Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə23/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   19   20   21   22   23   24   25   26   ...   41

çirkabına qərq olanda, düşünmək üçün bir
başı salamat qalsın. 
Məmməd müəllim, cavanlıqdan ata oca ‐
ğın da ev tikdirmək arzunuz vardı. Şükürlər
olsun ki, qonorar və məvacib hesabına Tovu ‐
zun səfalı dağ kəndində bunu edə bildiniz.
Vəzifədən çıxmışdınız. Tovuza qohumum
Ta lıb müəllimin qızının toyuna getmişdim.
Eşit dim ki, kənddəsiniz. Arxanızca kəndinizə
get 
 
dim. Sadə, özünüz kimi təmtəraqdan
uzaq evinizi görüb sevindim. Səni zorla da
ol sa götürüb toya gəldim. Yolda dərdləşdik.
Bazara getdiyinizdən danışdınız. Dediniz ki,
insanlar vicdanlarını itiriblər. Adicə baltanı,
beli qızıl qiymətinə satırlar. Bu günlərdə qə zet ‐
lərin birində müsahibənizi oxudum. Ora da da
vicdan məsələlərini qoyubsunuz. Bü tün yazar ‐
lar belədi. Onların yaradıcılığının əsas qayəsi
haqq‐ədalət, vətənpərvərlik, vicdanlı olmaqdır. 
Onu da deyim ki, iyunun 23‐də Yazıçılar
Bir liyində Birliyin İdarə heyətinin, Ağsaq qal ‐
lar şurasının, Təftiş Komissiyasının, qəzet və
jurnalların redaktorlarının seçildiyi və təsdiq
edildiyi yığıncaqda haqqınızda söhbət getdi.
Xüsusən Xalq şairi Sabir Rüstəmxanlı mən ‐
tiq li çıxışı ilə müəyyən məqamlara aydınlıq
126


gə tirdi. Giley‐güzar, umu‐küsü olsa da, iste ‐
dad 
 
lı şair kimi Azərbaycan ədəbiyyatında
məx susi yerinizin olduğu və Yazıçılar Birliyi
doğma eviniz olduğu xüsusi qeyd olundu. 
Məmməd müəllim, inanıram ki, bir gün
mü sahibələrinizin birində təəssüf doğuran
yan lışlığa başqa mövqedən münasibət bildi rə ‐
 cəksiniz. Bunu bir eloğlu kimi çox arzulayıram.
Hörmət və ehtiramla,
Qəzənfər Paşayev
127


_________________
* Bax: «Әdəbiyyat qəzeti», 17.10.14.
128
AKADEMİK İSA HӘBİBBӘYLİYӘ 
MӘKTUB*
Hörmətli İsa müəllim!
Тəvazökarlıq edərək qeyd etmədiyiniz 65 ya ‐
şınız mübarək olsun!
Siz hələ Naxçıvan Dövlət Universitetinə
rəh bərlik etdiyiniz illərdən Sizi ədəbiyyatı mı ‐
za sədaqətlə xidmət edən fədakar alim kimi
tanıyırdım. Sevinirdim ki, yüksək vəzifə və
rüt bələr (rektor, millət vəkili, akademik), göz ‐
qamaşdırıcı, şirnikləndirici keşməkeşlər Sizin
həyat kredonuzu dəyişə bilməyib. AMEA‐nın
vitse‐prezidenti və mənim də çalışdığım Ni ‐
za mi adına Әdəbiyyat İnstitutuna direk tor
seçildiyiniz iki il göstərdi ki, Siz, eləcə də bö ‐
yük elm təşkilatçısısınız. Rəh bərliyinizlə ke ‐
çirilən institutumuzun 80 illik yubileyində
Sa bir Rüstəm xan lının şair fəhmi ilə haqqı nız ‐
da dediyi sözlər kollektivimiz tərəfindən indi
daha yaxşı başa düşülür və həqiqət kimi qə ‐
bul olunur: «Naxçıvan Dövlət Universiteti itir ‐
di, Azərbaycan Milli Elmlər Akademiyası və
Nizami adına Әdəbiyyat İnstitutu qazandı».


129
İsa müəllim, məqalə və monoqrafiya ları ‐
nız da, yığıncaqlarda məntiqi ümumiləşdir ‐
mə ləriniz, ədəbiyyatşünaslıq elminin dərin
qat larına nüfuz etməyiniz (bunu təkcə ədə biy ‐
 yatşünaslıq elminə aid etmək bir az insafdan
kənar olardı. AMEA‐nın Rəyasət He yə tində
akademik Ramiz Mehdiyevin «Dağlıq Qara ‐
bağ: məxəzlərdən oxunmuş tarix» kitabı haq ‐
qın da dəyərli fikirləriniz hamını heyran qoy du)
məni həmişə düşündürüb.
Bunu əvvəllər elm məbədi Nizami adına
Әdəbiyyat İnstitutunda aspirant olarkən bö ‐
yük alimlərimiz Məmməd Arif Dadaşzadə,
Məmmədcəfər Cəfərov, Mirzə İbrahimov,
Ka mal Talıbzadə, Әziz Mirəhmədov, Mirza ‐
ğa Quluzadə, Bəkir Nəbiyev, Yaşar Qarayev
və başqa görkəmli şəxsiyyətlərdən dərs alıb,
məktəb keçməyinizlə əlaqələndirirdim. Sən
demə təkcə bu deyilmiş. «Dinclik bilməyən»
elmi fəaliyyətinizi izlədikcə indi məlum olur
ki, ədəbiyyatşünaslıq elminə sonsuz məhəb bə ‐
tiniz tükənməz enerji mənbəyinə çevrilibmiş. 
İsa müəllim, danılmaz həqiqətdir ki, insan
çalışdığı sahədə zirvələri fəth edəndən, yaşa
dolandan sonra get‐gedə həvəsdən düşür.
Әdəbiyyat İnstitutunda işlədiyiniz müddət ‐


də biz bunun əksini görürük. Gənclik enerjisi
və həvəsi ilə institutumuzda görülən böyük
işlərə imza atırsınız. 
Bütün gücünüzlə ədəbiyyatımızın və ədə ‐
biyyatşünaslıq elmimizin inkişafına xidmət
edirsiniz. Bu yöndə Sizin xidmətləriniz əvəz ‐
sizdir. Mənə qalarsa, ən böyük xidmət ləri niz ‐
dən biri Cəlil Məmmədquluzadə ilə bağlıdır.
Sizin sayənizdə Qoca Şərqin qapıları böyük
ədibimizin üzünə açıldı. Bu şərəfli missiyanı
Siz yerinə yetirdiniz. Әdəbi və elmi əlaqələr
sahəsində hazırda gördüyünüz işlər, dünya ‐
nın müxtəlif elm və təhsil ocaqları ilə dövlət
səviyyəsində bağlantılarınız öz bəhrəsini
verməyə başlayıb.
Sizə yüz yaşında da beləcə həvəsdən düş ‐
məməyi, indiki kimi sağlam və gümrah ol ‐
ma ğı arzu edirəm.
Dərin hörmət və ehtiramla,
Qəzənfər Paşayev
130


MİNNӘTDARLIQ MӘKTUBU*
Hörmətli Azər Turan!
Qəzetinizin 31 oktyabr tarixli sayını birnə ‐
fə  sə oxudum. Sanki bitkin bir əsər idi. Yadda ‐
şı   mızı təzələyən, qədirbilənlik üstündə köklə nən
«Məmməd Arif fenomeni» (f.ü.f.d Elnarə Aki‐
mova), şair Hüseyn Kürdoğluya həsr olun ‐
muş «Dərdli elin dərdmənd şairi» (özbək
alimi, prof. Həmdulla Baltabayev), «Türko lo ‐
giya Azərbaycanın milli elmidir» (prof. Tofiq
Məlikli), «Әdəbiyya tımızın Zəlimxan Yaqub
havası» (Aydın Xan Әbilov), «Cavidan na ‐
mə»nin türkcə tərcüməsi» (prof. Rəhim Әli ‐
yev), «Vaxtın işıqlı vərəqi» (Fidan Niza məd din
qızı), «Müqayisəli ədəbiyyat konqresi Azər ‐
baycan postmodernist ədəbiyyatının ən bö ‐
yük fərqini üzə çıxardı» (Nərgiz Cabbarlı),
İmir Məmmədlinin «Fədakar» hekayəsi, Adil
Cəmilin geniş təqdimatında «Qırğız atalar
sözləri», çağdaş Güney Azərbaycan ədəbiy ‐
ya tından nümunələr nəinki «Әdəbiyyat qəze ‐
ti»nə marağı artırır, eləcə də ədəbi prosesə
güzgü tutur.
131
_________________
* Bax: «Әdəbiyyat qəzeti», 03.11.2014.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə