Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə20/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   16   17   18   19   20   21   22   23   ...   41

_________________
* Bax: «Yurd» qəzeti 1 may 1987‐ci il; «Әdəbiyyat qəzeti»,
8.02.2013.
110
Çağdaş Azərbaycan şairi 
Səməd Vurğun*
Bakı şəhərində heykəli uzaqdan insana tə ‐
səlli verən və könülləri gözəl şeirləri ilə
uyun duran həyəcanlı şair Səməd Vurğunun
bu günkü Azərbaycan ədəbiyyatı tarixində
parlaq bir yeri vardır.
Lirik şeirləri ilə tanınan bu görkəmli Xalq
şairi 1906‐cı ildə Qazax elinin Salahlı kən din ‐
də doğulmuşdur. İlk təhsilini doğma kəndin ‐
də alan şair Qazax Müəllimlər Seminariyasını
bitirmiş və beş il ögrətmən (müəllim) işləmiş ‐
dir. Sonra Moskva Dövlət Universitetinin
ədə biyyat və dil fakültəsində və Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda oxumuşdur.
Şeiri cövhərdən dəyərli olan və Azərbay ‐
can ədəbiyyatına sonsuz əmək sərf edən Sə məd
Vurğun ömrünün son illərində Azərbay can
SSR Elmlər Akademiyasının prezident müa ‐
vini işləmişdir. Şairin ədəbi həyatına bir
nəzər salsaq görərik ki, cocuqluqdan şeir
maraqlısı olub və xalq ədəbiyyatını könüldən


111
sevib, gözəl şeirlər yazıb. Şair «Komsomol»,
«Ölüm kürsüsü», «Bəsti», «İyirmi altılar»,
«Talıstan» və başqa atəş püskürən poemaları
ilə şöhrət qazanmışdır.
Şair bir çox başqa poemalar və dramlar
müəllifidir. O, «Vaqif» (1938), «Xanlar» (1933),
«Fərhad və Şirin» (1941) kimi ölməz əsərlər
yazıb. «Vaqif» və «Fərhad və Şirin» pyesləri
Döv lət mükafatına layiq görülmüşdür. Әdə ‐
biy yatın hər sahəsində qələmini sınayan şai ‐
rin Puşkin və Rustavelidən etdiyi tərcümələr
diqqətəlayiqdir.
Şairin 1935‐ci ildə yazdığı «Azərbaycan»
şeiri o qədər canlı, o qədər qəlbə yatandır ki,
bir çox dillərə tərcümə edilib. Şeir azərbay ‐
canlıların ürəyinə o qədər yatıb ki, dillərində
şərqiyə çevrilib, hər an onu tərənnüm etmək ‐
dən xoşlanır və zövq alırlar:
Mən bir uşaq, sən bir ana,
Odur ki bağlıyam sana.
Hankı səmtə, hankı yana
Hey uçsam da yuvam sənsən,
Elim, günüm, obam sənsən...
(Şeir «Yurd» qəzetində bütöv verilib – Qə ‐
zən fər  Paşayev.)


Səməd Vurğun Nazim Hikmətin yaradıcı ‐
lığına böyük qiymət vermiş, onunla dostluq
etmişdir. 1929‐cu ildə Nazim Hikmətlə bağlı
«Hərəkət» şeirini yazmışdır. Gözəl müğən ‐
nimiz Әbdül Vahid Güzəçi oğlu şairin gözəl
şeirləri ilə hər yana bir yanğı salıb. 
Onun şairin «Gülə‐gülə» şeirinə bəstələ ‐
diyi şərqisi isə ağızlar əzbəri olub. Aşağıda
verdiyimiz «Gülə‐gülə» ürəklərimizə böyük
bir təsəlli olmuş, azərbaycanlılara qarşı sev ‐
gimizi daha da qızğınlaşdırmışdır:
Maral çıxdı dağ döşünə,
Səhər vaxtı gülə‐gülə.
Sol əliylə sağ döşünə
Bir gül taxdı gülə‐gülə.
(Şeir «Yurd» qəzetində bütöv verilib – Qə ‐
zənfər Paşayev.)
27 may 1956‐cı ildə gözünü dünyaya əbədi
yuman Səməd Vurğunun şeirləri bir çox
dillərə, o cümlədən də ərəb dilinə tərcümə
edilmişdir. 1976‐cı ildə Moskvada Әbdüllətif
Bəndəroğlunun tərcüməsi ilə S.Vurğunun
«Seçilmiş əsərləri» kitabı ərəbcə çıxdı.
Azərbaycan xalqı şairlərini hər vaxt an ‐
maq üçün könüllərdə yaşadıb, gözləri önün ‐
də görmək istəyib.
112


Bakıda heykəltəraş Fuad Әbdülrəhmanov
tərəfindən Səməd Vurğunun şəninə ucaldıl ‐
mış heykəl bu işə xidmət edir.
Görkəmli şair Səməd Vurğuna həsr etdiyim
bu məqaləni yazarkən aşağıdakı qaynaqlardan
bəhrələndim: S.Vurğun, «Azər bay can, Azər ‐
baycan», S.Vurğun, «Seçilmiş dram əsərləri»,
Azərbaycan SSR Elmlər Akademiyasının bu ‐
raxdığı «Səməd Vurğun» və Bağdadda «Qar ‐
daşlıq» jurnalında çıxan «Səməd Vurğun»
məqaləsindən.
Məhəmməd Mehdi Bayatoğlu
113


_________________
* Bax: «Әdəbiyyat qəzeti», 14.03.2014.
114
AKADEMİK BӘKİR NӘBİYEVİN
MӘZARI BAŞINDA DÜŞÜNCӘLӘR*
Әziz Bəkir müəllim!
Hər dəfə Fəxri Xiyabana gələndə ömür ki ‐
tabım vərəqlənir. Burada Siz qarışıq nə qədər
qürur duyduğum, fəxr etdiyim dəyərli insan‐
lar uyuyur. Budur, sözü adamın üzünə şax
deyən, cəsur və böyük xeyirxah Abbas Za‐
manovun məzarının önündəyəm. Qəbirüstü
abidəsini yenidən, arzuolunan formada bər pa
ediblər. Dünyasını dəyişmiş ləyaqətli adamlara
bundan böyük hansı ehtiram ola bilər?!
Bu isə heç vaxt üzündən təbəssüm əskik ol‐
mayan, böyük təfəkkür sahibi, ədəbiy yat şü nas ‐
lıq elmimizin iftixarı Yaşar Qarayevin abidəsidir. 
Bu isə dağ vüqarlı, həlim xasiyyətli Qasım
Qasımzadədir. Yaxınlıqdakı məzar üstünü il ‐
lərlə öncə götürtdüyüm, elmi rəhbərim aka ‐
demik Məmmədağa Şirəliyevin son mənzi li dir.
Görkəmli alimlərimiz Әliheydər Oru cov, Araz
Dadaşzadə və məşhur hüquqşünas Za kir Zey‐
nalov daxil, onların sinə daşlarının üstünə
qərənfillər düzərək yüz metr aralıda akademik
Fuad Qasımzadəni ziyarət etdik 
dən sonra


115
sizin möhtəşəm və qürurlu abi dəniz önündə
dayanaraq dünyanın faniliyi barədə düşünü ‐
rəm. Qafqaz Müsəlmanları İda rəsi nəzdində
Elmi‐Dini Şurada birgə ça lışdığımız, bölgələrə
birgə getdiyimiz, duzlu‐məzəli zarafatlar etdiyi ‐
miz kinolenti kimi gözlərim önündən keçir.
Hələ mən Nizami adına Әdəbiyyat İnsti‐
tutu nəzdində Dissertasiya Şurasının Siz səd ‐
ri, mən isə Sizin müavininiz kimi təmənnasız
xidmətlərimizi, bir‐birimizin kitablarına ön ‐
söz yazmağımızı İraqa, Suriyaya, Türkiyəyə
birgə səfərlərimizi demirəm.
Bəkir müəllim, sabah (15.08.2012) Sizin
əbə diyyətə qovuşduğunuz gündür. Әslində,
bu dəfə Fəxri Xiyabana gəlməkdə məqsədim
Sizinlə dərdləşmək, hesabat verməkdir. 
Әziz Bəkir müəllim, Yaradana minnətda ‐
ram ki, Abbas Zamanov, Yaşar Qarayev və
Sizin kimi dəyərli insanlarla yaxın dost ol ‐
muşam. Yanınızda həyat məktəbi keçmi şəm.
Mənəvi haqqım olduğunu düşünərək dün ya ‐
nı zı dəyişəndə haqqınızda «Böyük itki» başlıq lı
(«525‐ci qəzet», 17.03.2012)
vida sözü yazmı şam.
Ölümünüzdən sonra işıq üzü görən «Üzeyir
Hacıbəylinin ömürnaməsi» kitabınıza rəy yaz ‐
mışam. Bunları mənəvi borc hesab etmişəm.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə