Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə10/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

Sizin «Heydər Әliyevin dil siyasəti» əsəri ‐
nizə bu müstəvidən baxır və təqdir edirəm.
O ki, qaldı «Səyahətnamə» əsərinizə, həqiqət
naminə deməliyəm ki, maraqla oxuduğum
bu böyük həcmli kitabınız söhbət açdığınız
20‐dən artıq ölkənin bəzisinin xalqları, tarixi,
coğrafiyası, adət‐ənənəsi, psixologiyası, həyat
tərzi, mədəniyyəti barədə azərbaycanlı oxu‐
culara dolğun məlumat verən ilk əsər olmaq
baxımından böyük dəyər kəsb edir.
Dünyanın bir çox ölkələrində elmi yığın ‐
caq larda və səfərlərdə olan, səfər qeydlərini
çap etdirərək oxucuların mühakiməsinə təq ‐
dim edən akademik Budaq Budaqovun
«Sala tın xanımın uğurlu səfərləri» və kitabın
redaktoru, şair‐alim Fəridə Ləmanın «Ayaq ‐
ların və qələmin yorulmasın» adlı maraqlı
məqalələri kitabın məziyyətlərindən söz açır.
Kitabda qədirşünaslıqla ömür‐gün yolda ‐
şınıza ünvanladığınız minnətdarlığınız da
diqqətimdən yayınmadı. Həqiqətən də, Tağı
Məhəmməd oğlunun ziyalılığı, həyatı olduğu
kimi dərk etməsi, geniş ürəyi sayəsində səya ‐
hətləriniz baş tutmuş, «Səfərnamə»niz ərsəyə
gəlmiş, işıq üzü görmüşdür.
52


Salatın xanım, məlumdur ki, səyahətlə
bağ lı əsərlər təkcə səyahət təəssüratı olaraq
qalmır, həmin dövr haqqında tarixi sənədə
çevrilir. Məhz buna görədir ki, tədqiqatçılar
hər hansı zaman kəsiyindən söhbət açanda,
mötəbər mənbə kimi o dövrün səyyahlarının
əsərlərinə müraciət edirlər. Lakin səfər qeyd ‐
ləri aparmaq ilk baxışda şirnikləndirici gö ‐
rünsə də, çətin bir işdir. Mən bunu qədim
mədəniyyət mərkəzi İraqdan bəhs edən «Altı
il Dəclə‐Fərat sahillərində» kitabımı yazarkən
dərk etmişəm.
Hissə qapılmadan nəyi qələmə alasan, nə ‐
dən yazasan ki, xalqın heysiyyətinə toxun‐
mayasan, gələcək nəsillər səni lənətləməsin,
ehtiramla yad etsin, yazdıqlarından bəhrə ‐
lənsin. Bu, təbii ki, böyük həyat təcrübəsi,
dün yagörüşü, dərin biliyi, geniş ürəyi, müşa ‐
hidə qabiliyyəti olan qələm sahiblərinin pa ‐
yına düşür.
Bu baxımdan, mən sizi xoşbəxt taleli ya ‐
zar lardan hesab edirəm. Dünyada bəşəriy yə ‐
tin ən böyük kəşfi mədəniyyətə və inkişafa
xidmət edən kitablardır. Bir ildə oxuculara üç
gərəkli kitab hədiyyə etmək özü də böyük
xoşbəxtlikdir. Sizin yazı tərziniz, səmimiy yə ‐
53


tiniz, xalqlara, müxtəlif irqlərə xoş müna si bə ‐
tiniz, məntiqi nəticəyə gəlmək qabiliy yətiniz
məni olduqca qane etdi.
«Səfərnamə»də söhbət açdığınız ölkələrin
çoxunda mən də olmuşam. Odur ki xatirə ‐
lərimi, xüsusən də gənclik xatirələrimi mənə
yenidən yaşatdığınıza görə minnətdarlığımı
qəbul edin.
Qəzənfər Paşayev
54


HÖRMӘTLİ 
ELÇİN MÜӘLLİM!
Sizinlə son görüşüm mənə dərin təsir etdi.
Söhbətimizi olduğu kimi «Həyat haqqında
dü şüncələr» adı altında çap etmək olardı. Sə ‐
mimi və açıq söhbətiniz məni valeh etdi. Şəx ‐
siy yətinizin aliliyi, ürəyinizin və qələminizin
xoş niyyətə xidmət etməsi sizi hamının se ‐
vim lisinə  çevirib.
Uzun illərdir ki, mən Nizami adına Әdə ‐
biyyat İnstitutunda Müdafiə Şurasının üzvü ‐
yəm. On ilə qədər həmin şuranın həmsədri
olmuşam. Sizin yaradıcılığınıza həsr olun muş
doktorluq (Nərgiz Paşayeva) və nami zədlik
dissertasiyalarının müdafiəsində sədr lik edər ‐
kən qürur hissi keçirmişəm. Alimlərimizin
Sizə və yaradıcılığınıza isti münasibətini gö ‐
rərək sevinmişəm. Onu da hiss etmişəm ki,
ziyalılarımız Sizə güvənc yeri kimi baxırlar.
Ziyalılara rəhbərlik etmək çətindir. Bunu Siz
bacarırsınız. Siz xalqımızı hər səviyyədə təm ‐
sil edə bilən ziyalılarımızdansınız.
Әziz Elçin müəllim, məramım görkəmli
yazıçı, tənqidçi, dövlət xadimi kimi Sizi səciy ‐
yələndirən məziyyətlərdən söz açmaq deyil,
55


56
sadəcə olaraq Sizə olan hörmət və ehtiramımı
izhar etmək, Sizin də sevincinizə səbəb ola
biləcək şad xəbəri diqqətinizə çatdırmaqdır.
Hamının çox sevdiyi «Mahmud və Məryəm»
romanınız sentyabr ayında Kərkükdə çapdan
çıxacaqdır. Kitabı çapa Azərbaycan ədəbiy ‐
ya tının dostu, İraq‐Azərbaycan ədəbi əlaqə ‐
ləri yolunda misilsiz xidmətlər göstərən 
Dr. Әbdüllətif Bəndəroğlu ilə birgə hazır la ‐
mı şıq. Kitabda mənim «Elçinin sənət dün ‐
yası» adlı əhatəli giriş məqaləm də yer alacaq.
Elçin müəllim, filologiya elmləri namizədi
Gülzar İbrahim qızı ilə birgə hazırladığım və
öz hesabıma çap etdirdiyim «İsi Məlikzadə –
70» (2004), «Hüseyn Arif–80» (2004), «Tofiq
Bayram – 70» (2005), «Әlibala Hacızadə – 70»
(2005), «Fikrət Qoca – 70» (2005), «Bəkir Nə ‐
biyev – 75» (2005) portret kitabları arzunuzla
Sizə göndərirəm.
Hörmət və ehtiramla,
Qəzənfər Paşayev
P.S. Yazıçının «Mahmud və Məryəm» roma ‐
nı, həqiqətən də, 2007‐ci ilin payızında Kərkükdə
mənim giriş məqaləmlə çap edildi – 
Q.P.


_________________
* Bax: «Kredo» qəzeti, 10.05.2008.
57
«KREDO» QӘZETİNİN 
BAŞ REDAKTORU 
ӘLİ RZA XӘLӘFLİYӘ*
Hörmətli Әli Rza müəllim!
Türkiyədə Türk Dil Qurumu və Erciyəs
Universitetinin Fənn Әdəbiyyat fakültəsinin
birgə keçirdiyi «Uluslararası çağdaş İraq‐
türkman dili və ədəbiyyatı» adlı elmi kon‐
fransda iştirak etdiyimə görə həmişə maraqla
izlədiyim və təqdir etdiyim qəzetimizin son
iki sayını oxuya bilməmişdim. Qəzetin təkcə
19 aprel tarixli sayında (№13, 488) nə qədər
zəngin, nə qədər maraqlı ensiklopedik məlu ‐
mat vardır. İstər‐istəməz qardaş ölkədə nə ‐
zər dən keçirdiyim zövqlə, rəngli şəkillərlə
bəzədilmiş qəzetlər göz önünə gəldi. On beş‐
iyirmi səhifəlik qəzetlərdə gedən materialları
bir yerə toplasan, 3–4 səhifə çıxa‐çıxmaya.
Biz də də belə qəzet və dərgilər az deyildir.
Mən hələ ziyalılarımızı gözdən salmaq məq ‐
sədilə bəzi qəzetlərdə baş alıb gedən yalan və
iftiralarla dolu, heç bir məna kəsb eləməyən
yazıları demirəm. Mənim bu məktubu yaz ‐


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə