Ə r ə b m ü ə L l I f L ə r I t a L ı ş h a q q ı n d a



Yüklə 3,56 Mb.
Pdf görüntüsü
səhifə6/19
tarix22.07.2018
ölçüsü3,56 Mb.
#58074
1   2   3   4   5   6   7   8   9   ...   19

qərbində  yerləşmiş  bir  yaşayış  məntəqəsi  olmuşdur21. 

Bu 


cəhətdən 

Bərzəndin 

yerini 

Azərbaycan 



respublikasının  indiki  Lerik  və  Yardımlı  rayonları  və 

İran  İslam  Respublikasının  Ərdəbil  ostanının  indiki 

Germi,  Meşkinşəhr,  Nəmin  nahiyyələri  ərazisində 

axtarmaq daha  düzgün  olardı.  İbn  əl-Fəqih Bərzənddən 

bəhs edərkən yazır:

“Bərzənd  kənd  idi.  Əl-Afşin  Babəklə vuruşduğu  günlərdə 

burada düşərgə salmış, möhkəmlətmiş və abad etdirmişdi.”

Böyük ehtimalla bu ad - yəni, Bərzənd adı bu əraziyə 

Babəkilərin  üsyanları  dövründə  və  yaxud  az  sonra 

ərəblər  və  ya  ərəb  ağalığını  qəbul  etmiş  farslar 

tərəfindən  verilmişdir.  Çox  ehtimal  ki,  “Bərzənd” 

‘ kafirlərin  qapısı”  və  ya  “zındıqların  yaşadığı 

torpaqların  qapısı”  mənasını  verir  .  Yəni  ,  bu  söz  fars 

dilində 


“j*w  (“bər”)22-qapı  və  “  o  

j

 



с

А

с



^  j ” 

(“■Zındıq”) 

-zındıq, 

dinsiz, 

kafirlər 

sözlərinin 

birləşməsindən  əmələ  gəlmişdir.  Sonralar  isə  bu  söz 

dəyişilərək  “Bərzənd”  formasına  düşmüşdü.  Təsadüfi 

deyildir  ki.  Məhəmməd  Üvfi  “Cavame-əl—

hekayət  və 

ləvame-ər rəvayət” adlı əsərində yazır:



“Mötəsim  dövründə  baş  verən  ən  böyük  hadisələrdən  biri 

Babək hərəkatı idi. O, zındıq idi ...”23

Lakin  bu  heç  də  o  anlama  gəlməməlidir  ki, 

Xürrəmilər  həqiqətən  də  islamı  qəbul  etməmiş  və

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

21  Azərbaycan tarixi xəritələri, (“Azərbaycan 9-cu əsrin ikinci 

yarısı -   10-cu əsrdə”xəritəsi.), B .,  1994.

22 Bax: Ərəb və Fars sözləri lüğəti (B.T. Abdullayev, Ə.Ə. Orucov, 

Y.Z. Şirvaninin redakrəsi ilə), B .,  1985. s. 51.

23 S. Nəfisi. Azərbaycan qəhrəmanı Babək Xürrəmdin, B.  1990, s. 6.

- 2 2 -

dinsiz,  kafir  olmuşlar.  Qeyd  etmək  yerinə  düşər  ki, 



Xürrəmiləri ən qüdrətli lideri olmuş Babəkin  adını bəzi 

orta  əsr  müəllifləri  (Təbəri  və  digərləri)  Həsən  kimi 

göstərirlər.  Saleh  İldırım  “Babək  Xürrəmdin  ya  Bay 

Bək  Şaman?”  məqaləsində  Babəkin  islamçı  olduğunu 

qəbul  etməsə  də,  Məsudinin  Babək  haqqında  maraqlı 

bir fikrini verir:



“Məsudi iddia edir ki, Babək bir dəfə islamı qəbul edib və 

Həsən adını götürdü...... ”24

Müasir İran müəllifi Dr.Hüseyn Feyzullahi Vəhid də 

iddia  edir  ki,  Babək  şiədir  və  əsl  adı  da  Həsəndir. 

Əslində,  islam  dininə  mənsub  olan  Babək  Xürrəminin 

bu  adı  Məhəmməd  Peyğəmbərin  nəvəsi,  şiələrin  ikinci 

imamı  Həsən  ibn  Əlinin  şərəfinədir.  Lakin  üsyan 

qaldırmış  əhaliyə  qara  yaxmaq  və  Xilafət  əsgərləri 

arasında  onlara  qarşı  nifrət  hissini  gücləndirmək  üçün 

bu  böhtan  məqsədyönlü  şəkildə  həyata  keçirilirdi. 

“Kafirlərə”  qarşı  “cihada”  gedən hər bir  ərəb  əsgəri  isə 

həlak  olacağı  təqdirdə  cənnətə  gedəcəyinə  inanırdı. 

Çünki, 


“kafir”, 

“dinsizlər”ə 

qarşı 

vuruşmağı 



müsəlmanların  müqəddəs  kitabı  “Qurani-Kərim”  də 

onların  qarşısına  vəzifə  kimi  qoyurdu.  Müqəddəs 

kitabda yazılır :

“Yə 

qatilihum 

hətta 

latəkunə 

fitnətun 

 

yəkunədinu  lillahi  fəinin  təhəv  fəlaudvanə  Ша  ələz 

zalimin “

Yəni  :

Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

24  S. İldırım.  Babək Xürrəmdin ya Bay Bək Şaman?, 2004, s.  11.

-23  -



“Kafirlərlə  cihad  edin  ki,  fitnə  və  fəsad  yer 

üzündən  gedib  din  Allaha  məxsus  olsun.  Əgər 

fitnədən və  döyüşdən  əl çəksələr (onlarla ədalət edin 

ki)  çünki,  zülm  zalımlardan  başqasına  rəva 

deyildir.”25 

Və yaxud  :

“Və  qatilufi  səbilillahi  vələmu  ənnəllahə  səmiun 

əlim.”

Y əni:

“Allah  yolunda  cihad  edin  və  bilin  ki  ,  Allah 

xalqın 

dediklərini 

və 

etdiklərini 

eşidən 

 

biləndir.”26

Hətta  İranın  yəhudi  əsilli  tarixçisi  Səid  Nəfisi

Xürrəmiləri  Məzdəkilərin  ideya  varisləri  kimi  verməyə 

çalışsa  da  etiraf  etmişdir  ki,  orta  əsr  mənbələrinin 

çoxunda  Xürrəmilərin  məsləki  haqqında  yazılanlar 

qərəz  və  böhtan  xarakteri  daşımışdır.27  Əslində,

Xürrəmilər 

hərəkatını 

dini 

hərakat 


kimi 

qiymətləndirmək 

fikrindən 

daşınmaq 

lazımdır.

Ümumiyyətlə, 

Babəkin 

şiə 


məzhəbli 

müsəlman


olmasına  baxmayaraq  bu  hərəkat  nə  sırf  şiə,  nə 

atəşpərəst,  nə  xristian,  nə  sünni,  nə  zərdüşti,  nə  şaman 

hərəkatı  olmamışdır.  Babəki  şamanist  kimi  vermək 

istəyən  Saleh  İldırım  da  “Babək  Xürrəmidin  ya  Bay 

Bək şaman?” əsərinin sonunda etiraf edir ki:

Ə r ə b   m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

25 “Qurani-Kərim”,  Bəqərə surəsi,  193-cü ayə.

26 “Qurani-Kərim”,  Bəqərə surəsi, 244-cü ayə.

27  S. Nəfisi. Azərbayca qəhrəmanı Babək Xürrəmdin, B .,  1990, s.  8.  '

- 2 4 -

“Babəkin 

üsyanı 

milli-azadlıq 

üsyanıdır. 

Abbasi 

xəlifələrinin 

islamdan 

çıxmış 

hərəkətlərinə, 

işğalçılıq 

siyasətinə qarşı yönəlmişdir.”28.

Fehrest iddia edir ki,  onlar heç bir dini rədd ya təhqir 

və  təzyiq  etmirdilər...  Onların  inancında  bütün  dinlər 

düzdür, yetər ki,  yaxşı əməli dəyərləndirib  və pis  əməli 

cəzalandırsın...29. 

İranlı 


müəllif 

Zərrinkub 

da 

Xürrəmilər haqqında maraqlı bir məlumat vermişdir.  O, 



yazır:

“Müqəddəsi  deyir:  xorrəmilər  məcbur  olmasalar  qan 

tökməzlər, başqaları ilə yumşaq davranırlar...”30.

Həqiqət  budur  ki,  Xürrəmilər  hərəkatından  bəhs 

edərkən  Xürrəmilərin  inancları  ilə  Babəkin  inancını 

qarışdırmamaq  lazımdır.  Həsən  ibn  Abdullahın,  yəni 

Babək  adı  ilə  tanıdığımız  şəxsin  dini  mənsubiyyətcə 

islamçı  şiə  olduğu  şəksizdir.  Xürrəmilərin  içində  isə 

müxtəlif  dinli,  müxtəlif  təriqətli  insanlar  olmuşdur. 

Əgər,  Babək  Allahlıq  iddiasına  düşüb,  İslam  dininə 

qarşı  vuruşsa  idi,  ərəb  və  müsəlman  olan  Əzrək 

Babəkin  sərkərdəsi  olmazdı.  Əgər,  Xürrəmilər  vahid 

Allaha 

qarşı 


çıxırdılarsa, 

niyə 


xristian 

Bizans 


imperatoru Feofil Babəkə yardım edirdi?_Məlumdur ki, 

Babək  ərəb  ordusunun  Azərbaycandan  çıxarılmasına 

nail  olmaq  məqsədilə  834  -  836-cı  illərdə  Bizans 

imperatoru  Feofillə  Xilafətə  qarşı  ittifaq  bağlayıb. 

Hətta,  837-ci  ildə  imperator  ərəblərə  qarşı  qoşun  da 

göndərmişdi.  Bu halda  sual  oluna bilər ki,  əgər Babək



Ə r ə b  m ü ə l l i f l ə r i   T a l ı ş   h a q q ı n d a

28 S. İldırım.  Babək Xürrəmdin ya Bay Bək Şaman?, 2004, s. 20.

29 Göstərilən əsər, s. 11.

30 Dr. Əbdülhüseyn Zərrinkub, “2 qəm sükut”,  s.. 213-214.

- 2 5 -



Yüklə 3,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə