Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə15/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   11   12   13   14   15   16   17   18   ...   41

Bu, hər adama nəsib olmayan o xoşbəxtlikdir
ki, insan övladlarından yarısın, canı sağ olsun.
Әmioğlu, mən də hamı kimi gənc muğa ‐
mat çıların İkinci Muğam müsabiqəsini bö ‐
yük sevinclə izləyirdim (müsabiqədə Güney
Azərbaycandan olan gənc xanən dənin iştirak
etməsi məni xüsusilə sevindirdi. Bu, birliyi ‐
mizin ən bariz nümunəsi idi).
Bütün dünyanın izlədiyi müsabiqənin tar ‐
zəni oğlunuz Sahib idi. Səmimiyyətlə deyi ‐
rəm, müsabiqədən sonra Sahib otaylı‐butaylı
bütöv Azərbaycanın oğlu oldu. Mənə görə
müsabiqədə ən böyük imtahanı Sahib verdi
və muğamat biliciləri – yüksəkixtisaslı mü ‐
təxəssislərin yanında üzünüzü ağ elədi. Sahib
coşaraq virtiozcasına çalanda, sürəkli alqışlar
möhtəşəm salonun divarlarını silkələyəndə,
operatorlar hərdən sizi göstərirdilər. Həmin
anda sizin sifətinizi bürüyən məmnunluğu,
xoşbəxtliyi zaman keçdiyindən indi sözlə
ifadə etmək iqtidarında deyiləm.
Әmioğlu, burada sizə də yaxşı məlum
olan bir məsələdən də söz açmaq yerinə dü ‐
şər di. Bildiyiniz kimi, Sovet rejimi xalqın mil ‐
li olan nəyi varsa, unutdurmağa çalışırdı.
«Oxu ma, tar, oxuma, tar, səni sevməz prole‐
81


tar» elə belə yaranmamışdı?! Həftədə bir dəfə
bazar günləri saat 14–15 arası bir saatlıq mu ‐
ğamat konserti olardı. Әlbəttə, o mühitdə
tarzənlərin yetişməsi də müşkül məsələ idi.
Yaxşı tarzənləri barmaqla saymaq olardı. İndi
zəmanə dəyişib.
Ölkə rəhbərliyinin ardıcıl qayğısı sayə sin ‐
də Muğam sənəti və muğamat çiçəklənmə
döv rünü yaşayır. Gənc tarzənlər günü‐gün ‐
dən çoxalırlar. Belə bir mühitdə parlamaq,
başqalarından fərqlənmək, xalq tərəfindən
etiraf edilmək istedadların payına düşür. Sa ‐
hib istedad sahibidir. Təkcə muğamat sevər ‐
lərin deyil, ümumiyyətlə, musiqisevərlərin
sevimlisi olan Sahib fəxr edilməyə layiq öv ‐
lad və tarzəndir.
Әmioğlu, mən Sahib haqqında bir qədər
çox danışdım. Səbəbsiz deyil. Məncə, vali ‐
deyn üçün övladının uğurları barədə eşit ‐
mək dən böyük həzz mənbəyi ola bilməz.
Sizin haqqınızda onu deyim ki, mən Sizin
ziyalılar və ictimaiyyət arasında etiraf edilən
ziyalı, öz sahəsinin gözəl bilicisi olduğunuzu
bilirdim. Lakin Sahibin toyunda gördüm ki,
ictimaiyyət arasında böyük nüfuza malik də ‐
yərli şəxsiyyətsiniz. Sevindim və fəxr etdim.
82


Sahibin toyu mənim və həyat yoldaşım Arəs ‐
tə xanım üçün bir də ona görə əlamətdar
oldu ki, bizim toyumuz da 8 noyabrda (1969)
olmuşdu. Beş övladımız vardır. Hamısının
evi‐eşiyi, uşaqları vardır.
Yaradandan arzu edirəm ki, Sahib də ailə ‐
si ilə xoşbəxt olsun. Nəvə‐nəticə sahibi olası ‐
nız. Həyatınız xoşbəxtliklərlə dolu, ruziniz
bol, ömrünüz uzun olsun.
Hörmət, ehtiram və məhəbbətlə, 
Qəzənfər Paşayev
83


HÖRMӘTLİ 
BӘKİR MÜӘLLİM!
Sağlığında klassikləşən, Azərbaycan xalqı ‐
nın iftixarı, dahi şəxsiyyət «Üzeyir bəyin
izah lı ömürnaməsi» kitabınızın əlyazmasını
oxuyub qurtardım. Üç il üzərində sərasər iş ‐
lə diyiniz bu möhtəşəm kitabın korrekturasını
10 günə zorla tamamladım. Kitabı oxuyub
qurtaranda incəsənət sahəsində çox az biliyə
malik olduğumu dərk etdim. Sovet sistemi‐
nin dəhşətlərini bir daha anladım. Allah sizə
cansağlığı versin. Qalan ömrünüzün də güm‐
rah keçməsini Yaradandan təmənna edirəm.
Nə yaxşı ki, kitabın əlyazmasını mənə eti ‐
bar etdiniz. Çox şey öyrəndim. Bir məsələ
mə nə qaranlıq qaldı. Deyilənlərə görə, Firi ‐
dun bəy Gəncədə öldürüləndə, Nərimanov
Üzeyir bəyi öz evinə gətirir ki, ona toxun ma ‐
sınlar. Təəssüf ki, Üzeyir bəylə Nərimanovun
münasibətləri barədə kitabınızda elə bir mə ‐
lu mata rast gəlmədim. Çox istərdim Azər ‐
bay canın ağır vaxtlarında hər ikisi Bakıda
fəaliyyət göstərən bu iki tarixi şəxsiyyətin
mü nasibətlərinə dair kitabınızda nə isə olay ‐
dı. Mən bu barədə professor Paşa Әfəndi ‐
84


yevin «Azərbaycan şifahi xalq ədəbiyyatı»
(«Maarif» nəşriyyatı, 1992, səh. 380) kitabında
belə bir maraqlı məlumat oxumuşam. «1913‐cü
ildə Ü.Hacıbəyov «Әsli və Kərəm» operasını
yazmışdır. Opera tez bir zamanda tamaşaçı ‐
ların rəğbətini qazandı...
N.Nərimanov operaya resenziya yazdı.
Ü.Hacıbəyovun istedadını yüksək qiymət ‐
lən dirdi, xüsusilə xalq yaradıcılığına həssas
və dahiyanə münasibət N.Nərimanovu hey ‐
ran qoydu. N.Nərimanov operanın əsasına
qoyulan dastandan söhbət açdı, xalq ideal ‐
larının ülviliyini heyrətliklə şərh etdi».
Dərin hörmət və ehtiramla,
          
Qəzənfər Paşayev
85


ӘZİZ QARDAŞIM SÜPHİ!
«Qardaşlıq» dərgisinin 50‐ci sayı əlimə
çat dı. Sizə çox‐çox minnətdaram.
Qardaşım, adətim üzrə dərgini alanda ilk
öncə onu vərəqlədim. Ünsiyyətdə olduğum və
ya tanıdığım nə qədər dəyərli insanlar əbə ‐
diyyətə qovuşublar. Deməli, mənim nəsli min
də yarpaqtökən çağı başlayıb. İstər‐istə məz
qəlbimdən keçdi. Ömrün yarpaqtökən çağı o
qədər də ürəkaçan bir şey deyilmiş. İllərlə qəl ‐
bən bir olduğun dostlarının, qo hum‐əqrəbanın
itkisi, nisgili, qocalığın təəs sü fü insana rahatlıq
vermir. Dərgidə ürək ağrısı ilə haqqında söhbət
açılan Dr. Mərdan Әlini də, Әbdürrəhman Qı ‐
zılayı da yaxşı tanıyır dım. Mövlud Taha Qaya ‐
çı isə gənclik dostum idi. Dr. Mərdan Әli ilə
tanışlığımın tarixçəsi maraqlıdır. Mən bu barə ‐
də «Altı il Dəclə‐Fə rat sahillərində» (Bakı –
1985, Bağdad – 1996, ərəbcə) kitabımda yaz mı ‐
şam. 1973‐cü ilin əvvəllərində Dr. Rza Dəmirçi
mənə dedi ki, «Qardaşlıq» dərgisində məclis
olacaq. Səni də dəvət edirik. Azərbaycan şair ‐
lərinin şeir lərindən oxuyarsan. Görüşə xüsusi
hazır laş dım. Məclis fevral (şubat) ayının 2‐də
baş tut du. Bir çox şeirlər oxudum. M.Ә.Sabirin
86


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə