Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə26/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

larından qədərincə bəhrələnir. Uzun müddət
Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda
ədəbiyyat və dillər, ədəbiyyat və Azər bay can
dili, ədəbi yaradıcılıq kafed ra la rına rəhbərlik
edərkən gənclərin yetiş 
məsin 
də, kafedra
müəl lim lərinin  inkişafında  xid mətlər  göstə ‐
rib sən. Uzun illər mənim də çalış dığım Niza ‐
mi adına Әdəbiyyat İnstitutunda «Әdə biyyat
Nəzəriy yə s i  şöbəsinə  rəhbərlik  edib sən.  Neçə
illərdir BDU‐nun nəzdində Disser 
tasiya
Şurasının üzvüsən. Respublikada nüfuzlu
ədəbiy yat şünas alim kimi tanınırsan. Elmi
xidmətlərin dövlət tərəfindən qiymətlən diri ‐
lib. 2010‐cu ildə Әdəbiyyat İnstitutunun gör ‐
kəmli alim ləri ilə bir sırada «Heydər Әli yev
və Azər 
bay 
can ədəbiyyatı» kitabına görə
Azər baycan Res publikasının Dövlət mükafa ‐
tına layiq görülübsən. Әdəbi prosesə ən çox
müdaxilə edən alimlərimizdənsən. Bədii ədə ‐
biyyatda yazıçı və şair kimi qələm sına yır san.
Bir neçə hekayə və şeir kitabların çı xıb. Oxu ‐
cuların rəğ bətini qazanıb. Görkəmli yazıçı və
şair lə ri mizin  yubileylərində  nüfuzlu  söz
sahibi ki mi çıxış etmək, yığıncağı apar maq
sənə  hə  va lə  edilir.
Bütün bunlar öz yerində.
143


Sən bizim institutda işləyəndə, bildiyin ki ‐
mi institutun nəzdində fəaliyyət göstərən Dis‐
sertasiya Şurasının sədri müəllimin Ka 
mal
Ta lıbzadə, müavini isə mən idim. Aramızda
ata‐oğul münasibəti yaranmışdı. Bir dəfə söz
arası dedi ki, Nizaməddin istedadlı tənqid ‐
çidir. Təfəkkür sahibidir. Әdəbiyyatşünaslıq
elmimizi qabağa aparan azsaylı alimləri miz ‐
dəndir. Fəxr edirəm ki, onun bir tənqidçi ki ‐
mi yetişməyində xidmətlərim olub. 
Bu, böyük alimin yetişdirməsinə verdiyi
böyük qiymət idi. Sən xoşbəxt adamsan. 
Hörmətli Nizaməddin müəllim, sənin bir
üstünlüyün də var, həm alimsən, həm də pe ‐
da qoq. Həmişə gənclər arasında olursan. İs tər‐
istəməz sönməyə üz tutan arzuların yaşı na
xi laf  çıxaraq əvvəlki məcraya dönür. Bu isə
yazıb‐yaratmaq üçün mühüm amildir.
Qardaşım, nə gizlədim, sənə məqalə həsr
etmək istəyirdim. Lakin professor Şamil Və ‐
liyevin sənin yaradıcılığından bəhs edən
«Azər baycanşünas alim» monoqrafiyasını və
görkəmli alimlərimizin və yazıçılarımızın
çoxsaylı məqalələrini içinə alan 452 səhifəlik
«Filosof tənqidçi» kitabını vərəqlədikdən
son ra fikrimdən vaz keçdim. Bu kitablarda və
144


sonralar yazılan məqalələrdə yaradıcılığın
bütövlükdə yüksək səviyyədə təhlil və təqdir
edilib. Odur ki ürək sözlərimi bu məktub
vasitəsilə sənə ünvanlamaqla kifayətləndim.
Altmış yaşın mübarək, böyük alim, alicənab
və xeyirxah insan!
Hörmətlə,
Qəzənfər Paşayev
145


_________________
* Bax: «Әdalət» qəzeti, 31.01.2015.
146
QӘDİRŞÜNASA QӘDİRŞÜNASLIQLA.
FİLOLOGİYA ÜZRӘ ELMLӘR 
DOKTORU VAQİF YUSİFLİYӘ 
MӘKTUB*
Әzizim Vaqif müəllim!
«Әdalət» qəzetində çap olunan «Yaş o yaş
olmasa da...» (Bölgələrdə ədəbiyyat silsiləsin ‐
dən – Binnət Eloğlu) adlı maraqlı yazını oxu ‐
dum. Məqaləndə Tovuzu «Şanlı‐şöhrətli sə nət
ocağı» kimi qəbul etdiyinə, Tovuz aşıq‐şairlə ‐
rindən Hüseyn Bozalqanlı və Mikayıl Azaf ‐
lının yaradıcılığına yüksək qiymət verdiyinə,
professor Məhərrəm Qasımlı və məni yada
saldığına, şair Binnət Eloğlunu ədəbi icti ‐
maiy yətə layiqincə təqdim etdiyinə görə bü tün
tovuzlular adından sənə səmimi minnət dar ‐
lığımı bildirirəm.
Qardaşım, bölgələrdə yaşayan şairləri
ədə bi ictimaiyyətə təqdim və təbliğ etmək
həm savabdır, həm də poeziyamızın zəngin ‐
liyinin göstəricisidir. Sənin bir ədə biyyat şü ‐
nas kimi, tənqidçi‐alim kimi fəaliyyətin ədəbi
və elmi ictimaiyyət tərəfindən yüksək qiy ‐


147
mət ləndirilib. Təkcə bir faktla kifayətlənə cə ‐
yəm. Doktorluq dissertasiyanı müdafiə edən ‐
dən sonra, mənə belə gəlir ki, son vaxtlar
ədəbiyyatşünaslar arasında Ali Attestasiya
Komissiyasında təsdiqini ən tez alan sən ol ‐
dun. Bu, sənin bir alim kimi elmi potensia ‐
lına, yaradıcılığına verilən yüksək qiymət idi.
Elm aləmində nüfuzlu söz sahibi kimi tanı ‐
nırsan. Odur ki bölgələrdə yaşayan ədib və
şairlərimiz haqqında yazıların təqdirlə qəbul
edilir. «Әdalət», «Әdəbiyyat» və «525‐ci qə ‐
zet»lərdə çap olunan məqalələrin sənə – tə ‐
mən nasız ədəbiyyatşünas alimimizə başucalığı
gətirir.
Bütün bunlarla bərabər, bu maraqlı məqa ‐
ləndə yer alan «Ünlü şairlərimizdən Məstan
Günər, Məmməd İsmayıl, Zirəddin Qafarlı
Tovuzun Azərbaycana bəxş etdiyi qüdrətli
qələm sahibləridir» ətrafında söz açmaq, gi‐
leyimi bildirmək istərdim. Məni bağışla, qə  na ə ‐
tindən belə çıxır ki, Tovuz elə adını çək diyin
üç ünlü şair və 75 yaşlı Binnət Eloğlunu ye ‐
tiş dirib. Әgər böyük elmi əhəmiyyəti olan
dok torluq dissertasiyan çağdaş Azərbaycan
poeziyasına həsr olunmasaydı, bəlkə də, bu
məsələyə toxunmazdım.


Axı yaxşı bilirsən ki, Tovuz Azərbaycana
Cahan Әfruz, Rasim Kərimli, Şəmşad Rza,
Telman Tovuzlu, Həsən Mülkülü, Әziz Məf ‐
tun, Səlim Sinədəftər, İsa Cavadoğlu, Nəsir
Әhmədli, Vaqif İsaqoğlu, Akif Әhmədgil,
Murad Köhnəqala, Elxan Zal və başqa şair ‐
ləri də bəxş etmişdir. Adlarını çəkdiyim şair ‐
lərin ilk yeddisi dünyalarını dəyişiblər.
Hamı 
sının ruhu şad olsun! Təkcə Cahan
Әfruz və Rasim Kərimlinin yaradıcılığından
bəzi məqamları yada salmaq istərdim. Ca ‐
han Әfruz 1957‐ci ildən SSRİ və Azər baycan
Yazıçılar Birliyinin üzvü idi. Bakıda və
Moskvada kitabları çıx mışdı. Pyesləri vardır.
«Qanqın işıqları» pyesi Moskvanın «Romeo»
qaraçı teatrında tama 
şa 
ya qoyulmuşdu.
Rasim Kərimlinin isə so vet dönəmində əl‐əl
gəzən «Dostluq ilk sözümdür», «Şəfqət bu ‐
lağı», «Dünya mərdlər dünyasıdır», «Biləy ‐
din kaş», «İntizarda qoy ma məni» adlı beş
kitabı çıxmışdı. Sözlərinə bəstələnmiş mahnı ‐
ları çox‐çoxdur: «Səndən savayı», «Biləydin
kaş», «Bir qız bir oğlanın 
dır», «Qurban
olum», «Sənsiz», «Min yaşa sın», «Axtarar
səni» və duetləri indinin özün də belə şənlik,
toy və dövlət tədbirlərində oxunur.
148


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə