hakim  olmuşdur.  Əl- 

Yəqubi  də  xəbər  verir  ki,  Təbrizdən  Bəzzədək  olan 

bütün  torpaqlar  Rəvvada  verilmişdi.  Babəkin  məğlub 

edilməsindən  sonra  nəinki,  Ərşaq  və  Nəmin,  hətta 

Azərbaycan  Respublikasının  indiki  Astara,  Lerik, 

Lənkəran rayonları  da Rəvvadilərin  hakimiyyəti  altında 

olmuşdur.  Qardaşı  əl-Vəcnədən  sonra  hakimiyyətə 

gəlmiş  Məhəmməd  bir  müddət  müstəqil  şəkildə 

hakimiyyət  sürmək  üçün  Xilafətə  qarşı  çıxmışdır. 

Bunula bağlı  olaraq,  7  cildlik “Azərbaycan tarixi”nin II 

cildində göstərilir:



əl-Yəqubi  verdiyi  məlumatında  Xürrəmiilər  hərəkatının 

təsiri  ilə  Xilafətdən  təcrid  olaraq  nisbi  müstəqillik  əldə  edə 

bilmiş  hakimlər  sırasında  Məhəmməd  ibn  ər-Rəwadın  da 

adını çəkmişdir.”20

Ə r ə b   m ü ə l l i f  I ə r  i  T a l ı ş   h a q q ı n d a

‘° Bax: xəritə Si ostan İran ,  Tehran,  2006.

20 Azərbaycan tarixi, 7 cilddə II cildi, B .,  1998, s. 338.

- 2 0 -


Qeyd  etmək  olar  ki,  Məhəmməd  və  ümumilikdə, 

Rəvvadilər 

etnik 

mənsubiyyətcə 



Yəmənli 

əzd 


qəbiləsindən olmuşlar.

İbn 


Xordabeh 

əsərində 

Bərzənd 

rustaqının 

canişininin  isə  Əli  ibn  Murr  olduğunu  göstərir.  Əli  ibn 

Murrun  hakimiyyəti  digər  Azərbaycan  torpaqları  ilə 

yanaşı  Taylasanm  şimal  torpaqlarının  bir  hissəsini  də 

əhatə  etmişdir.  Bərzənd  rustaqı  çox  ehtimal  ki, 

Azərbaycan Respublikasının indiki Yardımlı və Masallı 

rayonlarının 

əraziləri, 

həmçinin, 

İran 

İslam 


Respublikasının  indiki 

Ərdəbil 


ostanmm  Germi 

nahiyyəsini əhatə etmişdir.

Orta  əsrlərdə  Azərbaycan  və  talışların  yaşadığı 

torpaqlar  haqqında  əsərində  məlumat  verən  digər  bir 

ərəb coğrafiyaşünası IX əsrin sonu X əsrin əvvəllərində 

yaşamış  Əhməd  İbn  əl-Fəqih  əl-Həmədanidir.  İranın 

Həmədan  şəhərində  anadan  olan  İbn  əl-Fəqih  5  cildlik 

“Kitab əl-buldən” (“Ölkələr kitabı”) kitabını 902-ci ildə 

yazmışdır.  Əl-Həmədani  Azərbaycan  hüdudları,  ərəb 

işğalı,  Azərbaycanın  şəhərləri  və  Xilafətə  verdiyi 

xəracın  miqdarı  haqqında  geniş  məlumat  vermişdir. 

Digər  ərəb  coğrafiyaşünas-səyyahları  kimi  onun  da 

haqqında 

bəhs  etdiyi  Bərzənd,  əl-Avdi  kimi 

məntəqələri  fikrimizcə  talışların  yaşadığı  torpaqlarda 

axtarmaq  daha  düzgün  olardı.  Artıq  Azərbaycan 

tarixşünaslığında  da 

bu  fikir  qəbul  edilmişdir  ki, 

Bərzənd  adlanan  yaşayış  məntəqəsi  Talış  torpaqlarının

ə  r ə b   m ü ə l l i f  l ə r i   T a l ı ş   h a q q ı n d a   .

- 2 1   -




Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə