qapısına”) - Afşinin iqamətgahına gətirilməsi ilə
əlaqədar çəkilmişdir. Ehtimal etmək olar ki, Xürrəmilər
hərəkatının və Məzyər üsyanının yatırılmasına görə
Sacilərə mülk olaraq verilən torpaqlar sırasında
Taylasan və Təbəristan torpaqlarının bir hissəsi də
olmuşdur.
Böyük Sacilər dövlətinin yaradıcısı isə Əbu Sac oğlu
Məhəmməd hesab olunur. O, xəlifə tərəfindən 889-ci
miladi ilində Azərbaycanın hakimi təyin olunmuşdu.
Məhəmməddən sonra hakimiyyətə gəlmiş Yusifin
dövründə Sacilər dövlətinin ərazisi qərbdə Ani və Dvin
şəhərlərindən başlamış şərqdə Xəzər dənizinədək,
cənubda Zəncandan şimalda Dərbəndədək (Bab əl-
Əbvab) olan torpaqları əhtə etmişdir. Ehtimal ki, bu
dövrdə Taylasan torpaqları Sacilərin tam asılılığında
idi.
“Beləliklə, Sacilər daha zəif qonşuların mülklərini
birləşdirərək güclü dövlət yaratmağa nail oldular.”40
Sacilər dövlətinin hakimiyyəti dövrü Taylasan
torpaqlarının həyatında nisbətən durğunluq dövrü kimi
xarakterizə oluna bilər. Çünki, Xürrəmilər hərəkatının
yatırılmasından sonra burada çoxlu əhali qırılmış, şəhər
və kəndlər xarabazara çevrilmişdi. Əhalinin sayının
azalması təbii olaraq birbaşa məhsuldar qüvvələrin
inkişafına ciddi zərbə vurdu.
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
40 Azərbaycan tarixi. 7 cilddə II cildi, B . , 1998, s. 289.
- 3 4 -
Lakin, tezliklə Taylsan torpaqlarının cənub hissəsi,
yəni, Deyləm yenidən tarix səhnəsində mərkəzlik
rolunu üzərinə götürür . 938-ci ildə Deyləm hakiminin
sərkərdəsi Ləşkəri ibn əl-Mərdi Sacilər üzərinə hücum
edərək sonuncu Saci hökümdarı Deysəmə tabe yerlərin
çoxunu tutub Ərdəbili mühasirəyə aldı. Lakin, bundan
xəbər tutan Deysəm Ləşkərinin qoşunlarına arxadan
zərbə
vurmaqla
Deyləm vilayətinin
ordusunu
darmadağın edir. Bundan sonrakı hadisələr isə
“Azərbaycan tarixi”ndə belə əks olunur:
“Əvvəlcə Muğana, dostu olan yerli hakimin yanına qaçan
Ləşkəri , oradan yardım üçün Gilana gedir . Topladığı min
nəfərlik dəstə ilə Deysəmin Araz çayının sol sahilində saldığı
düşərgəsinə hücum edən Ləşkəri Sacilərin qoşununu əzə bildi
. Reyə doğru geri çəkilən Deysəm şəhərin hakimi Vuşməgirlə
ittifaqa girib, Ləşkərinin əleyhinə kürdlərdən və başqa
tayfalardan qoşun topladı .”41
Amma adı çəkilən kitabda Ləşkərinin muğanlılardan,
Deysəmin isə kürdlərdən kömək istəməsinin səbəbi
açıqlanmır. Məlum olduğu kimi, türk-Saci ordusunun
məlumatlarını ələ keçirmək üçün İrandilli giləklər və
taylasanlılardan
deyil,
bu
zaman
Muğanda
məskunlaşmış türk tayfalarından istifadə etmək Ləşkəri
üçün daha əlverişli idi . Eyni hərbi taktikanı
Deyləmlilərə qarşı tətbiq edən Deysəm Saci isə dil
cəhətcə giləklər və taylasanlılarla qohum olan kürdləri
ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
41 Yenə o ra d a .
- 3 5 -
öz qoşununun
belə demək mümkünsə, “kəşfiyyat
sistemi nə cəlb etmişdi. Nəhayətdə, Deyləm ordusunun
rəhbəri Ləşkərinin sui-qəsdlə öldürülməsi də bunu
sübut edir.
Lakin, bütün bunlara baxmayaraq Deyləm hakimi
Salar Mərzban ibn Məhəmməd 941-ci ildə Sacilərin
torpaqlarına hücum edir. Hakimiyyəti Deysəmdən
alaraq, Sacilərin Taylasan torpaqlarındakı təqribən 40
illik ağalığına son qoyur. Qeyd edək ki, bu hadisədə
Deysəm Sacinin keçmiş vəziri Əli ibn Cəfərin böyük
rolu olmuşdu. Bu və digər daha bir səbəb “Azərbaycan
tarixi”ndə belə şərh olunur:
“941-981-ci illərdə Mərzban ibn Məhəmməd Sacilərin son
nümayəndəsi
Deysəmin
hökümətində
maaliyyə
vəziri
vəzifəsini daşıyan Əli ibn Cəfərin təhriki ilə Azərbaycana
hücum edir. Döyüş zamanı Deysəmin bir çox döyüşçüləri,
əsasən kürdlər və deyləmlilər Mərzbanm tərəfinə keçirlər,”42
981-ci ilə qədər Azərbaycanın əsasən cənub
torpaqlarını hakimiyyəti altında saxlayan Salarilərin
hakimiyyəti həmin ildə Rəvvadilərin (979-1054)
hakimiyyəti ilə əvəz olundu .
Azərbaycanın Xilafət zülmündən azad olması,
müstəqil yeni dövlətlərin meydana gəlməsi iqtisadi
inkişafın sürətlənməsinə səbəb oldu. O zaman üçün
Orta Şərqin ən inkişaf etmiş ölkələrindən biri olan
Azərbaycan
haqqında
X-XI
əsrlərin
ərəb
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
42 Yenə orada.
coğrafiyaşünas-səyyahları
da
geniş
məlumatlar
vermişlər.
Azərbaycan haqqında geniş məlumat vermiş digər bir
ərəb - coğrafiyaşünası X əsrdə yaşamış Əbu-əl-Həsən
Əli ibn əl-Hüseyn ibn Əli əl-Məsudidir. O, ayrıca
olaraq Taylasan və ya burada yerləşən şəhərlərin adını
çəkməsə də, bütün Xəzərsahili bölgələr kimi bu
ərazilərə də rusların basqınları haqqında çox mühüm
informasiyalar verir. XIX əsrin holland ərəbşünası İ. X.
Kramers əl-Məsudidən bəhs edərkən yazır ki, Məsudi
öz dövrünün “ən orijinal coğrafi yazıçısıdır”43. X əsrin
əvvəllərində Bağdadda anadan olmuş əl-Məsudi əslən
ərəb olmuşdur. Ömrünün əksər hissəsini səyahətlərdə
keçirmiş Məsudi 345-ci hicri/965-ci miladi ilində
Qahirədə vəfat etmişdir. O, İran, Təbəristan, Gilan, Çin,
Seylon, Cənubi Ərəbistan, Suriya və Misiri gəzib
dolaşaraq müxtəlif əsərlər yazmışdır. Artıq əminliklə
demək olar ki, Məsudinin bəhs etdiyi dövrdə Taylasan
torpaqları Deyləm və Gilan vilayətlərinə tabe idi. Əl-
Məsudi “Qızıl yuyulan yer və cavarihat mədənləri”
əsərində yazır:
“Bu çay (Volqa) böyük və bolsuludur. Rusların gəmiləri
dənizə səpələndi və Cil (Gilan), Deyləm, Təbəristan, Curcan
sahilindəki Abaskun, neft verən torpaq və Azərbaycan
istiqamətində olan bütün yerlərə basqın etdilər
Ə r ə b m ü ə l l i f l ə r i T a l ı ş h a q q ı n d a
43 N.Vəlixanlı. IX-XII əsr ərəb coğrafiyaşünas-səyyahları Azərbaycan
haqqında, B. , 1974, s. 49.
- 3 6 -
- 3 7 -