Е. S. C ə f ə r o V f I z I k a



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə111/112
tarix26.11.2017
ölçüsü5,01 Kb.
#12930
1   ...   104   105   106   107   108   109   110   111   112

 
293 
 
Kulon itələmə qüvvəsini artırır.  Bu  isə nüvənin  iki qəlpəyə bölünməsinə səbəb 
olur  (şəkil 347).  Alınmış  qəlpələr  
 
  
  işıq sürətinə                             
bərabər sürət alır.                                                                                                                                                 
Bu prosesin ən əhəmiyyətli cəhəti bölünmə    
zamanı   2 - 3  neytronun    əmələ    gəlməsidir   ki,   
bunlar da  nüvələrin  sonrakı   bölünməsini  həyata  
keçirir.  Neytronların   əmələ    gəlməsinin   səbəbi  
aşağıdakı   kimi  izah  olunur.   Neytronlarının   sayı  
protonlarının  sayından çox  olan ağır elementlərin  
parçalanması  cədvəlin  ortasına  yaxın yerləşən və                            
təxminən    eyni    proton   və     neytrona      malik                Şəkil 347.
 
elementlərin  yaranmasına  səbəb  olduğundan,  aydındır  ki,  bu  proses  neytron 
ayrılması ilə müşayiət olunmalıdır. 
Zəncirvari  nüvə  reaksiyaları.
  Artıq  qeyd  etdiyimiz  kimi,  nüvənin 
bölünməsi  zamanı  yaranan  əlavə  neytronlar  öz  növbəsində  qonşu  nüvələrin 
bölünməsini  həyata  keçirəcək  ki,  bu  bölünmə  nəticəsində  də  yeni  neytronlar 
əmələ gələcəkdir. Yaranmış neytronlar  növbəti parçalanmaları  həyata keçirəcək 
və s. Beləliklə də zəncirvari nüvə reaksiyası baş verəcək. 
Zəncirvari  nüvə  reaksiyası  elə  reaksiyaya  deyilir  ki,    bu  reaksiyanı 
yaradan  zərrəciklərin  (neytronların)    özləri    həmin  reaksiyanın  məhsulu  kimi 
yaranırlar. 
Zəncirvari reaksiyanın aparılması üçün neytronun təsiri ilə parçalana bilən 
istənilən  nüvədən  istifadə  etmək  olmaz.  Belə  reaksiyaya  yalnız  uranın  
 
  
   
    
izotopu    yarıyır.    Bu  izotop  təbiətdə  daha  geniş yayılmış     
 
  
   
    izotopunun   
 
  
   
hissəsini təşkil edir. 
Zəncirvari  nüvə  reaksiyasının  baş  verməsi  üçün  heç  də  vacib  deyil  ki, 
əmələ  gələn  hər  bir  neytron  nüvə  parçalanması  yarada  bilsin.  Vacib  odur  ki, 
verilmiş  anda  əmələ  gələn  neytronların  sayı  əvvəlki  andakı  saydan  az  olmasın. 
Bunun  üçün  isə    neytronların  artma  əmsalı  olan    «   »    vahidə  bərabər  və  ya 
ondan böyük olsun. 
Neytronların artma əmsalı dedikdə, verilmiş andakı neytronların sayının 
ondan əvvəlki andakı neytronların sayına nisbəti başa düşülür. 


 
294 
 
        olduqda, reaksiya stasionar rejimdə baş verir və idarə oluna bilir. 
Bu   halda  nüvə  reaksiyasından   istilik   almaq   məqsədi üçün istifadə olunur.  
         olduqda,  reaksiya idarə olunmur və  partlayış baş verir.  
       olduqda  isə  neytronların  sayı  getdikcə,  azalır  (zəncirvari  reaksiya 
baş vermir)  və reaksiya dayanır. 
İdarə oluna bilən nüvə reaksiyalarının baş verdiyi qurğu atom və ya nüvə 
reaktoru adlanır. 
Məlum olduğu kimi, uran nüvəsi, əsasən də  
 
  
   
  izotopunun nüvəsi ləng 
neytronları  daha  effektiv  zəbt  edə  bilir.  Buna  görə  də  təbii  uranla  işləyən 
reaktorlarda    adi  su,  ağır  su  və  ya  qrafir  kimi    neytron  ləngidicilərindən  istifadə 
edilir.  Reaksiyanın  idarə  olunması  üçün  isə  reaktora  daxil  edilə  bilən  və 
neytronları yaxşı uda bilən kadmium, bor kimi çubuqlardan istifadə edilir. 
İstilik nüvə reaksiyaları.
  Çox  yüksək temperaturda yüngül nüvələrin 
birləşməsi istilik nüvə reaksiyası adlanır.  
Günəş  və  ulduzların  enerji  şüalanması  bu  reaksiyanın  hesabınadır. 
Zəncirvari   nüvə  reaksiyasından  fərqli  olaraq, bu  reaksiyanı  hələlik    idarə  etmək  
mümkün  deyil.  Bu  baxımdan  deyterium  və  tritiumun  birləşməsi  ilə  baş  verə 
biləcək reaksiyalar daha perspektivli hesab olunur:  
                                      
 
 
    
 
 
           
 
 
 
 
    . 
Şüalanma  dozası
.  Radioaktiv  şüalanmanın  canlı  orqanizmlərə  təsiri 
şüalanma dozası  ilə xarakterizə olunur.  
Şüalanmanın  udulma    dozası  dedikdə,  şüalanan  maddənin  vahid 
kütləsinə düşən  udulma enerjisi başa düşülür
Şüalanmanın  udulma    dozası       ilə  işarə  olunur    və       
 
 
      kimi  təyin 
edilir.  BS –şüalanmanın udulma dozasının vahid     (    ) –dir  (      
 
  
).   
 
 
 
 
 
 
 


 
295 
 
                                      MÜNDƏRICAT 
MEXANİKA……………………………………………………………………………………………………..     5 
          Kinematika …………………………………………………………………………………………..     5 
                   Vektorlar üzərində əməllər …………………………………………………………..   11 
                  Düzxətli bərabərsürətli hərəkət …………………………………………………….   15 
Orta sürətin tapılması …………………………………………………………………..   18 
Düzxətli bərabərsürətli olmayan hərəkət ……………………………………..   20 
Düzxətli bərabəryeyinləşən hərəkətdə sürət və yerdəyişmə …………   22 
Düzxətli bərabəryavaşıyan hərəkətdə sürət və yerdəyişmə ………….   25 
Çevrə üzrə bərabərsürətli hərəkət ………………………………………………..   29 
         Dinamika ……………………………………………………………………………………………….   35 
Nyutonun I qanunu ……………………………………………………………………..    35 
Nyutonun II qanunu. Qüvvə ………………………………………………………….   38 
Nyutonun III qanunu …………………………………………………………………….   42 
Ümumdünya cazibə qanunu …………………………………………………………   44 
Ağırlıq qüvvəsi ……………………………………………………………………………..    46 
Cismin çəkisi ………………………………………………………………………………..    48 
Elastiki qüvvə ………………………………………………………………………………     51 
Sürtünmə qüvvəsi  ……………………………………………………………………….    57 
Mexaniki iş  ………………………………………………………………………………….    58 
Güc ………………………………………………………………………………………………    60 
İş və cismin hərəkət sürətinin dəyişməsi arasında əlaqə ……............   61 
Ağırlıq qüvvəsinin işi …………………………………………………………………….   62 
Tam enerjinin saxlanması qanunu ………………………………………………     64 
Elastiki qüvvənin gördüyü iş ……………………………………………………….      65 
Sürtünmə qüvvəsinin işi ………………………………………………………………     66 
Qüvvə və impuls ………………………………………………………………………….    66 
Ağırlıq qüvvəsinin təsiri altında hərəkət ………………………………………    69 
Yerin süni peykləri. Kosmik sürətlər …………………………………………….    77 
Sürtünmə qüvvəsinin təsiri altında hərəkət …………………………………     79 
                  Mail müstəvi üzrə hərəkət …………………………………………………………..    81 
         Statika  …………………………………………………………………………………………………    87 
                    Fırlanma olmayan halda cisimlərin tarazlıq şərti ………………………..     88 
                  Fırlanma oxu olan cisimlərin tarazlıq şərti   ………………………………….   88 
                  Tarazlığın növləri …………………………………………………………………………    93 
MOLEKULYAR FİZİKA ……………………………………………………………………………………    95 
                  Materiya. Maddə. Maddə quruluşu haqqında əsas müddəalar…….    95 
                  Nisbi atom və nisbi molekul kütləsi   ……………………………………………     99 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə