Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə12/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   8   9   10   11   12   13   14   15   ...   41

P.S.  Səkinə Qaybalıyeva 18 yanvar 2012‐ci il də
«Әbdüllətif Bəndəroğlunun ədəbi‐elmi fəaliy yəti» möv ‐
zu sunda namizədlik dissertasiyası mü dafiə etdi – red.
63


_________________
* «Әdəbiyyat qəzeti», 09.01.2009.
64
GECİKMİŞ MӘKTUB*
Әziz İmamverdi müəllim, maraqlı fikir və
mühakimələrlə adamı məftun edən, muncuq
kimi gözəl xətlə yazılmış hər iki məktubunuz
mə nə vaxtında çatmadığına görə sizə vaxtsız
cavab verməkdən çəkindim.
Təsəllini onda tapıram ki, Neftçalada yük ‐
sək səviyyədə keçirilən yubileylərinizdə işti ‐
rak etmək və haqqınızda ürək sözlərimi
de  mək mənə də qismət olub. Yaxşı yadım da ‐
dır, yubileylərinizə dostumuz, Xalq şairi Qa bil
və Ayaz Vəfalı ilə gələrdim. 70 illik yu  bileyi ‐
nizdə Qabilin əzbərdən dediyi:
Bu ev bülbül yuvasıdı, dəyməyin, 
Bəd niyyətlə qapısını döyməyin.
İmamverdi bir təvazö heykəli
Qarşısında özünüzü öyməyin.
– kimi həqiqətdən xəbər verən sətirlər yad da ‐
şım dan  silinməyib.
İnsan yolda tanınar – deyirlər. Biz sizinlə
yol yoldaşı olmuşuq. Avtobusla İraqa – dahi
Füzulinin yubileyinə birgə gedib‐gəlmişik.


65
Xalq yazıçıları Elçin və Anar başda olmaqla
hamının Sizə ehtiram və qayğı göstərdiyinin
şahidi olmuşam. Səfər vaxtı mən Sizi daha
yaxından tanıdım. Gizlətmirəm, qürur hissi
duyuram ki, Sizin kimi imanlı bir şəxsiyyətin,
vicdanlı alimin, nümunəvi el ağsaqqalının
müasiriyəm.
Sizinlə təmasda olmağı özümə şərəf sayı ‐
ram. Siz xalqımızın iftixarı olan yazıçı və şair ‐
lərimizin dostu, yadigarısınız, çox zəngin
ki tab xananız, qiymətli əsərləriniz var.
İmamverdi müəllim, bu gecikmiş məktu ‐
bu «Azərbaycan» jurnalında (№11, 2008) gör ‐
kəmli alim Məsud Әlioğlunun xatirəsinə həsr
etdiyiniz «Söndükdə zəka əhli‐Vətən ağlaya ‐
caq dır» adlı məqalənizin təsiri altında yazı ‐
ram. Etiraf edirəm, mən Məsud Әlioğlunun
portretini və şəxsiyyətini tam parlaqlığı ilə
əks etdirən 2‐ci bir yazıya rast gəlməmişəm.
Evinizdə qonaq olarkən Bəxtiyar Vahabzadə,
Xudu Məmmədov və Məsud Әlioğlunun xa ‐
tirə dəftərinizə hərənin bir cümlə yazdığını
xüsusi vurğulayırsınız.
Mən hikmət sahibləri Bəxtiyar Vahabzadə
və Xudu Məmmədovun yazdıqlarına toxun‐
madan (onlar haqqında Siz müfəssəl danışıb ‐


66
sız) Məsud Әlioğlunun yazdığını yada sa lı ram.
Tək bircə cümlədən onun necə təfəkkür sa‐
hibi olduğu özünü göstərir: «Ürək yandığı,
beyin qandığı, insan inandığı, eşq alovlandığı
anda gözəldir».
Zamanın yaddaşsızlığı üzündən az qala
unudulmağa üz tutan, az yaşayıb, çox iş gö ‐
rən, ədəbiyyatşünaslıq elmimizin tarixində
halalca yeri olan məhsuldar alim haqqında az
sözlə bitkin əsər yaratdığınıza görə sizə min ‐
nətdaram – demək azdır. Hər sadə cümlə ‐
dəki hikmət məni haldan‐hala saldı. Bir daha
dünyanın faniliyini göz önünə gətirdim.
Odur ki bu qısa məktubu yazmağa tələsdim.
Sizə ən azı memuarlarınızı, xatirələrinizi yazıb
bitirmək naminə Yaradandan cansağ lığı, uzun
ömür təmənna edən
Qəzənfər Paşayev


_________________
* Bax: Qəzənfər Paşayev. Seçilmiş əsərləri, Bakı, «Təh sil»,
2012, s. 190.
67
QAFQAZ MÜSӘLMANLARI
İDARӘSİNİN SӘDRİ 
ŞEYXÜLİSLAM HACI ALLAHŞÜKÜR
PAŞAZADӘYӘ*
Hörmətli Şeyx Həzrətləri!
Sizi – dünyanın ən nüfuzlu din xadim lə ‐
rin dən birini yubileyiniz münasibətilə ürək ‐
dən təbrik edirəm.
Siz taleyi doğuluşundan müəyyənləş diri ‐
lən, Müqəddəs kitabımızdan irəli gələn elmi
və əxlaqi dəyərlərə arxalanan, mütərəqqi
ide ya larla yaşayan, aydın düşüncə və etiraf
edil mə yə layiq təfəkkür sahibi olan din xa ‐
dim  lərindənsiniz.  Bütün  dünyada  Azərbay can
xalqına başucalığı gətirən böyük şəx siy yət ‐
siniz. İbrətamiz və mə nalı həyat yolu keç ‐
misiniz. Siz yüksək in tellektə, mənəviyyata
malik, millətin ağrıları ilə yaşayan, vətənin
taleyüklü problemlərinin ağırlığını ürəyində
daşıyan, onların həllinə çalışan, xalq tə 

rəfindən etiraf edilən bir ziyalı, xoşbəxt taleli
insansınız. Allahın verdiyi ömür payını


sağlam və gümrah yaşamağınızı arzu edi ‐
rəm.
Allah Sizi qorusun!
Dərin hörmət və ehtiramla,  
Qəzənfər Paşayev
68


«AZӘRBAYCAN» JURNALININ 
BAŞ REDAKTORU
İNTİQAM QASIMZADӘYӘ
Hörmətli İntiqam müəllim!
Azərbaycan Dillər Universitetinin aspi ‐
ran tı Müşfiq Babayev mənim rəhbərliyimlə
görkəmli ABŞ yazıçısı, Nobel mükafatı lau ‐
reatı Con Steynbek və Azərbaycan ədəbiy ya ‐
tından bəhs edən çox maraqlı «Con Steynbek
yaradıcılığı Azərbaycan ədəbiyyatı ilə müqa ‐
yisəli kontekstdə» mövzusunda namizədlik
dissertasiyasını bitirmək üzrədir. Tədqiqat ‐
çının ABŞ‐da və Azərbaycanda, o cümlədən
Sizin baş redaktoru olduğunuz «Azər bay can»
dərgisində (№1, 2004) maraqlı məqalə ləri çap
olunub. Bildiyiniz kimi, Preziden timiz İlham
Әliyevin sərəncamı ilə Nobel mükafatı lau re at ‐
 larının kitabları Azərbaycan dilinə tərcü mə
edilərək çap edilir. Müşfiq Babayev ya zı çı nın
«Həyəcanlarımızın qışı» romanını tərcümə
edir, «Qəzəb salxımı» romanının isə redak‐
toru təyin edilib.
Müşfiq bu günlərdə ABŞ‐dan qayıdıb.
Təd qiqatçının «Con Steynbek yaradıcılığında
sufilik və transsendentalizm» adlı məqaləsi
69


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə