Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə24/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   20   21   22   23   24   25   26   27   ...   41

132
Məni sevindirən bir də o oldu ki, ədəbiy yat
elmimizin flaqmanı Nizami adına Әdə biy yat
İnstitutu  ilə  əlaqələri  möhkəm lən di rir siniz.  İn‐
stitutun dörd aliminin maraqlı elmi məqalə ‐
lərinin qəzetin bir sayında getməsi bö 
yük
mətləblərdən xəbər verir.
Bütün bunlara görə 50 ilə yaxın abunəçisi
olduğum doğma «Әdəbiyyat qəzeti»nin əmək ‐
daşlarına minnətdarlığımı bildirirəm. 
O ki qaldı Səməd Vurğunun «Unudulmaz
görüş» məqaləsini üzə çaxarıb çap etdi yinizə,
bu yaddaşa qayıdışdır. Məqalənin bir
sözünü, hətta bir hərfini belə dəyişmədən çap
etməyiniz qəlbimdə gənclikdən daşlaşmış bir
nisgili məlhəm yaranı sağaldan kimi sağaltdı.
Məsələ burasındadır ki, tələbəlik illərində,
hətta keçən əsrin 70‐ci illərinə qədər söz‐söh bət
gəzirdi ki, Səməd Vurğun 1935‐ci ildə Azər bay ‐
can sosialist respublikasının 15‐ci ildönü mü
münasibəti ilə partiya və dövlət rəhbər lərinin
görüşünə 60 nəfərdən ibarət nümayəndə he ‐
yə tinin tərkibində Moskvaya gedəndə «Rəh ‐
bə rə salam» şeirini oxumuş, sanki dəlinin
yadına daş salmış, şair 
Bakının sayrışan yıldızlarından,
Çadrasız, boyasız türk qızlarından


133
– misralarını oxuyanda, guya, Stalin onun sö ‐
zünü kəsərək deyib ki, siz azərbay canlısınız,
diliniz də Azərbaycan dilidir.
Beləliklə, Səməd Vurğunun ucbatından on ‐
dan sonra türk sözünü işlətməyə cürət et mə ‐
mişlər. Әvvəlan, onu deyim ki, 1936‐cı il də
Sta 
lin Konstitusiyası qəbul olunana qədər
azər  bay canlıların  pasportunda  milliyyəti  türk
gös tə  rilirdi. İkinci bir tərəfdən də «Unudulmaz
gö rüş» məqaləsi həmin söz‐söhbətin əsassız ol ‐
duğuna əyani sübut imiş. Məqalə 1939‐cu il də,
Stalinin qan‐qan deyən vaxtında yazıldı ğın ‐
dan Səməd Vurğunun bircə sözü belə də yiş ‐
məyini düşünmək ağılsızlıq olardı. Şair yazır:
«Şeiri qurtardıqdan sonra yoldaş Stalinə
yaxınlaşaraq ona əl verdim.
Yoldaş Stalin üzündə oynaşan bir təbəs ‐
süm lə məndən soruşdu:
– Yoldaş Səməd Vurğun?
– Bəli, yoldaş Stalin.
– Bəs familiyanız nədir?
Dedim ki, Vəkilovdur.
O yenə soruşdu: «Bəs türkcə?»
Cavab verdim ki, Vəkilzadə.
Sonra mən keçib öz yerimdə oturdum.
Bax belə...»


Səməd Vurğunun bostanına sonralar da
daş atanlar çox olmuşdur və indi də var. La ‐
kin Xalq şairi Bəxtiyar Vahabzadə demişkən:
Nə murada yetdi, nə kama çatdı,
Özgə qapısına kim ki daş atdı.
Hörmətli Azər müəllim, bilənlər bilir ki,
Siz şüurlu həyatınızın çoxunu görkəmli ədə ‐
biy yatşünas alim, el ağsaqqalı atanız İmam ‐
verdi Әbilovun zəngin arxivindən başlamış,
Azərbaycan və Türkiyədə arxivlərdə keçir ‐
miş, çoxlarının xəbəri olmadığı zəngin mate‐
rial toplamısınız. Ümidvaram ki, qəzetinizin
gələcək saylarında da «Unudulmaz görüş»
kimi yazılarla bizi sevindirəcəksiniz.
Hörmət və ehtiramla
Qəzənfər Paşayev
134


AMEA‐nın MÜXBİR ÜZVÜ, 
PROFESSOR NİZAMİ CӘFӘROVA 
MӘKTUB*
Hörmətli Nizami müəllim!
Mətbuatda dərc olunan, demək olar ki,
bü  tün məqalələrinizi və mənə bağışladığınız
kitabları oxuyaraq fikrimi həmişə sizinlə
bölüşmüşəm. Dilimizi, ədəbiyyatımızı, ədə ‐
biy yatşünaslıq elmimizi dərindən bilməyiniz,
fikir və təfəkkür sahibi olmağınız hamıya bəl ‐
lidir. O da danılmaz faktdır ki, görkəmli dil ‐
çilərdən, akademiklər Ağamusa Axundov,
Tofiq Hacıyev və professor Yusif Seyidov ki ‐
mi ədəbi prosesə ən çox müdaxilə eləyən dil ‐
çi alimimizsiniz. Tale elə gətirib ki, adını
fəxr lə çəkdiyim alimlərdən elm və təhsil mə ‐
bədi Bakı Dövlət Universitetində dərs alıb,
mükəmməl məktəb keçmisiniz, görkəmli fi ‐
lo loq kimi yetişmisiniz. Odur ki nə yazsanız,
ədəbi ictimaiyyətin diqqət mərkəzində olur.
Qənaətimə görə akademik İsa Həbibbəylinin
sanballı giriş məqaləsi ilə təzəcə çapdan çıx ‐
mış «Hüseynbala Mirələmovun yaradıcılığı
135
_________________
* Bax: «Әdəbiyyat qəzeti», «Әdalət» qəzeti, «525‐ci qəzet»,
12.12.2014.


136
və ya ədəbi tərcümeyi‐halı» adlı çox geniş
həcm li maraqlı kitabınız («Elm və təhsil» nəş ‐
riyyatı, 2014, 480 səh.)
istisna təşkil etməyə cək.
İsa müəllimin məqaləsini və kitabınızı ox‐
uyanda gözümün önünə həvəskar bəstə kar
damğası ilə damğalanan, mahnıları ürək ləri
fəth edən, sevimli bəstəkarlar Әləkbər Ta  ğıyev
və Qulu Әsgərov gəldi. Professional musiqi
aləmində hər iki bəstəkara bir laqeydlik, biga ‐
nəlik hökm sürürdü. «Prokurordu, mü ğənnidi,
qoy öz işi ilə məşğul olsun» – deyirdilər.
Bu laqeydliyin, biganəliyin arxasında har ‐
dasa gözü götürməmək də dururdu.
Mənə belə gəlir ki, yazıçı Hüseynbala
Mirələ movun bu iki gözəl bəstəkarla tale ox ‐
şar lığı var. Hüseynbala müəllim texnika elm ‐
ləri doktoru, professordur. Azərbaycan Dövlət
Neft Akademiyasında kafedra müdiri, İxti ‐
sas laşmış Dissertasiya Şurasının sədridir. La ‐
kin o, hər şeydən əvvəl, yazıçıdır. 17 yaşında
olanda «Bir tikə çörək» hekayəsi çap olunub.
Hələ sovet dövründə «Gənclik» nəşriyyatı
böyük tirajla «Tənha durna uçuşu» kitabını
buraxmışdı. Bir‐birindən maraqlı 18 hekayəsi
çıxıb. Bütün bunlar Mirələmovun Yazıçılar
Birliyinə üzv seçilməsindən əvvəl olmuşdu.


137
Bəs nədən bəzi tənqidçilər və yazıçılar
Hü seynbala Mirələmovun yaradıcılığını arxa
plana çəkir, məsələyə onun özünün cəmiy ‐
yət dəki mövqeyi nöqteyi‐nəzərini əsas götür ‐
məklə yanaşırlar».
Nizami müəllim, 1989‐cu ildə Moskva
yaxınlığında – Peredelkinoda SSRİ yazıçıla ‐
rının «Yaradıcılıq evi»ndə yaradıcılıqla məş ‐
ğul olmaq mənə də qismət olub.
Pasternakın bağ evi (daçası) «Yaradıcılıq
evi»nin lap yaxınlığında idi. Bir dəfə Paster‐
nakdan söz düşmüşdü. Yaşlı bir rus yazıçısı
dedi ki, dövlət səviyyəsində repressiyaya mə ‐
ruz qalan yazıçıya qarşı «Pravda» qəzetində
məqalələr təşkil olunurdu. Bir fəhlə qadının
da yazısı çıxmışdı. O yazırdı ki, mən onun
yazdıqlarını oxumamışam. Onsuz da bilirəm
ki, yazdıqları bekar şeydir.
Belə çıxır ki, akademikin söz açdığı yazıçı
və tənqidçilər Hüseynbala Mirələmovun
əsərlərini fəhlə qadın Pasternakın əsərlərini
oxuduğu kimi oxuyublar.
Tam səmimiyyətlə deyirəm, Mirələmovun
təkcə hekayələrini, povestlərini və Nadir şah
Әfşardan bəhs edən «Sonuncu fateh» adlı ta ‐
ri xi romanını oxuyan obyektiv adam ona ikili
münasibət bəsləməz. 


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə