Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə25/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

Yazıçı Hüseynbala Mirələmov haqqında
dünya şöhrətli yazıçı Çingiz Aytmatov və El ‐
çin kimi ədəbiyyat yaradıcılarının, görkəmli
ədəbiyyatşünas alimlərimiz, akademik Bəkir
Nəbiyev, professorlardan Nizaməddin Şəm si ‐
zadə, Vaqif Yusifli, Sizin və Әli Rza Xələf linin
məqalələrində, N.Şəmsizadənin monoqra fiya ‐
sın da istedadlı, mərifətli və təvazökar yazıçı nın
əsərləri dəyərləndirilir və əsl qiyməti verilir.
O ki qaldı sizin kitabınıza, əsər elə forma ‐
da (bunu tapıntı da adlandırmaq olar) yazılıb
ki, oxumağa başlayanda dayanmaq olmur.
İnanıram ki, yazıçının yaradıcılığına işıq
tutan, onu tam əhatə edən «Hüseynbala Mir ə ‐
lə movun yaradıcılığı və ya ədəbi tərcümeyi‐ha ‐
lı» əsəriniz istedadlı yazıçıya ikili müna si bəti
kökündən dəyişəcək.
Hörmətlə, 
Qəzənfər Paşayev
138


PROFESSOR 
NİZAMӘDDİN ŞӘMSİZADӘYӘ
MӘKTUB*
Hörmətli Nizaməddin müəllim!
İnanmaq olmur ki, 60 yaşı haqlayıbsan. Axı
yaşına görə xeyli gənc görünürsən. Gü man ki,
bu, bir tərəfdən oğlun Fəridə ünvan ladığın
«Müdriklər bunları deməyib» kita bın da xüsusi
vurğuladığın xeyirxahlığınla, digər tərəfdən
seçdiyin elm sahəsini mükəmməl bilməyinlə
bağlıdır.
Yaşım az deyil. İyirmi ildən artıq ali mək ‐
təbdə kafedra müdiri işləmişəm. Çox görmü ‐
şəm institutu və universiteti fərqlənmə dip lomu
ilə bitirənləri. İmtahan komissiyasının və ali
məktəbin Elmi şurasının onlardan kimlərisə
aspiranturada saxlamaq və ya elmi işə yö ‐
nəlt  mək barədə qərarlarını görmüşəm. An ‐
caq görməmişəm ki, universiteti başa vuran
gənc haqqında mərkəzi mətbuatda, özü də
«Әdəbiyyat və incəsənət qəzeti»ndə müəllimi
olmuş professor məqalə yazaraq ədəbiy yat ‐
139
_________________
* Bax: «Әdəbiyyat qəzeti», «Әdalət» qəzeti, «525‐ci qəzet»,
26.12.2014.


140
şü naslara təqdim etsin. Bunu istedadlı gənc ‐
lərə arxa, dayaq olan Abbas Zamanov etdi.
Haq qında sən tələbə olanda «Mən onda əsl
ədə  biyyatşünaslıq yanğısı, elmi təfəkkür gö ‐
rü rəm» – deyən Abbas müəllim sənin elmin,
biliyin, istedadın, təfəkküründən söz açmışdı. 
Yaxşı bilirsən ki, o vaxtlar elm və təhsil
məbədi Bakı Dövlət Universitetində xeyir xah ‐
lığı ilə seçilən təkcə Abbas Zamanov deyildi.
Görkəmli ədəbiyyatşünas və dilçi alim ləri miz ‐
dən Mir Cəlal Paşayev, Cəfər Xəndan, Әli
Sul tanlı, Məmmədcəfər Cəfərov, Hadı Mir ‐
zəzadə, Muxtar Hüseynzadə, Səlim Cəfərov,
Әlövsət Abdullayev və başqaları da istedadlı
tələbələrin seçilib elm aləminə gəlməsinə xü‐
susi qayğı göstərirdilər. Akademiklər Ağa mu ‐
sa Axundov, Tofiq Hacıyev, ədəbiy yatşünaslıq
elmimizin iftixarı Yaşar Qarayev, Firudin Hü ‐
seynov və sonrakı nəsildən indi adlı‐sanlı
elm adamları, ədəbiyyatşünas alimlər Vilayət
Quliyev, Şirindil Alışanov, Muxtar İmanov,
Məhərrəm Qasımlı, Kamran Әliyev, eləcə də
sən və başqaları o qayğını, o xeyirxahlığı öz
üzərinizdə gördünüz. Mənə belə gəlir ki, sə ‐
nin qayğıkeşliyin, alicənablığın, xeyirxahlığın
oradan qaynaqlanır.


141
Qardaşım, sənin bəxtin bir də onda gətirdi
ki, elm məbədi Nizami adına Әdəbiyyat İn‐
stitutuna gəldin. Orada Kamal Talıbzadə,
Әziz Mirəhmədov, Mirzağa Quluzadə, Yaşar
Qarayev, Bəkir Nəbiyev, Kamran Məmmə ‐
dov kimi görkəmli alimlərdən dərs alıb, zən ‐
gin bir məktəb keçdin. 1978‐ci ildə baş labo rant
kimi işə başladın. 1982‐ci ildə namizədlik,
1990‐cı ildə çox ağır, az işlənən bir mövzuda
«Azərbaycan ədəbiyyatşünaslığı, mərhələlər
və konsepsiyalar» mövzusunda doktorluq
dissertasiyası müdafiə etdin. Bu, az bir za ‐
man kəsiyində baş verdi. Diqqətçəkən cəhət
bir də ondan ibarətdir ki, Әdəbiyyat İnstitu‐
tunda işə başlayan kimi tanınmış yazıçı İsi
Məlik zadənin «Küçələrə su səpmişəm» əsə ‐
ri nə ilk ədəbi‐tənqidi məqalə yazdın. Məqa ‐
lə nin adı qeyri‐adi idi: «Sən kimsən, müa  sirim?!»
Mən sənin sonrakı əsərlərinə də fərqli adlar
qoy ma ğının  fərqinə  varmışam.
Fikirləşirəm ki, bu sənin özünün, fikir və
düşüncələrinin fərqli, bənzərsiz olması ilə
bağ lıdır. İlk yazının «Azərbaycan» jurnalında
(1978, № 12, s. 198–201) 
çap olunması çox
mət ləblərdən xəbər verirdi. Bu məqalə ədə ‐
biy yatşünaslıq elmimizə istedadlı bir gəncin


gəlməyinin müjdəsi idi. Bu, belə də oldu. Tez ‐
liklə «Tənqidçi şəxsiyyəti və ədəbi proses»,
«Tən qidin ədəbi prosesdə rolu», «Azərbay can
sovet tənqidçiləri», «Tənqidçi məsuliyyəti və
tənqidçi nüfuzu», «Tənqidi fikrin üfüqləri»
kimi məqalələrin ədəbi ictimaiyyət arasında
əks‐səda doğurdu. Doktorluq dissertasiyasını
müdafiə etməyindən çox‐çox əvvəl «Әdəbi
mübahisələr» adlı ilk irihəcmli monoqrafiyan
«Yazıçı» nəşriyyatı tərəfindən çap edildi
(1986). Sevimli müəllimin akademik Kamal
Talıbzadə kitabına «Tənqidçinin ilk kitabı» ad lı
əhatəli önsöz yazdı. Buna qədər isə «Әdə bi
proses – 78» (1980, şərikli) kitabınız işıq üzü
görmüşdü.
Nizaməddin müəllim, sanballı elmi‐nəzəri
kitabların ədəbiyyatşünaslıq elmimizə, xüsu ‐
sən də onun tənqid bölümünə yeniliklər gə ‐
tirmək baxımından fərqlənir: «Azərbaycan
ideologiyası», «Azərbaycan ədəbiyyatşü nas ‐
lı ğı türk təfəkkürü məcrasında», «Tənqidin
ədəbi prosesdə rolu», «Әdəbi proses və ədəbi
nəsil», fundamental «Әdəbiyyat nəzəriyyəsi»
kimi qalın və qalan (Yaşar Qarayev) əsərin
gənc ədəbiyyatşünasların stolüstü kitabına
çevrilib. Әslində, yaşlı nəsil də monoqra fiya ‐
142


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə