Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə17/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   13   14   15   16   17   18   19   20   ...   41

həqiqətən də, məni kədərləndirir. Yəqin, eyni
hissi siz də mənimlə bağlı keçirirsiniz. Siz
hələ xeyli cavansınız. Səhvimizi düzəltməyə
imkanımız olacaq.
Qardaşım, şair, yazıçı, dövlət xadimi, fəal
ictimaiyyətçi kimi işinizin çox olduğunu bil ‐
səm də, «Ömrün əbədiləşən illəri» adlandır ‐
maq istədiyim bu kitaba «ÖNSÖZ» yazmağı
və redaktorluğunu boynunuza götürməyi
arzu edirəm. Sizin sözünüzün və qələminizin
dəyərini bildiyimdən bu təmənnadayam.
Hörmətlə, 
Qəzənfər Paşayev
P.S. Xalq şairi Sabir Rüstəmxanlı kitabın re dak ‐
torluğunu boynuna götürdü və ona «Milli qey rət»
adlı sanballı önsöz yazdı. Kitab 2012‐ci ildə çap olun ‐
du (Bakı, «Təhsil», 2012, 672 s.).
92


PROFESSOR VİLAYӘT QULİYEVӘ 
AÇIQ MӘKTUB*
Hörmətli Vilayət müəllim!
Yenicə çapdan çıxmış «Polşada Azərbay ‐
can siyasi mühacirət irsindən» adlı kitabınızı
maraqla oxudum. Bəri başdan deyim ki, mən
belə kitabları tərtib hesab etmirəm. Nə qədər
arxiv materialından istifadə edibsiniz! Mən
Polşa‐Azərbaycan ədəbi əlaqələrinə dair bir
çox mənbələri, eyni zamanda professor Mur‐
tuz Sadıqovun, filologiya elmləri doktoru
Gülər Abdullabəyovanın və sizin əsərlərinizi
oxumuşdum. Lakin iki ölkə arasındakı ədəbi‐
siyasi əlaqələrin belə dərin olduğunu təsəv ‐
vü rümə gətirə bilməzdim. Tarixi faktlarla
zən  gin olan belə bir kitabı oxucu və tədqi qat ‐
çılara ərməğan etdiyinizə görə sizə «minnət ‐
da rıq» demək azdır. Azərbaycanın dövlət
müs 
tə 
qilliyinin bərpası yolunda mühacir
fəaliyyəti dövründə Məhəmməd Әmin Rə ‐
sul zadənin, eyni zamanda onun silahdaşları,
məslək dostları Mirzəbala Məmmədzadə,
Na ğı Bayramlı və başqalarının Polşada apar ‐
93
_________________
* Bax: «Әdəbiyyat qəzeti», 15.07.2011.


94
dıqları mücadilə haqqında araşdırmalarınızı,
bu görkəmli insanların həmin illərdə Polşada
yazıb çap etdirdikləri məqalələri maraqla oxu ‐
dum. Həm də mühacir soydaşlarımızdan pol‐
kovnik İsrafil bəy İsrafilbəyovun Azər bay  can
Cümhuriyyəti ordusu barədə, polkovnik Ca‐
hangir bəy Kazımbəyovun Gəncə üsyanı
haq  qında yazmış olduqları məqalələri... De ‐
mə yi özümə borc bilirəm ki, təqdim etdiyiniz
məqalələr o dövrün siyasi mühacirləri, Azər ‐
baycan istiqlalı düşüncəsini öləziməyə, sön ‐
mə yə qoymayan və bu yolda həyatlarını fəda
etmiş insanlarımız barədə obyektiv, son dərə ‐
cə ibrətamiz bilgi verir. Necə ki vaxtilə azər ‐
bay  cançılıq düşüncəsinin dönməz ideoloq‐
 larından olan Әhməd bəy Ağaoğlu, Həsən
bəy Zərdabi haqqında yazdığınız kitablarda
həmin ten densiyaları daha qabarıq şəkildə
önə çıxar mı sınız… Vilayət müəllim, Siz o
azsaylı ədəbiy yatşünaslardansınız ki, Xarici
İşlər naziri işləyəndə də, səfir işlədiyiniz za ‐
man kəsiyində də ədəbiyyat aləmindən heç
vaxt ayrılmamısınız, ədəbiyyatla yaşamısı nız.
Bunun məntiqi nəticəsi olaraq elm alə mində
boya‐başa çatdığınız Әdəbiyyat İnstitu tunun
alimləri ilə birgə yazdığınız «Heydər Әliyev və


95
Azərbaycan ədəbiyyatı» adlı əsərə görə keçən
il Dövlət mükafatına layiq görülübsünüz.
Uğurunuza sevinirik. Qardaşım, mən sizin
ədəbi əlaqələrə bağlılığınızı və bilik səviy yə ‐
nizi 28 il öncə Rauf İsmayılovun «Fransız–
Azərbaycan ədəbi əlaqələri» mövzusunda
dok  torluq  dissertasiyasının  müzakirəsində
görmüşdüm. Gənc olmağınıza baxmayaraq,
yekun sözü demək sizə həvalə olunmuşdu.
Biz Sizin yaradıcılığınızı həmişə maraqla izlə ‐
yirik. «Azərbaycan» jurnalı, «Әdəbiyyat qə ze ‐
ti», «525‐ci qəzet» və başqa mətbu orqan larda
çıxan yazılarınızı oxuyur və bəhrələnirik. Pol ‐
şa ya dair silsilə yazınızı xüsusi vurğula maq ‐
la, həm səmərəli diplomatik fəaliyyətinizə,
həm də xalqlar arasında dostluq əlaqələrinin
möhkəmlənməsinə xidmət edən dəyərli əsər ‐
lərinizi uzun illər xaricdə işləmiş bir adam kimi
yüksək qiymətləndirirəm. Azərbaycan‐Polşa
mədəni‐ədəbi, siyasi‐ictimai əlaqələ ri nin inki ‐
şa fındakı xidmətlərinizə görə Pol şa nın ən yük ‐
sək «Komandor» ordeni ilə təltif olunmağınız
zəhmətinizin haqlı bəhrəsidir.
«Әdəbiyyatda Nobel mükafatları laureat ‐
ları», «Səməd Ağaoğlu. Hekayələr, memuar‐
lar», «Әhməd bəy Ağaoğlu. Seçilmiş əsər lə ri»,


«Behbudxan Cavanşirin məhkəmə prosesi»,
«Azərbaycan Paris Sülh Konfransında», «Son
illərin yazıları» kimi tərtib etdiyiniz və ya qə ‐
ləminizin məhsulu olan bir‐birindən maraqlı
kitablarınızı filologiya üzrə fəlsəfə doktoru
Asif Rüstəmli sizin adınızdan mənə hədiyyə
edib. Hər ikinizə təşəkkür edirəm. Vilayət
müəl lim, Azərbaycanı təmsil etdiyiniz Maca ‐
rıstanla bağlı bir nisgilimiz var. Bu nisgilimiz
qeyrətli soydaşımız Ramil Səfərovla bağlıdır.
Ümid edirik ki, dəyərli bir azərbaycanlı kimi
onun hüquqlarının bərpa olunmasında əli niz ‐
dən gələni əsirgəməyəcəksiniz. Sizə diploma‐
tik fəaliyyətinizdə və yaradıcılığınızda yeni‐ 
yeni uğurlar diləyirəm. Allah sizi qorusun!
Hörmətlə,                                       
Qəzənfər Paşayev
96


HÖRMӘTLİ 
MİRİŞ MÜӘLLİM!*
Məktubunuzu aldım. Hər şeydən əvvəl,
diqqətimi çəkən sizin savadınız oldu. İstər‐
istəməz ürəyimdən keçdi: «Kaş müəllim ləri ‐
mizin heç olmasa 50 faizi Sizin kimi savadlı
olaydı! Onda bu xalqın övladlarının gələcəyi
barədə narahat olmazdım».
Miriş müəllim, ağrılı‐acılı məktubunuzu
ürək ağrısı ilə oxudum. Deyirlər: «Göz yaşı ‐
nın nə olduğunu əvvəllər ağlamış adam bi ‐
lər». Kərküklülərdəki bayatıda olduğu kimi:
Necə dağlar;
Qarşıda necə dağlar.
Yetim yanağı bilir, 
Göz yaşı necə dağlar.
Mən yetimliklə böyümüşəm. On ildən
çox dur ki, qan sızması nəticəsində sol gözü ‐
mün nurunu, demək olar ki, itirmişəm. Mə ‐
nim də sizin kimi çox kitablarım çıxıb. İraqda
yaşayan azərbaycanlıların folkloru və ləhcəsi
97
_________________
* Bax: Məktub Hacı Seyid Miriş Bərgüşadlının «Yax şıları
yaxşılara tanıdaq» kitabında çap olunub (Bakı, 2011, 
s. 122–123).


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə