Ebedi Mektublar-wers Layout 1



Yüklə 15,65 Mb.
Pdf görüntüsü
səhifə27/41
tarix17.11.2018
ölçüsü15,65 Mb.
#80773
1   ...   23   24   25   26   27   28   29   30   ...   41

Bunları nəzərinə çatdırmaqla gileyimin
doğ ru olduğu qənaətindəyəm. 
Bunlar öz yerində. Tovuzdan başqa elm sa ‐
hələrində akademiklər, Sovet İttifaqı qəhrə ‐
manları, Sosialist əməyi qəhrəmanları da çıxıb.
Vaqif müəllim, neçə illərdir ədəbiyyat şü ‐
nas 
lıq elmimizin flaqmanı Nizami adına
Әdə biyyat İnstitutunda çiyin‐çiyinə çalışırıq.
Yaxşı bilirəm ki, ömrünü təmənnasız olaraq
ədəbiyyatşünaslıq elmimizə həsr edibsən.
Bu nu ədəbi ictimaiyyət görür və qiymətlən ‐
dirir. İnstitutumuzda Tənqid şöbəsinə rəhbər
seçilməyin çox şey deyir. Səni fərqlən dirən
bir cəhəti də burada deməsəm, ən azı insaf ‐
sızlıq olar. 
Tanınmış ədib və şairlər haqqında hamı ‐
mız yazırıq. Tanınmamışları tanıtmaq sənin
payına düşüb. Doğrudur, bölgələrdə yaşayan
Ramiz Qusarçaylı (Quba), Barat Vüsal
(Qazax), Vaqif Aslan (Şəki), Xanəli Kərimli
(Naxçıvan), rəhmətlik Məmməd Alim (Gən cə),
Xəzangül (Gəncə), Ağamir Cavad (Lən kəran),
Mehman Qaraxanoğlu (Astara), Әli r za Həsrət
(Cəlilabad) və başqaları ölkəmizdə gözəl şair
kimi yaxşı tanınırlar. Lakin tanınmayanlar da
az deyildir. Onları da tanıtmaq vacibdir. Bu
149


baxımdan «Yaş o yaş olmasa da...» qəbildən
olan yazıların böyük əhəmiyyət kəsb edir.
Düzdür, ara‐sıra bölgələrdə yaşayan yaradıcı
adamlar haqqında başqa qələm sahibləri də
yazırlar. Lakin bu zəruri işi sistemli şəkildə
görən sənsən. Odur ki ədəbiyyat tarixində
sən tanınmış ədəbiyyatşünas, tənqidçi‐alim
kimi qalmaqla bərabər, bölgələrdə yaşayan,
yazıb‐yaradan ədib və şairlərin müqtədir
tədqiqatçısı kimi də qalacaqsan. Bu yolda
sənə uğurlar, insan itirdikdən sonra qədrini
bildiyi cansağlığı diləyən
Qəzənfər Paşayev
150


HÖRMӘTLİ  REDAKTOR*
Məlumdur ki, epik yaddaşımız, düşüncə
qaynağımız, yazılı və şifahi ədəbiyyatımızın
başlanğıcı «Kitabi‐Dədə Qorqud» elm aləmi ‐
nə 1815‐ci ildən bəlli olmuşdur. Həmin ildə
alman alimi Fridrix fon Dits «Dədə Qorqud»
dastanını aşkara çıxarmış və «Basatın Təpə ‐
gözü öldürdüyü boy»u alman dilinə çevi ‐
rərək çap etdirmişdir. 
Fevralın 3‐də Azərbaycan Respublikasının
Prezidenti yanında Bilik Fondu, Bakı Multi‐
kulturalizm Mərkəzi və Bakı Slavyan Univer‐
sitetinin birgə təşkilatçılığı ilə keçirilən
«Ki ta bi‐Dədə Qurqud» və «Fridrix fon Dits –
200» beynəlxalq kollokviumu keçirilib. Azər ‐
baycan alimləri ilə bərabər, Türkiyə, Qaza ‐
xıstan, Rusiya, İtaliya, Gürcüstan, Latviya və
Almaniyadan məşhur qorqudşünasların,
türko loqların, nəşriyyat rəhbərlərinin iştirak
etdiyi tədbirə Azərbaycan Respublikasının
millətlərarası, multikulturalizm və dini məsə ‐
lələr üzrə Dövlət müşaviri, akademik Kamal
Abdullayev rəhbərlik etmişdir. 
151
_________________
* P.S. Cəlal Poladın müqəddiməsi mənim təqdimatımla
«525‐ci qəzet» (13.02.2015) və «Әdalət» qəzetində 
(12–13.02.2015) çap olunmuşdur.


152
Tədbirdə «Kitabi‐Dədə Qorqud»un yayıl ‐
ma arealı, xarici dillərə tərcüməsi məsələ lə ‐
rinə xüsusi diqqət yetirilmişdir.
İki yüz ildir ki, dünya alimlərinin diqqət
mərkəzində olan «Kitabi‐Dədə Qorqud» bir
çox dillərə tərcümə olunmuş, tarixçilərin, et ‐
noqrafların, filosofların, folklorşünasların,
xüsusən də dilçilərin tədqiqat obyektinə çev ‐
rilmişdir. Bu ölməz abidəyə İraqda da böyük
maraq vardır. Әsər ərəb dilinə tərcümə edilə ‐
rək «Hekayət Dədə Qorqud» adı altında çap
edilmişdir (Bağdad, 2007, 264 s.). Kitaba ön sözü
ədəbiyyatımızın böyük dostu Dr. Әb dül lətif
Bəndəroğlu yazmışdır. Әsəri ərəb di linə İraqda
və Türkiyədə tərcüməçi, tədqi qat çı, eləcə də
yazıçı kimi tanınan Cəlal Polad çe virmiş, ona
çox maraqlı və geniş giriş məqa ləsi yazmış,
indiyə qədər aparılmış tədqi 
qat 
lardan və
abidənin dünya şöhrətindən söz açmışdır.
Şükranlıqla Cəlal Poladın elmi xarakterli
maraqlı məqaləsini oxucu və tədqiqatçılara
təqdim edirik.
Qəzənfər Paşayev


153
PROFESSOR NİZAMӘDDİN
ŞӘMSİZADӘYӘ 
MӘKTUB*
Hörmətli Nizaməddin müəllim!
«Әdəbiyyat qəzeti»ndə çap olunan «Tən ‐
qid də meyarsızlıq sindromu» adlı silsilə yazı ‐
nızı oxudum. Doyunca mənəvi qida aldım.
Xalq yazıçısı Elçinin «Sosializm realizmi bizə
nə verdi» və «Yaşarla ədəbi söhbət» yazıla rın ‐
dan sonra bu əsər ədəbi prosesə, ədəbiyya tı mı ‐
zın qayğılarına, hamını düşündürən ədə biy yat
problemlərinə həsr olunan tutarlı və sanballı
yazılardan biridir. İctimai formasiyanın də ‐
yiş məsi (iki minilliyin və həmişə bəlalar gəti rən
iki yüzilliyin qovuşması da daxil) mə dəniy yə ‐
timizə, ədəbiyyatımıza, ədəbiyyatşünaslıq
elmimizə, o cümlədən də ədəbi prosesə öz
təsirini göstərmişdir. Mən hələ qloballaşmanı
demirəm.
Möhtərəm Prezidentimiz İlham Әliyev
Mil  li Konservatoriyamızın yeni binasının açı ‐
lı şında bu bəladan söz açaraq demişdir: «Qlo   ‐
bal laşma dağıdıcı fəsadları ilə ictimai həyatı  mı za
_________________
* Bax: «Әdalət» qəzeti, 01.04.2015; «525‐ci qəzet», 01.04.2015.


154
daxil olur, milli əsasları bir növ sarsıdır. Gənc
nəslin milli ruhda böyüməsinə ciddi fikir ver ‐
məliyik. Milli ruhun təməlində milli ənənələr,
milli musiqi, ədəbiyyat və ana dili durur».
Göründüyü kimi, Prezidentimiz ədəbiy ‐
ya tımız qarşısında böyük tələblər qoyur. 
Nizaməddin müəllim, yaxşı bilirsiniz ki,
or duların, müharibələrin sərkərdələri, qəhrə ‐
man ları olduğu kimi, dillərin də sərkərdələri,
qəhrəmanları olur. Onlar Ümummilli lideri ‐
miz Heydər Әliyevin nitq mədəniyyətinin,
ədəbi dil normalarının qanunvericiləri adlan ‐
dırdığı cəfakeş insanlar – yazıçı və şairlərdir.
Mənəvi dəyərlərin ucuzlaşdığı, dünyanın
nizamının pozulduğu bir dövrdə əsl poeziya
və nəsr nümunəsi yaratmaq qəhrəmanlıqdır.
Әsl sənət əsərlərinin azlığı şəraitində təbii ki,
əgər belə demək caizsə, tənqid axsayar.
Nizaməddin müəllim!
Silsilə yazınızda bir çox ədəbiyyat adamı ‐
nın adını çəkirsiniz. Onların bəzisinə irad tut‐
maqda, mən daxil bəzilərini tənqidçi hesab
etməkdə nə dərəcədə haqlı olduğunuzdan
söz açmaqdan uzağam. Bir onu bilirəm ki,
on ların hamısı ədəbiyyatımıza xidmət edən
adamlardır. Mən sizi yaxşı başa düşürəm.


Yüklə 15,65 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə