Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə22/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   18   19   20   21   22   23   24   25   ...   41

ŞAİR MӘMMӘD İSMAYILA 
AÇIQ MӘKTUB*
Hörmətli Məmməd müəllim!
Keçən əsrin 50‐ci illərinin əvvəllərində Ba ‐
kı Dövlət Universitetinin filologiya fakül tə ‐
sində təhsil alan və universiteti fərqlənmə
diplomu ilə bitirən dayım oğlu Zakir Xasiyev
və onunla bir qrupda oxuyan, sonralar şair
kimi yetişən kəndçimiz Rasim Kərimli Yazı ‐
çılar İttifaqına gələrək Səməd Vurğuna müra ‐
ciət edirlər ki, biz şairik, şeir yazırıq. Səməd
Vurğun deyir ki, poeziya məsələlərinə Nəbi
Xəzri baxır, onun yanına gedin. Rasim Kə ‐
rim li şeirlərini oxuyur. Nəbi Xəzri deyir ki,
şeirlərində hiss yoxdur, nə demək istədiyin
aydın olmur, fikrin dolaşıqdır və s.
Rasim Kərimli dava edir: «Hiss sizin şeir ‐
lərinizdə yoxdur» və s.
Nəbi müəllim Səməd Vurğuna zəng edir ki,
mənim yanıma şair, yoxsa qoçu göndərib siniz?
Səməd Vurğun soruşur ki, onlar hardan ‐
dırlar? 
– Tovuzdandırlar.
121
_________________
* Bax: «Әdəbiyyat qəzeti», 04.07.2014; «Әdalət» qəzeti,
04.07.2014; «525‐ci qəzet», 05.07.2014.


122
Qov getsinlər, Tovuzdan çıxsa, çıxsa aşıq
çıxar (sonralar bu olayı Zakir müəllim gülə‐
gülə, bir az da xəcalətlə danışırdı). 
Yaxşı bilirsiniz ki, Səməd Vurğun Tovuz
aşıqları Hüseyn Bozalqanlı, Aşıq Mirzə və
Aşıq Әsədlə yaxşı münasibətdə olub. Bu aşıq ‐
lar Yazıçılar Birliyinin üzvü idilər. Şair, hətta
Aşıq Hüseyn Bozalqanlıya şeir də qoşmuşdu.
Həqiqətən də, o vaxt Tovuzdan seçilən elə bir
şair çıxmamışdı. Sonralar hər şey dəyişdi. Sə ‐
məd Vurğun haqq dünyasına qovuşanda ona
ithaf olunan saysız‐hesabsız şeirlər içərisində
«Azərbaycan» jurnalında Rasim Kərimlinin
«A şair» şeiri də çap olunmuşdu. Həmin şeir ‐
dən bir sətir «Şeir bağçasının bağbanı şair»
yadımdadır. Sonralar respublika və bölgə
miqyasında tanınan Cahan Әfruz, Rasim Kə ‐
rimli, Şəmşad Rza, Telman Tovuzlu, Həsən
Mülkülü, Әziz Məftun, İsa Cavadoğlu, Səlim
Sinədəftər, Nəsir Әhmədli, daha sonralar
Mu rad Köhnəqala, Akif Әhmədgil, Ziyəddin
Qafarlı, Elxan Zal, Vaqif İsaqoğlu və başqa ‐
ları çıxdılar.
Lakin Səməd Vurğunun böyük anlamda
dediyi, köhnə təbirlə desək, ümumittifaq are‐
naya çıxan Məstan Günər və Siz oldunuz.


123
Məs tan Günər dövlət işləri ilə məşğul oldu.
Arenada təkcə Siz qaldınız və bu gün o mis ‐
siyanı ləyaqətlə yerinə yetirirsiniz.
Məmməd müəllim, 17 iyunda Azərbaycan
yazıçılarının XII qurultayına dəvət olunmuş
qonaqlar arasında sizi görmək xoş idi. Qurul ‐
tayın açılışından əvvəl qürur hissinə səbəb
olan bir hadisə baş verdi. Oljas Süleymenov
gələndə hamı ilə köhnə dostlar kimi görü şür ‐
dü. Millət vəkili Elmira Axundova və Sizinlə
xeyli söhbət etdi. Mənə elə gəldi ki, əvvəlcə
Sizi yaxşı tanımadı. Birdən özünə gələrək
rus ca təxminən belə dedi: «Məmməd necə də
dəyişmisən. Lakin nə qəm, əvvəlki şövqlə
yazıb‐yaradırsan. Yaradıcılığını izləyirəm».
Mən yaxında oturmuşdum. Bir eloğlu kimi
söhbətinizə diqqət kəsilmişdim. Mənim lə Çin‐
giz Әlioğlu və Paşa Qəlbinur yanaşı otur ‐
 muşdular. Bəlkə, onlar da eşitdilər, bil mi  rəm.
Bir onu bilirəm ki, qürur hissi keçir dim.
Məmməd müəllim, ədəbi ictimaiyyət bilir
ki, əziz atanız müharibədə həlak olandan son ‐
ra gənc ananız ömrünü sizə həsr etdi. His ‐
lərinizi gənc yaşlarından «Ağacdələn» şei ri ilə
bəyan edib, ədəbi ictimaiyyətin diq qə  tini çək ‐
diniz. Yaxşı yadımdadır, bütün ədəbi məclis ‐


lərdə Xalq şairi Qabil həmin şeiri oxumağınızı
xahiş edirdi. Poeziya yaradıcılığınızı təhlil
etmək fikrindən uzağam. Təkcə onu deyim
ki, qoşmalarınız da başqa aləmdir.
Yar ol dərdbilənə, yar olanda da,
Yoluna göz diksin yorulanda da.
Eləsinə vurul vurulanda da,
Desinlər, ay Məmməd, əla gözəldi!
Məmməd müəllim, Siz «Gənclik» jurnalı ‐
nın baş redaktoru olanda da, sonralar da
gənc şairlərə həmişə qayğı göstərib, yara dıcı ‐
lıq üçün əhəmiyyətli olan məsləhətlər verib‐
siniz. Təsadüfi deyildir ki, bir çoxları Sizi
mü əllimi hesab edir.
Xüsusi vurğulamaq istəyirəm ki, Azərbay ‐
can ədəbiyyatının qardaş Türkiyədə təbliği
və yayılmasında xidmətləriniz böyükdür.
Son vaxtlar Azərbaycan mətbuatında ən
çox çap olunan qələm sahiblərin dənsiniz.
«Azər   bay can»  jurnalında  romanınız  çap  olu ‐
nub. «Әdə biyyat qəzeti» və «525‐ci qəzet»
mə  qa lə lə rinizi,  şeir,  müsahibə  və  məktub la ‐
rınızı nəşr edir.
70 illik yubileyiniz, görüşləriniz yüksək
sə viyyədə keçirildi. Hətta yubiley vaxtı haq ‐
124


qı nızda Xalq yazıçısı Anar məqalə yazdı (yax ‐
şı bilirsiniz ki, Anar hər şair haqqında yazı
yazmır).
Qürbət, qəriblik həyatı yaşayırsınız. Bu,
ədəbi ictimaiyyətin diqqətindən qaçmır, sizə
xüsusi münasibət var. Yazıçılar Birliyi, xüsu ‐
sən də Anar müəllim Sizə – istedadlı şairi mi zə
mümkün olan qayğını göstərir. Bunu Yazı  çılar
Birliyinin Təftiş Komissiyasının sədri kimi,
səmimiyyət və məsuliyyətlə deyirəm. Qurul‐
tayda bir çox maraqlı çıxışlar oldu, o cümlə ‐
dən də siz odlu‐alovlu çıxış etdiniz, əzbərdən
gözəl şeirlər dediniz. Gözlənilmədən bir mə ‐
sə lədən – Yazıçılar Birliyində neqativ hallar‐
dan söz açdınız. Yüksək amallar şairindən
bunu eşitmək təəssüf doğurdu. Ürəyimdən
keçən bu oldu: «Ay Məmməd, ay qardaşım,
yazıçılardan ayda bir manat üzvlük haqqı ala
bilmirik. O da olsun onlardan nəsə umasan.
Bəyəm sovet dövrüdür ki, yazıçılar kitabına
görə əməlli‐başlı qonorar alalar? Bəyəm bil mir ‐
siniz ki, əsl qələm sahibinin ürəyi dolu, cibi boş
olur? Axı bilirsiniz ki, onlar şam kimi əri yə rək
yazdıqları əsərləri belə çap etdirə bilmirlər».
Bir də ki, yazıçı və şairdən nəsə uman ada ‐
mın gərək beş başı olsun ki, dördü biabırçılıq
125


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə