Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə2/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   2   3   4   5   6   7   8   9   ...   41

7
ӘDӘBİ MӘKTUBLAR –
ӘBӘDİ MӘKTUBLAR
Әdəbiyyatşünaslar öz cameələrində bəzən
bu elm sahəsinin sənətə, bədii yaradıcılığa
nisbətən əhatə dairəsinin məhdudluğundan,
geniş oxucu kütləsinə çıxa bilməməsindən gi ‐
leylənirlər. Doğrudan da, hər hansı bir elmi
cərəyan, istiqamət, yaxud problem heç də ha ‐
mını eyni dərəcədə maraqlandırmadığı kimi,
bu problem haqqında yazılan məqalələrin,
elmi əsərlərin populyarlığı və uzunömürlü lüyü
də, deyək ki, poeziyanınkı, nəsrinki, ya xud
drama tur giyanınkı  qədər  olmur.  Məqa lə  ləri
son dərə cə həvəslə oxunan mərhum tənqidçi,
ədə biy yatşünas,  AMEA‐nın  müxbir  üzvü
Yaşar Qarayev ömrünün sonlarında bir neçə
dəfə görüşümüzdə ədəbiyyatşünasların bu
problemini qeyd etmişdi. Onun yaradıcılığa
şeirlə başladığını bilirdim; bununla görkəmli
alimin özündən sonra bədii əsərinin qalma sı nın
xiffətini çəkdiyini hiss edirdim. Hərçənd,
mənim fikrimcə, elə bu gün Y.Qarayev ədəbi
tənqidi məqalələri ilə də yaddaşlardadır. La kin
elə də olur ki, ədəbiyyatşünaslığın da öm rü elə
bədii əsər müəllifininki qədər uzun ömür lü


8
ola bilir. İki yüz ildir məşhur rus tənqidçisi
V.Q.Belinskinin məqalələri elə bədii əsərin
ömrü qədər uzun deyilmi?! Nə qədər Puşkin
var, Belinski də olacaqdır; necə ki Puşkini də
Puşkin edən məhz elə Belinski olmuşdur.
Lap götürək Azərbaycan ədəbiyyatşünas 

lığının görkəmli nümayəndələri F.Köçərli,
Ә.Abid, S.Mümtaz, Ә.Nazim, H.Zeynallı,
H.Araslı, M.Cəfərov, C.Cəfərov, M.Әlioğ ‐
lu, Asif Ata, Ә.Mirəhmədov, K.Talıbzadə,
Y.Qara yev, B.Nəbiyev və başqalarının yara ‐
dı  cılığını. Onların əsərləri dar bir çərçivə ilə
məhdudlaşmadı, ədəbiyyat şünaslığın sınırla ‐
rını aşaraq cəmiyyətdə və ədəbi mühitdə
müəllifinə yeni bir status qazandırdı. Müa ‐
sirlərimizdən akademik İsa Həbibbəylinin
zəngin yaradıcılığı, fundamental elmi əsərləri
ilə yanaşı, cəmiyyətdə tutduğu ictimai möv qe,
millət vəkilliyi, həm də ədəbiyyat şünas lı ğın
çağdaş durumunu ifadə etmirmi?! De məli,
ədəbiyyatşünaslıq heç də məhdud bir sahəni
əhatə etmədiyi kimi, ədəbiyyatşünas da bə ‐
zən ictimai‐siyasi, ədəbi mühitin mərkəzində
ola bilir; yetər ki, yazdığın əsl sənət əsəri ol ‐
sun, həqiqəti əks etdirsin və özünü ifadə edə
biləsən...


9
Әdəbiyyatşünas, görkəmli tədqiqatçı, folk ‐
lorşünas Qəzənfər Paşayevin çoxqatlı yara dı ‐
cılığı da bunu deməyə əsas verir. Onun 80‐ci
illərdə dərc edilən «Altı il Dəclə‐Fərat sahil ‐
lərində» əsəri zamanında və indi də elə bədii
əsər qədər oxunur. Onun «Kərkük bayatıları»
(1968), «Arzu‐Qənbər dastanı» (1971), «İraq‐
Kərkük atalar sözləri» (1978), «İraq‐Kərkük
bayatıları» (1984), «Kərkük tapma 
cala 
rı»
(1984), «Kərkük folklor antologiyası» (1987),
«Nəsiminin İraq divanı» (1987), «İraq‐türk‐
man folkloru» (1989), «Nostradamusun mö ‐
cüzəli aləmi» (2007), «Borcumuzdur bu
eh tiram» (2010; 2011), «Әdəbiyyatşünaslıq
elmi mizin patriarxı» (2010), «Nəsimi haqqında
araşdırmalar» (2010; 2011), «Dilimiz – varlı ‐
ğımız» (2011), «Elçin haqqında düşüncələrim»
(2013) və b. tədqiqatları yalnız Azərbaycan
elmi mühitində deyil, ondan kənarda da oxu ‐
nur və nəşr edilir. Qəzənfər Paşayevin «Hü ‐
seyn Arif – 80», «İsi Məlikzadə – 70», «Bəkir
Nəbiyev – 75», «Әlibala Hacızadə – 70», «Fik ‐
rət Qoca – 70», «Tofiq Bayram – 70» portret
kitab la rı oxucu və tədqiqatçılar tərəfindən
qədirşü naslıqla qarşılanıb. Alimin son illərdə
dərc edilən «Seçilmiş əsərləri»nin 7 cildliyini


(2012) isə ədəbiyyatşünasın və ədəbi‐elmi
mü hitimizin hadisəsi hesab etmək olar. İndi ‐
yədək hələ heç bir ədəbiyyatşünasın 7 cildlik
əsərləri nəşr edilməmişdi. Bu, həm də ədə biy ‐
yatşünasın ədəbi, elmi mühitdəki mövqe yini
göstərir. Eyni zamanda ədəbiyyat şünaslığın
digər elm sahələri arasındakı ictimai nüfu ‐
zunu qaldırmış olur.
Prof. Qəzənfər Paşayevin yaradıcılığı ilə
yaxından tanış olan hər kəs onun əsərlərinin
oxunaqlığı və uzunömürlülüyünü vurğu 

layırlar. Vaxtilə mən də bu görkəmli alimin
«Borcumuzdur bu ehtiram» kitabı haqqında
yazdığım məqalədə («Әdəbiyyat qəzeti»,
11.06.2010) yaradıcılığına gərəkən qiyməti
vermişdim. O vaxtdan keçən müddət ərzində
Q.Paşayevin xeyli məqalələri dərc edildi, hər
dəfə bu məqalələri oxuyanda onu təbrik edər,
fikrimi bildirərdim. Bu məqalələr, əsasən,
mək tub formasında yazılırdı, hətta oxuyub
çat dı ra bilmirdim. Ancaq fikir vermişdim, pro ‐
 fessor bu məktubları ədəbi, elmi mühitimizin
aktual hadisələrinə, şəxsiyyətlərinə ünvan ‐
layır, va cib problemlərə toxunurdu. Beləliklə,
o mək tub larını yazmaqda, mən isə oxumaq ‐
da idim...
10


Bir gün professor Q.Paşayevlə görüşü ‐
müz də onun məktublarının əhəmiyyətindən,
funksionallığından və ədəbi prosesə təsirin ‐
dən söz düşmüşdü, onu «Әdəbi məktublar»
şəklində dərc etdirməyin zəruriliyini qeyd
etdim. Sən demə, professor elə düşündüyüm
kimi də fikirləşirmiş, hətta kitabı nəşrə hazır ‐
layaraq adını da «Әdəbi məktublar» qoy ub ‐
muş. Bu ad kitabın içəriyini olduğu kimi əks
etdirirdi. Fikrimi bildirən kimi professor Q.Pa ‐
şayev kitabın nəşrə hazır olduğunu, redak tor ‐
luğunu və «Önsöz»ü, razı olsam, mənə hə  valə
edəcəyini bildirdi. Beləliklə, bu görkəm li ədə ‐
biyyatşünasın son dövr yaradı cı lığı haq qında
məndə yeni söz demək imkanı yarandı. 
Әdəbiyyatşünas, folklorşünas, professor
Qə zənfər Paşayevin qarşımdakı «Әdəbi mək ‐
tublar» qovluğunu vərəqləyirəm. Müxtəlif
vaxt  larda ayrı‐ayrı adamlara yazılmış və döv ri
mətbuatda çap edilmiş bu ədəbi məktublarda
həyat, sənət məsələlərinə, ədəbi, kulturoloji
prob lemlərə müxtəlif rakurslardan münasi bət
bildirilir, dəyərli fikirlər, mülahizələr söy lənilir. 
Deyə bilmərəm ki, ədəbi məktublar dün ‐
ya və Azərbaycan ədəbiyyat 
şünas 
lığında
yeni bir formadır. Әn azından ona görə ki,
11


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə