Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   12   13   14   15   16   17   18   19   ...   41

«Әzrailin istefası» şeirini oxuyanda hamı əlini
əlinə vurub güldü. Xahiş etdilər ki, şeiri bir də
oxuyum. Məlumdur ki, M.Ә.Sabir bu şeirində
bəzi naşı təbibləri tənqid atəşinə tu tur… Әzrail
istefaya çıxmağı barədə ərizə verir. Әrizədə
göstərir ki, o bir nəfər ölməli nin canını alınca,
həkimlər neçə‐neçə ölmə məli adamın axırına
çıxırlar. Günahı da qo yurlar onun boynuna…
Şeiri oxuyub qurtaranda yenidən gülməyə
başladılar. Hətta gözlərin dən yaş gələnlər də
oldu. Sən demə Bağdadın ən böyük «Mədinət
tubb» xəstəxanasının – «Tibb şəhərciyi»nin baş
həkimi də əyləşənlər arasında imiş.
Bu, Dr. Mərdan Әli idi. Bu arada onun sağ ‐
lığına badə qaldıran və zarafatla naşı tə bib lər
barədə tədbir görməyi tövsiyə edənlər də oldu.
İndi «Qardaşlıq» dərgisindən mə lum olur ki,
1973‐cü il fevral ayının 2‐də Dr. Mərdan Әli nin
50 yaşı tamam olurmuş. Məclis də bu mü na ‐
sibətlə qurulubmuş. Allah ona rəhmət eləsin!
Әbdürrəhman Qızılayla da «Qardaşlıq»
na disində (mədəniyyət klubu) tanış olmuş ‐
duq. O vaxtlar Univer sitetlərə təzə qəbul
olunmuş tələbələrlə eylül (sentyabr) ayında
«Qardaşlıq»da görüş keçi ri lərdi. Әbdürrəh ‐
man görüşlərdə mahnılar oxuyardı. Hiss
87


edir dim ki, xalq gənc müğən nini çox sevir.
Onunla sonralar 1994‐cü ildə Füzulinin 500 ilik
yubileyində Bilkənd Uni ver sitetində, İstan‐
bulda İraq‐türkman mət 
buat konfransında
görüşdük. Yaxşı yadım dadır, Mehmet Öz bəklə
gözəl mahnılar oxudular. 2008‐ci ildə hər iki ‐
sini Bakıya «Kərkük gecə si»nə dəvət etdik.
Möhtəşəm konsert verdi lər. «İctimai TV»də
çıxış etdilər. Tamaşaçılar bir daha şa hid oldular
ki, Azərbaycan musi qisi ilə İraq‐türkman mu ‐
siqisi arasında elə bir fərq yox dur. Әbdürrəh ‐
manın qəbri nurla dolsun. 50 il sə nət yolunda
can qoyan Meh met Özbək isə 100 yaşasın!
Azərbaycan musi qisevərləri onu yaxşı tanıyır
və sənətini yük sək qiymətləndirirlər.
O ki qaldı Mövlud Taha Qayaçıya, onunla
dostluğumuz 1965‐ci ildən davam edib. Bakı ‐
da əsərlərini çap etdirmişəm.
Xüsusən «Dayı Mehdi» hekayəsi oxucu ‐
ların çox xoşuna gəlib. İki dəfə Bakıya dəvət
etmişdim. Azərbaycan Yazıçılar Birliyinin
üzvü seçilmişdi. Ölümü barədə oğlu telefon
açaraq məlumat verdi. Bizlərdə də, sizlərdə
olduğu kimi dünyasını dəyişən dəyərli insan‐
lara ehtiram borc sayılır. Mənim «Borcumuz‐
dur bu ehtiram» kitabım bütövlükdə ehtirama
88


layiq insanların əziz xatirəsinə həsr olunub.
Onların arasında Türk Dünyasının bö yük oğlu
İhsan Doğramacı, Sinan Səid, Әb dül vahid
Kuzəçi oğlu, Әbdüllətif Bəndəroğlu vardır
(kitabı sizə göndərmişəm).
Mövludun ölüm xəbərini eşidən kimi
«Әdə  biyyat qəzeti»ndə «O da Bakı həsrəti ilə
yaşayırdı» (6.05.2011) adlı məqalə və 1982‐ci
ildə həmin qəzetdə çap etdirdiyim «Dayı Meh ‐
di» hekayəsini yenidən dərc etdirdim. Bu əsər
adət‐ənənənin, məişətin, etnoqra fiya nın ən ba ‐
riz nümunəsi olmaq baxımından qiymətlidir.
Qəzetdən bir nüsxə sizə göndərirəm, mü ‐
nasib bilsəniz «Qardaşlıq»da çap edin.
Qardaşım, sizə telefonda anlatdığım kimi,
hər biri 500 səhifəni içinə alan 7 cildlik «Seçil ‐
miş əsərlər»imi çapa hazırlamışam. Gələn il
75 yaşım tamam olacaq. Bilirsən ki, get‐gedə
ömrə ümidi azalan yaradıcı adamlar təsəllini
qoyub gedəcəyi əsərlərdə tapırlar. 7 cildliyin
3 cildi İraq‐türkman folkloruna, ədəbiyyatı ‐
na, folklorşünaslara, İraq‐türkman ləhcəsinə
və s. həsr olunub. Artıq sizinlə, Erciyes Uni‐
versitetinin professoru Mustafa Arqunşah və
professor Mahir Naqiblə danışaraq qərara
gəldiyimiz kimi, üç cildin hər birinin redak‐
89


toru biriniz olacaqsınız. Onu da deyim ki, 7 cild ‐
dən əlavə bir cild də olacaq. Həmin cild mə ‐
nim yaradıcılığıma həsr olunmuş məqa lə ləri
əha tə edəcək. Orada sizin də, professorlar
Mahir Naqib, Mustafa Arqunşah, İsa Özqan
və başqalarının da məqalələri yer alacaq.
Qardaşım, Məhəmməd Bayat Bakıya gə lib.
Bağdadda çıxan «Qardaşlıq» və «Türk man eli»
dərgisini də gətirib. «Qardaşlıq»da Әta Tərzi ‐
başı və Sizin Mövlud haqqında ya zınızı oxu‐
dum. Sağ olun! «Türkman eli» dər 
gisində
(№32, 2010) prof. Dr. Mahir Naqibin ərəbcə
mənim haqqımda «Kərkük sevdalı azər bay ‐
canlı elm adamı» adlı böyük bir mə qaləsi çıxıb.
Telefon açaraq minnətdarlığımı bildirdim.
Qardaşım, kiçik xalqın faciəsi böyük olur.
Nə yaxşı ki, kiçik xalqın ümid və güvənc yeri
olan Sizlər kimi ziyalıları vardır. Allah sizi
qorusun!
Qardaşım Süphi, Sizlərə olan məhəbbətim
o qədər böyükdür ki, məktubuma son qoya
bilmirəm. İnanın ki, bu sonsuz məhəbbətim sa ‐
hilsiz ümmana bənzəyir. Bir sözlə, bu sevda
ölüncədi.
Hörmət və ehtiramla
Qəzənfər Paşayev
90


ӘZİZİM SABİR MÜӘLLİM!
Sizin məsləhətləriniz həmişə mənim üçün
gərəkli olub. Hələ mən onu demirəm ki, Sizin
məsləhətinizlə yazılan və yaxından köməyi ‐
niz lə çox böyük tirajla çap olunan «Altı il
Dəc  lə‐Fərat sahillərində» kitabı mənim tale ‐
yim də böyük rol oynayıb.
Qardaşım, bildiyin kimi 2012‐ci ilin av ‐
qust ayında mənim 75 yaşım tamam olacaq.
Allahın köməyi ilə yeddicildlik əsərlərimi
çap etdirəcəm. Bütün cildlər çapa hazırdır.
Gələn ilin Novruz bayramına qədər işıq üzü
görəcəklər.
Sabir müəllim, bilirsiniz ki, mənim yara dı ‐
cılığımla bağlı Azərbaycanda, İraqda, Tür ki ‐
yədə və İranda xeyli sayda məqalələr yazı lıb.
Onları həyat yoldaşım toplayıb və (adətən,
qadınlar ömür‐gün yoldaşlarının fəaliyyəti
ilə bağlı məsələlərə ərlərini itirdikdən sonra,
özü də yana‐yana girişirlər. Arəstə xanım bu
mənada tez ayılıb) tərtib etmişdir. Gələn il
onları da ayrıca kitab kimi buraxmaq fikrin ‐
dəyəm. Kitabda mətbuatda çıxmayan bir
ədəd də yazı yoxdur. Bu yazılar arasında Si ‐
zin kimi qələm sahibinin yazısının olmaması,
91


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə