Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə13/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   9   10   11   12   13   14   15   16   ...   41

70
çap üçün qəbul edilib. Әdəbiyyatşünaslıq el ‐
mi miz üçün yenilik olan həmin yazını jur na ‐
lınıza təqdim edir, heç yerdə çap olun mayan
bu orijinal tədqiqatın çapını tövsiyə edirəm.
Hörmətlə,
Qəzənfər Paşayev
P.S.  Tədqiqatçının məqaləsi may ayında Con
Steyn bek Tədqiqatlar Mərkəzində (ABŞ) və «Azər bay ‐
c an» jurnalında (№5, 2009) çap olundu – 
Q.P.


_________________
* Müşfiq Babayevin adı keçən məqaləsini qəzetin 14.08.09
tarixli sayında çap edən qəzetin baş redaktoru Ayaz
Vəfalıya təşəkkür edirəm.
71
«ӘDӘBİYYAT QӘZETİ»NӘ*
Hörmətli redaksiya!
Azərbaycan Dillər Universitetinin aspi ‐
 ran tı Müşfiq Babayev mənim rəhbərliyimlə
görkəmli ABŞ yazıçısı, Nobel mükafatı lau ‐
rea tı Con Steynbek və Azərbaycan ədəbiy ya ‐
tın dan bəhs edən maraqlı «Con Steynbek
yara dı cı lığı  Azərbaycan  ədəbiyyatı  ilə  mü qa ‐
yisəli kon tekstdə» mövzusunda namizədlik
disser tasiyasını tamamlamaq üzrədir.
Tədqiqatçının ABŞ‐da və Azərbaycanda
məqalələri çap olunmuşdur.
Müşfiqin «Azərbaycan» jurnalı (№ 5, 2009)
və Con Steynbek Tədqiqatlar Mərkə zində
(ABŞ, may, 2009) çap olunan «Con Steynbek
yaradıcılığında sufilik və transsen dentalizm»
məqaləsi ədəbi ictimaiyyətin ma rağına səbəb
olmuşdur.
Bildiyimiz kimi, möhtərəm Prezidentimiz
İlham Әliyevin sərəncamı ilə Nobel müka ‐
fatına layiq görülmüş dünya ədiblərinin əsər ‐


ləri Azərbaycan dilinə çevrilərək çap edilir.
Müşfiq Babayev Con Steynbekin «Həyəcan ‐
larımızın qışı» romanını ingilis dilindən Azər ‐
baycan dilinə tərcümə etmiş, yazıçının
Azər  baycan dilində çıxacaq «Qəzəb salxımı»
romanının redaktorluğu da ona həvalə olun ‐
muşdur. O, eyni zamanda «Con Steynbek və
Elçin yaradıcılığı müqayisəli kontekstdə» adlı
məqalə yazmışdır. Oxucuların marağına sə ‐
bəb ola biləcək həmin məqaləni qəzeti nizdə
çap etməyi tövsiyə edirəm.
Hörmətlə,
Qəzənfər Paşayev
72


YAZIÇI SALATIN ӘHMӘDLİYӘ
Hörmətli Salatın xanım!
Bu mənim sizə ünvanladığım ikinci mək ‐
tubdur. Birinci məktubum «525‐ci qəzet»də
çap olundu (24.01.09). «Ürəkdən gələni de ‐
mə sən olmur» adlı həmin yazıda yaradı cı lı ‐
ğı 
nıza layiq olduğu qiyməti vermişəm.
Son  ralar «Әdəbiyyat qəzeti»ndə real həyatı
əks etdirən kiçik həcmli hekayələrinizi oxu ‐
dum. Yığ cam lığı, səmimiliyi və bədiiliyi ilə
seçilən heka yə ləriniz məni qane etdi. Bir ana
kimi duy ğula rınızı, həyat yaşantılarını gözəl
və inandırıcı təsvir edibsiniz. Mənə belə gəlir
ki, qələminizi bu sahədə sınasanız, şəksiz,
uğurlar qazanacaqsınız.
Bir məsləhətim də var. Bədii ədəbiyyatı
çox oxuyun, yazıb‐yaratmağa vaxt qalma dı ‐
ğından çəkinməyin. Yaradıcılığın dəyəri çap
olunan əsərlərin həcmi və sayı ilə ölçülmür.
Adamlar tanıyıram 10–15 kitabı çıxıb. Lakin
ədəbiyyata dəxli olmayan adamlardır. Belə ‐
ləri yaradıcılığın əzəmətli aldanışına uyan
talesiz insanlardır. «Həcc ziyarəti» kitabını ‐
zın əlyazmasının cəmi 15 səhifəsini oxuya
bildim. Məlumunuz olsun ki, bir gözüm nu‐
73


runu itirib. Bircə göz umuduna qalmışam. Hə ‐
kimlər gözümə diqqətli olmağı tələb edirlər.
Salatın xanım, «Həcc ziyarəti» əsəriniz bir
ədəbiyyat adamı kimi, dünyanın bir çox ölkə ‐
lərində səfərdə olmuş təcrübəli adam kimi
Sizi fərqləndirməlidir. Kitabı yazmamışdan
əvvəl dünya dinləri, xüsusən də İslam dini ilə
bağlı kitablar oxusanız, Şərqlə bağlı oxudu ‐
ğunuz kitabları göz önünə gətirsəydiniz, əsər
daha maraqla oxunardı. Bir vaxt Nəbi Xəzri
«Peyğəmbər» adlı poema yazdı, uğursuz alın ‐
dı. Zəlimxan Yaqubun «Peyğəmbər» poema sını
yazması elə bununla bağlıdır. Fikir ver sə niz,
görərsiniz ki, Zəlimxan Yaqub külli miqdar ‐
da elmi və dini kitablar oxuyub və yerli‐ye ‐
rində onlardan istifadə edib.
Salatın xanım, «Həcc ziyarəti» kitabınız
adi kitablardan deyil. Bu kitabın oxucularının
və dəyərləndirənlərin sayını təsəvvürümə
gətirməkdə çətinlik çəkirəm. Mənə inanın,
«Həcc ziyarəti» sizin tale əsəriniz olacaq.
Sizə yaradıcılığınızda yeni‐yeni uğurlar
diləyən:
Hörmətlə, 
Qəzənfər Paşayev
74


AKADEMİK 
İSA HӘBİBBӘYLİYӘ*
Hörmətli İsa müəllim!
Hər dəfə səmimi avtoqraflarla göndər di ‐
yiniz kitabları alanda sevinirəm. Ona görə se ‐
vinirəm ki, yüksək vəzifə və rütbələr, həyatın
şirnikləndirici keşməkeşləri sizi həyat ama ‐
lınızdan – ədəbiyyatımıza fədakarcasına sə ‐
da qətlə xidmətdən yayındıra bilməmişdir.
Keçən il göndərdiyiniz çox böyük həcmli,
çox da sanballı «Әdəbi tarixi yaddaş və müa ‐
sirlik» kitabınızı diqqətlə oxudum. Ağlın gö ‐
zü ilə baxsaq, orada başqa bir mənzərənin
şahidi olarıq. Folklorşünaslıqdan başlamış
«Klassik ədəbiyyat», «Çağdaş ədəbiyyat»,
«Tənqid və ədəbiyyatşünaslıq», «Әdəbiyyat
nəzəriyyəsi məsələləri», «Elmi‐ədəbi əlaqə ‐
lər» və s. kimi fəsillərin hər biri ayrıca mono‐
qrafiya təsiri bağışlayır. Bu kitabda nəinki
ədəbiyyatsevərlər, hətta ədəbiyyatşünaslar
üçün yeni olan məsələlər çoxdur. Tanınmış
ədəbiyyatşünas alimlərimiz «Әdəbiyyat qə ‐
75
_________________
* Bax: «Әdəbiyyat qəzeti», 05.03.2010; Qəzənfər Paşa yev.
Seçilmiş əsərləri, V cild, 2012, s. 195–197.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə