Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə19/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

104
və guşələri haqqında tam bilik əldə edə cək,
çox şey qazanacaqlar. Әn başlıcası isə odur
ki, kitabınız dərs vəsaiti kimi istifadə edilə
bilər.
İnqilab müəllim, kitabın redaktoru, Әmək ‐
dar artist, tarzən Valeh Rəhimovun doğru
olaraq qeyd etdiyi kimi, poemada müəyyən
məqamlarda möhtəşəm muğam ümmanına
baş vuraraq, onun mahir dalğıcına çevrilir,
muğam dünyasının əlçatmaz dərin qatlarına
enir, «Hər qətrəsi bir sənət incisi, hər damlası
atəş olub ürəkləri yandıran» (Bəxtiyar Vahab ‐
zadə) ecazkar aləmdən xəbər verirsiniz.
Möhtərəm Prezidentimiz İlham Әliyev və
ölkənin birinci xanımı Mehriban Әliyevanın
davamlı qayğısı sayəsində muğamatımızın
inkişaf etdiyi zəmanəmizdə hərə bu sahəyə
bacarığı müqabilində yardımçı olsa, muğam ‐
larımızın dünya şöhrəti daha da artar, get‐
gedə çiçəklənər.
Mən sizin «Muğamlı dünyam» əsərinizi,
hər şeydən əvvəl, bu baxımdan qiymətlən ‐
dirir, təqdir edirəm. Muğamlarımızın gözəl
bilicisi, Xalq artisti Әlibaba Məmmədovun
əsərinizə yüksək qiymət verməsi sevindiri‐
cidir: «Hələ indiyə qədər heç kəs muğamlara


105
və muğamata bu cür obyektiv, hərtərəfli, tam
və yüksək qiymət verməyib».
Kitabınızı oxuyanlar görəcəklər ki, ustad
sənətkarın sözlərində böyük həqiqət vardır.
İnqilab müəllim, poemada yeddi əsas mu ‐
ğamdan: «Rast», «Şur», «Zabul‐Segah», «Baya ‐
tı‐Şiraz», «Çahargah», «Hümayun», «Şüştər»,
eləcə də altı digər muğamdan: «Mahur‐Hin ‐
di», «Bayatı‐Qacar», «Şahnaz», «Orta Ma hur»,
«Rəhab», «Nəva» («Bayatı‐Kürd», «Dəş ti») və
«Zərbi» muğamlardan söhbət açırsınız. Hər
bir muğamı, onun şöbə və guşəsini ürəyə ya ‐
tan poetik dillə ayrı‐ayrılıqda tərənnüm edir ‐
siniz. Müqayisə üçün deyək ki, Bəxtiyar
müəl lim yanğı və ilhamla yazılmış «Muğam»
poemasında yalnız yeddi əsas muğamı tərən ‐
nüm etmiş, onların şöbə və guşələrindən, elə cə
də digər altı muğamdan və zərbi mu ğam lar ‐
dan söz açmamışdır.
Maraqlıdır ki, dahi Üzeyir Hacıbəyli 1938‐ci
ildə aşıqların II qurultayında çıxışın da gös ‐
tərirdi ki, bütün aşıq havaları «Şur» üzərində
qurulub. Bu, bir daha muğamların sahilsiz
ümmana bənzəməyindən xəbər verir.
Poemanızda mənə tapıntı təsiri bağışlayan
maraqlı bir cəhəti də qeyd etmək istərdim.


Hər bir muğamı, onun şöbə və guşəsini tə ‐
rən nümə başlamazdan əvvəl, həmin muğam ‐
la bağlı «Oxu, bülbül» başlığı ilə iki misra
verməklə oxucunun diqqətini həmin muğa ‐
ma yönəldirsiniz:
Oxu, bülbül, 
«Segah» üstə, çiçək açsın yenə güllər, 
Ovsunlasın ürəkləri nəğmə deyən şirin dillər.
* * *
Oxu, bülbül, 
«Şüştər» üstə, qoy kamanım gəlsin dilə, 
Nalə etsin, saf eşqimi bəyan etsin doğma elə.
– və s.
Bundan sonra isə muğamın tərənnümünə
keçirsiniz:
«Rast»ın şahlıq dünyasında 
sehrli bir aləm varmış, 
Müdriklərin müdrikiymiş, 
kama çatmış ixtiyarmış.
Sonrakı misralarda «Rast»ın bütün şöbə
və guşələrini poeziyanın şirin dili ilə tərən ‐
nüm edirsiniz. «Vilayəti», «Dilkəş», «Kürdü»,
«Hüseyni», «Üşşaq», «Raki‐Hindi», «Әraq»,
106


«Novruz‐Xara», «Xocəstə», «Rak Xorasan»,
«Qərayi», «Deyri» və s. Hətta qəzəlin son
mis ra sında «Rast»ın qədim adı «Yegah»ı ya ‐
da salırsınız.
Kitabda bütün muğamları, onların şöbə və
guşələrini tərənnüm etməklə oxucuları mu ‐
ğam aləmi ilə əməlli‐başlı tanış edirsiniz.
İnqilab müəllim, poemanızın başlıca mə ‐
ziyyətlərindən biri də artıq dediyim kimi,
odur ki, muğamatdan dərs deyən sənət kar ‐
larımız gənclərlə iş zamanı kitabınızdan dərs
vəsaiti kimi istifadə edə bilərlər. Bu, böyük
uğurdur.
Sizə yaradıcılığınızda yeni‐yeni 
nailiyyət lər, cansağlığı diləyən
Qəzənfər Paşayev
107


_________________
* Bax: «Әdəbiyyat qəzeti», 08.02.2013.
108
«ӘDӘBİYYAT QӘZETİ»NİN 
BAŞ REDAKTORU 
AYAZ VӘFALIYA*
Hörmətli Ayaz müəllim!
Әdəbiyyatımızın yaxın dostu, Azərbaycan
Yazıçılar Birliyinin fəxri üzvü Məhəmməd
Mehdi Bayatoğlu İraqda adi hal almış partla ‐
yış nəticəsində həlak olmuşdur. Tuzxurmati ‐
da yas mərasimində törədilən partlayış vaxtı
150‐dən çox adam yaralanmış, 30‐dan artıq
adam isə ölmüşdür. Bu acı xəbəri mənə tele‐
fon vasitəsi ilə folklorşünas Aydın Kərkük
çat dırdı. Elə həmin gün inana bilmədiyim
xəbəri Dr.Әbdüllətif Bəndəroğlunun kiçik
oğlu Heydər də telefonda təsdiq etdi.
Məhəmməd Bayatoğlu Azərbaycan eşqilə
yaşayan qan qardaşımız idi. 
Füzulinin 500 illik yubileyini 1994‐cü ilin
sentyabrında İraqda keçirəndə 128 nəfərdən
ibarət Azərbaycan nümayəndə heyəti bunun
şahidi olmuşdu. 
M.H.Şəhriyardan mövzu götürərək prof.El ‐
man Quliyevin rəhbərliyi ilə dissertasiya yazır ‐


109
dı. Odur ki hər il bir‐iki dəfə Azərbaycana gə ‐
lər, İraqa döndükdən sonra mətbuatda
yazılar yazar, «Türkmeneli» televiziya kana lın ‐
da çıxış edər, ölkəmizdən məhəbbətlə da nı ‐
şardı. İlk dəfə Azərbaycanı ziyarət etdik dən
sonra Türkman Yazarlar Birliyinin «Kərkük»
dərgisində (№31, oktyabr, 2006) «Səkkiz gün
Azərbaycanda» adlı əhatəli və maraqlı yazı
ilə çıxış edərək ölkəmiz haqqında həqiqətləri
iraqlı soydaşlarımıza çatdırmışdı. Vətənimizi
vətəni hesab edən Məhəmməd Bayatoğlu hər
dəfə Azərbaycana gələndə İraqda türkmanca
və ərəb dilində Azərbaycanla bağlı yazıları
«Әdəbiyyat qəzeti»nə təqdim edərdi. 
Onun Azərbaycana məhəbbəti gənclik il ‐
lə rindən başlamışdı. Məhəmməd Bayatoğlu
hələ 1987‐ci ilin may ayının 1‐də «Yurd» qə ‐
zetində «Çağdaş Azərbaycan şairi Səməd
Vurğun» məqaləsini çap etdirmişdi. Sevimli
şairimiz Səməd Vurğunun iraqlı soydaş ları ‐
mızın da sevimlisi olduğu tərənnüm edilən,
faktlarla zəngin olan məqalənin oxucu və təd ‐
qiqatçılar üçün maraqlı olacağına əmin oldu ‐
ğum dan onu çap etməyinizi xahiş edirəm.
Qəzənfər Paşayev


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə